ÇƏRÇİVƏ 19B
Bulaq çaya çevrilir
Hizqiyal Yehovanın məbədindən çıxan suyun axıb yavaş-yavaş dərinləşdiyini, haradasa bir kilometr yarımdan sonra isə böyük çaya çevrildiyini görür. Çayın kənarında barlı, şəfalı ağaclar var idi. Bunun mənası nədir?
Nemətlər gətirən çay
QƏDİMDƏ: Əsir yəhudilər vətənə qayıdandan sonra məbəddə pak ibadəti bərpa etdikcə Yehova onlara nemətlər yağdırırdı
MÜASİR DÖVRDƏ: 1919-cu ildən pak ibadət bərpa oldu, bununla da Allah sadiq bəndələrinə görünməmiş ruhani nemətlər verməyə başladı
GƏLƏCƏKDƏ: Armageddondan sonra Yehova həm fiziki, həm də ruhani nemətlər yağdıracaq
Həyat verən sular
QƏDİMDƏ: İtaətkar insanların sayı artdıqca Yehovanın nemətləri də artırdı və onları ruhani firavanlığa qovuşdururdu
MÜASİR DÖVRDƏ: Ruhani cənnətdə getdikcə daha çox insan Yehovanın günü-gündən artan ruhani nemətlərindən yararlanır və ruhani mənada canlanır
GƏLƏCƏKDƏ: Milyonlarla insan dirilərək Armageddondan sağ çıxanlarla birgə yaşayacaq. Yehova hər kəsə bol-bol nemətlər verəcək
Bar gətirən şəfalı ağaclar
QƏDİMDƏ: Yehova sadiq bəndələrini vətənlərində ruhani cəhətdən qidalandırırdı, həmçinin onlara uzun sürən ruhani xəstəlikdən şəfa verirdi
MÜASİR DÖVRDƏ: Bu gün ruhani qida ehtiyatı insanları dünyada geniş yayılmış ruhani xəstəlikdən və aclıqdan qoruyur
GƏLƏCƏKDƏ: Məsih və onun 144 000 həmvarisi itaətkar insanları kamilliyə çatdıracaq, onlara əbədi sağlamlıq və gümrahlıq bəxş edəcək