NƏĞMƏ 4
«Yehova qayğıkeş Çobanımdır»
(Zəbur 23)
1. Yehova, Sən Çobanımsan,
Gedərəm ardınca mən.
Arzu, istəklərimi, Rəbbim,
Tək Sənsən duya bilən.
Yaşıl, sakit otlaqlarla,
Məni gəzdirirsən Sən.
Məhəbbətlə yol göstərirsən hey,
Tapırsan rahat məkan.
Sevgiylə yol göstərirsən hey,
Tapar ürəyim aram.
2. Doğru, təmiz yollarınla
Getmək təravət verir.
Qoru, mən sapmayım düz yoldan,
Sən Öz adına xatir.
Keçsəm zülmət dərədən də,
Əsan cəsarət verər.
Müsibət, bəla qorxutmaz qəti,
Çün Sənsən Dostum mənim.
Ölüm belə qorxutmaz qəti,
Tək Sənsən pənah yerim.
3. Yehova, Sən Çobanımsan,
Səslərsən düzgün yola.
Verirsən daima güc-qüvvət,
Qoymazsan möhtac qalam.
Ümid verdin, o gerçəkdir,
Sənin varlığın qədər!
Kərəmin, sevgin, şəfqətin məni
Sarsın həyatım boyu.
Yehova, məhəbbətin məni
Sarsın həyatım boyu.
(Həmçinin baxın: Zəb. 28:9; 80:1.)