NƏĞMƏ 13
Məsih bizə örnəkdir
Çap versiyası
1. Hədsiz məhəbbəti
Yehova lütf etdi,
Bəşəriyyətçün xilas göndərdi O.
Məsih yerə gəldi,
İnsantək yaşadı.
Sadiq qalmaqla Rəbbi şad etdi.
2. Rəbbin hər Kəlməsi
Ona qida idi.
İsa dolurdu Rəbbin hikmətiylə.
Onun qulu oldu,
Kamil örnək qoydu.
Həqiqəti hər şeydən çox sevdi.
3. Məsihtək biz gərək
Rəbbə həmdlər edək.
Onun iziylə gəl daim gedək biz.
Qoy Ağamız İsa
Örnək olsun bizə,
Sadiq qalmaqla görək lütf Rəbdən.
(Həmçinin baxın: Yəh. 8:29; Efes. 5:2; Filip. 2:5—7.)