Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/5 s. 3—6
  • Həqiqi xoşbəxtliyi necə tapmalı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi xoşbəxtliyi necə tapmalı?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Ruhani tələbatlarınız haqqında düşünün
  • Həyatınızı çətinləşdirməyin
  • Xoşbəxtlik və özünə hörmət hissi
  • Xoşbəxtlik üçün ümid vacibdir
  • Xoşbəxtliyə necə nail olmaq olar?
    Gözətçi qülləsi 2010
  • Xoşbəxt Allaha ibadət edənlər bəxtiyardır
    Gözətçi qülləsi 2018
  • Əsl xoşbəxtliyi tapa bilərsiniz
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2001
w01 1/5 s. 3—6

Həqiqi xoşbəxtliyi necə tapmalı?

BUDDİST din rəhbəri dalay-lama dedi: “Mən elə hesab edirəm ki, həyatın başlıca məqsədi xoşbəxtliyi axtarmaqdadır”. Sonra o, izah etdi ki, onun fikrincə, ağılı məşq etdirməklə və düzgün əhval-ruhiyyəli ürəyə sahib olmaqla, xoşbəxtliyə nail olmaq mümkündür. O dedi: “Ağıl - xoşbəxtliyə nail olmaq üçün yeganə alətdir”. Onun düşündüyünə görə, Allaha iman etmək vacib deyila.

İsa isə başqa nöqteyi-nəzərə sahib idi. O, Allaha möhkəm inanırdı və onun tə’limləri əsrlər boyu milyonlarla insanların həyatına tə’sir göstərməyə davam edir. İsa, insanların xoşbəxt olmalarını arzu edirdi. O, məşhur Dağüstü təbliğini, “bəxtiyardırlar” ifadəsi ilə müşayiət olunan xoşbəxtliyə aid doqquz cümlə ilə başlamışdı (Matta 5:1—12). Bu təbliğdə İsa, şagirdlərini pozğun, əxlaqsız və xudbin fikirləri sakit, təmiz və məhəbbət dolu fikrlərlə əvəz edərək, ağıllarını və ürəklərini tədqiq və islah etməyə çağırırdı (Matta 5:21, 22, 27, 28; 6:19—21). Sonralar onun davamçılarından biri “doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı... fəzilət və tə’rifə layiq” şeylər haqqında düşünməyi məsləhət etdi (Filipililərə 4:8).

İsa bilirdi ki, həqiqi xoşbəxtlik başqaları ilə olan qarşılıqlı münasibətdən asılıdır. İnsanlar - təbiətcə ünsiyyətə ehtiyac duyan məxluqlardır, buna görə də, əgər özümüzü başqalarından ayırırıqsa və ya daima kiminləsə münaqişədə oluruqsa, həqiqi mə’nada xoşbəxt ola bilmərik. Biz, yalnız sevildiyimizi hiss etdiyimiz və özümüz də bu hissi başqalarına qarşı əks etdirdiyimiz zaman xoşbəxt ola bilərik. İsa, bu cür məhəbbəti təzahür etməkdə Allahla qarşılıqlı münasibətimizin vacib olduğunu öyrədirdi. Burada İsanın tə’limləri dalay-lamanın tə’limlərindən xüsusi şəkildə fərqlənir, çünki, İsanın sözlərinə əsasən, Allahı qəbul etməyən insanlar həqiqi mə’nada xoşbəxt ola bilməzlər. Nəyə görə? (Matta 4:4; 22:37—39).

Ruhani tələbatlarınız haqqında düşünün

Dağüstü təbliğində İsa bu sözləri demişdi: “Özlərinin ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər” (Matta 5:3, YD). Nəyə görə? Ona görə ki, heyvanlardan fərqli olaraq, biz insanların ruhani tələbatları var. Allahın surətində yaradılan bizlər, Allahın məhəbbət, ədalət, mərhəmət və müdriklik kimi xüsusiyyətlərini müəyyən dərəcədə inkişaf etdirə bilirik (Təkvin 1:27; Mika 6:8; 1 Yəhya 4:8). Ruhani tələbatlara, həyatın mə’nasının olması da daxildir.

Ruhani tələbatlarımızı necə tə’min etmək olar? Bunu, nəzəriyyəyə əsaslanan fikirlərlə və ya sadəcə özünü təhlil etmə yolu ilə etmək əsla mümkün deyil. İsa belə dedi: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Diqqət yetirin ki, İsanın sözlərinə görə, bizim üçün həyati vacib olan “hər bir söz”ün mənbəyi Allahdır. Bə’zi sualların cavabını tapmaqda bizə yalnız Allah kömək edə bilər. Bunu başa düşmək bu gün xüsusilə vacibdir, çünki həyatın mə’nası və xoşbəxtliyə nail olmağın üsulları haqqında nəzəriyyələr həddindən artıq çoxalıb. Kitab mağazalarında oxuculara sağlamlıq, xoş güzəran və xoşbəxtlik və’d edən kitablar üçün xüsusi rəflər ayrılır. İnternetdə, xoşbəxtliyə aid xüsusi saytlar yaradılıb.

Lakin insanların bununla əlaqədar olan düşüncələri çox vaxt müvəffəqiyyətsiz olur. Bu düşüncələr, adətən onların xudbin arzularına yol açır və məhdud biliyə, təcrübəyə, əksər hallarda isə yanlış mə’lumatlara əsaslanır. Məsələn, şəxsi təhsil almaq üçün yazılan kitabların müəllifləri çox vaxt ideyalarını “təkamül psixologiyası” nəzəriyyəsinə əsaslandırırlar. Bu nəzəriyyədə, insanın hisslərinin - insan təkamülü nəticəsi olduğu fərz edilir. Əslində Allahı inkar edən nəzəriyyələrə əsaslanaraq, xoşbəxtliyi tapmaq cəhdləri müvəffəqiyyətli ola bilmir və nəticədə mə’yusluğa gətirib çıxarır. Qədim bir peyğəmbər demişdi: “Hikmətli adamlar utandılar... budur, onlar RƏBBİN sözünü üzərlərindən atdılar; və onlarda hikmətin nəyi var?” (Yeremya 8:9).

Yeqova, necə yaradıldığımızı və həqiqi xoşbəxtlik üçün bizə nə lazım olduğunu bilir. O, insanı yer üzündə nə üçün yerləşdirdiyini və gələcəyin bizə nələr gətirəcəyini də bilir. O, bu mə’lumatı bizə Müqəddəs Kitab vasitəsilə çatdırır. Müqəddəs Kitabın müjdəsi həqiqətə meylli olan insanların ürəklərinə toxunur və onları xoşbəxt edir (Luka 10:21; Yəhya 8:32). İsanın iki şagirdi ilə də belə olmuşdu. İsa öləndə onlar mə’yus idilər. Lakin dirildilmiş İsanın, Allahın insanları xilas etmək niyyətində oynadığı rolu haqqında onun özündən eşitdikdən sonra, onlar dedilər: “O, yolda bizimlə danışarkən və Müqəddəs Yazıları bizə izah edərkən, bizim ürəklərimiz alışıb yanmırdımı?” (Luka 24:32).

Müqəddəs Kitabın həqiqətinə həyatımıza rəhbərlik etməsinə imkan verdiyimiz zaman, sevincimiz daha da artır. Bu cəhətdən, xoşbəxtliyi göy qurşağına bənzətmək olar. Göy qurşağı xüsusi münasib şəraitlərdə peyda olur, ə’la şəraitlərdə isə daha parlaq, hətta ikiqat parlaq olur. Gəlin, bir neçə nümunəni nəzərdən keçirək. Görək, Müqəddəs Kitabın tə’limlərinin tətbiq edilməsi bizə hansı tərzdə daha çox xoşbəxtlik gətirə bilər.

Həyatınızı çətinləşdirməyin

Əvvəlcə, İsanın zənginliyə aid verdiyi məsləhətinə diqqət yetirin. O, şagirdlərinə sərvət dalınca qaçmağı həyatlarında birinci yerə qoymamağı məsləhət edərək, gözəl sözlər dedi: “Əgər gözün sadə olarsa, bütün bədənin nurlu olacaqdır” (Matta 6:19—22, YD). Əslində o dedi ki, zənginliyə, hakimiyyətə can atır və ya buna bənzər başqa məqsədlər güdürüksə, daha vacib şeyi nəzərdən qaçırmış oluruq. Çünki, İsanın başqa bir vaxt dediyi kimi, “insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir” (Luka 12:15). Əgər biz ilk növbədə həqiqətən vacib olan şeylərin - Allahla olan münasibətlərimizin, ailələrimizin və buna bənzər şeylərin qeydinə qalırıqsa, onda “gözü”müz sadə olacaq və aydın görəcəkdir.

Diqqət yetirin ki, İsa nə zahidliyi, nə də həddindən artıq fədəkarlığı təbliğ etmirdi. Əslində İsanın özü də zahid deyildi (Matta 11:19; Yəhya 2:1—11). Əksinə, o öyrədirdi ki, həyatlarının mə’nası yalnız sərvət yığmaqdan ibarət olan kəslər, demək olar ki, həyatın özünü itirmiş olurlar.

San-Fransiskodan olan bir psixoterapevt dedi ki, gənc yaşlarından zənginliyə malik olanlar üçün pul - “bütün gərginliklərin və iztirabların başlanğıcıdır”. O, əlavə etdi ki, bu insanlar “iki-üç ev, maşın alır və pulu hər cür boş şeylərə xərcləyirlər. Bütün bunların hamısının əbəs olduğunu [xoşbəxtliyin yenə də olmadığını] görəndə isə, mə’yusluq və boşluq hissi duyur, həyatları ilə nə edəcəklərini bilmirlər”. Bunun əksinə, İsanın, maddi cəhətdən daha sadə həyat sürmək və ruhani işlərə vaxt ayırmaq məsləhətinə riayət edən kəslər həqiqi xoşbəxtliyə nail olacaqlar.

Havay adalarından olan Tom adlı inşaatçı, Allaha ibadət etmək üçün tikilən zalların inşaatında könüllü olaraq iştirak etməyə başladı. Bu cür inşaat, insanların bir o qədər də zəngin olmadıqları yerdə, Sakit okean adalarında aparılır. Tom, bu sadə insanların həyatlarına diqqət yetirib dedi: “Bu adalarda yaşayan məsihçi bacı-qardaşlarımız həqiqi mə’nada xoşbəxtdirlər. Onlar, xoşbəxtliyin pulda və var-dövlətdə olmadığını görməkdə mənə kömək etdilər”. O, həmçinin inşaatda iştirak edən başqa könüllüləri də müşahidə etdi və onların hamısının məmnunluq duyduqlarına diqqət yetirdi. Tom deyir: “Onların çoxlu pul qazanmaq imkanları var. Ancaq onlar ən çox ruhani şeyləri qiymətləndirir və sadə həyat sürürlər”. Bu nümunələrdən ruh yüksəkliyi alan Tom, öz həyatını o dərəcədə sadələşdirdi ki, ailəsinə və ruhani işlərə daha çox vaxt ayırmaq imkanı yarandı. O, həyatında belə bir addım atdığına görə peşman deyil.

Xoşbəxtlik və özünə hörmət hissi

Xoşbəxtlik üçün, sadəcə insanın özünə qarşı hörmət hissinin olması gərəkdir. İnsanın qeyri-kamilliyi və zəiflikləri bə’zilərinin özlərini dəyərsiz hiss etmələrinə səbəb olur. Digərləri isə bunu lap uşaqlıqdan hiss edirlər. Ola bilsin, dərin kök salmış hisslərdən azad olmaq asan deyil, ancaq mümkündür. Ən vacibi - Allahın Kəlamını tətbiq etməkdir.

Müqəddəs Kitab, Allahın bizə qarşı olan nöqteyi-nəzərini izah edir. Məgər bizim üçün Allahın fikri, hər hansı insanın, hətta özümüzün fikrimizdən belə daha vacib deyilmi? Məhəbbətin təcəssümü olan Allah, qabaqcadan əmələ gəlmiş mənfi fikri olmadan və kin saxlamadan bizə diqqət yetirir. O, bizim əslində necə olduğumuzu və necə ola biləcəyimizi görür (1 Samuel 16:7; 1 Yəhya 4:8). Çatışmayan cəhətlərinə baxmayaraq, Onu razı salmaq istəyən kəsləri sevir və dəyərli hesab edir (Daniel 9:23; Haqqay 2:7).

Təbii ki, Allah bizim zəifliklərimizə və günahlarımıza e’tinasızlıq göstərmir. O, istəyir ki, düzgün davranmağa can ataraq, bütün gücümüzü sərf edək və Özü bu işdə bizə kömək edir (Luka 13:24). Bununla belə, Müqəddəs Kitabda deyilir: “Ata uşaqlarına necə acıyırsa, RƏB ondan qorxanlara o cür acıyır”. Və əlavə edilir: “Əgər nöqsanları hesaba alsan, ey Yeqova, ya Rəb, kim dura bilər? Fəqət səndə əfv vardır, ta ki, səndən qorxulsun” (Məzmur 103:13; 130:3, 4).

Buna görə də özünüzə Allahın gözü ilə baxmağa çalışın. İnsanlar özlərini dəyərsiz hesab etsələr də, Allahın gözündə Onu sevənlərin dəyərli olduqlarını və Allahın onlara e’tibar etdiyini bilmək, insana daha çox xoşbəxtlik gətirir (1 Yəhya 3:19, 20).

Xoşbəxtlik üçün ümid vacibdir

Son zamanlar inkişaf edən müsbət psixologiya nöqteyi-nəzərlərinə görə, müsbət rə’ylərə və özündə güclü cəhətləri görmək sə’ylərinə əsaslanan optimizm xoşbəxtlik gətirir. Həyata və gələcəyə olan optimistik nöqteyi-nəzərin xoşbəxtlik gətirdiyini, çətin ki, kimsə inkar etsin. Lakin bu cür optimizm kimlərinsə arzularına yox, dəlillərə əsaslanmalıdır. Bundan əlavə, heç bir optimizm və ya müsbət düşüncə insanı xoşbəxtlikdən məhrum edən müharibələrə, aclıqlara, xəstəliklərə, ətraf mühitin çirklənməsinə, qocalığa, xəstəliyə və ölümə son qoya bilməz. Buna baxmayaraq, optimizm həyatda özünün müəyyən rolunu oynayır.

Maraqlıdır ki, Müqəddəs Kitabda “optimizm” sözü yox, daha sanballı olan “ümid” sözü istifadə olunur. Bir lüğət, Müqəddəs Kitabın kontekstində “ümid” sözünü “nə isə yaxşı bir şeyi əminliklə gözləmək... sevincli intizar” kimi müəyyən edir (“Vine’s Complete Expository Dictionary”). Müqəddəs Kitabda istifadə olunan ümid sözü, həyata olan optimistik nöqteyi-nəzərdən daha artıq mə’na daşıyır. Bu ümid nə isə konkret bir şeylə əlaqəlidir (Efeslilərə 4:4; 1 Peter 1:3). Məsələn, məsihçi ümidi ondan ibarətdir ki, əvvəlki abzasda sadalanan bütün pislik və bədbəxtçiliklər tezliklə aradan qaldırılacaq (Məzmur 37:9—11, 29). Lakin bu hələ son deyil.

Məsihçilər, Allaha sadiq olan insanların kamilliyə çatacaqları və yer üzü cənnətdə yaşayacaqları bir dövrün gəlməsini gözləyirlər (Luka 23:42, 43). Bu ümid haqqında Vəhy 21:3, 4-də daha ətraflı yazılır: “Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və... Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi”.

İndiki şəraiti istədiyi kimi yaxşı olmasa da, belə gələcəyə əminliklə ümid edən hər bir kəs, həqiqi mə’nada xoşbəxt ola bilər (Yaqub 1:12). Nəyə görə Müqəddəs Kitab haqqında daha çox öyrənməyəsiniz və ona e’tibar etmək üçün hansı səbəblərin mövcud olduğuna əmin olmayasınız? Müqəddəs Kitabı hər gün oxumaqla ümidinizi möhkəmləndirin. Bu sizi ruhən zənginləşdirəcək və sevincdən məhrum edən şeylərdən uzaq olmağınıza kömək edəcək, həmçinin sizdə məmnunluq hissi hasil edəcəkdir. Xoşbəxtliyin əsl açarı - Allahın iradəsini yerinə yetirməkdir (Vaiz 12:13). Müqəddəs Kitabın rəhbərliyi əsasında qurulan həyat, xoşbəxt həyatdır. Axı İsa belə demişdi: “Allahın sözünü dinləyib ona əməl edənlər bəxtiyardır” (Luka 11:28).

[Haşiyə]

a Buddistlər üçün, Allaha iman etmək vacib deyil.

[5-ci səhifədəki şəkillər]

Var-dövlət toplamaqla, özünü cəmiyyətdən ayırmaqla və ya məhdud olan insan biliyinə güvənməklə xoşbəxtliyə nail olmaq mümkün deyil.

[6-cı səhifədəki şəkil]

Allahın Kəlamının rəhbərliyi əsasında qurulan həyat, xoşbəxt həyatdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş