ÇƏRÇİVƏ 9Ç
Əsarət və dirçəlişlə bağlı peyğəmbərliklər
Yəhudi xalqının qədim Babildəki əsarəti ilə bağlı bir çox peyğəmbərliklər çox-çox sonralar məsihi yığıncağının Böyük Babilə əsir düşməsilə ikinci dəfə daha geniş miqyasda yerinə yetdi. Bəzi nümunələrə baxaq.
1. XƏBƏRDARLIQLAR |
2. ƏSİRLİK |
3. BƏRPA İŞLƏRİ |
|
---|---|---|---|
BİRİNCİ İCRASI |
E. ə. 607-ci ildən qabaq — Əşiya, Ərəmya və Hizqiyal peyğəmbər Yehovanın xalqını xəbərdar etsə də, xalqın arasında dönüklük yayılır |
E. ə. 607-ci il — Yerusəlim darmadağın edilir; Allahın xalqı Babilə əsir aparılır |
E. ə. 537-ci il və sonra — Yehovanın sadiq xidmətçiləri Yerusəlimə qayıdır, məbədi bərpa edir, pak ibadəti dirçəldir |
GENİŞ İCRASI |
B. e. I əsri — İsa Məsih, Bulus və Yəhya məsihi yığıncağını xəbərdar etsə də, dönüklük yayılır |
B. e. II əsrindən başlayaraq — Həqiqi məsihilər Böyük Babilin əsiri olur |
B. e. 1919-cu ili və sonra — İsa Məsihin hakimiyyəti altında sadiq məsh olunmuşlar ruhani əsarətin sona çatmasının və pak ibadətin bərpa olunmasının şahidi olurlar |