Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lmd d. 12
  • Dürüstlük

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dürüstlük
  • İnsanları sev. Şagird hazırla
  • Başlıqlar
  • Oxşar material
  • İsa Məsihin qoyduğu nümunə
  • İsa Məsihin nümunəsindən nə öyrənirik?
  • İsa Məsih kimi davran
  • Şagirdin vəftiz olunmasına kömək edin
    Gözətçi qülləsi 2021
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)
    Gözətçi qülləsi 2020
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (I hissə)
    Gözətçi qülləsi 2020
  • «Gedin... şagird hazırlayın»
    Gözətçi qülləsi 2020
Əlavə
İnsanları sev. Şagird hazırla
lmd d. 12

ŞAGİRD HAZIRLAMAQ

Bir kişi İsanın və şagirdlərinin qarşısında diz çöküb. İsa onunla söhbət edir.

Mark 10:17—22

DƏRS 12

Dürüstlük

Prinsip: «Sözeşidənə hikmətli məzəmmətçi qızıl sırğa, saf qızıldan düzəlmiş zinət kimidir» (Məs. 25:12).

İsa Məsihin qoyduğu nümunə

Bir kişi İsanın və şagirdlərinin qarşısında diz çöküb. İsa onunla söhbət edir.

VİDEO: «İsa Məsih varlı gəncə məsləhət verir»

1. VİDEOYA bax və ya Mark 10:17—22 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:

  1. a) İsa varlı gəncdə hansı yaxşı xüsusiyyətləri görmüşdü?

  2. b) Nəyə görə İsa həmin gəncə məsləhət verərkən mehriban olmaqla yanaşı, açıq danışmalı idi?

İsa Məsihin nümunəsindən nə öyrənirik?

2. Biz şagirdimizə ruhani cəhətdən inkişaf etməyə kömək etmək üçün fikrimizi mehribanlıqla və dürüst şəkildə bildirməliyik.

İsa Məsih kimi davran

3. Şagirdə qarşısına məqsəd qoymağa və ona nail olmağa kömək et.

  1. a) «Əbədi xoşbəxt həyat» kitabındakı hər dərsdə olan «Məqsəd» yarımbaşlığından istifadə et.

  2. b) Şagirdə kiçik və böyük məqsədlərə çatmaq üçün atmalı olduğu konkret addımları müəyyən etməyə kömək et.

  3. c) Ruhani inkişafına görə şagirdi müntəzəm olaraq yerində təriflə.

4. Şagirdin ruhani cəhətdən inkişafına mane olan şeyləri müəyyən et və bu maneələri aradan qaldırmağa kömək et.

  1. a) Düşün:

    • «Şagirdimə vəftizə doğru irəliləməyə nə mane olur?

    • «Ona necə kömək edə bilərəm?»

  2. b) Yehovaya dua et, şagirdinlə mehriban və açıq şəkildə danışa bilməyin üçün cəsarət istə.

5. İnkişaf etməyən şagirdlə dərsi dayandır.

  1. a) Şagirdin Müqəddəs Kitab dərslərinə münasibəti haqda düşün:

    • «Şagirdim öyrəndiklərinə əməl edir?»

    • «Yığıncaqlara gəlir? Başqaları ilə həqiqət haqda danışır?»

    • «Xeyli müddətdir dərs keçir, bəs Yehovanın Şahidi olmaq istəyir?»

  2. b) Şagird ruhən inkişaf etməyə can atmırsa:

    • Şagirdi təşviq et ki, ona nəyin mane olduğunu ayırd etsin.

    • Nəzakətli şəkildə dərsi dayandırma səbəbini açıqla.

    • Gələcəkdə yenidən dərs keçmək istəyərsə, ondan nə gözlənildiyini izah et.

H Ə M Ç İ N İ N  B A X

Zəb. 141:5; Məs. 27:6, 9; 1 Kor. 9:26; Kol. 4:5, 6

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş