Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/8 s. 19—24
  • “Qorxmayın və dəhşətə gəlməyin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Qorxmayın və dəhşətə gəlməyin”
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Terrorizm və məsihçi bitərəfliyi
  • Yaxınlaşan hücum qarşısında qorxmaz qalmaq
  • Durun və Yehovanın qurtuluşunu görün!
    Gözətçi qülləsi 2003
  • Terrorizmin sonu olacaq?
    Əlavə mövzular
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2015
Gözətçi qülləsi 2003
w03 1/8 s. 19—24

“Qorxmayın və dəhşətə gəlməyin”

“Qorxmayın və dəhşətə gəlməyin... çünki Rəbb sizinlə bərabərdir” (2 TARİXLƏR 20:17).

1. Terrorizm insanlara hansı tə’siri göstərir və onların keçirdiyi narahatçılıq hissini nəyə görə başa düşmək olar?

TERRORİZM! Artıq bu sözün özü ürəkdə şübhə və acizlik doğuraraq qorxu yaradır. Dəhşət, kədər və qəzəb kimi qarışıq hisslər oyadır. Həm də bu söz, bir çox insanların ehtiyat etdikləri kimi, gələcəkdə bəşəriyyət üçün təhlükə yaradacaq halı təsvir edir. Bə’zi ölkələrin uzun illər terrorizmin müxtəlif formaları ilə mübarizə aparması, lakin onu kökündən birdəfəlik qopara bilməməsi faktı göstərir ki, insanlar əbəs yerə narahat olmurlar.

2. Yehovanın Şahidləri terrorizm probleminə necə yanaşırlar və bununla əlaqədar hansı suallar yaranır?

2 Bununla yanaşı ümid üçün tam əsasımız var. 234 ölkədə və ərazidə fəal təbliğ xidməti aparan Yehovanın Şahidləri qeyri-adi nikbinliyə malikdirlər. Onlar terrorizmin daima mövcud olacağından qorxmurlar; onlar əmindirlər ki, terrorizmə çox tezliklə son qoyulacaq. Şahidlərin nikbinliyinə şərik olmaq realdırmı? Dünyanı terrorizmdən kim və necə xilas edə bilər? Bizim hamımız bu və ya digər dərəcədə zorakılığa mə’ruz qaldığımız üçün, Şahidlərin nikbinliyinin nəyə əsaslandığını nəzərdən keçirməyimiz münasib olardı.

3. Qorxu üçün hansı səbəblər vardır və bizim günlərimiz barədə qabaqcadan nə deyilmişdir?

3 Bu gün insanlar müxtəlif səbəblər ucbatından qorxu və həyəcan hissi keçirirlər. Özünə qayğı göstərə bilməyən çoxsaylı yaşlı insanlar, sağalmaz xəstəliklər ucbatından qüvvəsini itirən kəslər, güc-bəla ilə dolanmaq üçün mübarizə aparan ailələr barəsində düşünün! Həyatın dəyişkənliyi barədə düşünün! Bizə ən əziz olan kəsləri əlimizdən almağa hazır olan bədbəxt hadisələr və qəzalar ucbatından baş verən qəfil ölüm, sanki hər addımda başımızın üstündədir. Bu cür təhlükələr və narahatçılıqlar, həmçinin şəxsi toqquşmalar və peşmançılıqlar ucbatından, bizim günlərimiz həvari Pavelin etdiyi təsvirə tamamilə müvafiq gəlir: “Bunu bil ki, axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin... şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni” olacaqlar (2 Timoteyə 3:1-3).

4. 2 Timoteyə 3:1-3 ayələrində tutqun bir mənzərə təsvir edilsə də, həmin ayələrdə nikbinlik üçün hansı səbəblər tapırıq?

4 Bu ayələr tutqun bir mənzərəni təsvir etsə də, ümid üçün də əsas verir. Diqqət yetirin ki, çətin anlar Şeytana məxsus olan pis sistemin “axır günləri”ni xarakterizə edir. Bu o deməkdir ki, tezliklə hər şey dəyişiləcək, bu pis dünya sistemini, İsanın şagirdlərinə haqqında dua etməyi öyrətdiyi Allahın mükəmməl Padşahlığı əvəz edəcək (Matta 6:9, 10). Bu Padşahlıq — Allahın səmavi hökuməti, — Daniel peyğəmbərin dediyi kimi “əbədiyyən dağılmayacaq”, lakin “[bəşəri] padşahlıqların hamısını... parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (Daniel 2:44).

Terrorizm və məsihçi bitərəfliyi

5. Bu yaxınlarda bir çox dövlətlər terrorizm təhlükəsinə necə reaksiya göstərdilər?

5 Ötən onilliklər ərzində terrorizm minlərlə insanın ölümünə bais olmuşdur. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda baş verən terror aktından sonra, dünya təhlükənin nə dərəcədə ciddi olduğunu daha aydın surətdə anlamağa başladı. Terrorizmin böyüdüyünü və qloballaşdığını görərək, bir çox dövlətlər ona qarşı mübarizə aparmaq üçün birləşdilər. Məsələn, 2001-ci il dekabrın 4-də, mə’lumat mərkəzinin xəbər verdiyi kimi, “Avropanın, Şimali Amerikanın və Orta Asiyanın 55 ölkəsinin xarici işlər nazirləri, yekdilliklə” onların fəaliyyətlərini nizamlayan “plan qəbul etdilər”. ABŞ-dan olan yüksək vəzifəli bir mə’mur həmin tədbirlər barədə razılığını bildirmiş və bu tədbirlərin terrorizmə qarşı “yeni qüvvə” ilə mübarizə aparmağa imkan verdiyini vurğulamışdır. Gözlənilmədən yüz milyonlarla insanlar özlərini, bir jurnalın “tarixi mübarizənin başlanğıcı” adlandırdığı vəziyyətə düçar etmiş oldular (“The New York Times Magazine”). Antiterror tədbirlərin nə dərəcədə müvəffəqiyyətli olacağını zaman göstərəcəkdir. Hər necə olsa da, terrorizmə qarşı aparılan müharibə çoxlarında həyəcan və qorxu hissi oyadır, amma bu hal, Yehovaya güvənənlərə aid deyil.

6. a) Nəyə görə bə’zən kimlərə isə Yehovanın Şahidlərinin tutduqları məsihçi bitərəfliyi ilə razılaşmaq çətin olur? b) Siyasətə münasibətdə İsa davamçılarına hansı nümunəni verdi?

6 Yaxşı mə’lumdur ki, Yehovanın Şahidləri siyasi bitərəflik mövqeyi tuturlar. İnsanların çoxu bu cür mövqe ilə razıdırlar, amma yalnız sülh vaxtı; fövqəl’adə vəziyyətlər yarananda isə insanlar dözümsüz olurlar. Çox vaxt müharibə nəticəsində yaranan qorxu və inamsızlıq, insanlarda güclü vətənpərvərlik hissi oyadır. Bununla əlaqədar, kimlərin isə kütləvi hərəkatları dəstəkləmək istəməməsi bə’zilərini təəccübləndirə bilər. Buna baxmayaraq, məsihçilər bilirlər ki, onlar İsanın “dünyadan deyilsiniz” tapşırığına riayət etməlidirlər (Yəhya 15:19; 17:14-16; 18:36; Yaqub 4:4). Bunun üçün siyasi və ictimai məsələlərdə bitərəfliyi qoruyub saxlamaq tələb olunur. Bu sahədə İsa özü gözəl nümunədir. Kamil müdrikliyə və gözəl qabiliyyətə malik olan İsa yaşadığı dövrün cəmiyyətinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərdi. Lakin o, siyasətə qoşulmadı. Xidmətinin əvvəlində Şeytanın ona təklif etdiyi dünya padşahlıqları üzərində hökmranlıq etməkdən qəti surətdə imtina etdi. Sonradan xalqın onu siyasi vəzifəyə tə’yin etmək cəhdini qətiyyətlə rədd etdi (Matta 4:8-10; Yəhya 6:14, 15).

7, 8. a) Yehovanın Şahidlərinin siyasətə münasibətdə bitərəf mövqeləri hansı mə’nanı daşımır və nəyə görə? b) Romalılara 13:1, 2 ayələri zorakılıq tətbiq etməklə dövlətə qarşı fəaliyyətdə iştirak etməyin əleyhinə necə çıxır?

7 Belə yanlış nəticə çıxarmaq lazım deyil ki, guya tutduqları bitərəf mövqeləri ilə Yehovanın Şahidləri zorakılığı dəstəkləyir və ya ona göz yumurlar. Əgər bu belə olsaydı, onda onlar “məhəbbət və sülh qaynağı olan Allahın” xidmətçiləri olduqlarını necə təsdiq edə bilərdilər? (2 Korinflilərə 13:11). Onlar Yehovanın zorakılığa olan münasibətini öyrənmişlər. Məzmurçu yazırdı: “Rəbb salehi sınayır, fəqət pisdən və zorakılığı sevəndən canı diksinir” (Məzmur 11:5). Onlar həmçinin İsanın həvari Peterə dediyi sözləri də xatırlayırlar: “Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır” (Matta 26:52).

8 Tarix yalançı məsihçilərin tez-tez ‘qılınc tutduqlarına’ açıq-aydın şahidlik etsə də, bunu Yehovanın Şahidləri haqqında demək olmaz. Onlar bu cür fəaliyyətin hər bir növündən qaçınırlar. Şahidlər, Romalılara 13:1, 2 ayələrində yazılan göstərişə sədaqətlə riayət edirlər: “Hər adam öz üzərində olan hakimlərə tabe olsun; çünki Allah tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur. Buna görə, hakimə müqavimət göstərən Allahın qurduğuna qarşı durur; və qarşı duranlar öz-özlərini məhkumiyyətə düçar edirlər”.

9. Yehovanın Şahidləri terrorizmlə hansı iki üsulla mübarizə aparırlar?

9 Madam ki, terrorizm bu qədər zərər gətirir, Yehovanın Şahidləri onunla mübarizədə kömək etməli deyillərmi? Bəli, etməlidirlər və onlar bunu edirlər də. Birincisi, onlar özləri heç bir vəchlə terrorizmdə iştirak etmirlər. İkincisi, onlar insanlara, özündən zorakılığın bütün növlərini xaric edən məsihçi prinsiplərini öyrədirləra. Ötən il Yehovanın Şahidləri insanlara bu cür məsihçi həyat tərzini öyrənməyə kömək edərək xidmətdə 1 202 381 302 saat vaxt keçirmişlər. Bu vaxt əbəs yerə itirilməmişdir, belə ki, nəticədə 265 469 adam zorakılıqdan qəti surətdə imtina etdiyini açıq şəkildə göstərərək, Yehovanın Şahidləri kimi vəftiz olunmuşdur.

10. Bugünkü dünyada zorakılığa son qoyulacağına şans nə qədərdir?

10 Bundan əlavə Yehovanın Şahidləri dərk edirlər ki, öz qüvvələri ilə dünyanı pislikdən heç zaman azad edə bilməyəcəklər. Bu səbəbdən onlar bütün ümidlərini bunu bacaran Şəxsə — Yehova Allaha bağlayırlar (Məzmur 83:18). Göstərdikləri səmimi sə’ylərə baxmayaraq, insanlar zorakılığa son qoya bilmirlər. Müqəddəs Kitabda Allahın ilhamı altında bizim dövr — “axır günlər” haqqında belə xəbərdarlıq yazılmışdır: “Pis adamlar və saxtakarlar isə, aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar” (2 Timoteyə 3:1, 13). Bu nöqteyi-nəzərdən baxsaq, insanların pislik üzərində qələbə çalmasına şansları azdır. Digər tərəfdən isə Yehovanın zorakılığı bütünlüklə və əbədi olaraq aradan qaldıracağına ümid etməyə əsasımız var (Məzmur 37:1, 2, 9-11; Süleymanın məsəlləri 24:19, 20; İşaya 60:18).

Yaxınlaşan hücum qarşısında qorxmaz qalmaq

11. Zorakılığı kökündən qoparmaq üçün Yehova artıq hansı addımları atmışdır?

11 Sülh Allahı zorakılığa nifrət etdiyi üçün, Onun bu pisliyin əsas mənbəyi olan Şeytan İblisi məhv etmək üçün gördüyü tədbirlərin səbəbini başa düşmək olar. Allahın iradəsinə müvafiq olaraq, baş mələk olan Mikayıl — Allahın taxta ucaldılmış Padşahı İsa Məsih Şeytanı alçaldıcı məğlubiyyətə uğratmışdır. Müqəddəs Kitabda bu hadisə belə təsvir olunur: “Göydə müharibə oldu. Mikayıl və onun mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər. Amma gücləri çatmadı. Və göydə onlara artıq yer tapılmadı. İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birlikdə atıldılar” (Vəhy 12:7-9).

12, 13. a) 1914-cü il hansı hadisə ilə əlamətdardır? b) Allahın Padşahlığını dəstəkləyənlərə dair Hezekielin peyğəmbərliyi qabaqcadan nə deyir?

12 Dünya hadisələri ilə üst-üstə düşən Müqəddəs Kitab xronologiyası 1914-cü ili göydə müharibənin baş verdiyi il kimi müəyyən edir. Həmin ildən dünyadakı şərait getdikcə pisləşir. Vəhy 12:12 ayəsi səbəbi izah edir: “Ey göylər və oralarda yaşayanlar, sevinin! Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”.

13 Aydındır ki, İblisin qəzəbinə ilk növbədə Allahın məsh edilmiş xidmətçiləri və onların yoldaşları olan “başqa qoyunlar” tuş gəlirlər (Yəhya 10:16; Vəhy 12:17). İblis, Allaha bel bağlayan və Onun qurulmuş Padşahlığına dəstək verən insanlara güclü hücum edən zaman, bu qarşıdurma tezliklə özünün yüksək nöqtəsinə çatacaqdır. Bu həlledici hücum barədə “Hezekiel” kitabının 38-ci fəslində “Maqoq diyarından olan... Qoq”un hücumu kimi danışılır.

14. Vaxtilə Yehovanın Şahidləri hansı yardımı alırdılar və bu vəziyyət həmişə davam edəcəkmi?

14 Şeytanın göydən qovulduğu vaxtdan, Vəhy 12:15, 16 ayələrində simvolik dillə deyildiyi kimi, müxtəlif siyasi strukturların sayəsində Allahın xalqı bə’zən onun hücumlarından müdafiə olunurdu. Şeytanın son hücumu zamanı isə, Müqəddəs Kitabın göstərdiyi kimi, Yehovaya bel bağlayan kəslərə heç bir insan qüvvələri tərəfindən yardım edilməyəcək. Buna görə məsihçilər qorxmalı və ya dəhşətə gəlməlidirlərmi? Əsla yox!

15, 16. a) Yehoşafatın günlərində Yehovanın öz xalqına dediyi ruhlandırıcı sözlər müasir məsihçilərə hansı nikbinliyi verir? b) Yehoşafat və onun xalqı, Allahın müasir xidmətçiləri üçün hansı mə’nada nümunə kimi xidmət edir?

15 Allah öz xalqını, eynilə Yehoşafat padşahın günlərində olduğu kimi dəstəkləyəcəkdir. Biz oxuyuruq: “Bütün Yəhuda və Yerusəlimdə oturanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin; Rəbb sizə belə deyir: Bu böyük qələbəlikdən qorxmayın və dəhşətə gəlməyin; çünki cəng sizin deyil, ancaq Allahındır. [...] Bu səfər cəng edəcək siz deyilsiniz; ey Yəhuda və Yerusəlim, sıraya düzülüb durun, sizinlə bərabər olan Rəbbin qurtuluşunu görün; qorxmayın və dəhşətə gəlməyin; sabah onlara qarşı çıxın; çünki Rəbb sizinlə bərabərdir” (2 Tarixlər 20:15-17).

16 Yəhuda xalqına deyildi ki, onlar döyüşməli olmayacaqlar. Buna bənzər tərzdə Qoq diyarından olan Maqoq Allahın xidmətçilərinə hücum edəndə, onlar əllərində silah özlərini müdafiə etməli olmayacaqlar. Onlar ‘durmalı və Rəbbin qurtuluşuna baxmalıdırlar’. Ehtimal ki, durmaq — ümumiyyətlə heç nə etməmək mə’nasını daşımır, axı Yehoşafatın günlərində də Allahın xalqı bütünlüklə fəaliyyətsiz bir vəziyyətdə durmamışdı. Biz oxuyuruq: “Və Yehoşafat üzü üstə yerə qapandı və bütün Yəhuda və Yerusəlimdə oturanlar, Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandılar. [...] Və xalqla məsləhətləşdikdən sonra, Rəbbə mahnı oxuyanları qoydu, belə ki, ordunun önündə çıxdıqları zaman zinətlə həmd edib: Rəbbə şükr edin, çünki inayəti əbədidir, desinlər” (2 Tarixlər 20:18-21). Gördüyümüz kimi, hətta düşmənin hücumu qarşısında belə, xalq yorulmadan Yehovaya izzət verirdi. Bu hadisə, Yehovanın Şahidlərinə qarşı Qoq öz hücumuna başlayarkən, onların təqlid edəcəkləri nümunədir.

17, 18. a) Yehovanın Şahidləri Qoqun hücumuna münasibətdə müsbət əhval-ruhiyyəni necə təzahür etdirirlər? b) Bu yaxınlarda gənc məsihçilərə hansı xatırlatma verilmişdi?

17 Qoqun hücuma başlayacağı vaxtadək və ondan sonra da, Yehovanın Şahidləri Allahın Padşahlığını dəstəkləməyə davam edəcəklər. Onlar, bütün dünya üzrə 94 600-dən artıq yığıncaqlarda qüvvə əldə etməyə və sığınacaq tapmağa davam edəcəklər (İşaya 26:20). İndi Yehovaya mərdliklə izzət vermək üçün ən münasib vaxtdır! Qoqun yaxınlaşan hücumunu gözləyərək Yehovanın Şahidləri qorxu içində geriyə çəkilmirlər. Əksinə, onlar imkanları yol verdiyi qədər daha artıq dərəcədə həmd qurbanı gətirməyə təşviq olunurlar (Məzmur 146:2).

18 Bu cür müsbət əhval-ruhiyyə, bütün dünya üzrə tammüddətli xidmətə başlayan minlərlə gənc oğlan və qızların nümunəsində yaxşı görünür. Hətta 2002-ci ilin vilayət konqreslərində bu cür həyat tərzinin nə qədər üstün olduğunu vurğulayan “Gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?” adlı traktatın buraxılışı haqqında e’lan edilmişdir. Həm gənclər, həm də yetkin məsihçilər vaxtında verilən bu cür “şəhadətlər [“xatırlatmalar”, YD]” üçün minnətdarlıq duyurlar (Məzmur 119:14, 24, 99, 119, 129, 146).

19, 20. a) Məsihçilər nəyə görə qorxmamalı və dəhşətə gəlməməlidirlər? b) Öyrənmək üçün olan növbəti məqalə bizə nədə kömək edəcək?

19 Dünyada baş verən vəziyyətin necə olmasından asılı olmayaraq, məsihçilərin qorxmağa və ya dəhşətə gəlməyə əsasları yoxdur. Onlar bilirlər ki, tezliklə Allahın Padşahlığı zorakılığın bütün formalarını birdəfəlik aradan qaldıracaq. Onlara həm də təsəlli verən odur ki, zorakılıq ucbatından ölən çox insanlar dirilmə sayəsində həyata qaytarılacaqlar. Bu, dirilənlərdən bə’zilərinə Yehova haqqında ilk dəfə öyrənməyə imkan verəcəyi halda, digərlərinə Ona etdikləri sədaqətli xidmətlərini davam etdirmək imkanı verəcək (Həvarilərin işləri 24:15).

20 Biz məsihçilər, məsihçi bitərəfliyini qoruyub-saxlamağın nə qədər vacib olduğunu başa düşürük və bunu etməyə qəti qərarlıyıq. Biz, ‘durub... Rəbbin qurtuluşunu görəcəyimiz’ mö’cüzəli günə kimi yaşamaq istəyirik. Növbəti məqalə bugünkü hadisələrin Müqəddəs Kitab peyğəmbərliklərinin mahiyyətini getdikcə daha dərindən anlamağa imkan verdiyini göstərməklə, imanımızı möhkəmləndirəcək.

[Haşiyə]

a Yehovanın Şahidi olmaq üçün zorakılıqdan imtina edən adamların nümunələrini “Oyanın!” jurnalının 1990-cı il 22 mart sayının (ing.) 21-ci səhifəsində, 1991-ci il 8 sentyabr sayının (rus.) 18-ci səhifəsində, həmçinin “Gözətçi Qülləsi”nin 1996-cı il 1 yanvar sayının (rus.) 5-ci səhifəsində və 1998-ci il 1 avqust sayının (rus.) 5-ci səhifəsində tapa bilərsiniz.

İzah edə bilərsinizmi?

• Bu gün insanların əksəriyyəti nəyə görə bədbin əhval-ruhiyyəyə malikdir?

• Nəyə görə Yehovanın Şahidləri gələcəyə nikbinliklə baxırlar?

• Bütün zorakılıqların mənbəyi ilə əlaqədar Yehova artıq hansı addımlar atmağı qərarlaşdırıb?

• Nəyə görə Qoqun hücumundan qorxmalı deyilik?

[21-ci səhifədəki şəkil]

İsa, məsihçi bitərəfliyini qoruyub saxlamaqda nümunədir.

[23-cü səhifədəki şəkillər]

Minlərlə gənc Şahidlər tammüddətli xidmətə sevinclə başlamışlar.

[İcazə ilə]

UN PHOTO 186226/M. Grafman

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş