Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/11 s. 3—5
  • Gözləməyi bacarırsınızmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gözləməyi bacarırsınızmı?
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Həyatımızın anları ötüb gedəndə
  • Gözləməyi öyrənmək
  • Səbir mükafatlandırılır
  • Səbirlə gözləməyə əzmlisiniz?
    Gözətçi qülləsi 2017
  • Gözləməyi bacarın!
    Gözətçi qülləsi 2000
  • Yehovanı səbirlə gözləyərkən sevincinizi qoruyun
    Gözətçi qülləsi 2024
  • Yehovanı səbirlə gözləyəcəksiniz?
    Gözətçi qülləsi 2021
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/11 s. 3—5

Gözləməyi bacarırsınızmı?

İNSANLARIN, hər il nə qədər vaxtı yalnız gözləməkdə keçirdiklərini təsəvvür edirsinizmi? Onlar mağazada və yanacaq doldurma məntəqələrində növbələrdə gözləyirlər. Həmçinin restoranlarda onlara xidmət edilməsini, həkimin və ya stomatoloqun qəbuluna düşməyi, dayanacaqlarda avtobusları və ya qatarları gözləyirlər. Bəli, insan gözlədiyinə nail olmaq üçün, həyatında olduqca çox vaxt sərf edir. Bə’zi hesablamalara görə, yalnız almanlar avtomobil tıxaclarında ildə 4,7 milyard saat vaxt keçirirlər. Kim isə hesablayıb ki, bu rəqəm bütövlükdə təxminən 7 000 insanın həyatını təşkil edir.

Gözləmək mə’yusluğa səbəb ola bilər. Bizim günlərdə, bütün işləri yerinə yetirmək üçün, görünür, heç zaman vaxt çatmır, və əgər hələ görüləsi işlər barədə düşünsək, gözləmək əsl sınağa çevrilə bilər. Yazıçı Aleksandr Rouz bir dəfə demişdir: “Ürək ağrılarının yarısı gözləməkdən əmələ gəlir”.

Amerikanın dövlət xadimi Bencamin Franklin dərk edirdi ki, gözləmək bə’zən baha başa gəlir. O, 250 il bundan əvvəl qeyd etmişdir: “Vaxt - puldur”. Məhz buna görə də, ticarət firmaları iş zamanı lazımsız ləngimələrə yol vermirlər. Qısa vaxt ərzində nə qədər çox məhsul istehsal olunarsa, bu bir o qədər də böyük qazanc gətirə bilər. Əhaliyə bilavasitə xidmət göstərən ticarət müəssisələri, sür’ətli xidmət (qida ilə cəld tə’min etmə restoranları, müştərilərə avtomobildə xidmət göstərən banklar və bu kimi) sistemləri tətbiq etməyə çalışırlar, çünki bilirlər ki, müştərini razı salmaq, onun vaxtını qənaət etmək deməkdir.

Həyatımızın anları ötüb gedəndə

On doqquzuncu əsrdə yaşamış Amerika şairi Ralf Uoldo Emerson bir dəfə şikayətlənərək dedi: “İnsan gözləməkdə nə qədər çox vaxt itirir!” Bu yaxınlarda isə yazıçı-publisist Lans Morrou gileylənirdi ki, gözləmək sıxıntı gətirir və əhval-ruhiyyəni pisləşdirir. Sonra o, “gözləməyin daha gizli və mənfi tərəfini” xatırlatdı. O, nəyi nəzərdə tuturdu? O, “insandakı ən qiymətli şeyin - həyat zərrəsi olan vaxtın - oğurlanmasının, həmişəlik itirilməsinin dərk edilməsi” haqqında deyirdi. Gözləməkdə itirilən vaxt, həmişəlik itirilir. Bu acınacaqlı olsa da həqiqətdir.

Əlbəttə, əgər həyat belə qısa olmasaydı, gözləmək bu qədər narahatçılığa səbəb olmazdı. Ancaq həyat həqiqətən də qısadır. Min il bundan əvvəl Müqəddəs Kitab məzmurçusu qeyd etmişdir: “İllərimizin günləri yetmiş ildir və qüvvətlə səksən il olarsa onların qüruru, zəhmət və kədərdir; çünki tez keçər və biz də uçarıq” (Məzmur 90:10). Harada yaşadığımızdan və kimliyimizdən asılı olmayaraq, həyatımız - doğulanda bizə ayrılan günlər, saatlar, dəqiqələr - məhduddur. Bununla yanaşı, nəyi isə və ya kimi isə gözləyəndə bizə qiymətli olan vaxtımızın bir hissəsini itirməyə məcbur olduğumuz vəziyyətlərdən boyun qaçıra bilməyəcəyik.

Gözləməyi öyrənmək

Yəqin ki, çoxlarımız, qabaqda gedən nəqliyyatı ötüb keçməyə cəhd göstərən sürücünün avtomobilində getməli olmuşuq. Çox vaxt sürücünün belə davranmasına o qədər də ehtiyac olmamışdır, çünki onun tələsməyə yeri yox idi. Buna baxmayaraq, yolda bir kimsənin sür’ət barədə göstəriş verməsi ilə razılaşmaq sürücü üçün çətin idi. Səbrin çatışmamazlığı göstərir ki, bu insan gözləməyi öyrənməyib. Öyrənməkmi? Bəli, gözləməyi öyrənmək lazımdır. Heç kim bu qabiliyyətlə doğulmur. Körpələr ac olanda və ya narahatlıq hiss edəndə, inadkarlıqla özlərinə diqqət tələb edirlər. Ancaq, yalnız böyüdükdən sonra onlar başa düşürlər ki, istədiklərini bə’zən gözləmək lazım gəlir. Gözləmək həyatımızın ayrılmaz bir hissəsi olduğu üçün, demək olar ki, lazım gəldikdə səbirlə gözləmək bacarığı yetkin insanın fərqləndirici cəhəti olacaqdır.

Əlbəttə, elə tə’xirəsalınmaz vəziyyətlər olur ki, səbirsizliyi başa düşmək olar. Məsələn, gənc ər, doğmaq üzrə olan arvadı ilə xəstəxanaya tələsir və aydındır ki, hər hansı bir ləngimə onun səbirsizliyinə səbəb olacaqdır. Lutu Sodomdan çıxmağa tələsdirən mələklər, o, ləngiyən zaman gözləmək niyyətində deyildilər. Fəlakət yaxınlaşırdı, Lutun və ailəsinin həyatı təhlükədə idi (Təkvin 19:15, 16). Lakin çox vaxt, gözlənilmədən yubanma halları həyatımızı heç cür təhlükə altına qoymur. Gecikmə bir kimsənin təcrübəsizliyi və ya laqeyidsizliyi ucbatından olsa da, belə hallarda hər kəsin gözləməyi bacarması çox xoş olardı. Bundan başqa, əgər hər bir kəs gözləmə vaxtını səmərəli istifadə etməyi bacarsaydı, səbir göstərmək asan olardı. Səhifə 5-də, gözləmənin həm dözülə bilən, həm də faydalı məşğuliyyət olmasına kömək edən bir neçə məsləhət verilir.

Unutmaq olmaz ki, səbirsizlik ruhu, özü haqqında yüksək fikirdə olmağın və lovğalığın, yə’ni insanı gözlətmək məcburiyyəti ilə razılaşmamağın əlaməti ola bilər. Bu cür nöqteyi-nəzərə malik olan kəslərə, Müqəddəs Kitabın növbəti sözləri üzərində düşünməyə dəyər: “Ruhda səbirli olan ruhda kibrli [lovğa] olandan yaxşıdır” (Vaiz 7:8). Məğrurluq və ya lovğalıq ciddi fərdi nöqsandır. Müqəddəs Kitab məsəlində bu haqda deyilir: “Ürəyi məğrur olan hər adam RƏBBƏ məkruhdur” (Süleymanın məsəlləri 16:5). Buna görə də, gözləmək bacarığını inkişaf etdirərək, səbirli olmağı öyrənməklə özümüzü diqqətlə nəzərdən keçirməli və başqaları ilə münasibətlərimizi yoxlamalıyıq.

Səbir mükafatlandırılır

Gözlədiyimizin buna layiq olduğunu biləndə və nəticədə onun həyata keçəcəyinə əmin olanda, adətən gözləmək asan olur. Bununla əlaqədar, Allahın bütün səmimi ibadətçilərinin Müqəddəs Kitabda yazılmış gözəl və’dlərin yerinə yetməsini gözlədikləri haqda düşünmək pis olmazdı. Məsələn, Allahdan ilham almış məzmurda oxuyuruq: “Salehlər yeri miras alır və onda əbədiyyən yaşayırlar”. Bu və’d həvari Yəhyanın sözlərində əks olunur: “Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (Məzmur 37:29; 1 Yəhya 2:17). Beləliklə, əgər biz əbədi yaşaya bilsəydik, gözləmək bir o qədər də çətin olmazdı. Lakin biz hələlik əbədi yaşamırıq. Onda əbədi həyat haqqında danışmaq realdırmı?

Bu suala cavab verməzdən əvvəl, Allahın, ulu valideynlərimizi əbədi həyat ümidi ilə yaratdığı haqda fikirləşin. Məhz günaha görə, onlar özləri üçün və bizi də daxil etməklə, övladları üçün bu ümidi itirdilər. Lakin onların günahından dərhal sonra, Allah, onların itaətsizliyinin nəticəsini düzəltmək niyyətini e’lan etdi. O, “zürriyyət” göndərəcəyini və’d etdi və nəticədə bu “zürriyyət” İsa Məsih oldu (Təkvin 3:15; Romalılara 5:18).

Allahın və’dindən fayda əldə etməyimiz, hər birimizin şəxsi qərarından asılıdır. Bunun üçün də səbir gərək olacaqdır. Bu cür səbirli olmağı öyrətmək üçün, Müqəddəs Kitab bizi təşviq edir ki, əkinçinin nümunəsi üzərində düşünək. Əkinçi toxumu əkəndən sonra, onun işi səbirlə gözləməkdən və biçin vaxtı gəlincəyə qədər məhsulunu qorumaq üçün əlindən gələni etməkdən ibarət olur. O zaman onun səbri mükafatlandırılacaq və o, əməyinin bəhrəsini görəcəkdir (Yaqub 5:7). Həvari Pavel səbirli olmağın başqa bir nümunəsini göstərir. O, keçmişin sadiq kişi və qadınları haqqında xatırladır. Onlar Allahın və’dlərinin bütünlüklə yerinə yetməsini görməyə ümid edirdilər, lakin Allahın tə’yin etdiyi vaxtın gəlib çatmasını gözləməli idilər. Pavel bizi, “və’d olunanları iman və səbirliliklə miras alanlardan nümunə” götürməyə təşviq edir (İbranilərə 6:11, 12).

Bəli, gözləmək, həyatda qaçılmaz faktdır. Ancaq bu bizi kədərləndirməməlidir. Gözləmək, Allahın və’dlərinin bütünlüklə yerinə yetməsini gözləyənlər üçün sevinc mənbəyi ola bilər. Gözləməyə sərf olunan vaxtı, Allahla yaxın qarşılıqlı münasibəti inkişaf etdirmək və imana şəhadətlik edən işləri görmək üçün istifadə etmək olar. Duanın, öyrənməyin və düşünməyin sayəsində, Allahın bütün və’dlərinin Özü tə’yin etdiyi vaxtda yerinə yetəcəyinə dair sarsılmaz əminlik inkişaf etdirmək olar.

[5-ci səhifədəki çərçivə/şəkillər]

Gözləmə vaxtını necə mə’nalı keçirməli

Əvvəlcədən planlaşdırın! Əgər gözləməli olacağınızı bilirsinizsə, onda oxumağa, yazmağa, toxumağa və ya bə’zi başqa faydalı işlərlə məşğul olmağa hazırlaşın.

Vaxtı fikirləşmək üçün istifadə edin; bizim iti sür’ətdə irəliləyən dünyamızda buna get-gedə daha az vaxt qalır.

Telefonun yanına bə’zi ədəbiyyatlar qoyun ki, gözləməli olsanız istifadə edə biləsiniz; beş-on dəqiqəyə bir neçə səhifə oxuya bilərsiniz.

Əgər gözləyərkən tək deyilsinizsə, insanlarla ünsiyyətdə olmağa və ruhlandırıcı fikirləri onlarla bölüşməyə hazır olun.

Gözlənilmədən yubanma halları ola bilər; bunun üçün maşında qeyd dəftərçəsi və ya oxumaq üçün bir ədəbiyyat saxlayın.

Gözlərinizi yumun, nəfəsinizi dərin və ya dua edin.

GÖZLƏDİYİMİZ MÜDDƏTDƏ VAXTİMİZİN NƏ DƏRƏCƏDƏ SƏMƏRƏLİ KEÇMƏSİ, GÖZLƏMƏYƏ OLAN MÜNASİBƏTİMİZDƏN VƏ TƏDBİRLİ OLMAĞİMİZDAN ASİLİDİR.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş