Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 101 s. 234—235
  • Bulusu Romaya göndərirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bulusu Romaya göndərirlər
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
  • «Heç bir insan tələfatı olmayacaq»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Sezarın məhkəməsini tələb edirəm!»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 101 s. 234—235
Bulus və başqaları üzərək və ya gəminin qırıqlarından yapışaraq Malta adasına çıxırlar

DƏRS 101

Bulusu Romaya göndərirlər

Bulusun üçüncü təbliğ səyahəti Yerusəlimdə başa çatır. O, orada həbs olunur və zindana atılır. Gecə gördüyü görüntüdə İsa Məsih ona deyir: «Sən Romaya gedib orada təbliğ edəcəksən». Bulusu Yerusəlimdən Qeysəriyyəyə aparırlar. O, orada iki il həbsdə olur. Bulus vali Festin qarşısında məhkəmədə olanda deyir: «Mən Romada Sezarın məhkəməsini tələb edirəm». Fest deyir: «Sezarın məhkəməsini tələb edirsən, Sezarın yanına da gedəcəksən». Bulusu gəmi ilə Romaya göndərirlər. İki məsihi qardaş, Luka və Aristarx da onunla birgə gedir.

Dənizdə onlar tufana düşürlər. Tufan bir neçə gün davam edir. Hamı düşünür ki, öləcəklər. Ancaq Bulus deyir: «Camaat, mələk mənə yuxuda dedi: “Qorxma, Bulus. Sən Romaya gedib çıxacaqsan. Gəmidəkilərin də hamısı səninlə bir yerdə sağ qalacaq”. Cəsarətli olun! Biz ölməyəcəyik».

Fırtına 14 gün dinmək bilmir. Nəhayət, sahil görünür. Bura Malta adasıdır. Sahilə yaxın su dayaz olduğundan gəmi yerində ilişib qalır və dalğaların zərbəsindən parçalara bölünür. Ancaq gəmidəki 276 adamın hamısı sağ-salamat quruya çıxır. Bəziləri üzərək, bəziləri isə gəminin qırıqlarından yapışaraq sahilə çıxırlar. Maltanın sakinləri onların qayğısına qalır və isinmələri üçün tonqal qalayır.

Üç aydan sonra əsgərlər Bulusu başqa bir gəmi ilə Romaya aparırlar. Bulus Romaya çatanda qardaşlar onu qarşılamağa gəlirlər. Onları görəndə Bulus Yehovaya şükr edir və cəsarətlənir. Bulus dustaq olsa da, ona icazə verirlər ki, əsgərlərin nəzarəti altında kirayə götürülmüş evdə qalsın. O, iki il orada qalır. Camaat Bulusu görməyə gəlir. Bulus onu görməyə gələnlərə Allahın Padşahlığı haqda təbliğ edir və İsa Məsih haqda öyrədir. Bulus həmçinin, Kiçik Asiya və Yəhudiyyədəki yığıncaqlara məktublar yazır. Yehova, həqiqətən də, Bulusdan xoş xəbəri digər millətlərə çatdırmaq üçün istifadə edir.

«Hər şeydə Allahın xidmətçiləri olduğumuzu göstəririk: çoxlu sınaqlara dözməkdə, əzab-əziyyətdə, ehtiyac içində olanda, çətinliklərlə üzləşəndə» (2 Korinflilərə 6:4)

Suallar: Fest Bulusu nəyə görə Romaya göndərir? Romaya gedəndə yolda Bulusun başına hansı hadisələr gəlir?

Həvarilərin işləri 21:30; 23:11; 25:8—12; 27:1—28:31; Romalılara 15:25, 26

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş