Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/12 s. 24—29
  • Yolunu azmış uşağa necə kömək etməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yolunu azmış uşağa necə kömək etməli?
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Bə’zi uşaqların həqiqəti tərk etmək qərarının səbəbi
  • Allaha yaxınlaşın
  • Səbirli, eyni zamanda mətanətli olun
  • Həddi–büluğa çatmamış uşaq ünsiyyətdən məhrum ediləndə
  • Başqaları necə kömək edə bilərlər?
  • Təslim olmayın
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
    Gözətçi qülləsi 2007
  • Övladınızı vəftiz olmağa təşviq edin
    Gözətçi qülləsi 2018
  • Evdə üsyankar varmı?
    Ailə xoşbəxtliyinin sirri
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/12 s. 24—29

Yolunu azmış uşağa necə kömək etməli?

“Sevinmək və şadlanmaq lazımdır... [o,] qeyb olmuşdu — tapıldı” (LUKA 15:32).

1, 2. a) Bə’zi yeniyetmələr həqiqətə necə yanaşırlar? b) Belə vəziyyətdə valideynlər və uşaqlar hansı hissləri keçirə bilərlər?

“MƏN artıq yığıncağa getməyəcəyəm!” Allah qorxusuna malik olan və uşaqlarını məsihçi yolunda böyütməyə çalışan valideynlər üçün övladlarından belə sözlər eşitmək necə də kədərlidir! Yeniyetmələrdən bə’zisi özünün bu cür niyyətini aşkar e’lan etməsə də, onları sadəcə “axın... ayırır” (İbranilərə 2:1). Belə yeniyetmələrdən bir çoxu, İsanın məsəlindəki qeyb olmuş oğula bənzəyir. Həmin oğul ata evini tərk edib, bütün varını uzaq ölkədə kefə xərclədi (Luka 15:11—16).

2 Yeqovanın Şahidlərinin əksəriyyəti bu cür problemlə toqquşmur, lakin bu problemə mə’ruz qalanlara heç bir söz tam təsəlli verə bilmir. İtaətsiz uşağın öz başına gətirdiyi fəlakəti də unutmaq olmaz. Bəlkə də, vicdan əzabı ona rahatlıq vermir. İsanın danışdığı məsəldə, qeyb olmuş oğul axırda “özünə gəldi” və bu, atasının sevincinə səbəb oldu. Valideynlər və yığıncağın üzvləri, yolunu azmış uşağa “özünə gəlməkdə” necə kömək edə bilərlər? (Luka 15:17).

Bə’zi uşaqların həqiqəti tərk etmək qərarının səbəbi

3. Yeniyetmələr hansı səbəblər üzündən məsihçi yığıncağını tərk edə bilərlər?

3 Yüz minlərlə yeniyetmələr məsihçi yığıncağında sevinclə xidmət edirlər. Bəs onda nəyə görə bə’zi yeniyetmələr yığıncağı tərk edirlər? Bəlkə də elə düşünürlər ki, bu dünyanın təklif etdiyi şeylərdən nəyi isə əldən buraxırlar (2 Timoteyə 4:10). Yaxud da, onlar elə hesab edirlər ki, Yeqovanın bizi mühafizə edən təşkilatında tə’yin olunmuş qanun çərçivələri həddindən artıq məhduddur. Natəmiz vicdan, əks cinsə güclü meyl, həmyaşıdlarının nüfuzunu qazanmaq həsrəti — bütün bunlar, yeniyetməni Yeqovanın xalqı arasından çıxmağa təhrik edə bilər. Yeniyetməyə elə gələ bilər ki, valideynləri və ya başqa məsihçilər riyakarlığa yol verirlər və buna görə də Allaha etdiyi xidmətinə son qoya bilər.

4. Yeniyetmələrin yolunu azmasına çox vaxt əsas səbəb nə olur?

4 Uşağın düşüncə və davranışındakı üsyankarlıq, adətən onun ruhən zəifliyini və ürəyinin hansı vəziyyətdə olduğunu göstərir (Süleymanın məsəlləri 15:13; Matta 12:34). Yeniyetmə yolunu hansı səbəbdən azmış olsa da, çox vaxt problemin kökü, onun “həqiqəti dərk” etməməsindədir (2 Timoteyə 3:7). Çox vacibdir ki, yeniyetmələr Yeqovaya sadəcə olaraq düşünmədən ibadət etmək əvəzinə, Onunla sıx qarşılıqlı münasibəti inkişaf etdirsinlər. Bu işdə onlara nə kömək edə bilər?

Allaha yaxınlaşın

5. Yeqova ilə yaxın qarşılıqlı münasibəti inkişaf etdirmək üçün yeniyetməyə nə lazımdır?

5 Şagird Yaqub yazırdı: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:8). Yeniyetmə Allaha yaxınlaşa bilsin deyə, Allahın Kəlamını sevməyi öyrənməkdə ona kömək etmək lazımdır (Məzmur 34:8). Əvvəlcə ona “süd”, yə’ni Müqəddəs Kitabın əsas tə’limlərini bilmək lazımdır. Amma tədricən Allahın Kəlamı ona sevinc gətirməyə başlayacaq, o, “qüvvətli yeməyi” — dərin ruhani həqiqətləri sevəcək və ruhani yetkinliyə can atacaqdır (İbranilərə 5:11—14; Məzmur 1:2). Özünün e’tiraf etdiyi kimi, dünyanın işlərinə aludə olan bir yeniyetmə, tədricən ruhani dəyərləri qiymətləndirməyə başlamışdı. Bu cür dəyişikliyə nail olmaqda ona nə kömək etmişdir? Ona, Müqəddəs Kitabı bütünlüklə oxumağı məsləhət gördülər, o da, qrafikə riayət edərək bu kitabı müntəzəm olaraq oxudu. Bəli, Yeqova ilə yaxın qarşılıqlı münasibəti inkişaf etdirmək üçün, Allahın Kəlamını müntəzəm olaraq oxumaq zəruridir.

6, 7. Valideynlər, uşaqlarına Allahın Kəlamına məhəbbəti necə aşılaya bilərlər?

6 Uşaqlarında Allahın Kəlamına məhəbbət aşılamaq valideynlərə necə də vacibdir! Bir ailədə müntəzəm olaraq ailəvi öyrənmə keçirilirdi, amma bu, ailənin yeniyetmə qızına cinayətkarlarla ünsiyyətdə olmasına mane olmurdu. Həmin qız, ailəvi öyrənməni xatırlayaraq deyir: “Atam sual verəndə, gözlərimi qaldırmadan belə, cavabı sadəcə olaraq oxuyurdum”. Hikmətli valideynlər ailəvi öyrənmədə müəyyən materialı sadəcə keçməklə kifayətlənmir, öyrətmək bacarığından da istifadə edirlər (2 Timoteyə 4:2). Öyrənmədə iştirak etmək yeniyetməyə maraqlı olsun deyə, o, öyrənilən materialın şəxsən ona necə aid olduğunu anlamalıdır. Nəyə görə müzakirə olunan sual barədə yeniyetmənin fikrini soruşub, onu dinləməyəsiniz? Uşaqları, öyrənilən materialı həyatda necə tətbiq edəcəkləri haqda fikirləşməyə təşviq edina.

7 Müqəddəs Kitab müzakirəsini canlı keçirməyə çalışın. Münasib olanda uşaqlardan xahiş edin ki, Müqəddəs Kitab hadisələrini və əhvalatlarını rollarda ifa etsinlər. Müzakirə edilən hadisələrin baş verdiyi yeri, oranın təbiətini təsəvvür etməkdə uşaqlara kömək edin. Köməkçi kimi coğrafi xəritə və cədvəllərdən istifadə edin. Bir balaca fantaziya əlavə etsəniz, ailəvi öyrənmə daha canlı və rəngarəng olacaqdır. Həmçinin valideynlər əmin olmalıdırlar ki, onların özlərinin də Yeqova ilə yaxşı qarşılıqlı münasibətləri var. Onlar Allaha nə qədər yaxın olarlarsa, uşaqlarının Ona yaxınlaşmalarına da bir o qədər yaxşı kömək edə bilərlər (Təsniyə 6:5—7).

8. Yeqovaya yaxınlaşmağa dua necə kömək edir?

8 Allaha yaxınlaşmağa dua da kömək edir. Yeniyetmə bir qız iki seçim qarşısında qalmışdır. O, ya məsihçi yolunu, ya da əqidəsinə şərik olmayan dostları ilə ünsiyyəti seçməli idi (Yaqub 4:4). O, necə davrandı? Qız e’tiraf edir: “Həyatımda ilk dəfə idi ki, Yeqovaya ürəkdən dua edib, öz hisslərimi Ona söylədim”. O, xeyli vaxtdan sonra yığıncaqda özünə bir rəfiqə tapdı və onunla ürəkdən söhbət edə bilirdi. Qız bunu duasına cavab kimi qəbul etdi. Yeqovanın ona istiqamət verdiyini hiss etdikdə, qız Onunla şəxsi qarşılıqlı münasibəti inkişaf etdirməyə başladı. Valideynlər öz dualarını məzmunlu etməklə də uşaqlarına kömək göstərmiş olurlar. Ailə ilə birlikdə dua edərkən, valideynlər ürəklərini Yeqovaya tam açmalıdırlar; bu zaman uşaqlar dərk edəcəklər ki, valideynləri ilə Yeqova arasında dostluq telləri var.

Səbirli, eyni zamanda mətanətli olun

9, 10. İtaətsiz İsrail xalqı ilə münasibətində, Yeqova səbirli olmağa dair hansı nümunəni verdi?

9 Yeniyetmə həqiqət yolundan uzaqlaşmağa başlayanda, ehtimal ki, tənhalığa çəkilməyə çalışır və valideynlərinin onunla ruhani mövzularda söhbət etmək cəhdlərinə müqavimət göstərir. Bu cür qeyri–adi vəziyyətlərdə valideynlər hansı tədbirləri görə bilərlər? Gəlin Yeqovanın qədim İsrail xalqı ilə necə davrandığını nəzərdən keçirək. O, “sərt boyunlu” israilliləri təxminən 900 il səbirlə tərbiyə etdi və yalnız sonra onlara seçdikləri yol ilə getməyə izin verdi (Çıxış 34:9; 2 Tarixlər 36:17—21; Romalılara 10:21). İsraillilər “Allahı təkrar–təkrar sınasalar” da, Yeqova onlara qarşı mərhəmətli idi. O, “çox kərələr hiddətini onlardan çevirdi və bütün qəzəbini oyandırmadı” (Məzmur 78:38—42). Allah xalqı ilə yaxşı davranırdı. Sevən valideynlər Yeqovanı təqlid edir və uşaq onların kömək etmək cəhdlərinə dərhal hay verməsə də, səbirli olurlar.

10 Səbirli olmaq, sadəcə olaraq uzun müddət dözmək mə’nasını daşımır; bu, pozulmuş qarşılıqlı münasibətlərin bərpa olunacağına ümid bəsləmək deməkdir. Səbirli olmağa dair Yeqova nümunə verdi. İsraillilərin yanına öz elçilərini “erkən [“dönə–dönə”, YD] göndərərək”, Onun özü təşəbbüs göstərirdi. Baxmayaraq ki, xalq “Allahın elçiləri ilə əyləndi və sözlərini xor gördü”, Yeqova yenə də “xalqına... acıyırdı” (2 Tarixlər 36:15, 16). O, israilliləri də’vət edirdi: “Hər kəs pis yolundan... dönün” (Yeremya 25:4, 5). Buna baxmayaraq, Yeqova öz ədalətli prinsiplərində güzəştə getmirdi. İsrail xalqı Allaha doğru “dönməli” və Onun yoluna qayıtmalı idi.

11. Valideynlər, həqiqət yolundan tədricən uzaqlaşan uşaqları ilə münasibətdə mətanətli olmaqla yanaşı, səbirli necə ola bilərlər?

11 Valideynlər, səbirli olmaqda və həqiqət yolundan tədricən uzaqlaşan övladının öz fikrindən dönəcəyinə ümid bəsləməkdə Yeqovadan nümunə götürə bilərlər. Valideynlər, ümidlərini itirmədən, ünsiyyət qapısını açıq saxlayacaq və ya uşaqla ünsiyyəti öz qaydasına salmaq üçün təşəbbüs göstərəcəklər. Ədalət prinsiplərinə qəti surətdə riayət edərək, onlar “dönə–dönə” uşaqlarını həqiqət yoluna qayıtmağa təşviq edəcəklər.

Həddi–büluğa çatmamış uşaq ünsiyyətdən məhrum ediləndə

12. Valideynlər, onlarla birlikdə yaşayan və ünsiyyətdən məhrum edilən həddi–büluğa çatmamış övladlarına görə hansı məs’uliyyəti daşıyırlar?

12 Valideynləri ilə yaşayan həddi–büluğa çatmamış uşaq əgər ciddi günah işlədib, tövbə etmirsə və onu ünsiyyətdən məhrum edirlərsə, onda necə davranmalı? Uşaq onlarla yaşadığı üçün, həmişə olduğu kimi, valideynlər övladını tərbiyələndirmək və ona Allahın Kəlamına əsasən öyüd vermək məs’uliyyətini daşıyırlar. Bunu necə etmək olar? (Süleymanın məsəlləri 6:20—22; 29:17).

13. Valideynlər, günah işlədən uşağın qəlbinə necə yol tapa bilərlər?

13 İmkanlardan biri — demək olar ki, ən yaxşısı — belə uşaqla Müqəddəs Kitabı öyrənərək ona tərbiyə və öyüd verməkdir. Valideynlər uşağın inadkarlığına diqqət yetirməli deyillər, onlar uşağın ürəyində olanları anlamağa çalışmalıdırlar. Uşağın ruhani xəstəliyi haqqında nə demək olar? (Süleymanın məsəlləri 20:5). Onun qəlbinə yol tapmaq olarmı? Bunun üçün hansı ayələri oxumaq olar? Həvari Pavel bizi əmin edir: “Allahın kəlamı canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir–birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir” (İbranilərə 4:12). Valideynlər uşağa, bir daha günah etməməyi söyləməkdən daha artıq iş görmək iqtidarına malikdirlər. Onlar qüvvə sərf edərək, sağalma prosesinin başlanğıcına və inkişafına kömək edə bilərlər.

14. Həqiqətdən uzaqlaşan yeniyetmə Yeqova ilə münasibətini bərpa etmək üçün hansı ilk addımı atmalıdır və bu işdə valideynləri ona necə kömək edə bilərlər?

14 Səhvə yol verən uşaq, Yeqova ilə münasibətini bərpa etməlidir. Bunun üçün atılacaq ilk addım, “tövbə etmək və Allaha qayıtmaqdır” (Həvarilərin işləri 3:19; İşaya 55:6, 7). Uşağına tövbə etməkdə kömək göstərmək üçün, valideyn “haqsızlıqlara tab gətirməlidir”, uşaq zidd gedəndə isə, onu “həlimliklə islah etməlidir” (2 Timoteyə 2:24—26). Onlar uşağı, Müqəddəs Kitabın göstərdiyi anlayışda “məzəmmət” etməlidirlər. “Məzəmmət” kimi tərcümə olunan qədim yunan sözünü, həmçinin “inandırıcı dəlillər vermək” kimi də tərcümə etmək olar (Vəhy 3:19; Yəhya 16:8, YD). Deməli, uşağı məzəmmət etmək, onun günah yolunda durduğunu inandırıcı surətdə sübut etmək deməkdir. Əlbəttə, bu asan deyil. Mümkün olan hallarda, valideynlər Müqəddəs Kitaba uyğun olan bütün vəsaitlərdən istifadə edərək, itaətsiz övladın qəlbinə yol tapa bilərlər. Onlar, “pislikdən nifrət etməyin və yaxşılığı sevməyin” necə vacib olduğunu anlamaqda uşağa kömək etməyə çalışmalıdırlar (Amos 5:15). Bəlkə də, uşaq “ayılıb, iblisin torundan xilas olacaq”.

15. Yeqova ilə münasibəti bərpa etməkdə dua hansı rolu oynayır?

15 Dua etmədən Yeqova ilə münasibəti bərpa etmək mümkün deyil. Əlbəttə ki, əvvəllər məsihçi yığıncağı ilə ünsiyyətdə olan və hazırda günah işlədib, tövbə etməyən kəs üçün heç kim “dua etməli” deyil (1 Yəhya 5:16, 17; Yeremya 7:16—20; İbranilərə 10:26, 27). Lakin valideynlər, yaranmış şəraitdə düzgün davranmaq üçün, Yeqovadan müdriklik diləyə bilərlər (Yaqub 1:5). Ünsiyyətdən məhrum olunmuş yeniyetmə tövbə etdiyini göstərir, lakin “Allah qarşısında cəsarəti” yoxdursa və Allah tərəfindən uşağın səhvinin bağışlanmasına səbəb varsa, valideynlər Allahın iradəsinin yerinə yetməsi üçün dua edə bilərlər (1 Yəhya 3:21). Bəlkə də, bu cür duaları eşidərkən, yeniyetmə, Yeqovanın mərhəmətli Allah olduğunu başa düşəcəkdirb (Çıxış 34:6, 7; Yaqub 5:16).

16. Ünsiyyətdən məhrum olunmuş yeniyetmənin ailə üzvlərinə necə kömək edə bilərik?

16 Əgər vəftiz olunmuş yeniyetmə ünsiyyətdən məhrum edilərsə, yığıncağın üzvləri onunla ünsiyyətdə olmayacaqlar (1 Korinflilərə 5:11; 2 Yəhya 10, 11). Ehtimal ki, bu, yeniyetmənin “özünə gəlməsinə” və Allahın xalqının mühafizə edən yığıncağına qayıtmasına kömək olacaqdır (Luka 15:17). Onun Allahın təşkilatına qayıdıb qayıtmamasından asılı olmayaraq, yığıncağın üzvləri həmin yeniyetmənin ailəsinə dəstək ola bilərlər. Hər birimiz, belə yeniyetmənin ailə üzvlərinin “dərdlərinə şərik” olmaq və onlara şəfqət göstərmək üçün imkanlar axtara bilərik (1 Peter 3:8, 9).

Başqaları necə kömək edə bilərlər?

17. Yığıncağın üzvləri, ruhən zəifləmiş yeniyetməyə kömək etmək istəyirlərsə, nəyi yadda saxlamalıdırlar?

17 Bəs məsihçi yığıncağında ünsiyyətdən məhrum edilməyən, amma imanda zəifləyən yeniyetmə ilə necə davranmalı? Həvari Pavel yazırdı: “Əgər bir üzv əzab çəkirsə, digərləri də onunla bərabər əzab çəkir” (1 Korinflilərə 12:26). Yığıncağın üzvləri bu cür yeniyetmə ilə fəal surətdə maraqlanmalıdırlar. Sözsüz ki, ehtiyatlı olmaq vacibdir, çünki ruhən zəif olan yeniyetmə başqa yeniyetmələrə güclü tə’sir göstərə bilər (Qalatiyalılara 5:7—9). Bir yığıncaqda, ruhən zəifləmiş yeniyetmələrə kömək etmək istəyən yetkin yaşlılar, ən yaxşı niyyətdən irəli gələrək bir yerə toplaşmağı və populyar musiqi ifa etməyi onlara təklif etdilər. Yeniyetmələr bu təklifə sevinclə razı oldular və həmin əyləncə gecələri onların çox xoşuna gəlirdi. Lakin onlar bir–birlərinə o qədər tə’sir göstərdilər ki, axırda hamısı yığıncağı tərk etdi (1 Korinflilərə 15:33; Yəhuda 22, 23). Ruhən zəifləmiş yeniyetmənin şəfa alması üçün, ona, ruhani cəhətdən rəhbərlik olmayan əyləncə gecələri deyil, ruhani dəyərləri sevməkdə kömək olacaq ünsiyyət lazımdırc.

18. Biz, İsanın məsəlindəki qeyb olmuş oğulun atasının əhval–ruhiyyəsini necə təqlid edə bilərik?

18 Yığıncağı tərk edən, sonra isə Padşahlıq Zalına və ya konqresə gələn yeniyetmənin keçirdiyi hisslər haqqında düşünün. Məgər biz onu, İsanın məsəlindəki qeyb olmuş oğulun atası kimi, sevinclə qarşılamalı deyilikmi? (Luka 15:18—20, 25—32). Məsihçi yığıncağını tərk edən, sonradan vilayət konqresinə gələn bir yeniyetmə deyir: “Mənim kimi adamı unutduqlarını düşünürdüm, amma bacı və qardaşlar mənə yaxınlaşıb, salamlaşırdılar. Bu, mənə dərin tə’sir bağışladı”. Həmin gənc Müqəddəs Kitabı yenidən öyrənməyə başladı və daha sonra vəftiz olundu.

Təslim olmayın

19, 20. Yolunu azmış uşağa qarşı nəyə görə müsbət nöqteyi–nəzəri qoruyub saxlamaq vacibdir?

19 Yolunu azmış uşağa “özünə gəlməyə” kömək etmək üçün, səbir lazımdır; bu, həm valideynlərə, həm də başqalarına çətin gələ bilər. Amma təslim olmayın. “Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Müqəddəs Kitab bizi əmin edir ki, Yeqova bütün insanların tövbə etməsini və yaşamasını istəyir. O, insanlara tərəf ilk addımı ataraq, onlara özü ilə barışmaq imkanını təqdim etmişdir (2 Korinflilərə 5:18, 19). Onun səbri sayəsində milyonlarla insanlar “özlərinə gələ” bildilər (İşaya 2:2, 3).

20 Beləliklə, məgər valideynlər, yolunu azmış uşaqlarının “özünə gəlməsinə” kömək etmək üçün, Müqəddəs Kitaba əsaslanan bütün üsullardan istifadə etməli deyillərmi? Uşağınızın Yeqovaya tərəf qayıtmasına kömək edərkən, səbirli olmaqda Yeqovadan nümunə götürün. Müqəddəs Kitab prinsiplərinə mətanətlə riayət edin və kömək üçün Yeqovaya dua edərək, Ona xas olan məhəbbət, ədalət və müdriklik xüsusiyyətlərini əks etdirməyə çalışın. İnadkar üsyançıların bir çoxu, Yeqovanın məhəbbətlə dediyi “dönün” də’vətini artıq qəbul ediblər. Olsun ki, sizin də yolunu azmış oğul və ya qızınız Allahın xalqının mühafizə verən yığıncağına qayıdacaqdır (Luka 15:6, 7).

[Haşiyələr]

a Uşaqları öyrətmək barədə daha ətraflı mə’lumat, “Gözətçi Qülləsi”nin 1999–cu il, 1 iyul nömrəsində, 13—17–ci səhifələrdə bəhs olunur (rusca).

b Yığıncaq görüşlərində, ünsiyyətdən məhrum olunan həddi–büluğa çatmamış uşaq üçün dua edilməyəcəkdir, çünki ünsiyyətdən məhrum edilmiş adamın vəziyyəti, olsun ki, hamıya mə’lum deyildir. (“Gözətçi Qülləsi”nin 1979–cu il, 15 oktyabr nömrəsinin 31–ci səhifəsinə baxın, ing.)

c Konkret təklifləri, “Oyanın!” jurnalının 1972–ci il, 22 iyun, 13—16–cı (ing.) və 1996–cı il, 22 sentyabr, 21—23–cü səhifələrində tapmaq olar (rusca).

Yadınızdadırmı?

• Yeniyetmənin yığıncağı tərk etməsinə çox vaxt əsas səbəb nə olur?

• Yeqova ilə şəxsi qarşılıqlı münasibəti inkişaf etdirməkdə yeniyetmələrə necə kömək etmək olar?

• Yolunu azmış uşağa kömək edərkən, nəyə görə valideynlər səbirli, eyni zamanda mətanətli olmalıdırlar?

• Yolunu azmış yeniyetmənin geri qayıtmasına yığıncağın üzvləri necə kömək edə bilərlər?

[25-ci səhifədəki şəkil]

Valideynlərin səmimi duaları, onların Yeqova ilə yaxın münasibətdə olduqlarını anlamaqda uşaqlara kömək edəcəkdir.

[25-ci səhifədəki şəkil]

Yeqova ilə yaxın münasibəti inkişaf etdirmək üçün, Allahın Kəlamını oxumaq vacibdir.

[26-cı səhifədəki şəkil]

Yolunu azmış uşaq “özünə gələndə”, onu sevinclə qəbul edin.

[28-ci səhifədəki şəkil]

Uşağın Yeqovaya qayıtması üçün konkret tədbirlər görün.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş