BİRİNCİ BÖLMƏ
«Birdən göylər açıldı»
MƏZMUN: Yehovanın yaşadığı aləmə qısaca bir nəzər
İnsan Qadir Allah Yehovanı görüb sağ qala bilməz (Çıx. 33:20). Amma Yehova Hizqiyal peyğəmbərə görüntülər nazil edib ona Öz təşkilatının səmavi hissəsini göstərmişdi. Bu görüntülər qəlbimizi heyrət və ehtiramla doldurur. Həmçinin onların sayəsində yerin-göyün Sahibinə ibadət etməyin necə böyük şərəf olduğunu daha dərindən başa düşürük.