Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/8 s. 4—7
  • Allah kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah kimdir?
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Sadəcə qüvvə, yoxsa real şəxsiyyət?
  • Allahın nadir adı
  • İsa Allahdırmı?
  • Allah haqqında daha çox öyrənin
  • Allahın adı nədir?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Allahın adı
    Oyanın! 2017
  • Həqiqi Allah kimdir?
    Əbədi həyata aparan bilik
  • Allahın adının mənası və istifadə edilməsi
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/8 s. 4—7

Allah kimdir?

BİR ensiklopediya lüğətinə əsasən Allah — “ali fövqəltəbii varlıq, dini ayinin əsas obyektidir” (“The Encyclopedia Americana”). Həmin lüğətdə deyilir ki, Allah həqiqətdir. Bəs bu ali həqiqət nə mə’na daşıyır?

Allah kimdir? Sadəcə qüvvə, yoxsa real şəxsiyyət? Onun adı varmı? Çoxlarının hesab etdiyi kimi, Allah Üç üqnumdurmu? Allahı necə tanımaq olar? Müqəddəs Kitabda bu suallara doğru və inandırıcı cavablar verilir. Müqəddəs Kitab bizi Allahı axtarmağa təşviq edərək deyir: “O heç birimizdən uzaq deyil” (Həvarilərin işləri 17:27).

Sadəcə qüvvə, yoxsa real şəxsiyyət?

Allaha inanan insanların çoxu Onu şəxsiyyət deyil, bir qüvvə kimi təsəvvür edirlər. Bə’zi xalqlar, təbiətin müəyyən qüvvələri ilə əlaqələndirdikləri müxtəlif tanrılara itaət edirlər. Kainatın quruluşunu və yerdə mövcud olan həyatın mahiyyətini öyrənən alimlər tez-tez belə bir nəticəyə gəlirlər ki, hər şeyin İlk Səbəbi olmalıdır. Lakin onlar bu İlk Səbəbin bir şəxsiyyət olduğunu e’tiraf etmək istəmirlər.

Məgər bütün bu varlıqların mürəkkəb quruluşu İlk Səbəbin böyük müdrikliyə malik olduğuna şəhadət etmirmi? Müdriklik idrak tələb edir. Varlıqlara həyat verən böyük idrak isə dahi şəxsiyyət olan Allahdan izhar olur. Bəli, Allahın bədəni var, lakin O, bizim kimi fiziki deyil, ruhani bədənə malikdir. Müqəddəs Kitabda deyilir ki, cismani bədən olduğu kimi, ruhani bədən də mövcuddur (1 Korinflilərə 15:44). Müqəddəs Kitab Allahın kim olduğunu izah edərək, aydın şəkildə göstərir ki, “Allah Ruhdur” (Yəhya 4:24). Ruh, bizimkindən çox fərqlənən həyat formasıdır. Ruh insan üçün görünməzdir (Yəhya 1:18). Buna görə də, insanlardan fərqli olaraq, ruhani məxluqlar da gözə görünmürlər. Bu varlıqlar mələklər, yaxud da “Allahın oğulları” adlanırlar (Eyub 1:6; 2:1).

Əzəli olmayan Allah ruhani bədənə malikdirsə, Onun haradasa yaşadığını təxmin etmək məntiqə uyğundur. Müqəddəs Kitab ruhani varlıqları təsvir edərkən, Allahın məskəninin göylər olduğunu bildirir (1 Krallar 8:43). Həvari Pavel “İbranilərə” olan məktubunda yazır ki, Məsih “göyün özünə girdi ki, indi uğrumuzda Allahın hüzurunda zühur etsin” (İbranilərə 9:24).

“Ruh” sözü Müqəddəs Kitabda başqa mə’nada da istifadə olunur. “Ruhunu göndərirsən, yaradılırlar” deyə, məzmurçu dua edirdi (Məzmur 104:30). Bu ruh Allahın özü deyil, Onun qüvvəsidir və O, istədiyi hər şeyi onun vasitəsilə icra edir. O, bu ruhun köməyi ilə cismani göyü, yeri və onun üzərində mövcud olan hər şeyi yaratdı (Təkvin 1:2; Məzmur 33:6). Allahın ruhu müqəddəs ruh adlanır. Allah, Müqəddəs Kitabı yazan kişilərə öz müqəddəs ruhunun köməyi ilə ilham verdi (2 Peter 1:20, 21). Deməli, müqəddəs ruh Allahın görünməz fəal qüvvəsidir və Allah öz niyyətlərini yerinə yetirməkdə ondan istifadə edir.

Allahın nadir adı

Müqəddəs Kitabda Agurun sözlərini oxuyuruq: “Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yeri ucqarlarınadək kim yaratdı? Adı nədir? Oğlunun adı nədir” (Süleymanın məsəlləri 30:4, MKŞ). Əslində Agur soruşurdu: “Bütün bu işləri icra edən adamın adını və ya nəsil şəcərəsini bilirsinizmi?” Təbiətin qüvvəsi yalnız Allaha tabedir. Bütün varlıqlar Yaradanın mövcudluğuna şəhadət etsə də, lakin bizə Allahın adını açmır. Əgər Allah öz adını bizə açmasaydı, Onun adını heç zaman bilməzdik. O demişdir: “Mən Yehovayam, ismim odur” (İşaya 42:8).

Allahın nadir Yehova adına, təkcə İbranicə Müqəddəs Yazılarda təxminən 7 000 dəfə rast gəlinir. İsa Məsih bu adı insanlara açır və ona izzət gətirirdi (Yəhya 17:6, 26). Bu ad, Müqəddəs Kitabın son kitabında “Haleluya!”, yə’ni “Yaha izzət verin!” ifadəsi kimi işlənilir. “Yah” Allahın adının ixtisara salınmış formasıdır (Vəhy 19:1-6). Buna baxmayaraq, Müqəddəs Kitabın bir çox müasir tərcümələrində bu ad xatırlanmır. Bə’zi dillərdə çox vaxt Allahın adını əvəz edən “RƏBB” və “ALLAH” sözləri iri hərflərlə yazılır ki, adi formada işlədilən “Rəbb” və “Allah” kimi titullardan fərqlənsin. Müqəddəs Kitab üzrə bə’zi alimlərin fikrincə, Allahın adı “Yəhva” kimi tələffüz olunurdu.

Kainatın Ali Şəxsiyyətinin adında bu dərəcədə böyük dəyişiklik haradandır? Bu problem, əsrlər öncə yəhudilərin oxu zamanı mövhumatdan irəli gələrək Allahın adını ibrani dilində tələffüz etməyə son qoyub, bu adı “Küll-İxtiyar Allah” kimi ifadələrlə əvəz etməyə başladıqları vaxtdan yarandı. Qədim İbrani dilində sait səslər yazılmadığı üçün, biz, dəqiq deyə bilmərik ki, uzaq keçmişdə Musa, Davud və Allahın başqa xidmətçiləri bu adı necə tələffüz edirdilər. Lakin Azərbaycan dilinə tərcümə edilmiş “Yehova” adı artıq bir çox insanlara mə’lumdur və onun ekvivalenti bu gün başqa dillərdə də geniş istifadə olunmaqdadır (Çıxış 6:3; İşaya 26:4).

Qədimdə yəhudilərin bu adı necə tələffüz etdikləri dəqiq mə’lum olmasa da, onun mə’nası bizim üçün sirr deyil. Allahın adı “O, olmasına səbəb olan” deməkdir. Beləliklə, Yehova Özünün böyük niyyətlər Allahı olduğunu bildirir. O və’dlərini və niyyətlərini hər zaman həyata keçirir. Bu adı, yalnız böyük qüvvəyə sahib olan həqiqi Allah daşıya bilər (İşaya 55:11).

Şübhəsiz ki, “Yehova” adı Qadir Allahı digər tanrılardan fərqləndirməyə kömək edir. Buna görə də, bu ada Müqəddəs Kitabda belə tez-tez rast gəlirik. Müqəddəs Kitabın bir çox tərcümələrində Allahın adı istifadə edilməsə də, Məzmur 83:18 (YD) ayəsində aydın deyilir ki, “Sənin adın Yehovadır, hər şeydən Uca olan yalnız sənsən”. İsa Məsih yer üzündə yaşadığı zaman davamçılarını öyrədirdi: “Belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun” (Matta 6:9). Bu səbəbdən, Allaha dua edəndə, Onun haqqında başqalarına danışanda və ya Onu izzətləndirəndə Allahın adını istifadə etməliyik.

İsa Allahdırmı?

Yehova Allah, Oğlunun kim olduğunu bizdən gizlətmir. Mattanın Müjdəsində deyilir ki, İsa vəftiz olan zaman “göylərdən bir səs dedi: “Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam” (Matta 3:16, 17). İsa Məsih Allahın Oğludur.

Lakin bə’zi dindar insanlar İsanı Allah sanırlar. Başqaları Allahın Üç üqnum olduğunu düşünürlər. Üç üqnum tə’liminə əsasən Allah “üç sifətdə” mövcuddur: “Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah; buna baxmayaraq, üç Allah yox, bir Allah var”. Bu üçlük öz aralarında “bərabər və eyni əbədiyyata malikdirlər” (“The Catholic Encyclopedia”). Bu cür nöqteyi-nəzər doğrudurmu?

Yehova haqqında Müqəddəs Yazılarda deyilir: “Əzəldən əbədiyyətə qədər, sən Allahsan” (Məzmur 90:2). Yehova, başlanğıcı və sonu olmayan, “əsrlərin Hökmdarı”dır (1 Timoteyə 1:17). İsa isə “ilk doğulan”, “Allahın xilqətinin Banisidir” (Koloslulara 1:13-15; Vəhy 3:14). İsa səmavi Atası Allah haqqında dedi: “Ata Məndən üstündür” (Yəhya 14:28). İsa, həmçinin izah etdi ki, bə’zi şeyləri nə o, nə də mələklər bilir, onlar yalnız Ataya mə’lumdur (Mark 13:32). Bundan başqa, İsa Atasına yalvarırdı: “Mənim iradəm deyil, qoy Səninki olsun” (Luka 22:42). Əgər ondan üstün Şəxsiyyət yox idisə, bəs o, kimə dua edirdi? Həmçinin İsanı onun özü deyil, Allah diriltdi (Həvarilərin işləri 2:32).

Beləliklə, Müqəddəs Kitab bildirir ki, Yehova Qadir Allahdır, İsa isə Onun Oğludur. Bu iki şəxsiyyət heç zaman — nə İsa yer üzünə gəlməzdən öncə, nə də yerdə yaşadığı müddətdə — bərabər olmamışlar. Onlar, Məsih göylər həyatına dirildikdən sonra da bərabər olmadılar (1 Korinflilərə 11:3; 15:28). Məqalənin əvvəlində xatırlandığı kimi, Üç üqnumun üçüncü sifəti adlandırılan müqəddəs ruh heç də şəxsiyyət deyil. Bu, qüvvədir və Allah öz niyyətlərini onun vasitəsilə həyata keçirir. Buna görə də, Üç üqnum tə’liminin Müqəddəs Kitaba əsaslanmadığını sübut etmək olara. Müqəddəs Yazılarda deyilir: “Allahımız Rəbb bir olan Rəbbdir” (Təsniyə 6:4).

Allah haqqında daha çox öyrənin

Allahı sevmək və Ona, layiq olduğu hədsiz sədaqəti göstərmək üçün, Onun əslində kim olduğunu bilməliyik. Biz, Allahla daha yaxşı necə tanış ola bilərik? Müqəddəs Kitabda deyilir: “Onun gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür” (Romalılara 1:20). Onun yaratdıqlarını ehtiramla müşahidə edib, onlar üzərində düşünməklə biz Allahı daha yaxşı tanıya bilərik.

Lakin Allahın yaratdıqları bizə Onun haqqında lazım olan hər şeyi çatdırmır. Misal üçün, yalnız Müqəddəs Kitabdan öyrənmək olar ki, Allah — nadir ada malik olan real səmavi Şəxsiyyətdir. Müqəddəs Kitabı öyrənmək, Allahla daha yaxından tanış olmağın ən yaxşı üsuludur. Bu kitabın vasitəsilə Yehova özünün necə Allah olduğu barədə bizə çox şeyi deyir. O, həmçinin niyyətlərini bizə açır və bizi öz yollarına öyrədir (Amos 3:7; 2 Timoteyə 3:16, 17). Üzərimizə öz xeyir-dualarını yağdırmaq üçün, Allahın bizə həqiqət haqqında dəqiq bilik vermək istəyinə necə də şadıq! (1 Timoteyə 2:4). Gəlin, Yehova haqqında daha çox bilik əldə etməyə çalışaq!

[Haşiyə]

a Bu mövzuya dair daha geniş mə’lumatı, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Üç üqnuma inanmağa dəyərmi?” adlı broşüraya baxın (rus.).

[5-ci səhifədəki şəkillər]

Allah müqəddəs ruhunun vasitəsilə Yeri yaratdı və Müqəddəs Kitabın yazılmasına rəhbərlik etdi.

[5-ci səhifədəki şəkil]

Göydən Allahın səsi eşidildi: “Bu Mənim... Oğlumdur”.

[7-ci səhifədəki şəkil]

İsa Allaha — özündən üstün olan Şəxsiyyətə — dua etdi.

[7-ci səhifədəki şəkil]

İsa xalqa Allahın adını açırdı.

[7-ci səhifədəki şəkillər]

Allahı daha yaxşı tanımaq mümkündür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş