IV hissə
Bu hissədə Yusif peyğəmbərdən, Əyyub peyğəmbərdən, Musa peyğəmbərdən, eləcə də israillilərdən bəhs edilir. Onlar Şeytanın sınaqlarına məruz qalmışdılar. Bəziləri ədalətsizliklə üzləşmiş, zindana atılmış, qul olmuş, hətta yaxınlarını itirmişlər. Yehova Allah müxtəlif yollarla onları qorumuşdu. Valideynlər, uşaqlarınıza Yehova Allaha xidmət etmiş bu insanların imanda sadiq qalaraq bütün əziyyətlərə necə qatlaşdıqlarından danışın.
Yehova Allah misirlilərin başına on bəla gətirməklə Misir allahlarından güclü olduğunu göstərmişdi. Yehovanın həm keçmişdə, həm də indi Öz xalqını necə qoruduğuna diqqət yetirin.