III hissə
Müqəddəs Kitabda Daşqından sonra Yehovaya ibadət edən bir neçə insanın adı çəkilir. Onların arasında Yehovanın dostu kimi tanınan İbrahim peyğəmbər olmuşdur. O nəyə görə Yehovanın dostu adlanırdı? Valideynlər, övladlarınıza Yehovanın İbrahimin qayğısına qaldığını və ona kömək etmək istədiyini anlamağa kömək edin. İbrahim peyğəmbər, Lut, Yaqub və digər saleh insanlar kimi, biz də Yehovadan kömək istəyə bilərik. Biz əmin ola bilərik ki, Yehova verdiyi hər sözü yerinə yetirir.