Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/10 s. 24—29
  • Həqiqət Allahını təqlid edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqət Allahını təqlid edin
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Yehovanın xidmətçiləri həqiqəti bilirlər
  • Yehovanın xidmətçiləri doğru adamlardır
  • Yehovanın xidmətçiləri həqiqəti aşkar edirlər
  • Doğruluq yolu ilə yeriyin
  • Yehova həqiqət Allahıdır
    Gözətçi qülləsi 2003
  • Həqiqət dəbdən düşüb?
    Əlavə mövzular
  • Qonşunuza həqiqəti söyləyin
    Gözətçi qülləsi 2009
  • Məsihçilər ruhən və həqiqətən ibadət edirlər
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/10 s. 24—29

Həqiqət Allahını təqlid edin

“Sevimli övladlar kimi, Allahı təqlid edin” (EFESLİLƏRƏ 5:1).

1. İnsanlar həqiqətə dair hansı təsəvvürləri üstün tuturlar və onların mülahizələrində hansı zəif cəhət var?

“HƏQİQƏT nədir?” (Yəhya 18:38). Təxminən 2 000 il bundan əvvəl Ponti Pilatın abırsızcasına verdiyi bu sual belə bir mə’na daşıyır ki, həqiqət əlçatan deyil, onu axtarmaq faydasızdır. Müasirlərimizin çoxu bu fikirlə razılaşacaq. Həqiqətin mahiyyəti şübhə altına qoyulur. Ola bilər ki, sən “hər kəsin öz həqiqəti var”, “həqiqət nisbidir” və ya “həqiqət dəyişkəndir” kimi ifadələr eşitmisən. Lakin bu cür mülahizələrdə zəif bir cəhət var. Misal üçün, yada salaq ki, elmi tədqiqatlar və təhsil yaşadığımız dünya haqqındakı faktları, daha doğrusu, həqiqəti öyrənməyə yönəldilib. Həqiqət şəxsi fikir məsələsi deyil. Məsələn, insan canı ölməzdir, ya yox. Şeytan mövcuddur, ya yox. Həyatın mə’nası var, ya yox. Hər bir halda yalnız bir doğru cavab ola bilər. Biri düzgün, digəri isə səhv olmalıdır. Hər iki cavab doğru ola bilməz.

2. Yehova hansı cəhətlərdə həqiqət Allahıdır və biz hansı sualları müzakirə edəcəyik?

2 Əvvəlki məqalədə Yehovanın həqiqət Allahı olduğunu müzakirə etmişdik. O, hər şey haqqında həqiqəti bilir. Yehova hər zaman doğrudur və bu xüsusiyyətində yalançı düşməni Şeytan İblisin tamamilə əksinədir. Bundan əlavə, Yehova həqiqəti başqaları ilə səxavətlə bölüşür. Həvari Pavel həmimanlılarını təşviq edirdi: “Sevimli övladlar kimi, Allahı təqlid edin” (Efeslilərə 5:1). Yehovanın Şahidləri olan bizlər həqiqəti söyləməkdə və həqiqətə müvafiq olaraq yaşamaqda Allahı necə təqlid edə bilərik? Bu nəyə görə vacibdir? Və Yehova doğruluq yolu ilə yeriyənləri bəyəndiyinə bizi necə əmin edir? Gəlin, bu sualları nəzərdən keçirək.

3, 4. “Axır günlərdə” baş verəcək hadisələri həvari Pavel və Peter necə təsvir edirdilər?

3 Biz, dini yalanın inkişaf etdiyi bir vaxtda yaşayırıq. Həvari Pavelin Allahdan ilham alaraq qabaqcadan dediyi kimi, insanlar bu “axır günlərdə” Allah yolunda imiş kimi görünür, amma o yolun qüdrətini inkar edirlər. Bə’zi “əqlən pozğun” insanlar həqiqətə zidd gedirlər. Üstəlik “pis adamlar və saxtakarlar... aldadıb aldanaraq, getdikcə daha betər” davranırlar. Bu cür insanlar daima öyrənsələr də, heç zaman ‘həqiqəti dərk edə bilmirlər’ (2 Timoteyə 3:1, 5, 7, 8, 13).

4 Həvari Peter də axır günlər barəsində yazmaq üçün Allahdan ilham almışdır. Onun qabaqcadan dediyi kimi, insanlar həqiqəti nəinki inkar edir, hətta Allahın Kəlamına və onda mövcud olan həqiqəti bəyan edənlərə də rişxənd edirdilər. Bu cür rişxəndçilər Nuhun günlərindəki dünyanın sularla məhv edildiyinə, bununla da gələcək hökm günü üçün nümunə kimi xidmət etdiyinə məhəl qoymurlar. Onlar arzu edilən şeyləri reallıq kimi qəbul edərək özlərini fəlakətə düçar edirlər. Bu fəlakət, Allah tərəfindən pisləri məhv etmək üçün tə’yin olunan vaxt tamam olanda gələcəkdir (2 Peter 3:3-7).

Yehovanın xidmətçiləri həqiqəti bilirlər

5. Daniel peyğəmbərin dediklərinə müvafiq olaraq “sonun vaxtında” nə baş verməli idi və bu peyğəmbərlik necə yerinə yetdi?

5 Daniel peyğəmbər “sonun vaxtını” təsvir edərək qabaqcadan demişdir ki, Allahın xidmətçilərinin işi tamamilə başqa cür olacaqdır: onlar dini həqiqətin dirçəlişi ilə xeyir-dualanacaqlar. O yazırdı: “Bir çox adamlar araşdıracaqlar və bilgi çoxalacaqdır” (Daniel 12:4). Böyük Yalançı, Yehovanın xalqını dolaşdıra və ya gözlərini bağlaya bilmədi. Müqəddəs Kitabın səhifələrində araşdırmaqla onlar həqiqi bilik əldə etdilər. İsa şagirdlərini I əsrdə maarifləndirdi. O, “Müqəddəs Yazıları dərk etmək üçün onların zehinlərini açdı” (Luka 24:45). Bizim günlərdə də Yehova bu cür davrandı. Özünün Kəlamı, ruhu və təşkilatı vasitəsilə yer üzündə yaşayan milyonlarla insanlara artıq Özünün bildiyini — həqiqəti anlamağa imkan verdi.

6. Bu gün Allahın xalqı Müqəddəs Kitabın hansı həqiqətlərini başa düşür?

6 Biz, Allahın xalqı, əks təqdirdə bilməyəcəyimiz şeylərdən çoxunu başa düşürük. Biz müdrik insanların artıq minilliklər ərzində üzərində baş sındırdıqları sualların cavabını bilirik. Məsələn, biz iztirabların mövcudluğunun, insanın ölməsinin, insanların bütün yer üzündə sülh və birlik yarada bilməməsinin səbəblərini bilirik. Biz həm də gələcəkdə bizi gözləyəcək şeyləri anlamaq imkanı ilə xeyir-dualanmışıq: biz Allahın Padşahlığının hökmranlığı, yer üzündəki Cənnət və kamillik içində sonsuz həyat barədə bilirik. Biz Yehovanı — Haqq-Təalanı tanıyırıq. Biz Onun cəlbedici xüsusiyyətləri ilə tanış olmuşuq və bizə xeyir-dua verməsi üçün nə edəcəyimizi başa düşmüşük. Həqiqəti bilməyimizin sayəsində doğrunu yalandan ayıra bilirik. Həqiqətə əsasən yaşamağımızın sayəsində isə səmərəsiz məşğuliyyətlərdən müdafiə olunmuşuq, gözəl həyat tərzi sürə bilir və gələcəyə gözəl ümidimiz var.

7. Müqəddəs Kitab həqiqətləri kimlərə əlçatandır, kimlərə yox?

7 Sən Müqəddəs Kitab həqiqətini başa düşürsənmi? Əgər belədirsə, onda bu, böyük xeyir-duadır. Müəllif kitab yazanda, o, adətən həmin kitabı müəyyən oxucu kütləsinə uyğunlaşdırır. Bə’zi kitablar yüksək təhsilli adamlar üçün, digərləri uşaqlar, daha başqaları isə müəyyən sahənin mütəxəssisləri üçün yazılmışdır. Müqəddəs Kitabı oxumaq imkanına hamı malik olsa da, bu kitab, onu başa düşən və qiymətləndirən oxucu kütləsi üçün müəyyən edilib. Yehova onu yer üzünün həlim və mülayim insanları üçün tə’yin edib. Bu cür insanlar aldıqları təhsildən, tərbiyədən, vəziyyətindən və etnik mənşəyindən asılı olmayaraq, Müqəddəs Kitabın mə’nasını dərk edə bilərlər (1 Timoteyə 2:3, 4). Və əksinə, Müqəddəs Kitab həqiqətlərini anlama qabiliyyəti, ağıllı və təhsilli olmalarına baxmayaraq, ürəyi düzgün vəziyyətdə olmayanlar üçün bağlıdır. Lovğa və məğrur insanlara Allahın Kəlamının qiymətli həqiqətlərini dərk etmək verilməyib (Matta 13:11-15; Luka 10:21; Həvarilərin işləri 13:48). Belə bir kitabı yalnız Allah yarada bilərdi.

Yehovanın xidmətçiləri doğru adamlardır

8. İsa nəyə görə həqiqətin təcəssümü idi?

8 Yehovaya bənzər tərzdə Onun Şahidləri də doğru adamlardır. Yehovanın ən görkəmli Şahidi olan İsa Məsih həqiqəti öz tə’limləri, eləcə də həyatı və ölümü ilə təsdiqlədi. O, Yehovanın sözünün və və’dlərinin doğruluğunu müdafiə etdi. Bu səbəbdən İsa, özünün dediyi kimi, həqiqətin təcəssümü idi (Yəhya 14:6; Vəhy 3:14; 19:10).

9. Müqəddəs Yazılarda doğru nitq haqqında nə deyilir?

9 İsa “lütf və həqiqətlə dolu” idi və onun ‘ağzında hiylə tapılmadı’ (Yəhya 1:14; İşaya 53:9). İsanın həqiqi davamçıları onun tə’sis etdiyi yol ilə gedir və yalanı rədd edirlər. Pavel həmimanlılarına öyüd verirdi: “Hər biriniz öz qonşusuna həqiqəti söyləsin; çünki hamımız eyni bədənin üzvləriyik” (Efeslilərə 4:25). Bir qədər əvvəl Zəkarya peyğəmbər yazmışdı: “Hər kəs qonşusuna doğrunu söyləsin” (Zəkarya 8:16). Məsihçilər doğru adamlardır, çünki Allahı razı salmaq istəyirlər. Yehovanın Özü doğru Allahdır və yalanın gətirə biləcəyi ziyandan xəbərdardır. Buna görə də, O, tam haqlı olaraq ümid edir ki, Onun xidmətçiləri həqiqəti söyləyəcəklər.

10. İnsanlar yalana nəyə görə əl atırlar və bu hansı mənfi nəticələrə gətirib çıxarır?

10 Yalan danışmaq hansısa məqsədlərinə çatmaq üçün bir çoxlarına asan çıxış yolu kimi görünə bilər. İnsanlar cəzadan qaçınmaq, fayda əldə etmək və ya ətrafdakıların tə’rifini qazanmaq üçün yalan danışırlar. Lakin yalan mə’nəvi qüsurdur. Bundan əlavə, Allah yalançıları bəyənmir (Vəhy 21:8, 27; 22:15). Biz doğru adamlar kimi tanınırıqsa, əhatəmizdəki insanlar sözlərimizə inanır və bizə e’tibar edirlər. Lakin əgər bir dəfə də olsun yalanımızı tutarlarsa, insanlar ehtimal ki, gələcəkdə deyəcəyimiz hər bir sözün doğruluğuna şübhə edəcəklər. Afrika atalar sözü belə səslənir: “Bir yalan min həqiqəti korlayır”. Başqa bir məsəldə deyilir: “Yalançının evi yandı, heç kəs inanmadı”.

11. Doğru adam olmaq nəyə görə sadəcə olaraq həqiqəti söyləməkdən üstündür?

11 Doğru adam olmaq sadəcə olaraq həqiqəti danışmaqdan daha üstündür. Bu, həyat tərzi, təbiətimizin məğzidir. Biz həqiqəti insanlara yalnız sözlərimizlə deyil, əməllərimizlə də aşkar edirik. Həvari Pavel soruşurdu: “Sən başqalarını öyrədərək, özünü öyrətmirsən? Oğurlamamağı və’z edib, oğurlayırsanmı? “Zina etmə”, — deyərək, zina edirsənmi?” (Romalılara 2:21, 22). Əgər biz həqiqəti başqalarına çatdırmaq istəyiriksə, özümüz həqiqətə müvafiq yaşamalıyıq. Biz öz doğruluğumuz və düzgünlüyümüzlə tanınanda, insanlar bizim öyrətdiklərimizə daha həvəslə hay verəcəklər.

12, 13. Doğruluğa aid məktəbli bir qız nə yazmışdır və o, nəyin sayəsində bu cür yüksək əxlaq normalarına malikdir?

12 Yehovanın gənc xidmətçiləri də doğru adamlar olmağın nə dərəcədə vacib olduğunu dərk edirlər. 13 yaşlı Cenni məktəbdə yazdığı inşada qeyd edirdi: “Mən düzgünlüyü çox qiymətləndirirəm. Bədbəxtlikdən bu gün hər cəhətdən düzgün davranan adamların sayı çox deyil. Söz verirəm ki, özümü həmişə düzgün aparacağam. Hətta doğru söz mənə və dostlarıma dərhal fayda gətirməyən anlarda belə düzgün davranacağam. Mən həmişə özüm üçün dostları həqiqəti söyləyən düzgün adamlardan seçirəm”.

13 Cenninin müəlliməsi bu inşaya aid belə demişdir: “Sən çox gənc olduğun halda bu cür qüvvətli mə’nəvi və əxlaqi prinsiplərə maliksən. Mən bilirəm ki, sən öz prinsiplərində güzəştə getməzsən, çünki sənin çox güclü iradən var”. Bu məktəbli qız nəyin sayəsində bu cür möhkəm əqidəyə malikdir? Yazdığı inşanın giriş sözlərində Cenni yazmışdı ki, “həyatında mə’nəvi normaları tə’yin edən” onun dinidir. Cenninin həmin inşanı yazdığı vaxtdan yeddi il keçib. Müəllimənin güman etdiyi kimi, Cenni Yehovanın Şahidi qalaraq yüksək əxlaq prinsiplərinə əsasən yaşamağa davam edir.

Yehovanın xidmətçiləri həqiqəti aşkar edirlər

14. Nəyə görə Allahın xidmətçiləri üzərinə həqiqi olan şeylərin müdafiəsinə durmaq kimi, xüsusilə, böyük məs’uliyyət qoyulub?

14 Şübhəsiz ki, Yehovanın Şahidi olmayan başqa insanlar da həqiqəti söyləyə və doğru adamlar olmağa çalışa bilərlər. Lakin Allahın xidmətçiləri kimi bizim üzərimizə xüsusi məs’uliyyət qoyulub: biz həqiqi olan şeylərin müdafiəsinə durmalıyıq. Bizə Müqəddəs Kitabda olan həqiqət — əbədi həyata aparan həqiqət e’tibar edilib. Buna görə də biz bu bilikləri başqaları ilə bölüşməyə borcluyuq. İsa demişdir: “Kimə çox verilmişsə, ondan çox tələb olunacaqdır” (Luka 12:48). Allah haqqında qiymətli biliklə xeyir-dualanan kəslərdən, şübhəsiz ki, çox şey tələb olunur.

15. İnsanlarla Müqəddəs Kitab həqiqətlərini bölüşəndə hansı hissləri yaşayırsınız?

15 Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşmək xoşbəxtlikdir. İsanın I əsrdəki şagirdləri kimi, biz də ümid verən sevindirici xoş xəbəri “çobansız qoyunlar kimi taqətsiz və dağınıq” vəziyyətdə olanlara və ‘cinlərin tə’limləri’ ilə kor edilənlərə, həmçinin çaşqınlığa salınan adamlara bəyan edirik (Matta 9:36; 1 Timoteyə 4:1). Həvari Yəhya yazırdı: “Övladlarımın həqiqətə görə hərəkət etdiyini eşitməkdən daha böyük sevincim yoxdur” (3 Yəhya 4). Yəhyanın “övladlarının” — ehtimal ki, həqiqətlə tanış etdiyi kəslərin — sadiqliyi ona böyük sevinc gətirirdi. Bu gün insanların Allahın Kəlamını necə minnətdarlıqla qəbul etdiklərini görərək, biz də sevinirik.

16, 17. a) Nəyə görə həqiqəti hamı qəbul etmir? b) Müqəddəs Kitab həqiqətini bəyan edərkən hansı sevinc hissini yaşaya bilərsiniz?

16 Nəzərə almalıyıq ki, həqiqəti hamı qəbul etməyəcək. İsa, insanlar tərəfindən qəbul edilməyən vaxtda da Allah haqqındakı həqiqəti danışırdı. O, müqavimət göstərən yəhudilərə dedi: “Mənə nə üçün iman etmirsiniz? Allahdan olan Allahın sözlərini dinlər; siz ona görə dinləmirsiniz ki, Allahdan deyilsiniz” (Yəhya 8:46, 47).

17 İsa kimi biz də Yehova haqqındakı qiymətli həqiqəti söyləmək vəzifəmizdən boyun qaçırmırıq. Gözləmirik ki, bizim söylədiyimiz xəbəri hamı qəbul edəcək, belə ki, İsanın söylədiyi xəbəri də hamı qəbul etmirdi. Buna baxmayaraq, düzgün davrandığımızı bilərək sevinirik. Yehova sevgi dolu inayətə malik olduğu üçün insanların həqiqəti bilmələrini istəyir. İsanın həqiqi davamçıları həqiqətə sahib olduqları üçün, onlar qaranlığa qərq olmuş bu dünyada işıq kimidirlər. Əgər sözlərimiz və davranışımızla həqiqət işığının parıldamasına yol veririksə, başqaları səmavi Atamıza həmd etməyə başlaya bilərlər (Matta 5:14, 16). Biz, Şeytanın saxta həqiqətinin şayiələrini rədd etdiyimizi və təmiz, saxta olmayan Allah Kəlamının müdafiəsinə durduğumuzu açıq-aşkar bəyan edirik. Bildiyimiz və insanlara çatdırdığımız həqiqət, onu qəbul edənlərə əsl azadlıq verə bilər (Yəhya 8:32).

Doğruluq yolu ilə yeriyin

18. İsa Natanelə nəyə görə və necə xeyirxahlıq göstərdi?

18 İsa həqiqəti sevir və həqiqəti söyləyirdi. Yer üzündə xidmət etdiyi müddətdə doğru adamlara xeyirxahlıqla yanaşırdı. İsa Natanel haqqında demişdi: “Budur, daxilində hiylə olmayan həqiqi bir israilli!” (Yəhya 1:47). Nəticədə Natanel, ehtimal ki, həm də Bar-Talmay kimi tanınan şagird 12 həvaridən biri oldu (Matta 10:2-4). Necə də böyük şərəfdir!

19-21. Vaxtilə kor olan insan həqiqəti mərdliklə söylədiyinə görə necə xeyir-dua aldı?

19 Müqəddəs Kitabın “Yəhya” kitabının bütöv bir fəsli, İsa tərəfindən xeyir-dua alan başqa düzgün bir insan haqqında danışır. Onun adı bizə mə’lum deyil. Lakin biz həmin insanın anadangəlmə kor olduğunu və diləndiyini bilirik. İsa onun gözlərini açanda insanlar heyrətə gəldilər. Mö’cüzəli sağalma haqqındakı xəbər bə’zi fəriseylərə — həqiqətə nifrət edən, İsaya iman gətirən hər bir kəsi sinaqoqdan qovmaq qərarına gələn insanlara çatdı. Onların niyyətlərini bilərək, vaxtilə kor olan kəsin qorxuya düşən valideynləri oğullarının gözünün necə açıldığını və bu mö’cüzənin kim tərəfindən edildiyini bilmədiklərini söyləyərək fəriseylərə yalan danışdılar (Yəhya 9:1-23).

20 Şəfa tapan adamı yenidən fəriseylərin yanına çağırdılar. Nəticənin necə olacağından qorxmayaraq, o, cəsarətlə həqiqəti söylədi. Gözlərinin necə açıldığını və bunun İsa tərəfindən edildiyini danışdı. Şəfa tapan adam bu cür tanınmış və təhsilli insanların İsanın Allahdan olduğuna inanmadıqlarına təəccüb edərək, qorxmadan onları aydın olan şeyləri e’tiraf etməyə çağırdı: “Əgər bu Adam Allahdan olmasaydı, heç bir şey edə bilməzdi”. Necə e’tiraz edəcəklərini bilməyən fəriseylər onu ədəbsizlikdə ittiham edib, qovdular (Yəhya 9:24-34).

21 İsa bu barədə eşidəndə, məhəbbətlə təşviq olunaraq, həmin adamı axtarmağa vaxt ayırdı. Onu tapıb, artıq göstərdiyi imana görə ruhlandırdı. İsa açıq-aşkar özünü Xilaskar e’lan etdi. Həqiqəti söylədiyinə görə həmin adam necə də xeyir-dua aldı! Şübhəsiz ki, Allah həqiqəti söyləyən insanlara iltifat göstərir (Yəhya 9:35-37).

22. Nəyə görə doğruluq yolu ilə yeriməliyik?

22 Həqiqətə əsasən yaşamağın vacibliyinə e’tinasız yanaşmaq olmaz. Doğruluq yolu ilə yerimək, insanlarla və Allahla yaxşı münasibətlər yaratmaq və onu qoruyub saxlamaq üçün çox vacibdir. Doğru adam olmaq — açıq, səmimi, əlçatan və e’tibarlı olmaq deməkdir. Yehova bu cür insanları bəyənir (Məzmur 15:1, 2). Digər tərəfdən isə Yehova doğru olmayan — e’tibarsız və yalançı adamlara nifrət edir (Süleymanın məsəlləri 6:16-19). Buna görə də doğruluq yolu ilə yeriməyə qətiyyətli olun. Doğrudan da, həqiqət Allahını təqlid etmək üçün, biz həqiqəti bilməli, həqiqəti söyləməli və həqiqətə əsasən yaşamalıyıq.

Siz necə cavab verərdiniz?

• Həqiqəti bildiyimiz üçün nəyə görə minnətdar ola bilərik?

• Biz Yehovanı təqlid etməkdə necə doğru adamlar ola bilərik?

• Müqəddəs Kitab həqiqətini başqaları ilə bölüşərkən hansı xeyir-duaları alırıq?

• Doğruluq yolu ilə yerimək nəyə görə vacibdir?

[25-ci səhifədəki şəkillər]

Məsihçilər onlara e’tibar edilən Müqəddəs Kitab həqiqətini başqaları ilə sə’ylə bölüşürlər.

[26-cı səhifədəki şəkillər]

İsanın şəfa verdiyi kor adam düzgünlüyünə görə bol xeyir-dualar aldı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş