Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 88 s. 206—207
  • İsa Məsihi tuturlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsihi tuturlar
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Məsih xəyanətə uğrayır və həbs olunur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Xəyanət və həbs
    İsa Məsihin həyatı və xidməti
  • İsa Getsamani bağında
    Müqəddəs Kitab hekayələri
  • Qorxuya necə üstün gələ bilərik?
    Böyük Müəllimdən öyrən
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 88 s. 206—207
Yəhuda Getsamani bağında İsa Məsihə xəyanət edir

DƏRS 88

İsa Məsihi tuturlar

İsa Məsih və şagirdləri Qidron vadisindən keçib Zeytun dağına gedirlər. Gecə yarısını keçib, bütöv ay çıxıb. Onlar Getsemani bağına çatanda İsa Məsih həvarilərinə deyir: «Burada durun, oyaq qalın». Sonra o, bir az irəli, bağın içinə doğru gedib, diz çökür və güclü təlaş içində Yehova Allaha belə dua edir: «Qoy Sən istəyən kimi olsun». Sonra Yehova Allah mələyini göndərir ki, İsaya ürək-dirək versin. İsa həvarilərin yanına qayıdanda üçünün də yatdığını görür. Onlara deyir: «Oyanın! Yatmaq vaxtı deyil! Artıq vaxt yetişdi, indi mən düşmənlərin əlinə veriləcəyəm».

Yəhudaya pul kisəsi verilir

Çox keçməmiş Yəhuda İskəryut əllərində qılınc və dəyənək olan çoxlu adamla ora gəlir. O, İsanın harada olduğunu yaxşı bilir, çünki onlar birlikdə bu bağa çox gəlmişdilər. Yəhuda əsgərlərə demişdi ki, İsanın kim olduğunu onlara işarə edəcək. O, İsanın yanına gəlib: «Salam, müəllim», — deyib onu öpür. İsa isə ona deyir: «Yəhuda, məni bir öpüşləmi satırsan?»

İsa Məsih qabağa çıxıb həmin adamlardan soruşur: «Kimi axtarırsınız?» Onlar deyirlər: «Nəsrani İsanı». İsa Məsih cavab verir: «O mənəm». Bunu eşidəndə onlar geri çəkilib yerə yıxılırlar. İsa Məsih yenə onlardan soruşur: «Kimi axtarırsınız?» Onlar yenə deyirlər: «Nəsrani İsanı». Onda İsa onlara cavab verir: «Axı sizə dedim ki, mənəm. Bu adamları buraxın getsinlər».

Butrus vəziyyətin nə yerdə olduğunu başa düşəndə qılıncını çıxarıb baş kahinin nökəri Məlkin qulağını kəsir. Amma İsa Məsih onun qulağına toxunub sağaldır. Sonra isə Butrusa deyir: «Qılıncını yerinə qoy. Qılıncla döyüşən qılıncla öldürüləcək». Əsgərlər İsanı tutub əl-qolunu bağlayırlar. Bu zaman həvarilər oradan qaçırlar. Onlar onu böyük kahin Hənnanın yanına aparırlar. Hənna İsanı sorğu-sual edəndən sonra onu baş kahin Qayafanın evinə göndərir. Bəs həvarilərin axırı necə olur?

«Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəhya 16:33)

Suallar: Getsamani bağında nələr baş verir? O gecə İsa Məsihin davranışından nə örnək götürə bilərik?

Mətta 26:36—57; Mark 14:32—50; Luka 22:39—54; Yəhya 18:1—14, 19—24

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş