Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 89 s. 208—209
  • Butrus İsa Məsihi danır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Butrus İsa Məsihi danır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Butrus İsa Məsihi danır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Hənnanın, sonra da Qayafanın yanına aparılır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Lazar dirilir
    İsa Məsihin həyatı və xidməti
  • Qeyri-qanuni məhkəmə
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 89 s. 208—209
Butrus Qayafanın evinin həyətində İsanı tanıdığını danır

DƏRS 89

Butrus İsa Məsihi danır

İsa Məsih şagirdləri ilə sonuncu dəfə şam edəndə onlara deyir: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz». Onda Butrus dillənir: «Hamı səndən üz döndərsə də, mən heç vaxt bunu etmərəm». Amma İsa ona deyir: «Xoruz banlamazdan əvvəl, məni üç dəfə danacaqsan».

Əsgərlər İsanı tutub Qayafanın evinə gətirəndə həvarilərin çoxu onu qoyub qaçır. Ancaq onlardan ikisi camaata qoşulub İsanın dalınca gedirlər. Bu adamlardan biri Butrusdur. O, Qayafanın evinin həyətinə girir, ocağın yanında isinir. Orada olan xidmətçi qızlardan biri Butrusu görüb deyir: «Mən səni tanıyıram. Sən də İsanın yanında idin».

Butrus: «Yox, mən o adamı tanımıram. Sənin də nə haqda danışdığını bilmirəm», — deyib darvazaya tərəf gedir. Ancaq çox keçməmiş başqa bir xidmətçi qız onu görüb camaata deyir: «Bu adam da İsa ilə idi!» Butrus isə deyir: «Mən heç onu tanımıram!» Sonra bir kişi ona deyir: «Sən də onlardan birisən. İsa kimi, sən də Cəlilədənsən, ləhcəndən bilinir!» Amma Butrus and-aman edir ki, İsanı tanımır.

Elə bu an xoruz banlayır. Butrus İsanın dönüb ona baxdığını görür. İsanın sözləri yadına düşür və çölə çıxıb hönkür-hönkür ağlayır.

Sinedrion üzvləri Qayafanın evində toplaşıb İsaya məhkəmə qururlar. Onlar artıq qərar vermişdilər ki, İsanı öldürsünlər. İndi isə bunun üçün əsas axtarırlar. Ancaq onun əleyhinə heç nə tapmırlar. Axırda Qayafa İsadan birbaşa soruşur: «Sən Allahın Oğlusan?» İsa Məsih cavab verir: «Bəli». Onda Qayafa deyir: «Əlavə sübuta nə ehtiyac var? O, küfr danışır!» Məhkəmə bununla razılaşır və belə qərar çıxarır: «Bu adam ölməlidir». Onlar İsanın üzünə şillə vurub, tüpürürlər. Gözlərini bağlayıb, vuraraq deyirlər: «Əgər peyğəmbərsənsə, tap görək səni vuran kimdir».

Səhər açılanda İsa Məsihi Sinedrion zalına gətirirlər və ondan yenə soruşurlar: «Sən Allahın Oğlusan?» İsa cavab verir: «Bunu siz deyirsiniz». Sonra onlar İsanı küfr etməkdə təqsirli bilib, Roma valisi Ponti Pilatın sarayına aparırlar. Bəs sonra nə baş verir? Gəl öyrənək.

«Elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız. Ancaq mən tək deyiləm, çünki Atam mənimlədir» (Yəhya 16:32)

Suallar: Qayafanın evinin həyətində nə baş verir? Məhkəmə nəyi əsas gətirərək İsa Məsihin ölümünə hökm verir?

Mətta 26:31—35, 57—27:2; Mark 14:27—31, 53—15:1; Luka 22:55—71; Yəhya 13:36—38; 18:15—18, 25—28

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş