Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/7 s. 13—17
  • Ədavətli dünyada xeyirxahlıq göstərməyə çalışın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ədavətli dünyada xeyirxahlıq göstərməyə çalışın
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Ailədə xeyirxahlıq
  • İşdə xeyirxahlıq
  • Məktəbdə xeyirxahlıq
  • Qonşulara edilən xeyirxahlıq
  • Xidmətdə xeyirxahlıq
  • Yığıncaq görüşündə xeyirxahlıq
  • Xeyirxahlıq təzahür etdirməyə davam edin
  • Allahın xidmətçiləri xeyirxahlığı sevməlidirlər
    Gözətçi qülləsi 2004
  • «Xeyirxahlıq qanunu» dilinizdə olsun
    Gözətçi qülləsi 2022
  • Xeyirxahlıq. Sözdə və əməldə izhar olan fəzilət
    Gözətçi qülləsi 2018
  • Lütfünə görə Allaha minnətdarıq
    Gözətçi qülləsi 2016
Gözətçi qülləsi 2004
w04 1/7 s. 13—17

Ədavətli dünyada xeyirxahlıq göstərməyə çalışın

“İnsanı istədən onun lütfkarlığıdır [“sevgi dolu xeyirxahlığıdır”, YD]” (SÜLEYMANIN MƏSƏLLƏRİ 19:22).

1. Xeyirxahlıq təzahür etdirmək nəyə görə çətindir?

ÖZÜNÜ xeyrixah insan hesab edirsənmi? Əgər belədirsə, onda bugünkü dünyada yaşamaq sənin üçün çətin ola bilər. Əslində Müqəddəs Kitaba əsasən, xeyirxahlıq ruhun səmərəsinə daxildir. Belə isə bəs nəyə görə xeyirxahlığı hətta Xristian dövlətlərində belə təzahür etdirmək çətindir? (Qalatiyalılara 5:22). Əvvəlki məqalədə qeyd olunduğu kimi, səbəblərdən birini həvari Yəhya göstərir. Bu səbəb ondan ibarətdir ki, bütün dünya Şeytan İblis adlanan acıqlı ruhani şəxsiyyətin hakimiyyəti altındadır (1 Yəhya 5:19). İsa Məsih Şeytanı “dünyanın rəisi” adlandırdı (Yəhya 14:30). Beləliklə, dünya üsyançı və qəddar hökmdarının keyfiyyətlərini təqlid etməyə meyl edir (Efeslilərə 2:2).

2. Xeyirxahlığı təzahür etdirmək xüsusilə də nəyə görə çətin olur?

2 Bizi əhatə edən insanların sərt davranışları bizə pis tə’sir göstərir. Acıqlı davranış hiddətli qonşular, səmimi olmayan yad adamlar, hətta bə’zən nəyi isə düşünmədən edən dostlar və ailə üzvləri tərəfindən təzahür oluna bilər. Bir-birinin üstünə qışqıran və bir-birinə söyüş yağdıran insanlarla təmasda olanda gərginlik hiss edə bilərik. Başqaları tərəfindən xeyirxahlığın çatışmamazlığı bizi də sərtləşdirə və pisliyə pisliklə cavab verməyə meylli edə bilər. Bu isə bizim ruhani və fiziki sağlamlığımıza çox pis tə’sir edə bilər (Romalılara 12:17).

3. Hansı ciddi problemlər insanlarda xeyirxahlıq etmək arzusunu boğur?

3 Dünyadakı gərgin vəziyyətə görə də xeyirxahlıq təzahür etdirmək bizim üçün çətin ola bilər. Məsələn, insanlar ümumilikdə terror aktları və terrorçulara görə həyəcan keçirir, həm də hansısa milli qruplaşmaların bioloji və ya nüvə silahlarından istifadə edə biləcəyindən qorxurlar. Bundan əlavə, milyonlarla insanlar pis vəziyyətdə olan daxmalarda yaşayaraq, minimum qidaya, geyimə və tibbi qayğıya malik olaraq yoxsulluq içindədirlər. Vəziyyət ümidsiz görünəndə xeyirxahlıq etmək çox çətin olur (Vaiz 7:7).

4. Bə’ziləri başqalarına xeyirxahlıq təzahür etdirməyə dair hansı yanlış nəticəyə gəlirlər?

4 Kim isə asanlıqla belə bir qənaətə gələ bilər ki, xeyirxahlıq təzahür etdirmək üstünlük deyil, hətta zəiflik əlamətidir. Belə adam, xüsusilə də başqaları onunla kobud və ədalətsiz davrananda, xeyirxahlığından sui-istifadə edildiyini düşünə bilər (Məzmur 73:2-9). Lakin Müqəddəs Kitab bizə düzgün rəhbərlik verir: “Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar” (Süleymanın məsəlləri 15:1, MKŞ). Həlimlik və xeyirxahlıq ruhun səmərəsini təşkil edən keyfiyyətlərdən ikisidir və bir-biri ilə sıx bağlıdır, həm də çətin və gərgin vəziyyətlərdə çox faydalıdır.

5. Həyatın xeyirxahlıq təzahür etdirilməsi vacib olan sahələrindən bə’ziləri hansılardır?

5 Məsihçilər kimi bizə Allahın müqəddəs ruhunun səmərəsini təzahür etdirmək çox vacib olduğuna görə, bu keyfiyyətlərdən biri olan xeyirxahlığı necə təzahür etdirməyi nəzərdən keçirmək gərəkdir. Ədavətli dünyada xeyirxahlıq təzahür etdirmək mümkündürmü? Əgər belədirsə, onda hansı üsullarla göstərə bilərik ki, Şeytanın tə’sirinin, xüsusilə də gərgin vəziyyətlərdə bizim xeyirxah olmaq arzumuzu zəiflətməsinə yol vermirik? Gəlin ailədə, işdə və məktəbdə, qonşularla münasibətdə, xidmətimizdə və həmimanlılarımızla münasibətdə xeyirxahlığı necə təzahür etdirə biləcəyimizi müzakirə edək.

Ailədə xeyirxahlıq

6. Ailədə xeyirxahlıq nəyə görə belə vacibdir və onu necə təzahür etdirmək olar?

6 Yehovanın xeyir-duasını və rəhbərliyini əldə etmək üçün, ruhun səmərəsini bütünlüklə yetişdirmək olduqca vacibdir (Efeslilərə 4:32). Gəlin əvvəlcə ailə üzvlərinin bir-birlərinə xeyirxahlıq göstərmələrinin vacibliyindən danışaq. Gündəlik həyatda ər və arvada bir-biri ilə və uşaqlarla davranışda xeyirxahlıq təzahür etdirmək lazımdır (Efeslilərə 5:28-33; 6:1, 2). Bu cür xeyirxahlıq ailə üzvlərinin bir-biri ilə söhbətlərində nəzərə çarpmalıdır: uşaqlar valideynlərinə itaət edib, hörmət bəsləməlidirlər, valideynlər isə uşaqlarla münasib tərzdə davranmalıdırlar. Tə’rifləməyə cəld, tənbeh etməyə ləng olmaq lazımdır.

7, 8. a) Əgər ailə daxilində həqiqi xeyirxahlıq təzahür etdirmək istəyiriksə, hansı davranışdan qaçacağıq? b) Yaxşı ünsiyyət ailə tellərini necə möhkəmlədir? c) Bəs siz ailənizdə xeyirxahlığı necə təzahür etdirə bilərsiniz?

7 Ailə üzvlərinə münasibətdə xeyirxah olmaq, həvari Pavelin nəsihətinə riayət etmək deməkdir: “Qəzəb, hiddət, kin, iftira, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını bir yana qoyun”. Məsihçi ailəsinin üzvləri bir-biri ilə hər gün hörmətlə ünsiyyət etməlidirlər. Nəyə görə? Çünki yaxşı ünsiyyət olmadan ailəni güclü və sağlam təsəvvür etmək mümkün deyil. Fikir ayrılığı yarananda, ziddiyyəti aradan qaldırmaq üçün mübahisədə qalib gəlmək əvəzinə, problemi həll etməyə çalışın. Ailənin xoşbəxt üzvləri bir-birinə münasibətdə xeyirxah və diqqətli olmaq üçün bütün qüvvələrini sərf edirlər (Koloslulara 3:8, 12-14).

8 Xeyirxahlıq müsbət keyfiyyətdir və bizdə insanlara yaxşılıq etmək istəyi oyadır. Buna görə də, biz ailə üzvlərimizin xoşuna gələcək bir tərzdə davranaraq, faydalı, diqqətli olmağa çalışırıq. Ailə özünün xeyirxahlığı ilə tanınsın deyə, hamının birlikdə və hər kəsin ayrılıqda sə’yi tələb olunur. Nəticədə bu cür ailə Allahın xeyir-duasını alacaq, həm də xeyirxahlıq Allahı olan Yehovaya yığıncaqda və qonşular arasında izzət verəcək (1 Peter 2:12).

İşdə xeyirxahlıq

9, 10. İş yerində hansı problemlərin yarana biləcəyi və bunu xeyirxahlıqla necə həll etməyə sə’y göstərməyin üsulu barədə danışın.

9 Gündəlik iş şəraitində iş yoldaşlarına xeyirxahlıq təzahür etdirmək bə’zən məsihçi üçün sınağa çevrilə bilər. İş yoldaşlarından kim isə paxıllıq edərək hiyləgərliklə müdiriyyət qarşısında öz iş yoldaşını nüfuzdan sala bilər, buna görə də həmin kəs işini itirə bilər (Vaiz 4:4). Belə hallarda xeyirxahlığı qoruyub saxlamaq asan deyil. Buna baxmayaraq, Yehovanın xidmətçisi əksər hallarda xeyirxahlıqla davranmağın yaxşı olduğunu xatırlayaraq, imkan daxilində çətin yola gələn adamın rəğbətini qazanmağa çalışmalıdır. Bunu etməkdə həssaslıq və qayğıkeşlik kömək edər. İş yoldaşın və ya onun ailə üzvlərindən kim isə xəstələnərsə, ehtimal ki, sən narahat olduğunu göstərə bilərsən. Hətta onların sağlamlığı barədə soruşmağın müsbət tə’sirə malik ola bilər. Bəli, məsihçilər bacardıqları qədər öz tərəflərindən sülhə və həmrə’yliyə can atmalıdırlar. Bə’zən problemin həllinə, diqqət və qayğı əks etdirən xeyirxahlıqla söylənən söz kömək edir.

10 Başqa hallarda müdir tabeliyində olan adamlara öz nöqteyi-nəzərini qəbul etdirir və hamının hansısa milli mərasimdə və ya Müqəddəs Kitaba uyğun gəlməyən bayramda iştirak etmələrini tələb edir. Məsihçinin vicdanı iş yoldaşlarına qoşulmağa yol verməyəndə, bu, toqquşmaya gətirib çıxara bilər. Belə hallarda müdirin tələblərinə tabe olmağın nə qədər səhv hərəkət olduğunu təfərrüatı ilə izah etmək, yəqin ki, müdriklik olmazdı. Nəhayətdə, məsihçinin e’tiqadlarına şərik olmayan adamların gözündə, bu cür bayramlarda iştirak etmək düzgün görünə bilər (1 Peter 2:21-23). İştirak etməməyinin səbəbini xeyirxahlıqla izah etmək olar. Kinayəyə kinayə ilə cavab vermə. Məsihçinin Romalılara 12:18 ayəsindəki gözəl nəsihətə riayət etməsi yaxşı olar: “Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun”.

Məktəbdə xeyirxahlıq

11. Gənc məsihçilərə sinif yoldaşlarına xeyirxahlıq təzahür etdirmək nəyə görə asan deyil?

11 Bə’zən məktəb yoldaşlarına xeyirxahlıq etmək çətin ola bilər. Gənclər çox vaxt sinif yoldaşları arasında tanınmağa can atırlar. Bə’zi oğlan uşaqları başqalarının xoşuna gəlmək üçün, özlərini təcavüzkar kimi aparır, hətta sinif yoldaşlarına hədə-qorxu gəlirlər (Matta 20:25). Digər məktəblilər hər bir imkandan istifadə edərək dərsdə, idmanda və ya digər məşğələlərdə qazandıqları müvəffəqiyyətləri ilə başqalarına tə’sir bağışlamağa çalışırlar. Öz bacarıqlarını göstərərək, onlar çox vaxt sinif yoldaşlarına və digər tələbələrə sərt münasibət bəsləyirlər, çünki səhv olaraq düşünürlər ki, öz bacarıqlarına görə onlar digərlərindən üstündürlər. Gənc məsihçilər özlərini bu cür aparmamalıdırlar (Matta 20:26, 27). Həvari Pavel deyirdi ki, “məhəbbət səbirli, xeyirxahdır... lovğalanmaz, qürrələnməz”. Beləliklə, məsihçilər sinif yoldaşları ilə davranışlarında Müqəddəs Kitabın nəsihətinə riayət etmək və xeyirxahlıq etməyənlərin pis nümunələrini təqlid etməmək məs’uliyyətini daşıyırlar (1 Korinflilərə 13:4).

12. a) Gənclər üçün müəllimlərə xeyirxahlıqla yanaşmaq nəyə görə çətin ola bilər? b) Həmyaşıdlarının təzyiqi ucbatından xeyirxahlıq etmək çətin olanda gənc məsihçilər kömək üçün kimə müraciət edə bilərlər?

12 Gənclər müəllimlərə qarşı da xeyirxah davranmalıdırlar. Müəllimləri hirsləndirmək bir çox tələbələrə xoş gəlir. Onlar düşünürlər ki, məktəbin qayda-qanunlarına zidd davranıb müəllimlərə qarşı hörmətsizlik etməklə, özlərinin ağıllı olduqlarını göstərirlər. Qorxutmaq yolu ilə onlar başqalarını da öz əməllərinə cəlb edə bilərlər. Gənc məsihçi imtina edərsə, ələ salına və ya təhqirə mə’ruz qala bilər. Tədris ili boyu bu cür vəziyyətlə qarşılaşmaq məsihçinin xeyirxahlıqla davranmaq qərarını sınağa çəkə bilər. Lakin Yehovanın sadiq xidmətçisi olmağın nə qədər vacib olduğunu unutma. Əmin ol ki, həyatın bu cür çətin anlarında Allah sənə Öz müqəddəs ruhu ilə dəstək olacaq (Məzmur 37:28).

Qonşulara edilən xeyirxahlıq

13-15. Qonşulara qarşı xeyirxah olmaqda bizə nə mane ola bilər və bu maneələri necə dəf etmək olar?

13 Ayrıca evdə, mənzildə və ya başqa harada isə yaşamağından asılı olmayaraq, sən qonşularına xeyirxahlıq təzahür etdirmək və onların rifahı ilə maraqlandığını göstərmək barəsində düşünə bilərsən. Bunu etmək də həmişə asan olmur.

14 Əgər qapıbir qonşuların irqinə, milliyətinə və ya dininə görə qabaqcadan yaranmış mənfi rə’yə malikdirlərsə, onda necə? Əgər onlar səni bə’zən acılayır və ya tamamilə saymırlarsa, bəs onda necə? Yehovanın xidmətçisi kimi bacardığın qədər xeyirxahlıq etmək faydalı olar. Belə olan halda sən onlardan seçiləcək, xoş təəssürat yaradacaq və xeyirxahlığa dair nümunə göstərən Yehovaya izzət gətirəcəksən. Heç vaxt bilməzsən ki, sənin xeyirxahlığının nəticəsində qonşu öz nöqteyi-nəzərini nə zaman dəyişə bilər. Hətta o da Yehovanı izzətləndirə bilər (1 Peter 2:12).

15 Qonşulara xeyirxahlığı necə təzahür etdirmək olar? Bunun bir üsulu ailənin bütün üzvlərinin ruhun səmərəsini əks etdirərək yaxşı davranmasıdır. Ehtimal ki, qonşular bunu görəcəklər. Bə’zən qonşuya kömək etmək imkanı yaranır. Yadda saxla ki, xeyirxahlıq, başqalarına qayğı göstərmək deməkdir (1 Peter 3:8-12).

Xidmətdə xeyirxahlıq

16, 17. a) Bizim təbliğ xidmətimizdə xeyirxahlıq nəyə görə vacibdir? b) Xidmətin müxtəlif sahələrində xeyirxahlığı necə təzahür etdirmək olar?

16 Biz insanlarla onların evlərində, iş yerində və ictimai yerlərdə söhbət etmək üçün birgə sə’y göstərəndə, xeyirxahlıq bizim xidmətimizin fərqləndirici cəhəti olmalıdır. Yadda saxlamalıyıq ki, biz Yehovanın nümayəndələriyik, Yehova isə hər zaman xeyirxahdır (Çıxış 34:6).

17 Xidmətdə xeyirxahlıq təzahür etdirmək üçün sən hansı sə’yləri göstərə bilərdin? Məsələn, küçədə şahidlik edərkən qısa danışaraq, başqalarına diqqətli olmaqla xeyirxahlıq göstərərsən. Səkilərdə adətən çoxlu piyada olur, buna görə də çalış ki, keçidi tutmayasan. İşgüzar ərazidə şahidlik edəndə də xeyirxahlıq göstər və qısa danış; yadda saxla ki, satıcılar alıcılara xidmət etməlidirlər.

18. Uzaqgörənlik xidmət zamanı xeyirxahlıq etməyə necə kömək edir?

18 Evdən-evə xidmət edərkən anlayışlı ol. Xüsusən də hava soyuq olanda, ev sahibini qapının ağzında çox saxlama. İnsanın səbri tükənəndə və ya sənin gəlişin onu özündən çıxardanda, sən bunu hiss edirsənmi? Ola bilər ki, sənin yaşadığın yerdə Yehovanın Şahidləri insanlara çox tez-tez baş çəkirlər. Əgər bu belədirsə, insanlara xüsusi diqqətlə yanaş, həmişə xeyirxah və mehriban ol (Süleymanın məsəlləri 17:14). Həmin gün ev sahibinin səni dinləmək istəməməsinin səbəbini başa düşməyə çalış. Unutma ki, yaxın gələcəkdə bu evə sənin məsihçi qardaş və ya bacılarından biri gələcək. Əgər kobud adamla qarşılaşırsansa, xeyirxah davranmaq üçün daha çox sə’y göstər. Səsini ucaltma və narazılıq etmə, amma sakit tərzdə danış. Xeyirxah məsihçi ev sahibini yersiz mübahisələrə cəlb etmək istəmir (Matta 10:11-14). Ehtimal ki, həmin adam xoş xəbərə başqa bir vaxt qulaq asacaq.

Yığıncaq görüşündə xeyirxahlıq

19, 20. Yığıncaqda xeyirxahlıq nəyə görə lazımdır və bunu necə təzahür etdirmək olar?

19 Həmimanlılarımıza xeyirxahlıq təzahür etdirmək də eyni dərəcədə vacibdir (İbranilərə 13:1). Ümumdünya qardaşlığın bir hissəsi olduğumuz üçün, bir-birimizlə münasibətdə xeyirxah olmağımız zəruridir.

20 Əgər Padşahlıq Zalından sizdən başqa bir, iki və daha artıq yığıncaq istifadə edirsə, bu yığıncaqların üzvlərinin ləyaqətini alçaltmadan onlara xeyirxahlıq təzahür etdirmək vacibdir. Söhbət görüşlərin vaxtının nizama salınmasından və ya təmizlik, yaxud tə’mir kimi zəruri işlərdən gedəndə, inadcıllıq əməkdaşlığı çətinləşdirir. Yarana biləcək fikir ayrılıqlarına baxmayaraq, xeyirxah və həssas olun. Beləliklə xeyirxahlıq qələbə qazanacaq, Yehova isə sizin başqalarının rifahı üçün göstərdiyiniz qayğıya mütləq xeyir-dua verəcək.

Xeyirxahlıq təzahür etdirməyə davam edin

21, 22. Koloslulara 3:12 ayəsinə əsasən nəyə qərarlı olmalıyıq?

21 Xeyirxahlıq həyatımızın hər sahəsini özünə daxil edən keyfiyyətdir. Buna görə də onu məsihçi şəxsiyyətimizin ayrılmaz hissəsi etməliyik. Başqalarına xeyirxahlıq təzahür etdirmək vərdişə çevrilməlidir.

22 Gəlin hər birimiz həvari Pavelin aşağıdakı sözlərini özümüzə tətbiq edərək günü-gündən başqalarına qarşı xeyirxah olaq: “Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin” (Koloslulara 3:12).

Xatırlayırsınızmı?

• Məsihçinin xeyirxahlıq təzahür etdirməsinə əngəl yaradan nədir?

• Ailədə xeyirxahlıq təzahür etdirmək nəyə görə vacibdir?

• Məktəbdə, iş yerində və qonşulara münasibətdə xeyirxah olmağımıza nə mane ola bilər?

• Məsihçilərin təbliğ xidmətində necə xeyirxahlıq göstərə biləcəklərini izah edin.

[14-cü səhifədəki şəkil]

Ailədə hər kəs xeyirxahlıq təzahür etdirəndə, bu, birliyə və əməkdaşlıq ruhuna kömək edir.

[15-ci səhifədəki şəkil]

Sənin iş yoldaşın və ya onun ailə üzvlərindən biri xəstələnəndə, sən xeyirxahlıq təzahür etdirə bilərsən.

[16-cı səhifədəki şəkil]

İstehzaya baxmayaraq, sədaqətlə xeyirxahlıq göstərəni Yehova dəstəkləyir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş