Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/2 s. 14—18
  • Onlar «dəyəri çox böyük olan bir mirvari» tapıblar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar «dəyəri çox böyük olan bir mirvari» tapıblar
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Mirvarinin dəyəri
  • Onlar Padşahlığın dəyərini dərk etmişlər
  • Onlar hərəkətə təşviq olunmuşlar
  • «Mirvarinin» axtarışına başqaları da qoşulurlar
  • Bizim günlərdə «dəyəri çox böyük olan mirvari»nin axtarışı
    Gözətçi qülləsi 2005
  • Onlar «qiymətli mirvarini» tapdılar
    Müqəddəs Kitab həyatları dəyişir
  • Qulaq asın və dərk edin
    Gözətçi qülləsi 2014
  • Qoy Allahın verdiyi xəzinəyə məhəbbətiniz soyumasın
    Gözətçi qülləsi 2017
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/2 s. 14—18

Onlar «dəyəri çox böyük olan bir mirvari» tapıblar

«Səmavi padşahlıq — insanların var qüvvələri ilə can atdıqları məqsəddir və can atanlar ona yiyələnirlər» (MATTA 11:12, YD).

1, 2. a) İsa Padşahlıq haqqında çəkdiyi məsəllərin birində hansı nadir xüsusiyyəti xatırlatmışdır? b) Dəyərli mirvari haqqındakı məsəlində İsa nə demişdir?

SƏNİN üçün elə bir dəyərli şey mövcuddurmu ki, ona malik olmaq naminə hər şeyindən keçməyə hazır olasan? İnsanlar var-dövlətə, şöhrətə, hakimiyyətə, vəzifəyə can ataraq, çoxlu sə’y göstərirlər. Ancaq nəyinsə xatirinə insanın hər şeyi qurban verməyə hazır olması nadir haldır. Bu cür məqsədyönlülük adamı heyran edir. İsa Məsih Allahın Padşahlığı haqqında çəkdiyi çoxsaylı və insanı düşünməyə vadar edən məsəllərindən birində məhz belə bir xüsusiyyəti xatırladır.

2 İsa şagirdləri ilə birlikdə olanda, çox vaxt dəyərli mirvari haqqındakı məsəl kimi də tanınan belə bir məsəl çəkmişdir. O demişdir: «Səmavi Səltənət [Padşahlıq] gözəl mirvarilər axtaran bir tacirə bənzər; o, dəyəri çox böyük olan bir mirvari taparaq, gedib bütün varını satıb, onu satın aldı» (Matta 13:36, 45, 46). İsa dinləyicilərinə nə öyrətmək istəyirdi? Və biz buradan hansı ibrət dərsini götürə bilərik?

Mirvarinin dəyəri

3. Qədim zamanlarda yaxşı mirvarilər nə üçün çox qiymətləndirilirdi?

3 Qədim dövrlərdən e’tibarən mirvari həmişə öz gözəlliyinə görə qiymətləndirilib. Müqəddəs Kitab üzrə bir arayışda Roma alimi Böyük Plini yazmışdır ki, mirvari «qiymətli şeylərin arasında birinci yeri tuturdu». Qızıldan, gümüşdən və bir çox qiymətli daşlardan fərqli olaraq, mirvari canlı orqanizmlərdən — kiçik molyuskalardan əmələ gəlir. Mə’lum olduğu kimi, mirvari yad cisimlərdən, məsələn, qum dənəciklərinin molyuskanın çanağına düşməsi və tədricən sədəfin ətrafında toplanması nəticəsində əmələ gəlir. Qədim zamanlarda, ən yaxşı mirvarilər əsasən Qırmızı dənizdən, İran körfəzindən və Hind okeanından, yə’ni İsraildən olduqca uzaqlarda çıxarılırdı. Məhz buna görə də İsa «gözəl mirvarilər axtaran bir tacir» haqqında danışmışdı. Əsl dəyərli mirvari tapmaq üçün çoxlu sə’y tələb olunurdu.

4. İsanın tacir haqqında söylədiyi məsəldə başlıca olan nə idi?

4 Mirvari qədimdən bahalı mal sayılsa da, şübhəsiz ki, İsanın çəkdiyi məsəldə əsas olan onun qiyməti deyildi. İsa Allahın Padşahlığını sadəcə dəyərli mirvariyə bənzətməklə yanaşı, həmçinin diqqəti «gözəl mirvarilər axtaran... tacirə» və həmin mirvarini tapan zaman onun hərəkətinə yönəltdi. Adi dükançıdan fərqli olaraq, bu tacir, necə deyərlər, öz işinin ustası idi. O adam nadir mirvarini fərqləndirən bədii dəyərini və sezilməz cizgilərini anlamaq üçün tələb olunan iti gözə və həssaslığa malik idi. O, malın əsl olub-olduğunu dərhal anlayar, keyfiyyətsiz və ya saxta mirvarini qətiyyən almazdı.

5, 6. a) İsanın məsəlindəki tacir nəyə görə xüsusi adam idi? b) Gizlədilmiş dəfinə məsəli tacirin niyyətlərini başa düşməkdə necə kömək edir?

5 Qeyd etmək lazımdır ki, İsanın haqqında bəhs etdiyi tacir xüsusi insandır. Adi ticarətçi əvvəlcə mirvarinin bazar qiymətini müəyyən edər və ondan gəlir əldə etmək üçün nə qədər pul vermək lazım gəldiyini hesablayardı. Həmçinin o, belə bir mirvariyə tələbat olub-olmadığını və onu tez bir zamanda satıb-satmayacağını öyrənərdi. Başqa sözlərlə desək, onun üçün başlıcası malı özündə saxlamaq deyil, sərf edilən vəsaiti geri qaytarmaqdır. Ancaq İsanın məsəlindəki tacir tamam başqa insandır. Onu nə pul, nə də gəlir maraqlandırır. O axtardığına nail olmaq üçün «bütün varını», ola bilsin, şəxsi əşyalarını və mülkünü belə verməyə hazır idi.

6 Ticarətçilərin əksəriyyəti, ehtimal ki, bu tacirin hərəkətini ağılsızlıq hesab edərdilər. Uzaqgörən ticarətçi belə bir xətərli işə pul buraxmazdı. Lakin İsanın məsəlindəki tacir dəyərlər haqqında başqa təsəvvürə malik idi. O, özü üçün mükafatı maddi gəlirdə deyil, qiymətdə tayı-bərabəri olmayan bir şeyə malik olmaqdan alınan sevinc və xoşbəxtlikdə görürdü. Bunu, İsanın danışdığı başqa bir məsəl təsdiq edir: «Səmavi Səltənət [Padşahlıq] tarlada gizlədilən bir dəfinəyə bənzər. Onu bir adam tapıb gizlətdi; və sevinclə gedib bütün varını satıb, o tarlanı satın aldı» (Matta 13:44). Tapılan dəfinənin gətirdiyi sevinc naminə, həmin insan malik olduğu hər şeydən imtina etməyə hazır idi. Belə insanlar bu gün də varmı? Və bu cür qurbanlara dəyən dəfinə mövcuddurmu?

Onlar Padşahlığın dəyərini dərk etmişlər

7. Nəyə görə əminliklə demək olar ki, İsa Padşahlığın dəyərini dərk edirdi?

7 İsa tacir haqqındakı məsəli danışarkən əslində «Səmavi Səltənət [Padşahlıq]» haqqında danışırdı. İsa haqqında tam əminliklə demək olar ki, o, Padşahlığın dəyərini dərk edirdi. İncil bu haqda güclü şahidlik edir. B. e. 29-cu ilində vəftiz olunduqdan sonra, İsa «təbliğ edib: “Tövbə edin, çünki Səmavi Səltənət [Padşahlıq] yaxındır”, — deməyə... başladı». İsa üç il yarım davam edən xidməti ərzində çox insanlara Padşahlığın həqiqətlərini öyrətmişdi. İsa İsraildə dönə-dönə «şəhərləri və kəndləri dolaşıb təbliğ edərək Allahın Səltənətini [Padşahlığını] müjdələyirdi» (Matta 4:17; Luka 8:1).

8. İsa Allahın Padşahlığının insanlar üçün nələr edəcəyini necə göstərdi?

8 İsa çoxlu mö’cüzələr göstərirdi. O, Allahın Padşahlığının insanlar üçün nələr edəcəyini göstərərək, xəstələrə şəfa verir, acları doyurur, təbii fəlakətlərin qarşısını alır və hətta ölüləri dirildirdi (Matta 14:14-21; Mark 4:37-39; Luka 7:11-17). Sonunda isə işgəncə dirəyində əzab-əziyyət içində ölərək Allaha və Onun Padşahlığına olan sədaqətini sübut etdi. Tacir «dəyəri çox böyük olan bir mirvari» üçün bütün varını verdiyi kimi, İsa da Padşahlıq naminə yaşamış və onun uğrunda canını qurban vermişdir (Yəhya 18:37).

9. Məsihin ilk davamçıları hansı nadir xüsusiyyətləri ilə seçilirdilər?

9 İsa öz həyatını Padşahlığa həsr etməklə bərabər, həm də davamçılarından ibarət balaca bir qrup təşkil etdi. Bu insanlar da Padşahlığın dəyərini çox gözəl dərk edirdilər. Onlardan biri vəftizçi Yəhyanın şagirdi Andrey idi. Andrey Yəhyadan İsanın «Allahın Quzusu» olduğunu eşidən kimi onun başqa bir şagirdi ilə, hər ehtimala görə, Zevedeyin oğlu Yəhya ilə dərhal İsanın ardınca getmiş və ona iman etmişdilər. Lakin bununla hər şey bitmədi. Andrey dərhal qardaşı Şimonun yanına gedib: «Biz Məsihi tapdıq» dedi. Bir azdan Şimon (Kefa və ya Peter kimi də tanınırdı), həmçinin Filip öz dostu Natanel ilə İsanın Məsih olduğunu e’tiraf etdilər. Natanel, hətta İsaya dedi: «Sən Allahın Oğlusan, Sən İsrailin Hökmdarısan!» (Yəhya 1:35-49).

Onlar hərəkətə təşviq olunmuşlar

10. İsa birinci görüşdən bir qədər vaxt keçdikdən sonra şagirdləri onun ardınca gəlməyə çağırdığı zaman, onlar buna necə hay verdilər?

10 Andreyin, Peterin, Yəhyanın və başqalarının Məsihi tapdıqları zaman keçirdikləri həyəcanı, dəyərli mirvari tapan tacirin keçirdiyi hisslərlə müqayisə etmək olar. İndi onlar nə edəcəklər? İsa ilə həmin birinci görüşdən dərhal sonra onların nə etdikləri barədə İncildə, demək olar ki, xatırlanmır. Görünür ki, onların çoxu özlərinin gündəlik işləri ilə məşğul olmağa davam etmişlər. Lakin təxminən yarım ildən bir ilə qədər vaxt keçdikdən sonra İsa Andreyə, Peterə, həmçinin Yəhyaya və onun qardaşı Yaquba Qalileya dənizində balıq tutduqları yerdə yenidən rast gəlmişdia. Onları görəndə İsa dedi: «Ardımca gəlin, Mən sizi insan tutan balıqçılar edəcəyəm». Bu təklifə onlar necə hay verdilər? Mattanın Müjdəsində Peter və Andrey haqqında deyilir: «Onlar da həmin anda torları atıb Onun ardınca getdilər». Yaqub və Yəhya haqda həmçinin oxuyuruq: «Onlar da həmin anda qayığı və atalarını qoyub İsanın ardınca getdilər». Lukanın Müjdəsində isə əlavə olunur ki, onlar «hər şeyi atıb, Onun ardınca getdilər» (Matta 4:18-22; Luka 5:1-11).

11. Şagirdləri İsanın təklifinə tez hay verməyə təşviq edən, ehtimal ki, nə idi?

11 Bəlkə şagirdlər bu qərarı hisslərə qapıldıqları bir anda qəbul etmişdilər? Çətin. Onlar İsa ilə birinci görüşdən sonra ailələrinin məşğul olduqları balıqçılıq işinə qayıtsalar da, həmin vaxt gördükləri və eşitdikləri, şübhəsiz ki, onların ürək və düşüncələrində dərin iz buraxmışdı. Hər şeyi götür-qoy etmək üçün onların, demək olar ki, bir il vaxtları vardı. İndi isə qərar qəbul etməyin vaxtı gəlib çatmışdı. Onlar da böyük dəyərə malik olan mirvarini tapan kimi sevindiyindən onu almaq üçün dərhal gedib lazım olan hər şeyi edən tacir kimi olacaqlarmı? Bəli. Onların gördükləri və eşitdikləri ürəklərində dərin iz buraxmışdır. Onlar hərəkət etməyin vaxtı çatdığını dərk etmişdilər. Buna görə də, İncildə deyildiyi kimi, onlar tərəddüd etmədən hər şeyi qoyub, Məsihin ardınca getdilər.

12, 13. a) İsanı dinləyənlərin əksəriyyəti necə insanlar idi? b) İsa öz sadiq şagirdləri haqqında nə demişdir və onun sözləri nəyi nəzərdə tutur?

12 Bu sadiq kişilər İncildə xatırlanan başqa insanlardan necə də fərqlənirdilər! İsanın şəfa verdiyi və ya doyurduğu insanlar çox idi, amma onlar öz işləri ilə məşğul olmağa davam edirdilər (Luka 17:17, 18; Yəhya 6:26). Başqaları, İsanın təklifindən üz döndərmək üçün hətta bəhanələr axtarırdılar (Luka 9:59-62). Onlar İsanın sonradan haqqında danışdığı sadiq insanlardan çox seçilirdilər: «Vəftizçi Yəhyanın günlərindən indiyədək səmavi padşahlıq — insanların var qüvvələri ilə can atdıqları məqsəddir və can atanlar ona yiyələnirlər» (Matta 11:12, YD).

13 «Var qüvvələri ilə can atdıqları» və «can atanlar» ifadəsi altında nəzərdə tutulan nədir? Bu ifadələrin əmələ gəldiyi yunan fe’li haqqında «Vaynın Əhdi-Ətiq və Əhdi-Cədidin sözlərinə aid izahlı lüğəti»ndə deyilir: «Bu fe’l enerji dolu cəhdi nəzərdə tutur» («Vine’s Expository Dictionary of Old and New Testament Words»). Ümumilikdə ayə haqqında isə Müqəddəs Kitab alimi Henrix Mayer yazmışdır: «Yaxınlaşan Xilaskar padşahlığa qarşı coşğun, rəfedilməz, lazım olan sə’yi göstərmək hazırlığı belə təsvir olunur. [...] Padşahlığı sakit gözləməni alovlu və gərgin maraq əvəz etmişdir». Tacir kimi, bu bir neçə adam nəyin həqiqətən qiymətli olduğunu dərhal anlayıb, malik olduqları hər şeyi Padşahlıq uğrunda könüllü olaraq qurban vermişlər (Matta 19:27, 28; Filipililərə 3:8).

«Mirvarinin» axtarışına başqaları da qoşulurlar

14. İsa həvarilərini Padşahlıq haqqındakı təbliğ işinə necə hazırlamışdır və bunun nəticəsi necə olmuşdur?

14 İsa xidməti zamanı Padşahlığı axtarmaqda başqalarına da kömək edirdi. Əvvəlcə İsa şagirdləri arasından 12 nəfəri seçdi və onları həvari, yə’ni öz elçiləri tə’yin etdi. İsa şagirdlərinə xidməti necə yerinə yetirməyə dair geniş izahat verdi, həmçinin çətinliklər barədə onları xəbərdar etdi (Matta 10:1-42; Luka 6:12-16). Növbəti iki il ərzində onlar İsanı İsraildə etdiyi təbliğ səyahətlərində müşayiət etmiş və onunla yaxından ünsiyyət etmişdilər. Həvarilər İsanın dediklərini eşitmiş, habelə qüdrətli işlərinin şahidi olmuş və onun şəxsi nümunəsini görmüşdülər (Matta 13:16, 17). Bütün bunlar, şübhəsiz ki, şagirdlərə elə güclü təəssürat bağışlamışdır ki, onlar da tacir kimi sə’ylə və bütün ürəklə öz həyatlarını Padşahlığın mənafeyinə həsr etmişdilər.

15. İsanın sözlərinə görə, onun davamçılarının sevinmək üçün hansı əsl səbəbləri vardı?

15 İsa 12 həvaridən savayı, «yetmiş başqa adam tə’yin edib, onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə, Özündən qabaq göndərdi». O, onları da çətinliklərin olacağı haqda xəbərdar edib, insanlara növbəti sözləri deməyi tapşırdı: «Allahın Səltənəti [Padşahlığı] sizə yaxınlaşdı» (Luka 10:1-12). Yetmiş şagird təbliğdən sevinclə qayıdıb, İsaya söylədi: «Ya Rəbb! Cinlər də Sənin adınla bizə itaət edirlər». İsanın cavabı, ola bilsin ki, onları təəccübləndirdi. İsa onlara başa saldı ki, Padşahlıq üçün göstərdikləri sə’yin sayəsində gələcəkdə daha çox sevinc hissi duyacaqlar. O dedi: «Ruhların sizə itaət etməsinə sevinməyin, lakin sizin adlarınızın göylərdə yazıldığına sevinin» (Luka 10:17, 20).

16, 17. a) İsa sonuncu gecədə öz sadiq həvarilərinə nə dedi? b) İsanın sözləri həvarilərə nə üçün sevinc gətirdi və onlar nəyə zəmanət aldılar?

16 B. e. 33-cü ilinin 14 nisan günündə İsa həvariləri ilə birgə sonuncu gecəni keçirdi. O, Rəbbin Gecəsi adlanan bayramı tə’sis etdi və onlara bunu qeyd etməyi buyurdu. İsa həmin gecə yanında olan 11 həvarisinə dedi: «Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz, və Atam Mənə bir səltənət [padşahlıq] tapşırdığı kimi Mən də sizə bir səltənət [padşahlıq] tapşırıram ki, Mənim Səltənətimdə [Padşahlığımda] süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız» (Luka 22:19, 20, 28-30).

17 Həvarilər İsadan bu sözləri eşidən zaman, olsun ki, böyük sevinc və xoşbəxtlik hissi keçirmişdilər. O, onlara insanın malik ola bildiyi ən böyük şərəfi təklif edirdi (Matta 7:13, 14; 1 Peter 2:9). Onlar tacir kimi, İsanın ardınca getdikləri və həyatlarını Padşahlığın mənafeyinə həsr etdikləri zaman, çox şeydən imtina etmişlər. İndi isə onlar indiyədək verdikləri qurbanların əbəs olmadığına dair zəmanət aldılar.

18. On bir həvaridən savayı daha kimlər Padşahlığın xeyir-dualarını alır?

18 Padşahlığın xeyir-duaları yalnız İsa ilə bərabər həmin gecədə iştirak etmiş həvarilərə nəsib olmur. Yehovanın iradəsi odur ki, Padşahlıq əhdində 144 000 insan da iştirak etsin. Onlar İsa ilə birlikdə izzətlənmiş səmavi Padşahlıqda idarə edəcəklər. Bundan əlavə, həvari Yəhya rö’yasında «kimsənin saymağa qadir olmadığı böyük bir izdiham» görmüşdü. Həmin insanlar «taxtın və Quzunun qarşısında» durub, yüksək səslə: «Xilas, taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» deyə bəyan edirdilər. Bunlar Padşahlığın yer üzündəki vətəndaşlarıdırb (Vəhy 7:9, 10; 14:1, 4).

19, 20. a) Hər xalqdan olan insanların qarşısında hansı imkan açıqdır? b) Növbəti məqalədə hansı sualı müzakirə edəcəyik?

19 İsa göyə qalxmazdan bir az qabaq özünün sadiq davamçılarına buyurdu: «Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin; və budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:19, 20). Beləliklə, İsa Məsihin şagirdləri hər xalqdan olan insanlar olmalı idi. Onlar da dəyərli mirvariyə sahib olmaq üçün bütün varını qoyan tacir kimi, kimisi səmavi, kimisi isə yer mükafatını gözləyərək hər şeylərini Padşahlıq naminə qoymalı idilər.

20 İsa demişdir ki, insanları öyrətmək tapşırığı, bu sistemin sonunadək davam edəcəkdir. Bəs bu gün də həmən tacir kimi, Padşahlıq naminə hər şeylərini qurban verməyə hazır olan insanlar varmı? Bu sualı növbəti məqalədə müzakirə edəcəyik.

[Haşiyələr]

a Ola bilər ki, Zevedeyin oğlu Yəhya İsa ilə birinci görüşdən sonra onun ardınca getmiş və onun işlərindən bə’zilərinin şahidi olmuşdur. Bu isə ona həmin hadisələri öz Müjdəsində canlı surətdə yazmağa imkan vermişdir (Yəhya, 2-5-ci fəsillər). Lakin yenidən İsa ilə görüşməzdən bir müddət öncə, o, ailəsinin məşğul olduğu balıqçılıq işinə qayıtmışdır.

b Bu haqda daha çox mə’lumatı, Yehovanın Şahidləri tərəfindən nəşr edilən «Əbədi həyata aparan bilik» kitabının 10-cu fəslində oxuya bilərsiniz.

İzah edə bilərsinizmi?

• İsanın tacir haqqında söylədiyi məsəldə başlıca olan nə idi?

• Nəyə görə əminliklə demək olar ki, İsa Padşahlığın dəyərini dərk edirdi?

• Nəyə görə Andrey, Peter, Yəhya və başqaları İsa çağıran kimi dərhal onun ardınca getdilər?

• Hər xalqdan olan insanların qarşısında hansı gözəl imkan durur?

[16-cı səhifədəki şəkil]

Onlar hər şeylərini qoyub İsanın ardınca getdilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş