NƏĞMƏ 105
Allah məhəbbətdir
Çap versiyası
1. Rəbb Yehova məhəbbətdir,
Haqq yola səslər bizi.
Xeyirxah işlər görməklə,
Gəl Onu salaq razı.
Məsihin məhəbbətidir
Bizlərə təkan verən.
Allahı da, insanı da
Biz sevək gərək qəlbdən.
2. Çeşməsi eşqin tükənmir,
Sevgidən sevgi doğur.
Rəbb hədsiz bir məhəbbətlə
Quluna arxa durur.
Məhəbbət təmizdir, safdır,
O dözür hər möhnətə.
Qardaşlıq məhəbbətilə
Qovuşarıq vəhdətə.
3. Nifrəti, kini sən qoyma
Qəlbinə olsun hakim.
Var gücünlə Allahı sev,
Ol təkcə Ona təslim.
İnsanı qəlbdən sevməklə
Qanunu icra edək.
Sevgini izhar etməklə
Allaha gəl bənzəyək.
(Həmçinin baxın: Mark 12:30, 31; 1 Kor. 12:31—13:8; 1 Yəh. 3:23.)