Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/3 s. 17—21
  • Şagirdlər hazırlamaq məqsədi ilə təbliğ et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şagirdlər hazırlamaq məqsədi ilə təbliğ et
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • İnsanların tələbatlarına diqqət yetirmək
  • Başqa müəllimlərin nümunəsindən öyrən
  • Şagirdlər hazırlamaq üçün imkanlar axtar
  • Ləyaqətli olanları axtarmağa davam et
  • Məsihçilər bir-birlərinə lazımdırlar
    Gözətçi qülləsi 2003
  • «Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Yığıncağı inkişaf etdirməyə davam edin
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitabı oxuyarkən tam faydalan
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/3 s. 17—21

Şagirdlər hazırlamaq məqsədi ilə təbliğ et

“[Apollosu] eşidən Akila və Priskila onu yanlarına alıb Rəbb yolunu ona daha dəqiq izah etdilər” (HƏVARİLƏRİN İŞLƏRİ 18:26).

1. Apollos “ruhda sə’yli” olsa da, onun nəyə ehtiyacı vardı?

AKİLA və Priskila — I əsrdə yaşayan məsihçi ər-arvad — bir dəfə Apollosun Efes şəhərindəki sinaqoqda necə nitq söylədiyini müşahidə etmişdilər. Bəlağəti və inandırmaq məharəti sayəsində Apollos dinləyicilərinin diqqətini cəlb etmişdi. O, “ruhda sə’yli olub İsa barəsindəki şeyləri... doğruluqla öyrədirdi”. Lakin aydın idi ki, Apollos “yalnız Yəhyanın vəftizindən xəbərdar”dır. Apollosun Məsih haqqında təbliğ etdiklərinin hamısı doğru idi. Problem onda idi ki, onun biliyi kifayət qədər tam deyildi. Apollosun, İsa Məsihin Yehovanın niyyətində olan rolu barəsindəki biliyini artırmağa ehtiyacı vardı (Həvarilərin işləri 18:24-26, İ–93).

2. Akila və Priskila hansı çətin işin ətəyindən yapışdılar?

2 Akila və Priskila tərəddüd etmədən Apollosa, Məsihin öyrətdiyi “hər şeyə riayət etməyi” bacaran kəs olmaqda yardım təklif etdilər (Matta 28:19, 20). Müqəddəs Kitab xəbər verir ki, onlar Apollosu “yanlarına alıb Rəbb yolunu ona daha dəqiq izah etdilər”. Lakin Apollos haqqında mə’lum olan bir fakta görə hər bir kəs onu öyrətmək həvəsinə düşməzdi. Bu hansı faktdır? Və Apollosla Müqəddəs Yazıları müzakirə etmək istəyən Akila və Priskilanın nümunəsindən biz nə öyrənə bilərik? Bu tarixi hadisəni nəzərdən keçirməyimiz diqqətimizi Müqəddəs Kitab öyrənməsi başlamağa cəmləşdirməkdə bizə necə kömək edə bilər?

İnsanların tələbatlarına diqqət yetirmək

3. Apollosun mənşəyi və qabiliyyətləri Akila və Priskilaya onu öyrətməyə nəyə görə mane olmadı?

3 Əsli yəhudi olan Apollos, göründüyü kimi, İsgəndəriyyə şəhərində tərbiyə almışdır. İsgəndəriyyə o zamanlar Misirin paytaxtı və özünün böyük kitabxanası ilə tanınmış yüksək təhsil mərkəzi idi. Şəhərdə çoxlu yəhudi yaşayırdı, aralarında alimlər də vardı. Septuaqinta — İbranicə Müqəddəs Yazıların yunan dilinə tərcüməsi məhz burada hazırlanmışdır. Apollosun “Müqəddəs Yazıları yaxşı bilən” olması təəccüblü deyil! Akila və Priskila isə çadır hazırlamaqla məşğul idilər. Onlar Apollosun bəlağəti qarşısında qorxuya düşdülərmi? Xeyr. Məhəbbətdən irəli gələrək onlar insanın özü, onun tələbatları və ona necə kömək etmək haqqında düşündülər.

4. Apollos ona lazım olan köməkliyi harada və necə aldı?

4 Apollos nə qədər bəlağətlə danışsa da, tə’lim almağa ehtiyacı vardı. Lazım olan köməkliyi universitetlərdə almaq mümkün deyildi, lakin onu məsihçi yığıncağında həmimanlılar arasında tapmaq mümkün idi. Apollos xilas üçün Allahın hansı tədbir görəcəyini daha dəqiq başa düşsün deyə, əlavə mə’lumatlar almalı idi. Akila və Priskila “onu yanlarına alıb Rəbb yolunu ona daha dəqiq izah etdilər”.

5. Akila və Priskilanın ruhani vəziyyətləri barədə nə demək olar?

5 Akila və Priskila ruhən qüvvətli və imanda möhkəm təmələ malik olan kəslər idilər. Daha doğrusu, onlar istər varlı, istər kasıb, istər alim və ya kölə qarşısında, ‘ümid barəsində hesabat istəyən hər kəsə həmişə cavab vermək üçün hazır idilər’ (1 Peter 3:15). Akila və onun arvadı ‘həqiqət sözünü doğruluqla öyrətməyi’ bacarırdılar (2 Timoteyə 2:15). Ehtimal ki, onlar Müqəddəs Yazıları ciddi surətdə öyrənirdilər. Allahın “canlı və tə’sirli” kəlamına əsaslanan öyüd Apollosda güclü təəssürat oyatdı və onun ürəyinə yol tapdı (İbranilərə 4:12).

6. Apollosun aldığı köməkliyə görə minnətdarlıq hissi duyduğunu haradan bilirik?

6 Müəllimlərinin nümunələrinə görə minnətdar olan Apollos, şagirdlər hazırlamaq işində daha da ustalaşdı. O, öz biliklərindən xoş xəbəri təbliğ etmək işində, xüsusilə də yəhudi milləti arasında, müvəffəqiyyətlə istifadə edirdi. Apollos yəhudiləri Məsihlə bağlı olan şeylərə inandıraraq daha böyük köməklik göstərirdi. O, Müqəddəs Yazılarda “qüvvətli idi”, buna görə də qədimdə yaşayan bütün peyğəmbərlərin Məsihin gəlişini gözlədiklərini onlara sübut edə bilirdi (Həvarilərin işləri 18:24, KM). Müqəddəs Kitabda deyilir ki, Apollos sonra Axayaya getdi və orada “Allahın lütfü ilə iman etmiş olanlara çox yardım etdi. Çünki İsanın Məsih olduğunu Müqəddəs Yazılarla sübut edərək, yəhudilərin fikirlərini ümumxalq qarşısında var gücü ilə təkzib edirdi” (Həvarilərin işləri 18:27, 28).

Başqa müəllimlərin nümunəsindən öyrən

7. Akila və Priskila nəyin sayəsində məharətli müəllimlər oldular?

7 Necə oldu ki, Akila və Priskila Allahın Kəlamının təcrübəli müəllimləri oldular? Şəxsi öyrənmədə və görüşlərdə iştirak etmək üçün göstərdikləri sə’ydən əlavə, böyük rolu, ehtimal ki, onların həvari Pavellə yaxın ünsiyyətləri oynamışdır. Pavel Korinfdə Akila və Priskilanın evində 18 ay yaşamışdır. Onlar bir yerdə işləyərək çadırlar hazırlayır və tə’mir edirdilər (Həvarilərin işləri 18:2, 3). Güman etmək olar ki, bu onlara Müqəddəs Kitab mövzularında dərin söhbətlər etməyə imkan yaradırdı. Pavellə bu cür söhbətlər onların ruhani vəziyyətlərini necə də möhkəmləndirdi! Süleymanın məsəlləri 13:20 ayəsində deyilir: “Hikmətlilərlə yeriyən adam hikmətli olar”. Yaxşı dostluq onların ruhani vərdişlərinə yaxşı tə’sir göstərdi (1 Korinflilərə 15:33).

8. Pavelin xidmətini müşahidə edərək Akila və Priskila nə öyrəndilər?

8 Akila və Priskila Padşahlığın təbliğçisi olan Paveldə yaxşı müəllimin canlı nümunəsini görə bildilər. “Həvarilərin işləri” kitabında deyilir ki, Pavel hər şənbə günü Korinfdəki sinaqoqda nitq söyləyib, “yəhudiləri və yunanları inandırmağa çalışırdı” (İ–93). Sonra Sila və Timotey ona qoşulduqda, Pavel “özünü tamamilə Allahın kəlamını yaymaq işinə həsr edir və yəhudilərə İsanın Məsih olduğuna şəhadət edirdi”. Sinaqoq üzvlərinin zəif maraq göstərdikləri aydın olanda, Akila və Priskilanın müşahidə etdikləri kimi, Pavel oranı tərk edib diqqətini daha münasib olan yerə — sinaqoqa bitişik olan evə yönəltdi. Orada Pavel “sinaqoq rəisi” olan Krispusa şagird olmaqda kömək edə bildi. Çox ehtimal ki, Akila və Priskila Krispusun şagird olmasının yerli əhaliyə güclü tə’sir bağışladığına və çoxlu bəhrələr gətirdiyinə diqqət yetirdilər. Biz oxuyuruq: “Krispus bütün ev əhli ilə bərabər Rəbbə iman etdi; və korinflilərdən bir çoxu bunu eşidərək iman edib vəftiz oldular” (Həvarilərin işləri 18:4-8).

9. Pavelin nümunəsi Akila və Priskilaya necə tə’sir göstərdi?

9 Padşahlığın Akila və Priskila kimi digər təbliğçiləri Pavelin təbliğ xidmətindəki nümunəsini təqlid etməyə başladılar. Həvari həmimanlılarını də’vət edirdi: “Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin” (1 Korinflilərə 11:1). Paveli təqlid edərək, Akila və Priskila məsihçi tə’limlərini daha dəqiq başa düşməkdə Apollosa kömək etdilər. O isə, öz növbəsində, başqalarına kömək etdi. Şübhəsiz ki, Akila və Priskila Romada, Korinfdə və Efesdə şagirdlərin hazırlanmasında iştirak edirdilər (Həvarilərin işləri 18:1, 2, 18, 19; Romalılara 16:3-5).

10. “Həvarilərin işləri” kitabının 18-ci fəslindən şagirdlərin hazırlanması işində faydalı olan hansı ibrət dərslərini əldə etdiniz?

10 “Həvarilərin işləri” kitabının 18-ci fəslindən biz nə öyrənə bilərik? İlk öncə, Akila və Priskilanın Paveldən öyrənə bildikləri kimi, biz də Allahın Kəlamının yaxşı müəllimlərinin nümunəsini təqlid edərək şagirdlər hazırlamaq qabiliyyətimizi təkmilləşdirə bilərik. Biz, ‘özünü tamamilə Allahın kəlamını yaymaq işinə həsr edən’ və başqalarına əsaslı surətdə şahidlik edən kəslərlə ünsiyyət edə bilərik (Həvarilərin işləri 18:5). Onların inandırmaq məharətinin köməyi ilə insanların ürəklərini necə ələ aldıqlarına diqqət yetirə bilərik. Əgər biz bu cür qabiliyyətə malik olarıqsa, müvəffəqiyyətlə şagirdlər hazırlaya bilərik. Kiminləsə Müqəddəs Kitab öyrənməsi keçirəndə, həmin adama təklif edə bilərik ki, öyrənməyə ailəsinin üzvlərini və ya qonşularını də’vət etsin. Yaxud, Müqəddəs Kitab öyrənməsi təklif edə biləcəyimiz insanları bizə tanıtmasını xahiş edə bilərik (Həvarilərin işləri 18:6-8).

Şagirdlər hazırlamaq üçün imkanlar axtar

11. Yeni şagirdləri haradan tapmaq olar?

11 Pavel və başqa məsihçilər evdən-evə, bazarda, yolda — bir sözlə hər yerdə təbliğ etməklə şagirdlər hazırlamaq üçün imkanlar axtarırdılar. Şagirdlər hazırlamağa sə’y göstərən Padşahlığın çalışqan təbliğçisi kimi, sən xidmətdəki iştirakını artıra bilərdinmi? Ləyaqətli insanları axtarıb, onlara təbliğ etmək üçün münasib imkanlardan istifadə edə bilərdinmi? Xoş xəbərin digər təbliğçiləri şagirdlər tapmağa necə müvəffəq olurlar? Əvvəlcə telefon vasitəsilə şahidliyə diqqət yetirək.

12-14. Ya öz nümunənizin, ya da abzaslarda gətirilən nümunələrdən birinin əsasında telefon vasitəsilə şahidlik etməyin effektli olduğunu göstərin.

12 Braziliyada evdən-evə şahidlik edərkən bir məsihçi qadın — onu Mariya adlandıraq — çoxmənzilli evdə yaşayan cavan bir qadına traktat verdi. Mariya traktatın adında olan sualı verdi: “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” Qadın cavab verdi: “Bunu çox istərdim. Lakin məsələ ondadır ki, mən müəlliməyəm və iş bütün vaxtımı alır”. Mariya dedi ki, onlar Müqəddəs Kitaba dair sualları telefon vasitəsilə müzakirə edə bilərlər. Qadın ona telefon nömrəsini verdi və elə həmin axşam Mariya qadınla “Allah bizdən nə tələb edir?”a broşürasının köməyi ilə telefon vasitəsilə öyrənmə başladı”.

13 Efiopiyada yaşayan, tammüddətli xidmətdə çalışan qadın telefon vasitəsilə təbliğ edərkən bir kişi ilə söhbətə başladı. Telefonun dəstəyindən eşidilən səs qadını həyəcanlandırdı. Kişi xahiş etdi ki, bir qədər sonra zəng vursun. Növbəti söhbət zamanı kişi üzr istədi və dedi ki, keçən dəfə qadın zəng vuranda onunla arvadı arasında dava-dalaş vardı. Onun sözlərini nəzərə alaraq, bacımız ailə problemlərini həll etmək üçün Müqəddəs Kitabın verdiyi müdrik rəhbərliyə diqqət yönəltdi. Bacı ona Yehovanın Şahidləri tərəfindən dərc olunan “Ailə xoşbəxtliyinin sirri” kitabının bir çox ailələrə kömək etdiyini söylədi. Kitabı kişiyə göndərdikdən bir neçə gün sonra bacı ona yenidən zəng vurdu. Kişi ucadan dedi: “Bu kitab ailəmi xilas etdi!” Mə’lum oldu ki, o ailəsini başına toplayıb, kitabdan öyrəndiyi dəyərli fikirləri onlarla bölüşüb. Müqəddəs Kitab öyrənməsi başlandı və tezliklə həmin kişi müntəzəm olaraq məsihçi görüşlərinə gəlməyə başladı.

14 Danimarkada yaşayan və telefon vasitəsilə şahidlik edərkən Müqəddəs Kitab öyrənməsi başlayan Padşahlıq xidmətçisi danışır: “Xidməti nəzarətçi məni telefon vasitəsilə şahidlik etməyə həvəsləndirirdi. Əvvəlcə istəmirdim, çünki düşünürdüm: “Bu mənim işim deyil”. Lakin bir dəfə cəsarətimi toplayıb birinci nömrəni yığdım. Sonya adlı bir qadın cavab verdi və qısa söhbətdən sonra Müqəddəs Kitaba əsaslanan ədəbiyyat götürməyə razılıq verdi. Bir axşam dünyanın yaradılması barəsindəki sualı müzakirə edirdik və o, “Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?”b kitabını oxumaq istədiyini bildirdi. Söylədim ki, şəxsən görüşüb bu mövzuda söhbət etməyimiz yaxşı olardı. O razılaşdı. Mən gələndə Sonya öyrənməyə hazır idi və elə həmin vaxtdan biz hər həftə öyrənmə keçiririk”. Sonda məsihçi bacımız bunu söylədi: “Mən Müqəddəs Kitab öyrənməsi tapmaq üçün uzun illər dua etmişəm, amma heç zaman düşünmürdüm ki, onu telefon vasitəsilə şahidlik edərək tapacağam”.

15, 16. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün müxtəlif üsullardan istifadə etməyin faydalı olduğuna dair siz hansı hadisələri danışa bilərsiniz?

15 Bir çoxları, harada olmalarından asılı olmayaraq, insanlara təbliğ etmək məsləhətlərinə riayət edərək gözəl bəhrələr əldə edirlər. Birləşmiş Ştatlarda bir bacımız maşınını ticarət furqonunun yanında saxladı. Furqonda olan qadın bacımızı görəndə, bacımız ona Müqəddəs Kitab əsasında maarifləndirici işimiz barədə danışmağa başladı. Bacımızı dinlədikdən sonra qadın furqondan çıxdı və bacımızın maşınına yaxınlaşdı. O dedi: “Mənimlə söhbət etmək üçün dayandığınıza görə çox şadam. Artıq çoxdandır ki, sizin Müqəddəs Kitaba əsaslanan ədəbiyyatınız əlimə keçmir. Bir də onu deyim ki, mən yenidən Müqəddəs Kitabı öyrənmək istəyirəm. Siz mənə kömək edə bilərdinizmi?” Bacımız şahidlik etmək üçün imkanlar axtardığı üçün xoş xəbəri bölüşə bildi.

16 Birləşmiş Ştatlarda bir bacımız qocalar evinə baş çəkdi və oradakı fəaliyyət üçün cavabdeh olan kəslə danışdı. Bacı ona bildirdi ki, burada yaşayan insanlara ruhani köməklik göstərmək istəyərdi. Və əlavə etdi ki, arzu edən hər bir kəslə həftədə bir dəfə pulsuz Müqəddəs Kitab öyrənməsi keçirməyə şad olardı. Ona sakinlərə baş çəkməyə izn verdilər. Bir qədər sonra bacımız ümumi hesabla 26 sakinlə həftədə üç dəfə Müqəddəs Kitab öyrənməsi keçirirdi. Onlardan biri isə müntəzəm olaraq görüşlərimizə gələ bilir.

17. Çox vaxt Müqəddəs Kitab öyrənməsi başlamaq üçün hansı üsul müvəffəqiyyətə gətirib çıxarır?

17 Padşahlığın bə’zi təbliğçiləri birbaşa olaraq Müqəddəs Kitab öyrənməsi təklif etməklə müvəffəqiyyətə nail olurlar. Bir səhər, 105 təbliğçidən ibarət olan bir yığıncaq bütün sakinlərə Müqəddəs Kitab öyrənməsi təklif etmək üçün xüsusi sə’y göstərdi. Təbliğ xidmətində 86 təbliğçi iştirak edirdi və iki saatlıq təbliğdən sonra ən azı 15 Müqəddəs Kitab öyrənməsi başlanıldı.

Ləyaqətli olanları axtarmağa davam et

18, 19. İsanın hansı vacib tapşırığını yadda saxlamalıyıq və bununla əlaqədar nə etməliyik?

18 Padşahlığın təbliğçisi kimi, ehtimal ki, sən bu məqalədə xatırlanan müxtəlif üsullardan istifadə etmək istəyəcəksən. Sözsüz ki, şahidlik etmək üsulları seçərkən yerli adətləri nəzərə almaq müdrik davranış olardı. Lakin ilk əvvəl İsanın verdiyi, ləyaqətli olanları axtarmaq və onlara şagirdlər olmaqda kömək etmək tapşırığını yadda saxlamaq lazımdır (Matta 10:11; 28:19).

19 Buna can ataraq, gəlin ‘həqiqət sözünü doğruluqla öyrədək’. Buna, inandırmağa çalışmaqla və sözlərimizi əsaslı surətdə Müqəddəs Yazılara əsaslandırmaqla nail ola bilərik. Bu bizə, səmimi insanların ürəyinə yol tapmaqda və onları hərəkətə təşviq etməkdə kömək edər. Dua edərək Yehovaya güvənsək, kimə isə İsa Məsihin şagirdi olmaqda kömək edə bilərik. Bu iş nə qədər də mükafatlandırıcıdır! Buna görə də hər zaman şagirdlər hazırlamaq məqsədi ilə təbliğ edən Padşahlığın çalışqan təbliğçiləri kimi Yehovaya izzət vermək və ‘özümüzü Allaha sınaqdan çıxmış bir işçi kimi təqdim etmək’ üçün gəlin əlimizdən gələni edək (2 Timoteyə 2:15).

[Haşiyələr]

a Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur.

b Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur.

Xatırlayırsınızmı?

• Apollosa Allahın yolu nəyə görə daha dəqiq izah olunmalı idi?

• Akila və Priskila Paveldən nə öyrəndilər?

• “Həvarilərin işləri” kitabının 18-ci fəslindən şagirdlərin hazırlanmasına dair siz nə öyrəndiniz?

• Şagirdlər hazırlamaq imkanlarını siz necə axtara bilərsiniz?

[17-ci səhifədəki şəkil]

Akila və Priskila Apollosa “Rəbb yolunu... daha dəqiq izah etdilər”.

[18-ci səhifədəki şəkil]

Apollos şagirdlər hazırlamaq işində ustalaşdı.

[19-cu səhifədəki şəkil]

Pavel getdiyi hər yerdə təbliğ edirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş