Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/3 s. 3—4
  • Dua kömək edirmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dua kömək edirmi?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • İnsanlar nə üçün dua edirlər?
  • Duaları kimsə eşidirmi?
  • Allah bütün dualarımı eşidir?
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Giriş
    Gözətçi qülləsi (kütləvi) 2021
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/3 s. 3—4

Dua kömək edirmi?

DEMƏK olar ki, hər kəsin, həyatında dua etməyə ehtiyac duyduğu anlar olur. Əslində bütün dini cərəyanlara mənsub olan insanlar ürəkdən dua edirlər. Məsələn, bir buddist, “Amida Buddaya iman edirəm” duasını gündə min dəfə təkrarlaya bilər.

Dünyadakı problemlərin azalmadığına diqqət yetirdikdə, ortaya belə bir sual çıxır: İnsanlar dua etməklə nəyə nail olmaq istəyirlər? Dualar kömək edirmi?

İnsanlar nə üçün dua edirlər?

Şərqdə insanların bir çoxu ölmüş əcdadlarına, yaxud sintoizmin və ya daosizmin allahlarına dua edirlər. Onlar imtahanları müvəffəqiyyətlə vermək, yaxşı məhsul yığmaq və ya xəstəliklərin qarşısını almaq ümidilə dua edirlər. Buddistlər dua edərək maariflənməyə nail olmağa çalışırlar. Hindular bilik, var-dövlət və müdafiə diləyərək sevimli ilahi və ilahələrinə ürəkdən dua edirlər.

Həyatlarını qapalı monastırlarda rahib və ya rahibəlik xidmətinə həsr edib, durmadan dua etməklə, bə’zi katoliklər bəşəriyyətə fayda gətirəcəklərinə ümid edirlər. Milyonlarla katoliklər, təsbeh çevirərək, əzbərlənmiş dualar söyləməklə Məryəmin lütfünü qazanmağa cəhd göstərirlər. Şərqdə bir çoxları dua dəyirmanlarından istifadə edirlər. Protestantlar hisslərini Allaha sərbəst surətdə ifadə edə bilərlərsə də, Rəbbin duasındakı sözləri təkrarlayırlar. Yəhudilərin bir çoxu uzun yol qət edərək Yerusəlimdəki Qərb Divarının yanına gəlirlər ki, burada mə’bədin bərpa edilməsi, yeni eranın firavanlıq və sülh içində başlaması üçün dua etsinlər.

Milyonlarla insanın durmadan dua etməsinə baxmayaraq, cəmiyyət yoxsulluqdan, alkoqolizmdən və narkotiklərdən get-gedə daha çox əzab çəkir, daha çox ailələr dağılır, cinayətkarlıq və müharibələr getdikcə artır. Bəlkə bu insanlar düzgün dua etmirlər? Ümumiyyətlə duaları kimsə eşidirmi?

Duaları kimsə eşidirmi?

Əgər duaları heç kim eşitmirsə, onların heç bir faydası yoxdur. İnsan dua edərkən, ola bilsin, görünməyən ruhani aləmdə dualarını bir kimsənin eşitdiyinə inanır. Ancaq dualar, adi səs dalğaları ilə ötürülmür. İnsanların çoxu inanır ki, hətta dua edənin düşüncələrini oxuya biləcək kimsə vardır. O, kimdir elə?

Beyin qabığının sinir hüceyrələrində milyardlarla fikrin necə əmələ gəlməsi, alimlər üçün əsas e’tibarilə sirr olaraq qalır. Ancaq beyini yaradan Şəxsin bu fikirləri oxuya bilməsi məntiqə uyğundur. Həmin Şəxs - Yeqova Allahdır (Məzmur 83:18; Vəhy 4:11). Dualar yalnız Ona yönəldilməlidir. Bəs Yeqova belə duaların hamısınımı eşidir?

Allah bütün dualarımı eşidir?

Keçmişdə yaşayan Davud padşah duaya xüsusi diqqət yetirirdi. O, Allahdan ilham alaraq, məzmurlarda oxuyurdu: “Ey sən duanı eşidən, bütün bəşər sənə gələcək” (Məzmur 65:2). Yeqova, insanların danışdığı minlərlə dilin hər hansında olursa-olsun, söylənilən bütün duaları anlamağa qadirdir. İnsan beyninin bu qədər çox mə’lumat qəbul edə bilməməsi, heç də o demək deyildir ki, Allah, Ona məqbul tərzdə dua edənlərin hamısına diqqət yetirə bilmir.

Həmçinin həyatında duaya xüsusi yer verən İsa Məsih qeyd etdi ki, Allahı məmnun etməyən dualar da var. İsanın, o zaman geniş yayılan adət üzrə əzbərlənmiş duaların təkrarlanması haqqında dediklərinə diqqət yetirin: “Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər” (Matta 6:7). Yeqova, həqiqi duyğularımızı ifadə etməyən duaları çətin ki, dinləsin.

Müqəddəs Kitabın bir məsəli, bə’zi duaların Allahı nə üçün məmnun etmədiyni belə izah edir: “Kim şəriəti dinləməkdən qulağını çevirirsə, onun duası da məkruhdur” (Süleymanın məsəlləri 28:9). Başqa bir məsəldə isə deyilir: “RƏB pislərdən uzaqdır; fəqət salehlərin duasını eşidir” (Süleymanın məsəlləri 15:29). Qədim İsrail xalqının rəhbərləri Yeqovanın önündə ciddi günah işlətdikləri zaman, O bəyan etdi: “Əllərinizi açdığınız zaman, gözlərimi sizdən gizləyəcəyəm; bir çox dualar etdiyiniz zaman da dinləməyəcəyəm; əlləriniz qanla doludur” (İşaya 1:1, 15).

Həvari Peter, duaların Allaha nə üçün məqbul olmadığının başqa bir səbəbini xatırlatdı: “Ey ərlər, həmçinin siz də arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins və həyat ən’amının həmvarisləri olduqlarından onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin” (1 Peter 3:7). Bu məsləhətə e’tinasızlıq göstərən insanın dualarının göylərə çatması mümkün olmayacaq.

Tamamilə aydındır ki, Allah dualarımızı eşitsin deyə, müəyyən tələblərə riayət etməliyik. Ancaq dua edənlərin əksəriyyətini, Allahın onlardan tələb etdiyi şeylər az maraqlandırır. Buna görə də, sə’ylə edilən bu cür dualar sayəsində dünyamız yaxşılığa doğru dəyişməmişdir.

Dualarımızın Allah tərəfindən eşidilməsi üçün hansı tələblər mövcuddur? Bu suala cavab verməzdən qabaq, ümumiyyətlə nəyə görə dua etdiyimizi anlamalıyıq. Duaların kömək edib etməməsi bizə maraqlıdırsa, aydınlaşdırmalıyıq ki, onların məqsədi nədir? Yeqova, Ona müraciət etmək imkanını nə üçün nəzərdə tutub?

[İcazə ilə]

G.P.O., Jerusalem

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş