Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/6 s. 18—22
  • Dəyişməkdə olan dünyanın ruhuna müqavimət göstər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dəyişməkdə olan dünyanın ruhuna müqavimət göstər
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Əxlaq dəyərlərinin aşağı düşməsi
  • ‘Axın bizi ayırmasın’
  • Dünyanın ruhu güclüdür
  • Allahın ruhu daha güclüdür
  • Qoy sənə dünyanın yox, Allahın ruhu təsir etsin!
    Gözətçi qülləsi 2011
  • ‘Dünyanın ruhuna’ müqavimət göstər
    Gözətçi qülləsi 2008
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/6 s. 18—22

Dəyişməkdə olan dünyanın ruhuna müqavimət göstər

“Biz bu dünyanın ruhunu deyil, Allahdan gələn Ruhu qəbul etdik” (1 KORİNFLİLƏRƏ 2:12).

1. Həvva hansı sahələrdə aldandı?

“İLAN məni aldatdı” (Təkvin 3:13). İlk qadın olan Həvva, Yehova Allaha qarşı üsyan qaldırmasının səbəbini bu qısa ifadə ilə izah etməyə çalışdı. Onun dedikləri doğru idi, lakin bu onun səhv hərəkətlərinə bəraət qazandırmırdı. Sonradan həvari Pavel Allahdan ilham alaraq yazmışdır: “[Həvva] aldanıb” (1 Timoteyə 2:14). Həvva, əgər Allahın sözündən çıxarsa və qadağan edilmiş meyvədən yeyərsə, bunun onun xeyrinə olacağına və onun Allah kimi olacağına inanaraq aldandı. O, həmçinin yalançının şəxsiyyətinə dair yalana da inandı. Onun heç ağlına da gəlmirdi ki, ilanı danışdıran Şeytan İblisdir (Təkvin 3:1-6).

2. a) Şeytan bu gün insanları necə aldadır? b) “Dünyanın ruhu” nədir və biz hansı sualları nəzərdən keçirəcəyik?

2 Adəm və Həvvanın günlərindən başlayaraq, Şeytan insanları aldatmağa davam edir. Düzünü desək o, ‘bütün dünyanı aldadır’ (Vəhy 12:9). Onun taktikası dəyişilməyib. Artıq həqiqi ilanlardan istifadə etməsə də, o, öz simasını maska altında gizlətməyə davam edir. Əyləncə sənayesindən, kütləvi informasiya vasitələrindən və digər üsullardan istifadə edərək Şeytan insanları aldadır ki, onlar Allahın sevərək təqdim etdiyi rəhbərlikdə guya zərurətin və faydanın olmadığına inansınlar. Hər yerdə yalan toxumlarını səpərək, İblis insanlarda Müqəddəs Kitab qanunlarına və prinsiplərinə qarşı üsyançı ruhu oyatmışdır. Müqəddəs Kitabda bu cür əhval-ruhiyyə “dünyanın ruhu” adlanır (1 Korinflilərə 2:12). Bu ruh, Allahı tanımayan kəslərə çox güclü tə’sir göstərir: onların baxışlarını, davranışlarını və ətrafda baş verən şeylərə münasibətlərini müəyyən edir. Bu cür ruh necə təzahür olunur və biz onun pozğun tə’sirinə necə müqavimət göstərə bilərik? Gəlin baxaq.

Əxlaq dəyərlərinin aşağı düşməsi

3. Nəyə görə bizim günlərdə “dünyanın ruhu” daha aydın görünür?

3 Bizim günlərdə “dünyanın ruhu” daha aydın görünür (2 Timoteyə 3:1-5). Yəqin ki, əxlaq dəyərlərinin aşağı düşdüyünə diqqət yetirmisən. Müqəddəs Yazılarda bunun səbəbi izah edilir. 1914-cü ildə Allahın Padşahlığı qurulduqdan sonra göydə müharibə oldu. Şeytan və onun mələkləri, yə’ni cinlər məğlubiyyətə uğradılar və yerin hüdudlarına atıldılar. Qəzəblənmiş Şeytan yalanı dünya miqyasında daha böyük sə’ylə yaymağa başladı (Vəhy 12:1-9, 12, 17). O, mümkün olan bütün imkanlardan istifadə edir ki, “mümkünsə, seçilmiş olanları da aldatsın” (Matta 24:24). Allahın xidmətçiləri olan bizlər, onun başlıca hədəfiyik. O, bizi ruhən məhv etmək istəyir ki, biz Allahın lütfündən məhrum olaq və əbədi yaşamaq imkanını itirək.

4. Yehovanın xidmətçiləri və bu dünya Müqəddəs Kitaba hansı nöqteyi-nəzərlə yanaşır?

4 Şeytan Müqəddəs Kitabı — bizə sevən Yaradanımız haqda bilik verən qiymətli kitabı nüfuzdan salmağa çalışır. Yehovanın xidmətçiləri Müqəddəs Kitabı sevir və yüksək qiymətləndirirlər. Biz bilirik ki, o insan sözü deyil, Allahın Kəlamıdır və Allahdan ilham alıb (1 Saloniklilərə 2:13; 2 Timoteyə 3:16). Lakin Şeytanın dünyası bizim başqa cür düşünməmizi istərdi. Məsələn, Müqəddəs Kitabı tənqid edən bir kitabın giriş sözlərində deyilir: “Müqəddəs Kitab heç də “müqəddəs” və heç də “Allahın kəlamı” deyil. Onu müqəddəs ruhla hərəkətə gətirilən insanlar deyil, hakimiyyətə susayan kahinlər yazmışdılar”. Bu cür iddialara inanan insanlar, asanlıqla yalanın qurbanı ola bilər və belə bir yanlış fikrə gələ bilərlər ki, Allaha xoşlarına gəldiyi kimi xidmət etməyə və ya ümumiyyətlə xidmət etməməyə azaddırlar (Süleymanın məsəlləri 14:12).

5. a) Bir publisist ən’ənəvi surətdə Müqəddəs Kitabla bağlı olan dinlərə dair nə deyir? b) Dünyada hökm sürən baxışları Müqəddəs Kitabda deyilənlərlə müqayisə edin. (Növbəti səhifədəki çərçivədə olan fikirləri daxil edin.)

5 Müqəddəs Kitaba birbaşa və ya dolayı hücumların nəticəsində, həmçinin onun yalançı müdafiəçilərinin ikiüzlülüyü nəticəsində insanların dinə, o cümlədən Müqəddəs Kitabla ən’ənəvi surətdə bağlı olan dini e’tiqadlara münasibəti pisləşir. Kütləvi informasiya vasitələrində və elmi dairələrdə din tənqidə mə’ruz qalır. Bir publisist belə qənaətə gəlir: “İctimaiyyət ümumilikdə iudaizmə və xristianlığa pis yanaşır. Ən yaxşı halda onlar [həmin dinlər] antikvar bir şey kimi, ən pis halda isə, əqli inkişafı yubandıran və elmi tərəqqiyə əngəl yaradan köhnə baxışlar kimi qəbul edilir. Son illər ərzində e’tinasızlıq ələ salınmaq və açıq düşmənçilik dərəcəsinə çatıb”. Bu cür düşmənçilik çox vaxt Allahın mövcudluğunu inkar edən və “düşüncələrində batil olan” insanlar tərəfindən əks olunur (Romalılara 1:20-22).

6. Allahın mühakimə etdiyi əxlaqsız məşğuliyyətlərə dünya necə baxır?

6 İnsanların Allahın müəyyən etdiyi davranış normalarından getdikcə daha da uzaqlaşmalarına təəccüb etməyə dəyməz. Məsələn, homoseksual əlaqələr barədə Müqəddəs Kitab “rüsvayçılıq” kimi bəhs edir (Romalılara 1:26, 27). Həm də orada deyilir ki, əxlaqsızlıq və zina ilə məşğul olanlar Allahın Padşahlığını miras almayacaqlar (1 Korinflilərə 6:9, İ–93). Lakin bir çox ölkələrdə bu cür hərəkətlər nəinki münasib sayılır, hətta kitablarda, jurnallarda, mahnılarda, filmlərdə və televiziya proqramlarında cəlbedici tərzdə təqdim edilir. Bunların əleyhinə danışanları dözülməz, dar düşüncəli və geridə qalmış sayırlar. Allahın normalarına Onun qayğısının təzahürü kimi baxmaq əvəzinə, dünya bu normalara, şəxsiyyətin azadlığını məhdudlaşdıran və imkanlarını həyata keçirməyə mane olan bir şey kimi baxır (Süleymanın məsəlləri 17:15; Yəhuda 4).

7. Biz özümüzü hansı suallarla yoxlamalıyıq?

7 Getdikcə Allaha daha güclü müqavimət göstərən dünyada yaşayaraq, hansı ruhu əks etdirdiyimizə və hansı prinsipləri rəhbər tutduğumuza diqqət yetirmək müdriklik olardı. Vaxtaşırı olaraq özümüzü vicdanla və dua edərək yoxlamalıyıq ki, axının bizi tədricən Yehovanın düşüncə tərzindən və Onun normalarından ayırıb-ayırmadığını müəyyən edək. Məsələn, biz özümüzdən soruşa bilərdik: “Bir neçə il qabaq qaçındığım mövzular mənə indi əyləncəli görünürmü? Allahın mühakimə etdiyi məşğuliyyətlərə daha səbirlə yanaşırammı? Ruhani məsələləri əvvəl olduğundan daha az ciddiliklə qəbul etməyə meylliyəmmi? Həyat tərzim mənim üçün Padşahlığın maraqlarının daha vacib olduğunu göstərirmi?” (Matta 6:33). Bu suallar üzərində dərindən düşünməyimiz bizə dünyanın ruhuna müqavimət göstərməyə kömək edər.

‘Axın bizi ayırmasın’

8. İnsan Yehovadan necə ayrıla bilər?

8 Həvari Pavel həmimanlılarına yazırdı: “Biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın” (İbranilərə 2:1). Dalğalar gəmini yolundan ayırarsa, gəmi müəyyən olunmuş yerə gedib çıxmayacaq. Əgər kapitan küləyə və axına diqqət yetirməzsə, onun gəmisi asanlıqla təhlükəsiz limandan yan keçə və qayalı sahildə saya otura bilər. Buna bənzər tərzdə, əgər biz Allahın Kəlamından olan qiymətli həqiqətlərə diqqətsiz yanaşarıqsa, Yehovadan asanlıqla ayrılıb, ruhani cəhətdən gəmi qəzasına uğraya bilərik. Bu cür acı aqibət, həqiqəti açıq-aydın inkar etməyin nəticəsində yaranmır. Əslində az adam qəflətən və bilərəkdən Yehovadan uzaqlaşır. Adətən insanlar tədricən onların diqqətini Allahın Kəlamından yayındıran şeylərə dolaşıb qalırlar. Demək olar ki, onlar hiss olunmadan günaha doğru istiqamət alırlar. Yuxuya dalmış kapitan kimi, bu cür adamlar çox gec ayılırlar.

9. Yehova Süleymana hansı xeyir-duaları vermişdi?

9 Nümunə üçün Süleymanın həyatını götürək. Yehova onu İsrail üzərinə padşah tə’yin etmişdi. Allah Süleymana mə’bəd tikmək üçün icazə vermiş və Müqəddəs Kitabın bə’zi hissələrini yazmağı tapşırmışdı. Yehova onunla iki dəfə danışmış və ona var-dövlət, izzət, həmçinin onun hökmranlığı ərzində əmin-amanlıq vermişdir. Hər şeydən əlavə, Yehova Süleymanı böyük müdrikliklə xeyir-dualandırmışdı. Müqəddəs Kitab bildirir: “Allah Süleymana, dəniz sahilində olan qum kimi, bolluca hikmət və anlayış və ürək genişliyi verdi. Və Süleymanın hikməti bütün şərq oğullarının hikmətindən və bütün Misirin hikmətindən üstün idi” (1 Krallar 4:21, 29, 30; 11:9). Şübhəsiz ki, kim isə düşünə bilər ki, Allaha sadiq qalmaq şansı olan kəs ancaq Süleyman idi. Lakin axın Süleymanı ayırdı, o, həqiqi ibadətdən uzaqlaşdı. Bu necə baş verdi?

10. Süleyman hansı göstərişə qulaq asmadı və nəticədə nə oldu?

10 Süleyman Allahın Qanununu yaxşı bilir və başa düşürdü. Ehtimal ki, İsraildə padşah olan kəslər üçün yazılmış nəsihətləri xüsusi maraqla oxuyurdu. Bu nəsihətlərin arasında beləsi də vardı: “Ürəyi sapmasın deyə [padşah] özü üçün arvadlar çoxaltmayacaq” (Təsniyə 17:14, 17). Bu cür aydın göstərişə baxmayaraq, Süleyman yeddi yüz arvad və üç yüz cariyə aldı. Bu qadınlardan çoxu özgə allahlara xidmət edirdilər. Süleymanın bu qədər arvad almasının səbəblərini, həm də onun öz hərəkətlərinə necə bəraət qazandırdığını bilmirik. Lakin onu dəqiq bilirik ki, o, Allahın aydın göstərişinə qulaq asmadı. Nəticədə, Yehovanın xəbərdar etdiyi iş baş verdi. Biz oxuyuruq: “Arvadları onun ürəyini başqa ilahilərin ardınca sapdırdılar” (1 Krallar 11:3, 4). Tədricən Süleyman Allahın ona verdiyi müdrikliyi itirirdi. Axın onu ayırırdı. Vaxt ötdükcə, bütpərəst arvadları razı salmaq arzusu, Allaha tabe olmaq və Onu razı salmaq arzusundan üstün oldu. Necə də kədərlidir! Axı bir qədər əvvəl məhz Süleymanın özü bu cür sözlər yazmışdır: “Oğlum, hikmətli ol və ürəyimi sevindir ki, məni pisləyənə cavab verim” (Süleymanın məsəlləri 27:11).

Dünyanın ruhu güclüdür

11. Beynimizi qidalandırdığımız şeylər düşüncəmizə necə tə’sir göstərir?

11 Süleymanın nümunəsi bizi öyrədir ki, bu cür fikir yürütmək təhlükəlidir: əgər biz həqiqəti biliriksə, dünya bizə əsaslı surətdə tə’sir edə bilməz. Adi qidanın bədənə tə’siri olduğu kimi, beyin üçün olan qidanın da düşüncəmizə tə’siri olur. Beynimizi nə ilə qidalandırırıqsa, həmin qida bizim baxışlarımızı formalaşdırır və əhval-ruhiyyəmizi müəyyən edir. Bu­nu dərk edərək firmalar hər il öz məhsullarının reklam edilməsinə milyardlarla dollar xərcləyirlər. Müvəffəqiyyətli reklamlarda şirnikdirici, istehlakçıların ehtiras və arzularını cəlb edən sözlər və şəkillər istifadə olunur. Reklamçılar həm də bilirlər ki, reklama bir və ya iki dəfə baxmaqla insanlar çətin ki, onların məhsullarını almağa can atsınlar. Lakin vaxt ötdükcə reklama təkrar-təkrar baxaraq, istehlakçılar adətən reklam edilən mala daha müsbət nöqteyi-nəzərlə yanaşırlar. Reklam tə’sir edir, əks təqdirdə isə heç kim ona sərmayə qoymazdı. Reklam insanların düşüncəsinə güclü tə’sir göstərir.

12. a) Şeytan insanların düşüncələrinə necə tə’sir göstərir? b) Bunun məsihçilərə də tə’sir göstərə bildiyini nədən görmək olar?

12 Reklamçıya bənzər tərzdə Şeytan da öz baxışlarını cəlbedici formaya salaraq təbliğ edir, çünki bilir ki, beləliklə vaxt ötdükcə öz düşüncə tərzini insanlara qəbul etdirməyə nail ola biləcək. Əyləncə sahəsi və digər üsullarla Şeytan insanları aldadır ki, onlar pisi yaxşı, yaxşını isə pis hesab etsinlər (İşaya 5:20). Hətta Məsihin həqiqi davamçıları belə Şeytanın sə’ylə istifadə etdiyi yalan mə’lumatın qurbanı olurlar. Müqəddəs Kitab xəbərdar edir: “Ruh isə aydın şəkildə deyir ki, axır zamanlarda bə’ziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin tə’limlərinə qulaq asacaqlar. Bu tə’limlər yalançıların riyakarlığı ilə yayılır. Onların vicdanlarına sanki dağ basılmışdır” (1 Timoteyə 4:1, 2; Yeremya 6:15).

13. Pis dostluq nədir və bizim ünsiyyət etdiyimiz adamlar bizə necə tə’sir edir?

13 Bizlərdən heç birimiz dünyanın ruhundan müdafiə olunmamışıq. Şeytan sisteminin külək və axınları güclüdür. Müqəddəs Kitab müdrik öyüd verir: “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar” (1 Korinflilərə 15:33). Pis dostluq özünə, hətta yığıncaqda belə dünyanın ruhunu əks etdirən hər bir şeyi və ya hər bir kəsi daxil edə bilər. Əgər düşünsək ki, pis dostluq bizə tə’sir göstərə bilməz, deməli elə alınır ki, yaxşı dostluq da bizə kömək edə bilməz? Necə də yanlış fikirdir! Müqəddəs Kitab olduqca aydın surətdə deyir: “Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar” (Süleymanın məsəlləri 13:20, MKŞ).

14. Dünyanın ruhuna necə müqavimət göstərə bilərik?

14 Bu dünyanın ruhuna müqavimət göstərmək üçün müdrik insanlarla — Yehovaya xidmət edən kəslərlə ünsiyyət etmək lazımdır. Biz ağlımızı imanımızı inkişaf etdirən fikirlərlə doldurmalıyıq. Həvari Pavel yazırdı: “Doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı olan nə varsa, əgər bir fəzilət və tə’rifə layiq bir şey varsa, bunları düşünün” (Filipililərə 4:8). İradə azadlığına malik olduğumuz üçün nə barədə düşünəcəyimizi özümüz seçə bilərik. Gəlin həmişə dərindən düşünmək üçün bizi Yehovaya yaxınlaşdıran mövzular seçək.

Allahın ruhu daha güclüdür

15. Qədim Korinfdəki məsihçilər bu şəhərin digər sakinlərindən nə ilə fərqlənirdilər?

15 Bu dünyanın ruhunun aldatdığı insanlardan fərqli olaraq, Məsihin həqiqi davamçılarına Allahın müqəddəs ruhu rəhbərlik edir. Pavel Korinfdəki yığıncağa yazırdı: “Biz bu dünyanın ruhunu deyil, Allahdan gələn Ruhu qəbul etdik ki, Allahın bizə verdiyi ən’amları dərk edə bilək” (1 Korinflilərə 2:12). Qədim Korinf şəhəri dünyanın ruhuna qərq olmuşdur. Əhalinin əksəriyyəti o dərəcədə əxlaqsız olmuşdur ki, “korinfcəsinə yaşamaq” ifadəsi “əxlaqsız davranmaq” mə’nasını verməyə başlamışdı. Şeytan onların ağıllarını kor etmişdir. Bu səbəbdən onların həqiqi Allah haqqında təsəvvürləri vardısa da, cüz’i idi (2 Korinflilərə 4:4). Lakin Yehova müqəddəs ruhunun vasitəsilə bə’zi korinflilərin gözlərini açdı ki, onlar həqiqəti dərk edə bilsinlər. Allahın ruhu ilə təşviq və idarə olunaraq onlar həyatlarında böyük dəyişikliklər etdilər, belə ki, indi Allahın lütfünü və xeyir-duasını ala bilərdilər (1 Korinflilərə 6:9-11). Dünyanın ruhu güclü olsa da, Yehovanın ruhu daha güclü idi.

16. Biz Allahın ruhunu necə əldə edə və saxlaya bilərik?

16 Həmin şey bu gün də baş verir. Yehovanın müqəddəs ruhu Kainatda ən güclü qüvvədir və Yehova bu qüvvə barədə xahiş edənlərin hamısına onu bol-bol verir (Luka 11:13). Lakin Allahın ruhuna malik olmaq üçün sadəcə dünyanın ruhuna müqavimət göstərmək kifayət deyil. Biz həm də müntəzəm olaraq Allahın Kəlamını öyrənməli və onu həyatımızda tətbiq etməliyik ki, ruhumuz — düşüncə tərzimiz — Allahın düşüncə tərzinə müvafiq olsun. Əgər belə davranırıqsa, Şeytanın bizim ruhaniliyimizə etdiyi hər bir hücuma tab gətirə bilməyimiz üçün Yehova bizi möhkəmlədəcək.

17. Lutun əhvalatı bizə necə təskinlik verə bilər?

17 Məsihçilər bu dünyadan olmasalar da, bu dünyada yaşayırlar (Yəhya 17:11, 16). Bizlərdən heç bir kəs dünyanın ruhundan bütünlüklə gizlənə bilməz, çünki biz Allah və Onun yollarına məhəbbəti olmayan insanlarla işləməli və ya yaşamalı oluruq. Özümüzü Sodomun sakinləri arasında yaşayaraq, onların qanunsuz əməllərindən əziyyət çəkən Lut kimi hiss edirikmi? (2 Peter 2:7, 8). Əgər belədirsə, Lutun əhvalatı bizə təskinlik verə bilər. Yehova Lutu müdafiə, hətta xilas etdi, həmin şeyi bizim üçün də edə bilər. Sevən Atamız bizim şəraitlərimizi görür və bilir, həm də bizə ruhaniliyimizi qorumaq üçün kömək edib, güc verə bilər (Məzmur 33:18, 19). Əgər biz Ona güvənir,e’tibar edir və Onu çağırırıqsa, vəziyyətimizin nə qədər çətin olmasına baxmayaraq, O bizə dünyanın ruhuna qarşı müqavimət göstərməkdə kömək edəcək (İşaya 41:10).

18. Yehova ilə münasibətlərimizi nəyə görə yüksək qiymətləndirməliyik?

18 Allahdan uzaqlaşdırılmış və Şeytan tərəfindən aldadılmış dünyada Yehovanın Şahidləri olan bizlər həqiqət biliyi ilə xeyir-dualanmışıq. Biz, bu dünyadakı insanlarda olmayan sevinc və sülhə malikik (İşaya 57:20, 21; Qalatiyalılara 5:22). Ölmək üzrə olan bu dünyanın ruhunun artıq mövcud olmayacağı Cənnətdə gözəl əbədi həyatda yaşamaq ümidini çox qiymətləndiririk. Gəlin Allahla olan dəyərli münasibətlərimizi yüksək qiymətləndirək və əgər birdən axın bizi Allahdan ayırarsa, tə’cili tədbirlər görərək. Gəlin Yehovaya daha çox yaxınlaşaq, O da bizə dünyanın ruhuna müqavimət göstərməkdə kömək edəcək (Yaqub 4:7, 8).

İzah edə bilərsinizmi?

• Şeytan insanları hansı sahələrdə aldatmış və yoldan çıxarmışdır?

• Axın bizi Yehovadan ayırmasın deyə nə etmək lazımdır?

• Dünyanın ruhunun güclü olduğu nədən görünür?

• Allahın ruhunu necə ala və saxlaya bilərik?

[21-ci səhifədəki cədvəl]

DÜNYANİN MÜDRİKLİYİ VƏ ALLAHİN MÜDRİKLİYİ

Həqiqət nisbidir — həqiqətin nə olduğunu insanlar özləri həll edirlər.

‘[Allahın] sözü həqiqətdir’ (Yəhya 17:17).

Yaxşını və pisi müəyyən etmək üçün öz hisslərini rəhbər tut.

“Ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür” (Yeremya 17:9).

İstədiyini et.

“Addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23).

Var-dövlət xoşbəxtliyin açarıdır.

“Hər cür pisliyin kökü pulpərəstlikdir” (1 Timoteyə 6:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş