Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 99 s. 230—231
  • Zindan gözətçisi Məsihə iman gətirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Zindan gözətçisi Məsihə iman gətirir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • «Makedoniyaya gəl»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Allahın hər bir ağıldan üstün olan sülhü»
    Gözətçi qülləsi 2017
  • Yeqovaya xidmətdə sevincinizi qoruyun
    Gözətçi qülləsi 2001
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 99 s. 230—231
Filippidə zindanın qapıları açılır, amma zindan gözətçisi gəlib görür ki, dustaqlar qaçmayıblar

DƏRS 99

Zindan gözətçisi Məsihə iman gətirir

Filippidə içinə cin girmiş bir qulluqçu qız yaşayır. Cin bu qızdan gələcəyi demək üçün istifadə edir. Bu qız gələcəyi deməklə ağalarına çoxlu pul qazandırır. Bulusla Sila Filippiyə gələndə bu qız günlərlə onların dalınca düşüb qışqırır: «Bunlar Allah-Taalanın qullarıdır». Axırda Bulus cinə deyir: «İsa Məsihin adı ilə əmr edirəm, qızdan çıx!» Elə o andaca cin qızdan çıxır.

Qızın ağaları başa düşəndə ki, daha qızın hesabına pul qazana bilməyəcəklər, çox qəzəblənirlər. Onlar Bulusla Silanı mülki məmurların yanına gətirib deyirlər: «Bu adamlar qanunu pozur və şəhər camaatını narahat edirlər!» Məmurlar Bulusla Silanı döyüb, zindana atmağa qərar verirlər. Gözətçi onları zindanın ən qaranlıq hissəsinə aparıb qandallayır.

Bulusla Sila Yehovaya həmd nəğmələri oxuyurlar. Digər məhbuslar da bunu eşidirlər. Birdən gecə yarısı güclü zəlzələ baş verir, zindanın bünövrəsi titrəyir. Zindanın qapıları taybatay açılır. Bütün dustaqların zəncirləri və qandalları açılıb düşür. Gözətçi zindanın daxili bölməsinə qaçır və qapıların açıq olduğunu görür. Həmin an o düşünür ki, məhbuslar qaçıb. Ona görə də qılıncını çıxarıb özünü öldürmək istəyir.

Bu an Bulus ona səslənir: «Özünə qıyma! Hamımız buradayıq!» Gözətçi içəri qaçıb Bulusla Silanın qabağında diz çökür. O, onlardan soruşur: «Xilas olmaq üçün nə etməliyəm?» Onlar gözətçiyə deyirlər: «Sən və evindəkilər İsaya iman gətirməlisiniz». Sonra Bulusla Sila onlara Yehovanın sözlərini öyrədirlər. Gözətçi və evindəkilər vəftiz olur.

«Sizi tutacaqlar, təqib edəcəklər, sinaqoqlara verəcəklər, zindanlara atacaqlar, mənim adıma görə sizi padşahların və valilərin önünə gətirəcəklər. Bunun sayəsində siz şəhadət verəcəksiniz» (Luka 21:12, 13)

Suallar: Bulusla Sila nəyə görə zindana atılır? Zindan gözətçisi həqiqəti necə öyrənir?

Həvarilərin işləri 16:16—34

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş