Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 92 s. 214—215
  • İsa Məsih balıqçılara görünür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih balıqçılara görünür
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Сəlilə dənizinin sahilində
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Qalileya gölündə
    İsa Məsihin həyatı və xidməti
  • O, qorxu və şübhə ilə mübarizə aparırdı
    İman örnəkləri
  • Şagirdlər balıq əvəzinə adam «ovlayacaq»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 92 s. 214—215
Ocaqda balıq bişərkən İsa şagirdləri ilə danışır

DƏRS 92

İsa Məsih balıqçılara görünür

İsa Məsihin həvarilərə görünməsindən bir müddət sonra Butrus Cəlilə dənizində balıq tutmağa gedir. Tomas, Yaqub, Yəhya və digər şagirdlər onunla birgə gedir. Bütün gecəni balıq tutmaq üçün əlləşirlər, amma heç nə tuta bilmirlər.

Səhər tezdən onlar bir nəfərin sahildə durduğunu görürlər. Həmin adam sahildən onlara səslənir: «Balıq tuta bilmisiniz?» Onlar cavab verirlər: «Xeyr!» Həmin adam isə deyir: «Toru qayığın sağ tərəfindən atın». Onlar toru qayığın sağ tərəfindən atırlar. Tor o qədər balıqla dolur ki, toru dartıb çıxara bilmirlər. Yəhya elə həmin an onun İsa olduğunu başa düşüb deyir: «Bu, Ağadır!» Butrus cəld suya tullanıb sahilə tərəf üzür. O birilər isə qayıqla sahilə çıxırlar.

Onlar sahilə çatanda tonqalda çörək və balığın bişdiyini görürlər. İsa onlara söyləyir ki, tutduqları balıqdan bir neçəsini gətirsinlər. Sonra isə deyir: «Gəlin yemək yeyin».

Butrus sahilə İsanın yanına çatır və digər şagirdlər isə gəmidədir

Onlar yeməklərini yeyib qurtarandan sonra İsa Butrusdan soruşur: «Məni çox istəyirsən, yoxsa balıqçılığı?» Butrus cavab verir: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm». İsa deyir: «Onda quzularımı bəslə». İsa yenə soruşur: «Butrus, məni çox istəyirsən?» Butrus cavab verir: «Ağa, bilirsən ki, səni çox istəyirəm». İsa deyir: «Quzularımı otar». İsa üçüncü dəfə soruşanda Butrus pis olur. O deyir: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni çox istəyirəm». Onda İsa deyir: «Quzularımı bəslə». Sonra o, Butrusa deyir: «Bundan sonra da ardımca gəl».

«İsa onlara dedi: “Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız”. Onlar dərhal torlarını atıb onun ardınca getdilər» (Mətta 4:19, 20)

Suallar: İsa Məsih balıqçılara hansı möcüzəni göstərir? Səncə, İsa nəyə görə Butrusdan üç dəfə: «Məni çox istəyirsən?» — deyə soruşur?

Yəhya 21:1—19, 25; Həvarilərin işləri 1:1—3

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş