Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/10 s. 3
  • Hakimiyyətə hörmət nəyə görə azdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hakimiyyətə hörmət nəyə görə azdır?
  • Gözətçi qülləsi 2000
  • Oxşar material
  • Hakimiyyətə hörmət nəyə görə vacibdir?
    Gözətçi qülləsi 2000
  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?
    Allahın məhəbbətindən ayrılmayın
  • Üzərinizə qoyulan şəxslərə hörmət edin
    Gözətçi qülləsi 2000
  • Yehovanın hakimiyyətini qəbul et
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/10 s. 3

Hakimiyyətə hörmət nəyə görə azdır?

“Ola bilsin elə gün gələcəkdir ki, tə’yin olunmuş dini və dünyəvi, ictimai və siyasi hakimiyyətlərə qarşı göstərilən açıq-aydın e’tinasızlıq keçən onilliyin ən səciyyəvi xüsusiyyəti hesab olunacaqdır”.

TARİXÇİ və filosof Hanna Arendtin bəhs etdiyi həmin onillikdən, yə’ni 1960-cı illərdən artıq çox illər keçibdir. Bu gün, hakimiyyətə olan hörmətsizlik misli görünməmiş dərəcədə güclüdür.

Məsələn, Londonun “Tayms” qəzetinin son mə’lumatlarından birində deyilirdi: “Bə’zi valideynlər öz uşaqları üzərində müəllimlərin səlahiyyətini qəbul etmək istəmirlər və uşaqlarını tənbeh edəndə şikayətlənirlər”. Çox vaxt, uşaqları məktəbdə tənbeh olunduqları zaman, valideynlər məktəbə gedib, müəllimləri nəinki hədələyir, hətta onlara hücum edirlər.

Başqa bir nəşrdə, Böyük Britaniyada məktəb müdirlərinin Milli Cəmiyyətindən bir nümayəndənin sözləri sitat gətirilir: “İnsanlar: “Mən cavabdehəm” - demək əvəzinə, “Mən haqlıyam” - deyirlər”. Bə’zi valideynlər, uşaqlarında hakimiyyətə lazımi hörməti nəinki inkişaf etdirmirlər, hətta onların səhvini düzəltmir və bunu başqalarının etməsinə də yol vermirlər. “Öz tələblərini irəli sürən” uşaqlara həm valideynlərin, həm də müəllimlərin səlahiyyətinə e’tinasızlıq göstərməyə icazə verirlər və bunun nəticəsi aydındır. İcmalçı Marqarett Driskollun yazdığı kimi, “hakimiyyətə tamamilə hörmət etməyən, yaxşı və pis haqqında heç bir anlayışı olmayan yeni nəsil” meydana çıxır.

“Taym” jurnalında dərc olunmuş “İtirilmiş nəsil” adlı məqalədə bir çox rusiya yeniyetmələrinin ümidsizliyinə diqqət yetirilirdi və məşhur rep ifaçısının sözləri sitat gətirilirdi: “Əbədi və ədalətli heç nəyi olmayan dünyada doğulan insan cəmiyyətə necə e’tibar edə bilər?” Onun bu hisslərinə ictimai elmlər mütəxəssisi Mixail Topalev də şərikdir: “Bu yeniyetmələr ağılsız deyillər. Onlar, öz valideynlərinin hakimiyyət tərəfindən necə aldadıldığını, valideynlərinin qənaət etdikləri pullarını və iş yerlərini necə itirdiklərini görüblər. Biz onlardan hakimiyyətə hörmət gözləyə bilərikmi?”

Lakin hakimiyyətə yalnız gənc nəslin e’tibar etmədiyini düşünmək düzgün olmazdı. Bu gün, yaşından asılı olmayaraq insanlar hakimiyyətin istənilən növünə e’tibarsızlıqla, hətta e’tinasızlıqla yanaşırlar. Bu o deməkdirmi ki, e’tibara layiq olan hakimiyyət yoxdur? Əgər “idarə etmək, hökm vermək, iradəsinə tabe etdirmək hüququ və imkanı” ilə müəyyən olunan hakimiyyət düzgün istifadə edilərsə, onda bu, xeyirxahlığa yönəldilmiş qüvvə ola bilər. Belə hakimiyyət həm ayrı-ayrılıqda insanlara, həm də bütövlükdə cəmiyyətə fayda gətirə bilər. Növbəti məqalədə, bunun necə mümkün olması müzakirə olunacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş