Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/12 s. 3—4
  • Siz miras almağa ümid edə bilərsiniz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siz miras almağa ümid edə bilərsiniz
  • Gözətçi qülləsi 2004
  • Oxşar material
  • Həlimlər yeri miras alacaqlar”. Bu necə mümkündür?
    Gözətçi qülləsi 2004
  • Qiymətli irsinizi qoruyun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Yuşənin məzmunu
    Müqəddəs Kitab
  • Qiymətli mirasımız: bu sənin üçün nə mə’na daşıyır?
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/12 s. 3—4

Siz miras almağa ümid edə bilərsiniz

“ƏGƏR sizin payınıza miras düşdüyü barədə “notariusdan” bildiriş vərəqəsi gələrsə, ehtiyatlı olun. Siz mahir yalançının qurbanı ola bilərsiniz”.

Belə bir xəbərdarlığı ABŞ-ın Poçt Müfəttişliyi Xidməti öz Web-saytında yerləşdirmişdir. Bu xəbərdarlığa nə üçün ehtiyac yaranmışdır? Çünki minlərlə insanlar “qohumlarının öldüyünə və onlara miras qoyduqlarına” dair məktub almışlar. Nəticədə bir çoxları 30 dollar və ya daha artıq pul göndərmişlər ki, “miras haqqında arayışı” əldə edə bilsinlər. Guya həmin arayışda mirası almaq üçün insanın öz hüquqlarını harada və necə irəli sürə biləcəyi izah edilirdi. Onları acı peşmançılıq gözləyirdi. Bütün ünvan sahibləri eyni mövzulu məktublar almışdılar, buna görə də onların heç birinin nəyi isə miras almaq üçün real şansları yox idi.

Bu cür hiyləgərliklər insanın miras almaq kimi təbii hissləri ilə oynayır. Bəli, Müqəddəs Kitab miras saxlamağın qeydinə qalan kəsləri təqdir edir: “Yaxşı adam oğullarının oğullarına miras buraxar” (Süleymanın məsəlləri 13:22). Hətta İsa Məsihin özü Dağüstü təbliğində məşhur və qəlb isidən sözlər demişdir: “Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar” (Matta 5:5).

İsanın dedikləri, ondan çox əvvəl yaşamış qədim İsrail padşahı Davudun yazdıqlarını xatırladır: “Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11).

“Yeri miras alacaqlar” — necə də gözəl və’ddir! Bəs bunun insanları aldatmaq məqsədinə qulluq edən daha bir hiylə olmadığına əmin olmaq mümkündürmü? Bəli, mümkündür. Yer kürəsi, Yehovanın gözəl surətdə yaratdıqlarının bir hissəsi olduğu üçün, bir Yaradan və Sahibkar kimi onu kimə istəsə vermək hüququna malikdir. Davud padşahın vasitəsilə Yehova Öz sevimli Oğlu İsa Məsihə peyğəmbərcəsinə belə bir və’d vermişdir: “Məndən irs olaraq millətləri istə, mülk olaraq yerin hər tərəfini sənə verim” (Məzmur 2:8, MKŞ). Buna görə də, həvari Pavel İsanı, Allahın onu “hər şeyin varisi tə’yin etdiyi” bir şəxs kimi təsvir edir (İbranilərə 1:2). Biz tam əmin ola bilərik ki, İsa “həlimlər yeri miras alacaqlar” deyərkən kələk gəlmirdi. O, öz və’dini yerinə yetirmək üçün kifayət qədər səlahiyyətə sahibdir (Matta 28:18).

Vacib bir sual yaranır: bu və’d necə yerinə yetəcəkdir? Adama elə gəlir ki, bu gün təcavüzkar və lovğa insanlar daha çox müvəffəqiyyət qazanır və istədiklərinə nail ola bilirlər. Belə halda həlimlərə nə qalacaqdır? Bundan əlavə, Yer ciddi ekoloji problemlər ucbatından əziyyət çəkir, tamahkar və uzağı görməyi bacarmayan insanlar onun ehtiyatlarını talan edirlər. Yer kürəsini layiqli miras adlandırmaq olarmı? Zəhmət olmasa, növbəti məqaləni oxuyun. Oradan bu və digər vacib suallara cavab tapacaqsınız.

[3-cü səhifədəki şəkil]

Doğrudanmı, siz miras alacaqsınız?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş