Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lmd d. 4
  • Təvazökarlıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təvazökarlıq
  • İnsanları sev. Şagird hazırla
  • Başlıqlar
  • Oxşar material
  • Həvari Bulusun qoyduğu nümunə
  • Həvari Bulusdan nə öyrənirik?
  • Həvari Bulus kimi davran
  • Yehova təvazökar bəndələrini dəyərləndirir
    Gözətçi qülləsi 2019
  • İsa Məsih təvazökarlıq nümunəsi qoydu
    Gözətçi qülləsi 2012
  • Özünüzdə Allaha xoş gedən xüsusiyyətlər yetişdirin — təvazökarlıq
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Padşahlıq haqqındakı xəbəri qəbul etməkdə insanlara kömək et
    Gözətçi qülləsi 2004
Əlavə
İnsanları sev. Şagird hazırla
lmd d. 4

SÖHBƏTƏ BAŞLAMAQ

Həvari Bulusu zəncirlə gözətçiyə bağlayıblar. Bulus padşah Aqrippa, vali Fest və Berniki ilə hörmətcil şəkildə danışır.

Həv. 26:2, 3

DƏRS 4

Təvazökarlıq

Prinsip: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3).

Həvari Bulusun qoyduğu nümunə

Həvari Bulusu zəncirlə gözətçiyə bağlayıblar. Bulus padşah Aqrippa, vali Fest və Berniki ilə hörmətcil şəkildə danışır.

VİDEO: «Həvari Bulus Padşah Aqrippaya təbliğ edir»

1. VİDEOYA bax və ya Həvarilərin işləri 26:2, 3 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1. a) Aqrippa ilə danışanda Bulusun təvazökar olduğu necə göründü?

  2. b) Bulus diqqəti özünə yox, Yehovaya və Müqəddəs Kitaba necə yönəltdi? (Həvarilərin işləri 26:22 ayəsinə bax.)

Həvari Bulusdan nə öyrənirik?

2. Təvazökar və hörmətcil tərzdə danışsaq, çatdırdığımız müjdə insanlara daha xoş gələcək.

Həvari Bulus kimi davran

3. İnsana xor baxma. Danışığından elə çıxmasın ki, sən hər şeyi bilirsən, qarşındakı insan isə heç nə bilmir. İnsanla hörmətcil tərzdə danış.

4. Danışdığın sözlərin mənbəyinin Müqəddəs Kitab olduğu bilinsin. Allahın Kəlamı insanın ürəyinə təsir etməyə qadirdir. Biz ondan istifadə edəndə insanın imanını doğru təməl üzərində qurmuş oluruq.

5. Mülayim ol. Özünü haqlı çıxarmağa çalışma. Mübahisə etmə. Həmçinin təmkinli olmağın və söhbəti uzatmamağın təvazökar olduğunu göstərəcək (Məs. 17:14; Tit. 3:2). Bu gün biz insanla mülayim danışsaq, bəlkə də, o, sabah müjdəyə qulaq asacaq.

H Ə M Ç İ N İ N  B A X

Rom. 12:16—18; 1 Kor. 8:1; 2 Kor. 3:5

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş