Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/6 s. 3—4
  • İsa Məsihin dirilməsi araşdırılmaqdadır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsihin dirilməsi araşdırılmaqdadır
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Müasir skeptiklər
  • İsanın dirilməsi sənin üçün hansı mənanı daşıyır?
    Gözətçi qülləsi 2014
  • Dirilmə — gerçək ümid!
    Gözətçi qülləsi 2020
  • Dirilməyə olan ümidin qüvvəsi var
    Gözətçi qülləsi 2000
  • «Ümid edirəm»
    Gözətçi qülləsi 2017
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/6 s. 3—4

İsa Məsihin dirilməsi araşdırılmaqdadır

“Düzünü desək, biz İsa Məsihin yaşadığına tam əminik. Allahın onu ölülərdən diriltdiyini isə eyni əminliklə söyləyə bilmirik”. Bu sözlər, Anqlikan kilsəsinin yüksək vəzifəli prelatı, Kenterberi arxiyepiskopuna məxsusdur.

MƏSİHÇİ həvarisi olan Pavel isə dirilməyə şübhə etmirdi. O, qədim Korinfdə yaşayan məsihçilərə ünvanlandırdığı birinci məktubunda yazırdı: “Mənim də aldığım bu mühim tə’limi sizə təslim etdim, yə’ni Məsih Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü və O, basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi” (1 Korinflilərə 15:3, 4, İ—93).

İsa Məsihin şagirdlərini, Müjdəni bütün yunan-roma dünyasına — “göy altında olan hər məxluqa” məhz onun dirilməsinə olan imanları təbliğ etməyə təşviq edirdi (Koloslulara 1:23). Əslində, İsanın dirilməsi — məsihçi imanının təməlidir.

Buna baxmayaraq, İsanın dirilməsinə şübhə edən və ya əsla iman gətirməyən insanlar lap əvvəldən mövcud idilər. İsanın davamçıları, dirək üzərinə mismarlanan adamın Məsih olduğunu iddia edirdilər. Yəhudilər isə bunu tamamilə küfr hesab edirdilər. Canın ölməz olduğuna inanan təhsilli yunanlıların çoxu isə, dirilmə ideyasını öz imanlarına zidd olan tə’lim kimi inkar edirdilər (Həvarilərin işləri 17:32—34).

Müasir skeptiklər

Son illərdə bə’zi xristian ilahiyyatçıları, İsa Məsihin dirildilməsini uydurma kimi qələmə verən kitab və məqalələr nəşr etmişlər. Bu məsələ ilə əlaqədar onlar qızğın mübahisələr aparırlar. Müxtəlif alimlər, İsanın sanki tarixi portretini yaratmağa çalışaraq, İncildə yazılan boş qəbir və dirilmiş İsanın şagirdlərinə görünməsi haqqında mə’lumatları, onun fövqəlbəşəri qüvvəsini təsdiq etmək məqsədilə ölümündən çox sonra yaradılan əfsanə hesab edirlər.

Məsələn, Əhdi Cədidin tədqiqatı ilə məşğul olan professor və “Əslində İsa Məsihə nə oldu? Dirilməyə tarixi yanaşma” (“What Really Happened to Jesus — A Historical Appoach to the Resurrection”) adlı kitabın müəllifi, alman ilahiyyatçısı Qerd Lüdemanın iddia etdiklərinə diqqət yetirək. Onun sözlərinə görə, İsanın dirildiyini iddia etmək üçün əsas yoxdur və “dünyaya elmi nöqteyi-nəzərlə” yanaşan hər bir kəs bu dirilməni inkar etməlidir.

Həmçinin professor Lüdemanın fikrincə, Peterin dirilmiş Məsihi görməsi, güclü kədər və İsaya xəyanət etdiyinə görə taqsırkarlıq hisslərindən irəli gələn rö’ya idi. Lüdemanın iddia etdiyinə görə, İsanın eyni vaxtda beş yüz qardaşa görünməsini “kütləvi vəcdə gəlmə” adlandırmaq olar (1 Korinflilərə 15:5, 6). Qısaca desək, bir çox tədqiqatçılar hesab edirlər ki, Müqəddəs Kitabda dirilmiş İsa haqqında yazılan mə’lumatlar onun şagirdlərini yenidən mə’nəvi əminliklə və sə’ylə təbliğ etməyə təşviq edən, kimlərinsə fantaziyalarının nəticəsi və ya uydurulmuş hadisələrdir.

Əlbəttə, ilahiyyat mübahisələri çoxlarını maraqlandırmır. Ancaq İsa Məsihin dirilməsi məsələsi bizim hamımızı maraqlandırmalıdır. Nə üçün? Çünki əgər o dirilməyibsə, onda elə çıxır ki, məsihçilik yalana əsaslanır. Yox, əgər İsanın dirilməsi tarixi faktdırsa, onda məsihçilik həqiqətə əsaslanır. Belə olduqda, İsanın təkcə tə’limləri deyil, və’dləri də doğrudur. Həmçinin əgər İsa həqiqətən də dirilibsə, onda ölüm qalib gələn yox, məhv edilməsi mümkün olan düşməndir (1 Korinflilərə 15:55).

[İcazə ilə]

From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş