Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/2 s. 19—24
  • Əxlaq təmizliyinə aid Allaha məqbul münasibət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əxlaq təmizliyinə aid Allaha məqbul münasibət
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Məhəbbətli Yaradandan bəxşiş
  • Allah tərəfindən qoyulan məhdudiyyətlər
  • Allahın əxlaq qanunlarından faydalanmaq
  • Yusif yüksək əxlaqlı davranışına görə xeyir-dualanır
  • Eyubun “gözləri ilə kəsdiyi əhd”
  • İsmətli gənc qadın
  • Bir qulun hekayəsi
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehova addımlarınızı avand edir
    Gözətçi qülləsi 2023
  • Yusifi zindana salırlar
    Müqəddəs Kitab hekayələri
  • O, yaxşı ər, yaxşı ata idi
    İman örnəkləri
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/2 s. 19—24

Əxlaq təmizliyinə aid Allaha məqbul münasibət

“Faydalı olanı sənə öyrədən və səni getməli olduğun yol ilə aparan Allahın RƏBB mənəm” (İŞAYA 48:17).

1, 2. a) Cinsi əxlaqla əlaqədar hamı tərəfindən qəbul olunmuş nöqteyi-nəzər necədir? b) Məsihçilərin cinsi əxlaqa münasibəti necədir?

B U GÜN dünyanın bir çox ölkələrində əxlaq məsələləri hər bir kəsin şəxsi işinə çevrilmişdir. Cinsi əlaqəyə nəcib hisslərin təbii ifadəsi kimi baxılır, həm də belə əlaqədə, nikahda olmayan adamla və istənilən vaxt olmaq olar. Əgər etdiyi hərəkətlərdən başqalarına xətər dəyməzsə, necə davranacağına hər kəsin özünün qərar verməsi düzgün hesab olunur. Hamı tərəfindən qəbul olunmuş rə’yə görə, əxlaq məsələlərində, xüsusən də söhbət cinsi əlaqədən düşəndə heç kimi mühakimə etmək olmaz.

2 Yeqova haqqında biliyi olanlar isə tamamilə başqa cür düşünürlər. Yeqovanı sevdikləri və Onu razı salmaq istədikləri üçün, Müqəddəs Kitabın prinsiplərinə riayət etməyə şaddırlar. Bu insanlar başa düşürlər ki, Yeqova onları sevir və onların rifahına xidmət edən, onlara xoşbəxtlik gətirən rəhbərliyi təqdim edir (İşaya 48:17). Allah həyat Mənbəyidir. Buna görə də məsihçilər, bədənlərinin qeydinə qalmaq üçün, aydındır ki, rəhbərliyi Allahdan istəməlidirlər, xüsusən də ona görə ki, yeni həyatın törənməsi ilə sıx əlaqəli olan cinsi əxlaq onlar üçün xüsusi mə’na kəsb edir.

Məhəbbətli Yaradandan bəxşiş

3. Xristian aləmində bir çox insanlar cinsi əlaqə haqqında hansı tə’limə öyrədilmişlər və bu tə’lim Müqəddəs Kitaba uyğun gəlirmi?

3 Bugünkü dini olmayan dünyaya zidd olaraq, Xristian aləminin bə’zi nümayəndələri öyrədirlər ki, cinsi əlaqələr eyib və günahdır, Ədən bağında işlədilən “ilk günah”ın da Həvvanın Adəmi yoldan çıxartmasından ibarət olduğunu söyləyirlər. Bu cür nöqteyi-nəzər Allahdan ilham almış Müqəddəs Yazılara ziddir. Müqəddəs Kitab ilk insan cütü haqqında “adam və arvadı” kimi söz açır (Təkvin 2:25). Allah onlara “səmərəli olun və çoxalın və yer üzünü doldurun” deməklə, uşaq sahibi olmalarını istədi (Təkvin 1:28). Allahın Adəm və Həvvaya əvvəlcə dünyaya uşaq gətirmələrini buyurub, sonra isə bu tapşırığı yerinə yetirdikləri üçün onları cəzalandırması məntiqə uyğun olmazdı (Məzmur 19:8).

4. Allahın niyyətinə görə, cinsi əlaqə hansı məqsədlə müəyyən edilib?

4 Ulu valideynlərimizə verilmiş, daha sonra isə Nuha və onun oğullarına təkrar edilmiş bu tapşırıqdan görünür ki, cinsi əlaqənin əsas rolu dünyaya uşaq gətirməkdir (Təkvin 9:1). Lakin Allahın Kəlamı göstərir ki, Allahın nikahda olan xidmətçilərinin cinsi əlaqədə olmalarının məqsədi yalnız bu olmalı deyil. Bu münasibətlər ərlə arvadın mə’nəvi və fiziki ehtiyaclarını lazımi tərzdə tə’min edə bilər, həmçinin onlara həzz verər. Bununla da, ər və arvad bir-birlərinə ən zərif hisslərini əks etdirə bilərlər (Təkvin 26:8, 9; Süleymanın məsəlləri 5:18, 19; 1 Korinflilərə 7:3—5).

Allah tərəfindən qoyulan məhdudiyyətlər

5. Allah cinsi əlaqəyə aid hansı qadağaları qoydu?

5 Cinsi meyl, Allah tərəfindən verilən bəxşişdir, amma bu, qarşısıalınmaz olmamalıdır. Bu prinsip ailə həyatına da aiddir (1 Peter 3:1, 7; Efeslilərə 5:28—30). Nikahdan kənar cinsi əlaqələr qadağan olunmuşdur. Müqəddəs Kitabda bu barədə kəskin və açıq danışılır. Allahın İsrail xalqına verdiyi qanunda deyilir: “Zina etməyəcəksən” (Çıxış 20:14). Daha sonralar İsa “zinanı” və “əxlaqsızlığı”, ürəkdə baş qaldıran və insanı murdarlayan “bəd düşüncələrə” aid etdi (Mark 7:21, 22). Allahdan ilham alaraq həvari Pavel Korinf məsihçilərinə öyüd verirdi: “Cinsi əxlaqsızlıqdan çəkinin” (1 Korinflilərə 6:18). İbranilərə məktubunda isə Pavel yazırdı: “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (İbranilərə 13:4).

6. Müqəddəs Kitaba əsasən, “zina” ifadəsi hansı mə’nanı verə bilər?

6 “Zina” ifadəsi nə deməkdir? Bu söz Yunanca pornе́ya sözündən götürülüb, bə’zən nikahda olmayan insanlar arasındakı cinsi əlaqələri ifadə etmək üçün istifadə edilir (1 Korinflilərə 6:9). Başqa yerlərdə, məsələn, Matta 5:32-ci və 19:9-cu ayələrində bu ifadə daha geniş mə’na daşıyır; bu söz həmçinin əxlaqsızlığa, yaxın qohumlar arasında və heyvanla olan cinsi əlaqəyə də aid edilə bilər. Nikahda olmayan insanlar arasında anus və ya ağız vasitəsilə cinsi əlaqələr və başqasının cinsiyyət orqanlarını hissə gətirmək də pornе́ya adlana bilər. Bütün bu davranışlar Allahın Kəlamında birbaşa və ya dolayısı ilə mühakimə olunur (Levililər 20:10, 13, 15, 16; Romalılara 1:24, 26, 27, 32)a.

Allahın əxlaq qanunlarından faydalanmaq

7. Əxlaq təmizliyi hansı faydanı gətirir?

7 Yeqovanın cinsi əxlaqa aid rəhbərliyinə tabe olmaq, qeyri-kamil insanlar üçün çətin ola bilər. XII əsrin tanınmış yəhudi filosofu İbn Məymun yazırdı: “Bütün Tövratda [Musanın qanunda] qadağan olunmuş nikahsız yaşama və qanunsuz cinsi əlaqələr kimi yerinə yetirilməsi çətin olan qanun yoxdur”. Lakin biz Allahın rəhbərliyinə itaət göstəririksə, böyük fayda əldə edə bilərik (İşaya 48:18). Misal üçün, bu məsələdə itaətkarlıq göstərmək, bizi cinsi yolla ötürülən müalicəolunmaz və ölümcül xəstəliklərdən qoruya bilərb. Kəbinsiz hamiləlikdən müdafiə olunarıq. Bundan əlavə, əgər Allaha məqbul olan müdrikliyə riayət ediriksə, vicdanımız təmiz olar. Belə davranaraq, mənliyimizi qoruyar və bizi əhatə edən insanların, o cümlədən qohumlarımızın, həyat yoldaşımızın, uşaqlarımızın və məsihçi bacı-qardaşlarımızın hörmətini qazanarıq. Həmçinin biz Allaha məqbul olan müdrikliyə riayət edərək cinsi əlaqəyə münasibətdə sağlam, müsbət nöqteyi-nəzəri qoruyub saxlaya bilərik, bu isə nikahda xoşbəxtliyimizə kömək edər. Bir məsihçi qadın yazırdı: “Allahın Kəlamındakı həqiqət ən yaxşı müdafiədir. Ərə gedəcəyim vaxtı gözləyirəm. Və o zaman məsihçi ərimə ismətli qaldığımı fəxrlə deyə biləcəyəm”.

8. Təmiz davranışımız həqiqi ibadətə necə kömək edə bilər?

8 Bundan əlavə, yüksək əxlaqlı davranışımızla həqiqi ibadət haqqında olan yanlış təsəvvürləri aradan qaldıra bilər və insanları, ibadət etdiyimiz Allaha yaxınlaşdıra bilərik. Həvari Peter yazırdı: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12). Yeqovaya xidmət etməyən insanlar, hətta bizim təmiz ibadətimizi qəbul edib bəyənməsələr də, əmin ola bilərik ki, səmavi Atamız Onun rəhbərliyinə tabe olmaq sə’yimizi görür və bəyənir, hətta buna sevinir də (Süleymanın məsəlləri 27:11; İbranilərə 4:13).

9. Səbəbini tam anlamasaq da, nəyə görə Allahın rəhbərliyinə e’tibar etməliyik? Nümunə əsasında izah edin.

9 Allahın tapşırdığı bu və ya digər işin vacibliyini tam anlamasaq da, Ona iman etmək, Onun bizim üçün faydalı olanı bildiyinə əmin olmaq deməkdir. Musanın qanunundan bir nümunəyə baxaq. Hərbi düşərgələrə aid göstərişlərdən biri, nəcisi düşərgədən kənarda basdırmağı tələb edirdi (Təsniyə 23:13, 14). Ehtimal ki, israillilər bunun nəyə görə lazım olduğunu tamamilə anlamır, bə’ziləri isə bunun lazımsız olduğunu düşünürdülər. Lakin sonradan təbabətə mə’lum oldu ki, bu qanun, su qaynaqlarının təmiz qalmasına və həşəratlar vasitəsilə daşınan bir çox xəstəliklərdən müdafiə olunmağa kömək edirdi. Buna bənzər tərzdə, Allahın cinsi əlaqəni kəbin yatağı ilə məhdudlaşdırmasının ruhani, ictimai, mə’nəvi, fiziki və psixoloji səbəbləri var. Əxlaq təmizliyini qoruyan insanların Müqəddəs Kitab nümunəsinə nəzər salaq.

Yusif yüksək əxlaqlı davranışına görə xeyir-dualanır

10. Yusifi kim yoldan çıxarmağa çalışırdı və o, buna necə cavab verdi?

10 Yəqin ki, Müqəddəs Kitabdan Yaqubun oğlu Yusifin nümunəsi sizə tanışdır. O, 17 yaşında ikən Misir fir’onunun mühafizə rəisi olan Potifarın qullarından biri oldu. Yeqova Yusifi xeyir-dualandırdı və vaxt keçdikdən sonra onu Potifarın bütün evi üzərinə tə’yin etdilər. Yusif 20 yaşına çatdıqda “əndamı gözəl və görünüşdə gözəl” bir gənc oldu. Potifarın arvadı ona diqqət yetirdi və onu yoldan çıxarmağa çalışdı. Yusif isə aydın izah etdi ki, onunla razılaşsa nəinki ağasına xəyanət etmiş olar, həm də “Allaha qarşı günah” işlədər. Yusif nəyə görə belə düşünürdü? (Təkvin 39:1—9).

11, 12. O dövr üçün Allahın, zinanı və əxlaqsızlığı qadağan edən yazılı qanununun olmadığını nəzərə alaraq, Yusifin davranışını necə izah etmək olar?

11 Ehtimal ki, Yusifin belə qərar qəbul etməsinə səbəb insanlar qarşısında qorxu deyildi. Onun ailəsi uzaqda yaşayırdı, atası isə onu ölmüş sanırdı. Əgər Yusif zina etsəydi, onun ailəsi bu haqda heç zaman bilməzdi. Bundan əlavə, bu cür günahı, evdə nadir hallarda olan Potifardan və onun qullarından da gizlətmək olardı (Təkvin 39:11). Lakin Yusif bilirdi ki, bu cür günahı Allahdan gizlətmək mümkün deyil.

12 Ehtimal ki, Yusif, Yeqova haqqında biliyi olduğu üçün belə nəticəyə gəlmişdi. O, şübhəsiz ki, Allahın Ədən bağında dediyi “Bunun üçün insan anasını və atasını buraxacaq və arvadına bağlanacaqdır və bir bədən olacaqdırlar” əmrini bilirdi (Təkvin 2:24). Bundan əlavə, Yusifin ulu nənəsi Saranı yoldan çıxarmağa çalışan Filistim padşahına Yeqovanın dedikləri, ona mə’lum idi. Yeqova padşaha demişdi: “Aldığın qadına görə, budur, sən bir ölüsən; çünki o bir adamın arvadıdır... Mən də səni mənə qarşı günah işləməkdən qorudum, bunun üçün səni ona toxunmağa buraxmadım” (Təkvin 20:3, 6). Beləliklə, o dövrdə Yeqovanını yazılı qanununun olmamasına baxmayaraq, Onun nikah haqqındakı fikri aydın idi. Əxlaq haqqındakı təsəvvürləri və Yeqovanı razı salmaq arzusu, Yusifi əxlaqsız davranışdan çəkindirdi.

13. Ehtimala görə, Yusif nə üçün Potifarın arvadından kənar gəzə bilmirdi?

13 Ancaq Potifarın arvadı sözünün üstündə duraraq, onunla yatsın deyə “hər gün” Yusifi dilə tuturdu. Nəyə görə Yusif sadəcə olaraq ondan kənar gəzmirdi? O, bir qul kimi müxtəlif tapşırıqları yerinə yetirməli idi və yaranan vəziyyətə heç cür tə’sir edə bilməzdi. Arxeoloji qazıntılara əsasən, Misir evləri elə planda tikilirdi ki, anbara evin əsas hissəsindən keçmək lazım gəlirdi. Buna görə də Yusif heç cür Potifarın arvadından kənar gəzə bilmirdi (Təkvin 39:10).

14. a) Potifarın arvadından qaçdıqdan sonra Yusifin başına nə gəldi? b) Sadiqliyinə görə Yeqova Yusifi necə xeyir-dualandırdı?

14 Bir dəfə evdə tək qaldıqları zaman, Potifarın arvadı Yusifi tutub, “Mənimlə bərabər yat” deyə bağırdı. Yusif qaçdı. Rədd edildiyindən inciyərək, Potifarın arvadı Yusifi, onu zorlamaq cəhdində günahlandırdı. Bu nəyə səbəb oldu? Düzgünlüyünə görə Yeqova Yusifi o dəqiqəmi mükafatlandırdı? Xeyr. Onu qandallayıb, zindana atdılar (Təkvin 39:12—20; Məzmur 105:18). Yeqova bu ədalətsizliyi gördü və nəticədə Yusifin zindandan çıxarılıb saraya gətirilməsinə yol açdı. O, Misirdə sözü keçən ikinci adam oldu və arvad-uşaqla xeyir-dualandı (Təkvin 41:14, 15, 39—45, 50—52). Yusifin nöqsansızlığı barədəki hekayə 3 500 il bundan əvvəl qeydə alınıb ki, nəticədə Allahın xidmətçiləri onun üzərində düşünsünlər. Allahın ədalətli qanunlarına sədaqət göstərildiyi üçün necə də gözəl xeyir-duadır! Buna bənzər tərzdə, əgər bu gün biz də əxlaqi cəhətdən nöqsansızlığın faydasını dərhal hiss etməsək də, Yeqovanın bizi gördüyünə və vaxtı gələndə xeyir-dualandıracağına şübhə etməməliyik (2 Tarixlər 16:9).

Eyubun “gözləri ilə kəsdiyi əhd”

15. Eyubun “gözləri ilə kəsdiyi əhd” nə demək idi?

15 Nöqsansızlığını qoruyanlardan biri də Eyub idi. İblis tərəfindən sınandığı zaman, Eyub həyatını nəzərdən keçirdi və bildirdi ki, başqa şeylərlə yanaşı, əgər Yeqovanın cinsi əxlaqa aid prinsiplərini pozubsa, ciddi cəza çəkməyə hazırdır. Eyub dedi: “Gözlərimlə bir əhd kəsdim və mən qıza necə göz ataram?” (Eyub 31:1). Eyub bununla demək istəyirdi ki, Allahın qarşısında nöqsansızlığını qorumaq əzmilə hətta, qadına şəhvətlə baxmaqdan belə vaz keçir. Şübhəsiz, Eyub hər gün qadınlarla qarşılaşır və yəqin ki, ehtiyacları olduqda onlara kömək edirdi. Lakin romantik məqsədlər güdərək qadınlar haqqında düşünməyi, Eyub yol verilməz bir iş sanırdı. Sınaqlarla qarşılaşmazdan əvvəl, o, böyük var-dövlətə sahib idi və “bütün şərq oğullarından... böyük idi” (Eyub 1:3). Lakin o, var-dövlətindən, qadınları cəlb etmək üçün istifadə etmirdi. Hər şeydən göründüyü kimi, Eyub özünü gənc qadınlarla, qadağan olunmuş cinsi əlaqədə olmaq ümidi ilə təskinlik vermirdi.

16. a) Nəyə görə Eyub, nikahda olan məsihçilər üçün gözəl nümunədir? b) Malakinin günlərində yaşayan kişilərin davranışı Eyubun davranışından kəskin surətdə nə ilə fərqlənirdi və bizim zəmanəmiz haqqında nə demək olar?

16 Beləliklə, Eyub həm yaxşı, həm də pis günlərində əxlaqi nöqsansızlığını qoruyurdu. Yeqova bunu görüb, Eyubu bol-bol xeyir-dualandırdı (Eyub 1:10; 42:12). Eyub nikahda olan məsihçi kişi və qadınlara necə də gözəl nümunə verdi! Yeqovanın Eyubu belə çox sevməsi təəccüblü deyil! Müasir insanların davranışları isə Malaki peyğəmbərin günlərində baş verənləri xatırladır. Bu peyğəmbər, əksər hallarda daha cavan qadınlarla evlənmək üçün arvadlarını tərk edən bir çox kişiləri sərt tərzdə tənqid edirdi. Yeqovanın qurbangahı, tərk edilmiş qadınların göz yaşları ilə isladılmışdı və O, həyat yoldaşlarına bu tərzdə “xəyanət” edənləri mühakimə edirdi (Malaki 2:13—16).

İsmətli gənc qadın

17. Şulamlı qız hansı mə’nada “qapalı bir bağça”ya bənzəyirdi?

17 Nöqsansızlığını qoruyan üçüncü şəxs Şulamlı qız idi. Bu gənc və gözəl qızı, bir çobandan savayı, İsrailin varlı padşahı Süleyman da sevirdi. Süleyman tərəfindən gözəl Nəşidələr Nəşidəsində yazılmış bütün hekayə boyu, Şulamlı qızın ismətini qoruması və bununla da onu əhatə edənlərin hörmətini qazanması haqqında danışılır. Onun tərəfindən rədd edilən Süleyman, Allahdan ilham alaraq bu qız haqqında hekayə yazır. Qızın sevdiyi çoban da, ismətli davranışına görə ona hörmət edirdi. Bir dəfə o, şairanə tərzdə qızı “qapalı bir bağça” ilə müqayisə etmişdi (Nəşidələr Nəşidəsi 4:12). Qədim İsrailin gözəl bağlarında çeşid-çeşid tərəvəzlər, ətirli çiçəklər və nəhəng ağaclar bol idi. Adətən, belə bağlar hasarla və ya divarla əhatə olunurdu və bu bağlara yalnız kilidli qapıdan keçmək olardı (İşaya 5:5). Çoban üçün Şulamlı qızın əxlaq təmizliyi və cəlbediciliyi, nadir gözəlliyə malik olan belə bir bağa bənzəyirdi. Qız həqiqi mə’nada ismətli idi. Onun zərifliyi və nəvazişi, yalnız onun gələcək həyat yoldaşına nəsib olardı.

18. Yusif, Eyub və Şulamlı qız haqqındakı hekayələr bizə nəyi xatırladır?

18 Əxlaqi nöqsansızlığı qorumaq barəsində, Şulamlı qız bugünkü məsihçi qadınlara gözəl nümunə verdi. Yeqova yüksək əxlaqını görüb, onu qiymətləndirdi, Yusif və Eyub kimi onu da xeyir-dualandırdı. Onların nöqsansız davranışları, bizə rəhbərlik kimi xidmət etmək üçün Allahın Kəlamına yazılıb. Bizim nöqsansızlığı qorumaq sə’ylərimiz Müqəddəs Kitaba yazılmasa da, Onun iradəsini yerinə yetirməyə cəhd göstərənlər üçün Yeqovanın “yaddaş kitabı” vardır. Yaddan çıxarmayaq ki, Yeqova bizi “dinləyir” və Ona olan sədaqətimizdən, əxlaqi cəhətdən təmiz qalmağımız üçün sə’y göstərəndə sevinir (Malaki 3:16).

19. a) Əxlaq təmizliyinə necə münasibət bəsləməliyik? b) Növbəti məqalədə nə müzakirə olunacaq?

19 İmansız insanlar bizə gülsələr də, sevən Yaradanımıza itaət etməyimizə çox şadıq. Biz daha yüksək normalara - Allahın verdiyi əxlaq normalarına sahibik. Bununla fəxr etməli və bunu qiymətləndirməliyik. Əxlaqi cəhətdən təmiz qalaraq, Allahın xeyir-dualarına sevinər və gələcəkdə sonsuz xeyir-dualara xoşbəxt ümid bəsləyə bilərik. Bəs əxlaqi təmizliyi qorumaq üçün təcrübədə nələr edə bilərik? Bu vacib sual növbəti məqalədə müzakirə ediləcək.

İzah edə bilərsinizmi?

• Cinsi əlaqələrə aid Müqəddəs Kitab nə öyrədir?

• Müqəddəs Kitaba əsasən “zina” ifadəsi hansı mə’nanı verə bilər?

• Əxlaqi təmizliyi qorumağın hansı faydası var?

• Yusif, Eyub və Şulamlı qız bugünkü məsihçilərə nə üçün gözəl nümunədirlər?

[Haşiyələr]

a “Gözətçi Qülləsi”nin 1984-cü il, 1 dekabr nömrəsinə baxın, səh. 20—23, (rusca).

b Əfsuslar olsun ki, məsihçi kişi və ya qadının, Allahın rəhbərliyinə itaət etməyən imansız həyat yoldaşının ucbatından, cinsi yolla keçən xəstəliklərə tutulduğu hallar da olur.

[21-ci səhifədəki şəkil]

Yusif əxlaqsızlıqdan qaçdı.

[22-ci səhifədəki şəkil]

Şulamlı qız “qapalı bir bağça” kimi idi.

[23-cü səhifədəki şəkil]

Eyub “gözləri ilə əhd kəsdi”.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş