Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/3 s. 30—32
  • Siz buna inanmalısınızmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siz buna inanmalısınızmı?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Mütəxəssislər hər zamanmı haqlıdırlar?
  • “Yalan yerə “elm” adlandırılır”
  • Müqəddəs Kitab Allahdan ilham almış rəhbərlikdir
  • Düşünmək qabiliyyəti
  • Aristotel
    Oyanın! 2016
  • Sağlamdüşüncəli ol, müdrik davran
    Gözətçi qülləsi 2003
  • ‘Öyrətmək bacarığına’ diqqət yetir
    Gözətçi qülləsi 2008
  • E’tiqadınız nəyə əsaslanır?
    Gözətçi qülləsi 2001
Gözətçi qülləsi 2001
w01 1/3 s. 30—32

Siz buna inanmalısınızmı?

BU HADİSƏ, cəbr fənnini çətinliklə qavrayan on iki yaşlı məktəbli oğlanla baş vermişdir. Məktəbdə müəllim, ilk baxışdan sadə görünən cəbri hesablamaları sinifə izah edirdi.

O, sözə başlayıb dedi: “Qoy x=u, onların hər biri isə 1-ə bərabər olsun”.

“Hələ ki, hər şey aydındır” - deyə, oğlan özlüyündə düşündü.

Lakin müəllimin məntiqi görünən dörd sətir hesablamasından sonra, təəccüblü bir nəticə alındı.

- “Beləliklə, 2=1!” Səhvi tapın - deyə, çaşqınlıq içində olan şagirdlərə tapşırıq verdi.

Gənc şagird, cəbr fənni üzrə olan cüz’i biliyi ilə səhvi necə tapacağını bilmirdi. Hesablamada atılan hər bir addım tamamilə düzgün görünürdü. Bəs o, bu qəribə görünən nəticəyə inanmalıdırmı? Axı riyaziyyatda müəllim ondan daha təcrübəlidir. Əlbəttə ki, yox! O, özlüyündə fikirləşdi: “Burada səhv axtarmağa ehtiyac yoxdur. Sağlam düşüncə bunun ağılsızlıq olduğunu söyləyir” (Süleymanın məsəlləri 14:15, 18). O, yaxşı bilirdi ki, nə müəllimi, nə də sinif yoldaşları iki dolları bir dollara dəyişməzlər!

Bir müddətdən sonra, oğlan hesablamada buraxılan səhvi tapdı. O, baş vermiş hadisədən qiymətli ibrət dərsi götürdü: hətta səndən olduqca ağıllı bir kəs, yaxşı düşünülmüş və ilk baxışdan nöqsansız görünən dəlillər gətirsə belə, sadəcə həmin an onun sözlərində səhv tapa bilmədiyin üçün, ağlasığmaz bir nəticəyə inanmaq lazım deyil. Bu şagird, Müqəddəs Kitabın 1 Yəhya 4:1-də yazılan, praktiki bir prinsipinə riayət edirdi,- nüfuzlu bir mənbədən gəlirmiş kimi görünsə belə, eşitdiyin hər şeyə inanmağa tələsmə.

Əlbəttə, bu o demək deyildir ki, siz işin mahiyyətini bilmədən bu və ya digər fikrə qarşı qabaqcadan hasil olmuş fikri inadla müdafiə etməlisiniz. Səhv nöqteyi-nəzərlərə düzəliş verən mə’lumatı inkar etmək düzgün olmazdı. Həmçinin geniş biliyə və yaxud böyük nüfuza sahib olan insanların tə’sirinin “ağlınızı tez sarsıtma”sına da yol vermək lazım deyil (2 Saloniklilərə 2:2). Əlbəttə ki, yuxarıda xatırladılan hadisədə, sadəcə olaraq müəllim şagirdləri ilə oyun oynayırdı. Ancaq bə’zən hər şey oyun kimi bir o qədər də zərərsiz olmur. İnsanlar olduqca “hiyləgər” ola bilərlər (Efeslilərə 4:14; 2 Timoteyə 2:14, 23, 24).

Mütəxəssislər hər zamanmı haqlıdırlar?

Elmin hər hansı sahəsində olursa-olsun, hətta ən görkəmli mütəxəssislərin belə, bir-birinə zidd fikirləri və dəyişkən nöqteyi-nəzərləri ola bilər. Misal üçün, xəstəliklərin səbəbləri kimi əsas bir məsələ üzərində arasıkəsilmədən aparılan tibbi mübahisələri götürək. Harvard Universitetinin tibb professoru yazır: “Xəstələnməyə daha çox tə’sir göstərən nədir: irsən ötürülmüş, yoxsa sonradan qazanılmış amillər? Bununla əlaqədar, mütəxəssislər qızğın mübahisələr aparırlar”. Deterministik adlandırılan düşərgənin nümayəndələri əmindirlər ki, müxtəlif xəstəliklərə meyilli olmağımızda da başlıca rolu genlərimiz oynayır. Başqaları isə iddia edirlər ki, xəstəliklərin əsas səbəbi ilk növbədə ətraf mühit və insanın həyat tərzidir. Hər iki tərəf öz rə’ylərinin müdafiəsi üçün tədqiqatlara və statistikaya əsaslanır. Buna baxmayaraq, mübahisələr davam edir.

Ən görkəmli mütəfəkkirlərin nöqteyi-nəzərləri, vaxtilə düzgün hesab olunmasına baxmayaraq, dönə-dönə tənqidə mə’ruz qalır. Filosof Bertran Rassel, Aristoteli “bütün filosofların ən nüfuzlusu” adlandırdı. Lakin buna baxmayaraq, Rassel qeyd etdi ki, Aristotelin tə’limlərindən bə’ziləri “tamamilə səhv” olmuşdur. O yazırdı: “İndiki zəmanədə təbiiyyat elmlərində, daxili qanunauyğunluqda və ya fəlsəfədə irəliyə doğru atılan hər addımı, Aristotelin davamçılarının narazılıq nidaları altında etmək lazım gəlir” (“History of Western Philosophy”).

“Yalan yerə “elm” adlandırılır”

Yəqin ki, ilk məsihçilər Sokrat, Platon və Aristotel kimi görkəmli yunan filosoflarının bir çox davamçıları ilə qarşılaşırdılar. O dövrün təhsilli adamları özlərini məsihçilərin əksəriyyətindən ağıllı hesab edirdilər. İsanın şagirdləri arasında “cismani nöqteyi-nəzərdən müdrik” hesab olunanlar az idi (1 Korinflilərə 1:26). O günlərin fəlsəfələrini öyrənənlər məsihçilərin inamlarının “ağılsızlıq” və ya “əsl cəfəngiyyat” olduğunu düşünürdülər (1 Korinflilərə 1:23).

Əgər siz ilk məsihçi yığıncağına aid olsaydınız, o dövrün mütəfəkkirlərinin inandırıcı fikirləri sizə tə’sir göstərər və müdriklikləri sizi heyran edərdimi? (Koloslulara 2:4). Həvari Pavelin sözlərinə görə, bunun üçün səbəb yox idi. O, məsihçilərə xatırlatdı ki, Yeqova “müdriklərin müdrikliyinə” və “aqillərin ağlına” ağılsızlıq kimi baxır (1 Korinflilərə 1:19). Pavel soruşurdu: “Müdrik haradadır? Din alimi haradadır? Bu dövrün filosofu haradadır?” (1 Korinflilərə 1:20). Pavelin günlərindəki müdriklər, filosoflar və mütəfəkkirlər parlaq iste’dadlarına baxmayaraq, insanların həyatını yüngülləşdirə bilmədilər.

Buna görə də məsihçilər, həvari Pavelin yazdığı kimi, “yalan yerə “elm” adlanan bir-birinə zidd fikirlərdən” çəkinirlər (1 Timoteyə 6:20). Pavelin bu elmi “yalan” adlandırmasının tək bir vacib səbəbi vardı: həmin elm Allah tərəfidən verilən mənbəyə əsaslanmırdı, buna görə də onu müqayisə etmək mümkün deyildi (Eyub 28:12; Süleymanın məsəlləri 1:7). Bu cür elmə istinad edən kəslər, həqiqəti tapmağa ümid etməyə bilərlər, çünki biliklərinin məhdud olmasından savayı, həmçinin onlar mahir yalançı, Şeytan tərəfindən kor edilmişlər (1 Korinflilərə 2:6—8, 14; 3:18—20; 2 Korinflilərə 4:4; 11:14; Vəhy 12:9).

Müqəddəs Kitab Allahdan ilham almış rəhbərlikdir

İlk məsihçilər şübhə etmirdilər ki, Allah Öz niyyətlərini, iradəsini və prinsiplərini Müqəddəs Kitabda açıqlayır (2 Timoteyə 3:16, 17). Bu, kiminsə onları “insan ən’ənəsinə görə... fəlsəfə və boş hiylə ilə... əsr almasın”dan qoruyurdu (Koloslulara 2:8). Eyni şey bu gün də baş verir. Bir-birinə zidd və dolaşıq insan müdrikliyindən fərqli olaraq, Allahın Kəlamı, əmin olmağımız üçün möhkəm əsas verir (Yəhya 17:17; 1 Saloniklilərə 2:13; 2 Peter 1:21). Bunsuz biz, insan düşüncəsinin və fəlsəfəsinin dalğalanan qumu üzərində, möhkəm bir şey tikməyə cəhd göstərmiş kimi olarıq (Matta 7:24—27).

Kim isə e’tiraz edə bilər: “Dayanın. Məgər alimlər, Müqəddəs Kitabın qeyri-elmi olduğunu sübut etmədilərmi? Buna görə də o, durmadan dəyişən insan teoriyalarından e’tibarlı deyildir”. Misal üçün, Bertran Rassel yazırdı: “Kopernik, Keple və Qalileo sübut etməyə çalışırdılar ki, Yer kürəsi Kainatın mərkəzi deyil, bu zaman onlar yalnız Aristotelin nöqteyi-nəzərləri ilə yox, Müqəddəs Kitabla da mübarizə aparmalı olurdular” (Redaksiyamızın kursivi). Bundan əlavə, bütün faktlar Yer üzünün milyard illər ərzində mövcud olduğunu sübut etdiyi halda, bugünün kreasionistləri Müqəddəs Kitaba əsasən Yer kürəsinin 24 saatdan ibarət olan altı günə yaradıldığını iddia etmirlərmi?

Əslində Müqəddəs Kitabda deyilmir ki, Yer kürəsi Kainatın mərkəzidir. Bunu, Allahın Kəlamına riayət etməyən kilsə ruhaniləri öyrədirdilər. Yaradılış haqqında söhbət açan Təkvin kitabına əsasən, Yer kürəsinin milyard illərdir ki, mövcud olduğunu, yaradılış gününün isə 24 saatla məhdudlaşmadığını müəyyən etmək olar (Təkvin 1:1, 5, 8, 13, 19, 23, 31; 2:3, 4). Müqəddəs Kitaba olan qərəzsiz nöqteyi-nəzər, qeyri-elmi bir dərslik olmasına baxmayaraq, onun “cəfəngiyyat” olmadığını başa düşməyə imkan verir. Həmçinin Müqəddəs Kitab elmin müəyyən etdiyi faktlarla tamamilə uyğun gəlira.

Düşünmək qabiliyyəti

İsanın şagirdlərinin çoxu sadə və ehtimala görə, bir o qədər də təhsilli deyildilər, ancaq Allahdan aldıqları, onlara kömək etmək iqtidarında olan bəxşişləri vardı. Hansı mənşəyə mənsub olmalarına baxmayaraq, onların hamısına düşünmək qabiliyyəti verilmişdi. Həvari Pavel həmimanlılarını “mə’nəvi ibadətə”, yə’ni “Allahın yaxşı kamil iradəsinin nə olduğunu dərk etmək üçün” dərindən düşünməyə təşviq edirdi (Romalılara 12:1, 2).

Allahın verdiyi düşünmə qabiliyyətinə əsasən, ilk məsihçilər başa düşürdülər ki, Allahın Kəlamına zidd olan fəlsəfə və tə’limlərdən heç bir fayda yoxdur. Bə’zi hallarda, o dövrün müdrik adamları “həqiqəti haqsızlığa əsir” edirdilər və Allahın mövcudluğuna dair onları əhatə edən sübutları görmək istəmirdilər. Həvari Pavel yazırdı: “Özlərini müdrik adlandırdılar, lakin ağılsız oldular”. Onlar, Allahı və Onun niyyətləri haqqında həqiqəti inkar edərək, “düşüncələrində batil oldular; və onların anlayışsız ürəklərinə qaranlıq çökdü” (Romalılara 1:18—22; Yeremya 8:8, 9).

Özlərini müdrik hesab edən insanlar çox vaxt bəyan edirlər ki, Allah yoxdur, Müqəddəs Kitaba e’tibar etmək olmaz və yaxud biz son günlərdə yaşamırıq. Allahın gözündə belə fikirlər, “2=1” kimi ağılsızlıqdır (1 Korinflilərə 3:19). İnsanların, hansı nüfuza sahib olduqlarını iddia edərlərsə etsinlər, Allahın Kəlamına və sağlam düşüncəyə zidd gedən fikirləri ilə razılaşmağınız məcburi deyil. Axır nəticədə ən yaxşısı, “hər bir insan yalançı... Allah Öz sözünə sadiq”dir sözlərini yadda saxlamaqdır (Romalılara 3:4).

[Haşiyə]

a Əlavə mə’lumat üçün, Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən dərc olunan “Müqəddəs Kitab - Allahın Kəlamıdır, yoxsa insanın?” və “Qayğıkeş Yaradan mövcuddurmu?” kitablarına müraciət edə bilərsiniz (türkcə).

[32-ci səhifədəki şəkillər]

İnsanların dəyişkən düşüncələrindən fərqli olaraq, Müqəddəs Kitab əmin olmağımız üçün möhkəm əsas verir.

[İcazə ilə]

Solda, Epikür: şəkil “British Museum”un iltifatlı icazəsi ilə çəkilmişdir; yuxarıda ortada, Platon: National Archaeological Museum Athens, Greece; sağda, Sokrat: Roma, Musei Capitolini.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş