DƏRS 18
Məzmunlu nitq
1 Korinflilərə 9:19—23
İCMAL: Dinləyiciləri düşündür. Qoy onlar dəyərli bir şey öyrəndiklərini hiss etsinlər.
NECƏ NAİL OLMAQ OLAR?
Dinləyicilərin biliyini nəzərə al. Həmişə eşitdikləri məlumatı təkrarlama. Mövzunu yeni tərəfdən açıqla.
Axtarış apar və düşün. Əgər mümkündürsə, əsas fikirləri izah edərkən az tanış olan faktlardan, yaxud cari hadisələrdən nümunə çək. Oxuduğun material barədə dərindən düşün və materialı söyləmək istədiyin faktlarla əlaqələndir.
Məlumatın faydasını göstər. Müqəddəs Kitabdan olan fikirlərin dinləyicilərə gündəlik həyatda necə kömək edəcəyini izah et. Dinləyicilərlə əlaqəsi olan konkret vəziyyətlərdən, keyfiyyət və hərəkətlərdən söz aç.