Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 90 s. 210—211
  • İsa Məsih Qolqotada ölür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih Qolqotada ölür
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Pilat və Hirod Məsihdə günah tapmır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Pilatdan Hiroda, sonra da geriyə
    İsa Məsihin həyatı və xidməti
  • İsa Məsih edama aparılır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsanı öldürürlər
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 90 s. 210—211
İsa Məsih dirəkdə olanda ordu başçısı və İsanın Məryəm və Yəhya da daxil olmaqla bəzi şagirdləri yaxınlıqda dururlar

DƏRS 90

İsa Məsih Qolqotada ölür

Baş kahinlər İsa Məsihi vali Pilatın sarayına aparırlar. Pilat onlardan soruşur: «Bu adamı nədə günahlandırırsınız?» Onlar deyirlər: «O, padşah olduğunu deyir!» Pilat İsa Məsihdən soruşur: «Sən yəhudilərin padşahısan?» Məsih cavab verir: «Mənim padşahlığım bu dünyadan deyil».

Sonra Pilat İsanı Cəlilənin hakimi Hirodun yanına göndərir ki, bəlkə o, İsada hansısa nöqsan tapa bildi. Hirod isə İsada səhv tapa bilmir və onu Pilatın yanına geri göndərir. Pilat xalqa deyir: «Nə Hirod, nə mən bu adamın əleyhinə heç nə tapa bilmədik. Mən onu azad buraxacağam». Camaat qışqıraraq deyir: «Öldür onu! Öldür onu!» Əsgərlər İsanı qamçılayır, üzünə tüpürür və onu döyürlər. Onlar İsanın başına tikandan tac qoyurlar və lağ edərək deyirlər: «Salam, ey yəhudilərin Padşahı». Pilat xalqa bir daha deyir: «Mən bu adamda heç bir səhv tapmadım». Ancaq onlar qışqırırlar: «Onu dirəkdə edam et!» Buna görə də Pilat İsanı camaatın öhdəsinə buraxır.

Onlar İsanı Qolqota adlanan yerə gətirirlər. Orada onu dirəyə mıxlayırlar və dirəyi yuxarı qaldırırlar. İsa Məsih Allaha dua edir: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Camaat İsaya lağ edərək deyir: «Əgər sən Allahın Oğlusansa, dirəkdən düş! Özünü xilas et».

İsanın yanında asılan cinayətkarlardan biri ona deyir: «Padşahlığına gələndə məni yadına sal». İsa Məsih ona söz verir: «Sən mənimlə birlikdə Cənnətdə olacaqsan». Günorta çağı yer üzünə üç saat davam edən qaranlıq çökür. İsanın anası Məryəm və şagirdlərindən bəziləri dirəyin yanında dayanıblar. İsa Yəhyaya tapşırır ki, öz anasıtək Məryəmin qayğısına qalsın.

İsa: «Tamam oldu!» — deyib, başını aşağı salaraq son nəfəsini verir. Elə bu vaxt güclü zəlzələ olur. Məbəddə Müqəddəs yeri Ən müqəddəs yerdən ayıran pərdə ortadan cırılır. Bütün bunları görən yüzbaşı deyir: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».

«Allahın bütün vədləri onun vasitəsilə “bəli” oldu» (2 Korinflilərə 1:20)

Suallar: Pilat İsa Məsihin öldürülməsinə nəyə görə icazə verir? İsa özündən çox başqalarını düşündüyünü necə göstərdi?

Mətta 27:11—14, 22—31, 38—56; Mark 15:2—5, 12—18, 25, 29—33, 37—39; Luka 23:1—25, 32—49; Yəhya 18:28—19:30

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş