Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/6 s. 23—29
  • Məsihçilik üstün gəlir!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihçilik üstün gəlir!
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Kəlamın bu gün vüs’ət alması
  • Müqəddəs ruhun zəmanəmizdəki fəaliyyəti
  • Allahın Kəlamı sə’ylə xidmət etməyə təşviq edir
  • Allahın məhəbbəti üstün gəlməlidir
  • “Allahın kəlamı vüs’ət alırdı”
    Gözətçi qülləsi 2001
  • ‘Xalqların hamısına şəhadət’
    Gözətçi qülləsi 2006
  • Məsihin həqiqi davamçılarının hamısı müjdəçidirlər
    Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2001
w01 1/6 s. 23—29

Məsihçilik üstün gəlir!

“Yeqovanın kəlamı bu cür qüdrətlə artır və üstün gəlirdi” (hƏVARİLƏRİN İŞLƏRİ 19:20; YD).

1. Məsihçiliyin birinci yüzillikdə olan artımını təsvir edin.

MÜQƏDDƏS ruhun qüvvəsilə hərəkətə gətirilərək, ilk məsihçilər Allahın kəlamını sönməz sə’ylə e’lan edirdilər. Bir tarixçi yazmışdı: “Məsihçilik Roma imperiyasına qeyri-adi sür’ətlə yayılırdı. 100-cü ilə yaxın, Aralıq dənizinin sahilində yerləşən hər bir əyalətdə məsihçi cəmiyyəti vardı”.

2. Şeytan xoş xəbərə qarşı nəyi qoydu və bu qabaqcadan necə deyilmişdi?

2 Şeytan İblis ilk məsihçiləri susdura bilmədi. O, xoş xəbərin göstərdiyi tə’sirə qarşı başqa bir şeyi — dönüklüyü qoydu. İsa, dönüklüyün peyda olacağını, buğda və dəlicələr haqqındakı məsəlində qabaqcadan demişdi (Matta 13:24—30, 36—43). Həmçinin həvari Peter də qabaqcadan xəbərdar etmişdir ki, yığıncaqda, “yıxıcı bid’ətlər” gətirən yalançı müəllimlər peyda olacaqlar (2 Peter 2:1—3). Həvari Pavel də, Yeqovanın günündən qabaq dönüklük olacağı haqda xəbərdarlıq etmişdir (2 Saloniklilərə 2:1—3).

3. Həvarilərin ölümündən sonra nə baş verdi?

3 Həvarilərin ölümündən sonra, bütpərəst tə’limləri və fəlsəfələri xoş xəbəri kölgədə qoydu. Qabaqcadan deyildiyi kimi, yalançı müəllimlər həqiqəti təhrif etdilər və ləkələdilər. Tədricən məsihçilik saxta olan Xristian aləmi tərəfindən sıxışdırılıb aradan çıxardıldı. Sadə insanların Müqəddəs Kitabı oxumalarına cürbəcür yollarla maneçilik törədən ruhani sinfi yarandı. Özlərini Məsihin davamçıları adlandıranlar sayca artmış olsalar da, onların ibadətləri təmiz deyildi. Xristian aləmi ərazicə böyüdü, Qərb mədəniyyətində qüdrətli institut və çox nüfuzlu qüvvə oldu, amma onda Allahın nə xeyir-duası, nə də ruhu vardı.

4. Yeqovanın niyyətinə qarşı Şeytanın irəli sürdüyü məkrli planları nə üçün müvəffəqiyyətsizliyə uğradı?

4 Lakin Yeqovanın niyyətinə qarşı Şeytanın irəli sürdüyü məkrli planları müvəffəqiyyətsizliyə uğradı. Hətta dönüklüyün geniş yayılan çağında belə, məsihçiliyi davam etdirən insanlar var idi. Müqəddəs Kitabın üzünü köçürənlər, bir səhvə yol verməmək üçün var gücləri ilə çalışırdılar. Bununla da, Müqəddəs Kitab əsasında başqalarına tə’lim vermək səlahiyyətinə sahib olduqlarını iddia edən insanlar onda deyilənlərin mə’nasını təhrif etsələr də, Müqəddəs Kitabın özü dəyişilməz qalırdı. Əsrlər ərzində Yeronim və Tindal kimi alimlər Allahın Kəlamını cəsarətlə tərcümə edib yayırdılar. Milyonlarla insanlar Müqəddəs Kitabla və tam düzgün olmasa da, məsihçiliklə tanış olurdular.

5. “Biliklə” əlaqədar Daniel peyğəmbər nəyi qabaqcadan bildirdi?

5 Nəticədə, “Daniel” kitabında qabaqcadan deyildiyi kimi, “bilik çoxaldı”. Bu, “sonun vaxtın”da — bizim yaşadığımız zəmanədə baş verdi (Daniel 12:4). Müqəddəs ruh, bütün dünyada həqiqəti sevən insanlara həqiqi Allah və Onun niyyəti haqqında dəqiq bilik almağa imkan verir. Hətta dönüklük tə’liminin yüz illər boyu hökm sürməsindən sonra belə, Allahın kəlamı üstün gəlir! Bu gün xoş xəbər hər yerdə e’lan olunur, insanlara valehedici yeni dünya haqqında ümid verir (Məzmur 37:11). Gəlin Allahın kəlamının bizim zəmanəmizdə necə vüs’ət aldığını nəzərdən keçirək.

Kəlamın bu gün vüs’ət alması

6. Müqəddəs Kitabın Tədqiqatçıları 1914-cü ilə yaxın hansı həqiqətləri anladılar?

6 On doqquzuncu əsrin sonuna yaxın Müqəddəs Kitab həqiqəti, bu gün Yeqovanın Şahidləri kimi tanınan Müqəddəs Kitabın Tədqiqatçılarının kiçik qrupunu şövqə gətirdi. 1914-cü ilə yaxın Müqəddəs Kitab onlar üçün canlandı. Onlar Allahın niyyəti ilə bağlı olan gözəl həqiqətləri anladılar. Yeqovanın, öz Oğlunu yer üzünə göndərməklə və bununla da əbədi həyata yol açmaqla göstərdiyi məhəbbəti onlara dərin təəssürat bağışladı. Həmçinin Allahın adını öyrənib, qiymətləndirməyə başladılar və Allahın necə şəxsiyyət olduğunu anladılar. Daha sonra onlar anladılar ki, “bütpərəstlərin vaxtı” artıq başa çatıb və bu hadisə Allahın Padşahlığının bəşəriyyətə xeyir-dua gətirəcəyi zamanın yaxın olduğuna işarə edir (Luka 21:24, İ—93). Bu doğrudan da xoş xəbərdir! Bu canlı həqiqətləri hər bir kəslə, hər yerdə bölüşmək lazım idi, çünki söhbət insanların həyatından gedirdi.

7. Müqəddəs Kitab həqiqəti müasir zəmanədə necə üstün gəlir?

7 Yeqova, ruhla məsh edilmiş məsihçilərin bu azsaylı qrupunu xeyir-dualandırdı. Bu gün, məsihçiliyi qəbul edənlərin sayı altı milyondan artıqdır. Allahın kəlamının yayılması ərazi cəhətdən də artır: hal-hazırda 235 ölkədə Yeqovanın Şahidləri var. Bundan əlavə, Müqəddəs Kitab həqiqəti güclü tə’sir göstərir və istər dini, istərsə də başqa — bütün maneələrə üstün gəlirdi. Bu ümumdünya təbliğ fəaliyyəti, İsanın padşahlıq hakimiyyətini alaraq iştirak etdiyinə danılmaz sübutlardan biridir (Matta 24:3, 14).

8. Yeqovanın Şahidlərinin artımı barədə nə deyilmişdir?

8 Tarixçilər birinci əsrdə məsihçiliyin heyrətləndirici tərzdə vüs’ət aldığını necə qeyd edirdilərsə, bizim zəmanəmizdə də bir çox alimlər Yeqovanın xalqının artması barədə öz fikirlərini bildirirlər. Birləşmiş Ştatlarda bir nəşrin müəllifi olan iki alim yazırdı: “Son 75 il ərzində Yeqovanın Şahidlərinin sayı qeyri-adi sür’ətlə artıb... və bu artım bütün dünya üzrədir”. Şərqi Afrikada çıxan nəşrlərdən birində Şahidlər, “dünyada ən sür’ətlə artan və Müqəddəs Kitab tə’limlərinə tam sədaqətləri ilə dünya miqyasında tanınan hörmətli dinlərdən biri” adlanırlar. Avropada çıxan mühafizəkar bir katolik jurnalında isə “Yeqovanın Şahidlərinin hədsiz dərəcədə artması” barədə deyilirdi. Bu artıma səbəb olan nə idi?

Müqəddəs ruhun zəmanəmizdəki fəaliyyəti

9. a) Allahın kəlamının zəmanəmizdə üstün gəlməsinin əsas səbəblərindən biri hansıdır? b) Yeqova insanları özünə necə cəlb edir?

9 Birinci əsrdə olduğu kimi, bu gün də Allahın kəlamı ilk növbədə Yeqovanın ruhunun güclü fəaliyyəti sayəsində üstün gəlir. İsa dedi: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz” (Yəhya 6:44). Buradan görünür ki, Yeqova, düzgün meyli olan insanların qəlbinə müraciət edərək, onları özünə cəlb edir. Öz Şahidlərinin təbliğ fəaliyyəti vasitəsilə Yeqova, “bütün millətlərin dəyərli şeylərini”, yə’ni bütün dünyada qoyuna bənzər həlim insanları Ona xidmət etməyə çağırır (Haqqay 2:6, 7).

10. Hansı mənşəli insanlar Allahın kəlamına hay verirdilər?

10 Müqəddəs ruh, Allahın kəlamını dünyanın hər yerinə çatdırmaq üçün Onun xalqına qüvvət verməklə bərabər, müxtəlif mənşəli insanları da xoş xəbərə hay verməyə təşviq edirdi. Doğrudan da, Allahın kəlamını qəbul edənlər “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən” olanlardır (Vəhy 5:9; 7:9, 10). Onların arasında zəngin və kasıblar, ali savadlı və savadsızlar da var. Bə’ziləri həqiqəti müharibələr və ya amansız tə’qiblər şəraitində, digərləri əmin-amanlıq və xoş güzaran vaxtında qəbul ediblər. Hər növ hakimiyyət dövründə, ən müxtəlif mədəniyyəti olan ölkələrdə, həbs düşərgələrində və saraylarda kişi və qadınlar xoş xəbərə hay veriblər.

11. Allahın xidmətçiləri müqəddəs ruhun tə’sirini öz üzərlərində necə hiss edirlər və bu gün hansı fərq aydın görünür?

11 Allahın xalqının belə müxtəlif insanlardan ibarət olmasına baxmayaraq, onlar arasında birlik hökm sürür (Məzmur 133:1—3). Bu da sübut edir ki, Allahın xidmətçiləri müqəddəs ruhun tə’sirini öz üzərlərində hiss edirlər. Allahın ruhu Onun xidmətçilərinə yaxşı tə’sir göstərir, belə ki, onlara məhəbbət, sevinc, sülh, yaxşılıq və digər gözəl xüsusiyyətləri təzahür etdirməyə imkan verir (Qalatiyalılara 5:22, 23). Bu gün biz, çox illər qabaq Malaki peyğəmbərin əvvəlcədən xəbərdar etdiyi sözlərin yerinə yetməsini aydın görürük: “Salehlə natəmiz arasında və Allaha qulluq edənlə ona qulluq etməyən arasında ayırd edəcəksiniz” (Malaki 3:18).

Allahın Kəlamı sə’ylə xidmət etməyə təşviq edir

12. Yeqovanın Şahidləri müjdənin təbliğ işinə necə yanaşırlar və öz təbliğ fəaliyyətlərinə qarşı onlar necə münasibət gözləyirlər?

12 Bu gün Yeqovanın Şahidləri kilsənin passiv üzvləri deyillər. Onlar müjdənin təbliğ işində fəal iştirak edirlər. İlk məsihçilər kimi, Allahın iradəsini könüllü surətdə yerinə yetirir və Yeqovanın Padşahlıqla əlaqədar olan və’dləri haqqında daha çox öyrənməkdə başqalarına kömək etməyə çalışırlar. Onlar Allahın əməkdaşlarıdırlar və müqəddəs ruhun tə’sirinə müvafiq tərzdə, Yeqovaya xidmət etmək istəyənləri toplayırlar. Bununla onlar, Yeqovanın iman etməyən insanlara göstərdiyi mərhəmət və məhəbbəti əks etdirirlər. E’tinasızlığa, istehza və tə’qiblərə baxmayaraq, onlar bu işi icra edirlər. İsa davamçılarını, insanlar tərəfindən xoş xəbərə göstəriləcək müxtəlif münasibətlərə hazırladı. O dedi: “Qul ağasından üstün deyildir. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər; əgər Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər” (Yəhya 15:20).

13. Xristian aləmində çatışmayan hansı xüsusiyyətlər Yeqovanın Şahidlərində aydın surətdə əks olunur?

13 Yeqovanın müasir Şahidləri ilə birinci əsrdə məsihçiliyi qəbul edənlər arasındakı oxşarlıq təəssürat bağışlamaya bilməz. Yeqovanın Şahidləri ilə Xristian aləmi arasındakı ziddiyyət də az təəccüb doğurmur. Bir alim, müjdənin təbliğ işində ilk məsihçilərin göstərdikləri sə’y haqqında yazaraq gileylənirdi: “Müjdənin təbliği hər bir vəftiz olunmuş xristianın öhdəsinə qoyulmasa və müasir kilsənin həyatı imansızların həyatından üstün olan dəyərli həyatla müşayiət ediləcək dərəcədə yenilənməsə, biz, çətin ki, inkişaf edə bilək”. Xristian aləmində çatışmayan xüsusiyyətlər Yeqovanın Şahidlərində aydın surətdə əks olunur! Onların imanı canlıdır, həqiqidir, Müqəddəs Kitab həqiqətinə əsaslanır və onları dinləməyə hazır olan hər bir kəslə bu həqiqəti böyük həvəslə bölüşürlər (1 Timoteyə 2:3, 4).

14. İsa öz xidmətinə necə yanaşırdı və onun şagirdləri bu gün hansı əhval-ruhiyyəni təzahür etdirirlər?

14 İsa öz xidmətinə çox ciddi yanaşırdı — xidmət onun üçün hər şeydən üstün idi. O, Pilata belə dedi: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim” (Yəhya 18:37). Allahın xalqı da İsada olan əhval-ruhiyyəyə malikdir. Müqəddəs Kitab həqiqətini ürəklərində qoruyub saxlayaraq, Allahın xidmətçiləri bu həqiqəti mümkün qədər daha çox insanlarla bölüşmək üsullarını axtarırlar. Bə’zən həmin üsullarda təəccüblü ixtiraçılıq qabiliyyəti əks olunur.

15. Müjdənin təbliğində Şahidlər ixtiraçılıq qabiliyyətini necə göstərdilər?

15 Cənubi Amerika ölkələrindən birində Şahidlər, Amazon çayının qollarından birinin axarı boyunca səyahət edib, insanlara həqiqət haqqında danışırdılar. Lakin 1995-ci ildə ölkədə qarışıqlıq başlayanda, mülki əhalinin çay boyu hərəkəti qadağan olundu. Maraqlanan insanları daha sonra da Müqəddəs Kitab nəşriyyatları ilə tə’min etməyə qəti qərarlı olan Şahidlər, ədəbiyyatları çayın axarı ilə göndərməyə başladılar. Onlar məktublar yazıb, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları ilə bərabər boş plastik butulkalara qoyurdular. Sonra həmin butulkaları çaya atırdılar. Bu vəziyyət dörd il yarım— mülki əhali üçün çay boyunca hərəkət yenidən açılana qədər davam etdi. Çayın hər iki sahilində yaşayan insanlar ədəbiyyatlara görə Şahidlərə böyük minnətdarlıq bildirirdilər. Əvvəllər Müqəddəs Kitabı öyrənən bir qadın, gözləri yaşlı onları qucaqlayıb, dedi: “Düşünürdüm ki, sizi bir daha görməyəcəm. Lakin butulkalarda ədəbiyyat alanda, anladım ki, siz məni unutmamısınız”. Çayın sahillərində yaşayan digər insanlar da dəfələrlə jurnalları oxuduqlarını söyləyirdilər. Əhalinin sakin olduğu bə’zi yerlərin öz “poçt şö’bəsi” — kiçik burulğanı vardı və çayda axan əşyalar bir müddət oraya yığılırdı. Maraqlananlar da “poçtun” gəlib gəlmədiyini bilmək üçün, həmin burulğana baxırdılar.

16. Bizim xidmət etməyə hazır olmağımız, bə’zən şagirdlər hazırlamağa necə imkan açır?

16 Xoş xəbərin təbliğini Yeqova Allah və Onun qüdrətli mələkləri istiqamətləndirir və dəstəkləyirlər (Vəhy 14:6). Əgər hazırlıq ruhu göstəririksə, qarşımızda şagirdlər hazırlamağın ən gözlənilməz imkanları açıla bilər. Nayrobidə (Keniya) iki məsihçi qadın onlara tə’yin olunmuş sahədə təbliğ xidmətini qurtarmışdılar. Birdən onlara gənc bir qadın yaxınlaşıb həyəcanla dedi: “Mən, sizin kimi adamlarla rastlaşmaq üçün dua etmişdim”. Qadın Şahidləri dilə tutdu ki, söhbət etmək üçün onun evinə getsinlər. Bacılar elə həmin gün onunla Müqəddəs Kitabı öyrənməyə başladılar. Axı bu qadın həmin məsihçilərə nə üçün belə tə’cili yaxınlaşmalı oldu? Təxminən iki həftə qabaq onun balaca uşağı tələf olmuşdur. Qadın bir oğlan uşağının əlində “Ölən əzizlərimiz üçün necə ümid var” adlı traktatı gördükdə, onu oxumağı çox arzuladı və traktatı ondan xahiş etdi. Oğlan traktatı vermədi, amma söylədi ki, traktatı ona Yeqovanın Şahidləri bağışlayıblar. Qısa vaxt ərzində bu qadın ruhani nailiyyətlər etməyə başladı və uşağının itkisindən çəkdiyi ağrıya tab gətirmək ona asan oldu.

Allahın məhəbbəti üstün gəlməlidir

17-19. Yeqova, fidiyəni təqdim etməklə bəşəriyyətə hansı məhəbbəti təzahür etmişdir?

17 Allahın kəlamının bütün yer üzündə vüs’ət alması İsa Məsihin fidiyə qurbanlığı ilə sıx bağlıdır. Fidiyə kimi, təbliğ işi də Yeqovanın hər yerdə yaşayan insanlara olan məhəbbətinin təzahürüdür. Həvari Yəhya, Allahdan ilham alaraq yazmışdı: “Allah dünyanı [bəşəriyyəti] elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16).

18 Yeqovanın fidiyəni təqdim etməklə göstərdiyi məhəbbət haqqında düşünün! Milyard illər ərzində Allah özünün əziz, vahid Oğlu — “Allahın xilqətinin Banisi” ilə sıx münasibətdən sevinmişdir (Vəhy 3:14). İsa Atasını çox sevir, Yeqova isə Oğlunu hələ “dünya yaranmazdan əvvəl” sevmişdir (Yəhya 14:31; 17:24). Yeqova, insanların əbədi həyat almaq imkanları olsun deyə, öz sevimli Oğlunun ölməsinə yol verdi. Bəşəriyyətə göstərilən bu cür məhəbbət, dərin ehtiram bəsləməyə vadar edir!

19 Yəhya 3:17-ci ayəsində deyilir: “Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin”. Beləliklə, Yeqova öz Oğluna hökm vermək və ya mühakimə etməyi yox, məhəbbətdən irəli gələn xilas etmə işini həvalə etmişdir. Bu, Peterin sözlərinə müvafiqdir: “[Yeqova] istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9).

20. Xilas, xoş xəbərin təbliğ edilməsi ilə necə bağlıdır?

20 Yeqova, Ona baha qiymətə başa gəlsə də, xilas üçün qanuni təməl təqdim edərək, bu təməldən mümkün qədər çox insanın istifadə etməsini istəyir. Həvari Pavel yazırdı: “Rəbbin ismini hər kim çağırsa, xilas olacaqdır. Bəs iman etmədikləri o Kimsəni necə çağıracaqlar? Eşitmədikləri Kimsəyə necə iman edəcəklər? Təbliğ edən yoxdursa, necə eşidəcəklər?” (Romalılara 10:13, 14, İ—93).

21. Təbliğ fəaliyyətində iştirak etmək imkanına biz necə yanaşmalıyıq?

21 Ümumdünya təbliğ və tə’lim işində iştirak etmək necə də sevinc və şərəfdir! Bu asan iş deyil, amma Yeqova öz xalqının həqiqətə sədaqətli qalaraq yaşadığını və xoş xəbəri başqaları ilə bölüşdüyünü görəndə necə də şad olur! Buna görə də, şəraitinizin necəliyindən asılı olmayaraq, qoy Allahın ruhu və məhəbbəti qəlbinizdə sizi bu işdə iştirak etməyə təşviq etsin. Və xatırlayın: bütün dünyada gözünüzün qarşısında həyata keçirilən bu iş inandırıcı tərzdə sübut edir ki, Yeqova Allah “salehlik ömür” sürən valehedici “yeni göylər və yeni yer” qurmaq və’dini tezliklə yerinə yetirəcəkdir (2 Peter 3:13).

Xatırlayırsınızmı?

• Dönüklük nəyə görə xoş xəbərin təbliğçilərini susdura bilmədi?

• Allahın kəlamı bizim günlərimizdə necə üstün gəlir?

• Allahın ruhu bu gün hansı tərzdə fəaliyyət göstərir?

• Fidiyə xoş xəbərin təbliği ilə necə bağlıdır?

[24-cü səhifədəki diaqram/şəkil]

(Bütün mətnə nəşrin özündə baxın)

XX əsrdə Padşahlığın təbliğçilərinin sayca artımı.

Təbliğçilərin orta sayı (milyonla)

6.0

5.5

5.0

4.5

4.0

3.5

3.0

2.5

2.0

1.5

1.0

0.5

1900 1910 1920 1930 1940 1950 1960 1970 1980 1990 2000

[27-ci səhifədəki şəkillər]

YERONİM

TİNDAL

QUTENBERQ

QUS

[İcazə ilə]

Qutenberq və Qus: From the book The Story of Liberty, 1878

[24 və 25-ci səhifələrdəki şəkillər]

Bütün dünyada insanlar xoş xəbərə hay verirlər.

[26-cı səhifədəki şəkil]

İsa Məsihin fidiyə qurbanlığı kimi, təbliğ fəaliyyəti də Allahın məhəbbətini yüksəldir.

[27-ci səhifədəki şəkil]

Müqəddəs Kitabın Tədqiqatçıları xoş xəbəri e’lan edirlər, 1920-ci illər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş