Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/5 s. 18—23
  • Bizim günlərdə nikah müvəffəqiyyətli ola bilər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizim günlərdə nikah müvəffəqiyyətli ola bilər
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Təhlükələr
  • Nikaha daxil olmağa tələsməyin
  • Bə’zi nikahların dağılmasının səbəbi
  • Realist olun və ünsiyyət yaradın
  • Qoy nikahınız xoşbəxt olsun
    Gözətçi qülləsi 2016
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Ailə dağılmaq üzrə olduqda
    Ailə xoşbəxtliyinin sirri
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/5 s. 18—23

Bizim günlərdə nikah müvəffəqiyyətli ola bilər

«Kamil birliyin bağı olan məhəbbəti geyin» (KOLOSLULARA 3:14).

1, 2. a) Məsihçi yığıncağında nəyi görmək bizə xoş gəlir? b) Müvəffəqiyyətli nikah nədir?

MƏGƏR məsihçi yığıncağında 10, 20, 30 və ya daha çox illər ərzində bir-birlərinə sadiq qalan ər-arvadları görmək xoş deyilmi? Onlar bu illər ərzində həyatın ağrı-acısına baxmayaraq, bir-birlərinə olan bağlılıqlarını itirməmişlər (Yaradılış 2:24).

2 Çətin ki, ailəsində problemləri olmadığını deyən insan tapılsın. Bir yazıçı qeyd edir: «Xoşbəxt ailələrdə də problemlər mövcuddur. Onların da yaxşı və pis günləri olur... Bununla belə... bu insanlar müasir həyatın [çaxnaşmalarına] baxmayaraq birlikdə yaşamağa davam edirlər». Bir çox ailələr, xüsusən də uşaq böyütmüş ailələr həyatın qaçılmaz fırtına və böhranlarının öhdəsindən gəlməyi öyrənmişlər. Onlar şəxsi təcrübələrindən həqiqi ‘məhəbbətin əsla tükənmədiyinə’ əmin olmuşlar (1 Korinflilərə 13:8).

3. Nikah və boşanma haqqındakı statistika nəyi göstərir və hansı suallar meydana çıxır?

3 Buna baxmayaraq, milyonlarla ailələr dağılmaqdadır. Bir jurnalda deyilir: «Bu gün Birləşmiş Ştatlarda bağlanan nikahların yarısı, çox ehtimal ki, boşanma ilə bitəcək. Və bu [boşanmaların] əlli faizi ailə həyatının ilk 7,8 ili ərzində baş verəcək... Təkrar nikaha daxil olanların 75 faizindən 60 faizi yenidən boşanacaqdır». Hətta əvvəllər boşanma səviyyəsinin aşağı olduğu ölkələrdə də bu vəziyyət müşahidə olunur. Məsələn, Yaponiyada boşanma səviyyəsi axır bir neçə il ərzində iki dəfə artıb. Bəs hərdən məsihçi ailələrini belə bu vəziyyətə salan bə’zi təhlükələr hansılardır? Şeytanın təzyiqinə baxmayaraq, nikahın müvəffəqiyyətli olması üçün nə lazımdır?

Təhlükələr

4. Hansı amillər nikah üçün təhlükə törədə bilər?

4 Allahın Kəlamı nikah üçün təhlükə törədə bilən amilləri başa düşməkdə kömək edir. Misal üçün, həvari Pavelin yaşadığımız zəmanəni necə təsvir etdiyini nəzərdən keçirək: «Axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər. Bu cür adamlardan üz döndər» (2 Timoteyə 3:1-5).

5. Nəyə görə «xudbin» insan öz nikahını təhlükə altına atır və Müqəddəs Kitab hansı məsləhəti verir?

5 Pavelin sözləri üzərində düşünərkən, onun sadaladıqlarının çoxunun ailə münasibətlərinin dağılmasına səbəb ola biləcəyini görmək olar. Məsələn, «xudbin» insan eqoist və başqalarına qarşı diqqətsizdir. Yalnız özlərini sevən ərlər və ya arvadlar adətən öz dediklərinin üstündə dururlar. Onlar tərs və fikirlərindən dönməyən insanlardırlar. Belə bir ailə xoşbəxt ola bilərmi? Qətiyyən! Həvari Pavel, evliləri də daxil etməklə, məsihçilərə müdrik məsləhət vermişdir: «Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın. Hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün» (Filipililərə 2:3, 4).

6. Pulpərəstlik nikaha necə zərər vura bilər?

6 Pulpərəstlik ucbatından ərlə arvad arasında uçurum yarana bilər. Pavel xəbərdarlıq edirdi: «Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bə’ziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:9, 10). Təəssüflər olsun ki, Pavelin xəbərdarlıq etdiyi vəziyyət bu gün bir çox ailələrin başına gəlir. Var-dövlət dalınca düşərək, bə’ziləri öz həyat yoldaşına mə’nəvi dəstək olmağı, o cümlədən onun yaxşı ünsiyyətə olan tələbatını ödəməyi nəzərdən qaçırırlar.

7. Hansı davranış tərzi xəyanətə səbəb ola bilər?

7 Pavel axır günlərdə insanların «qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz» olduğu haqqında da yazmışdır. Evlilik andı xəyanətə aparmalı deyil, bu, ərlə arvadı bir-birlərinə daimi tellərlə bağlayan çox ciddi əhddir (Malaki 2:14-16). Ancaq bə’ziləri nikahdan kənarda kiməsə romantik hisslər bəsləyirlər. 30 yaşlı bir qadının başına gələn hadisə göstərir ki, hələ əri onu atmazdan əvvəl qadınlarla həddindən artıq sərbəst davranır və həyat yoldaşına göstərməli olduğu məhəbbəti başqa qadınlara göstərirdi. O başa düşmürdü ki, belə davranış evli kişiyə yaraşmır. Ərinin bu cür hərəkətləri qadının qəlbinə toxunsa da, ona təhlükəli yola düşdüyünü nəzakətlə başa salmağa çalışırdı. O isə bütün bunları qulaq ardına vurdu və sonda zina etdi. Xoş niyyətlə verilən məsləhətlərə baxmayaraq, ər onlara diqqət yetirmək istəmədi və tələyə düşdü (Süleymanın məsəlləri 6:27-29).

8. Zinaya hansı addım aparır?

8 Müqəddəs Kitab xəyanət haqqında olduqca aydın şəkildə xəbərdarlıq edir. «Qadınla zina edən qanmazdır, özünü məhv etmək istəyən belə edər» (Süleymanın məsəlləri 6:32). Adətən zina birdən-birə, qeyri-iradi olaraq baş verən hərəkət deyil. Şagird Yaqubun qeyd etdiyinə görə, zina kimi günah, adətən insan bu haqda daima düşünəndə gerçəkləşə bilər (Yaqub 1:14, 15). Günah işlətmiş ər və ya arvad ölümədək sadiq qalacağını və’d etmiş həyat yoldaşına tədricən vəfasızlıq etməyə başlayır. İsa demişdir: «“Zina etmə”, deyildiyini eşitmişsiniz. Amma Mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:27, 28).

9. Süleymanın məsəlləri 5:18-20 ayələrindən hansı müdrik məsləhəti əldə edirik?

9 «Süleymanın məsəlləri» kitabında nikahda sadiqliyi qorumağa kömək edən müdrik məsləhət tapırıq: «Qoy çeşmən bərəkətli olsun, gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa! Sevimli maralın, gözəl ceyranın həmişə səni öz döşləri ilə doydursun, onun eşqi ilə məst ol. Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, yad arvadı qoynuna almalısan?» (Süleymanın məsəlləri 5:18-20).

Nikaha daxil olmağa tələsməyin

10. Gələcək həyat yoldaşını daha yaxından tanımaq üçün səbir göstərmək nəyə görə müdrik davranış olardı?

10 Nikahda yaranan problemlər insanların evlənməyə tələsməsi ucbatından baş verə bilər. Belə ki, evlənənlər həddindən artıq gənc və təcrübəsiz ola bilərlər. Onlar bir-birlərini daha yaxşı tanımaq, bir-birlərinin nələri sevib-sevmədiklərini, həyatdakı məqsədlərini və hansı ailədən olduqlarını öyrənmək üçün lazımi qədər vaxt ayırsalar, daha yaxşı olmazmı? Gələcək həyat yoldaşını daha yaxından tanımaq üçün səbir göstərmək müdriklik olardı. İshaqın oğlu Yaqubun nümunəsi üzərində düşünün. O, Rəhiləyə evlənmək üçün gələcək qayınatasına yeddi il işləməli oldu. Yaqub buna hazır idi, çünki onun hissləri fiziki gözəlliyə deyil, əsl məhəbbətə əsaslanırdı (Yaradılış 29:20-30).

11. a) Nikaha daxil olanlar arasında hansı fərqlər özünü biruzə verə bilər? b) Nəyə görə nikahda ərlə arvadın öz danışıq tərzlərinə diqqət yetirmələri vacibdir?

11 Nikah sadəcə romantik münasibətlər demək deyildir. O, müxtəlif ailələrdən olan fərqli temperament və xüsusiyyətləri əks etdirən, həmçinin müxtəlif təhsil səviyyəsinə malik olan insanları birləşdirir. Bu, hərdən iki mədəniyyətin, hətta iki dilin birləşməsi deməkdir. Belə fərqlər olmasa da, nikah bu və ya digər məsələlərə dair şəxsi fikri olan iki insanı birləşdirir. Bu qaçılmaz gerçəklikdir. Əgər ər və ya arvad öz fikirlərini daima tənqidedici və gileyli tərzdə deyə bilirlərsə, onda nəyə görə bunu mehriban və ruhlandırıcı şəkildə deməsinlər? Bəli, biz sözlərimizlə həyat yoldaşımızı ya incidə bilər, ya da onun könlünü ala bilərik. Düşünülmədən deyilmiş sözlər nikahda gərgin münasibətlərə səbəb ola bilər (Süleymanın məsəlləri 12:18; 15:1, 2; 16:24; 21:9; 31:26).

12, 13. Nikahla bağlı hansı real baxışa malik olmağa təşviq olunuruq?

12 Beləliklə, gələcək həyat yoldaşını yaxından tanımaq üçün vaxt ayırmaq müdriklik olardı. Ailə sahəsində böyük təcrübəyə malik olan bir bacı deyir: «Ailə qurmaq istədiyin insanla tanış olarkən, onda görmək istədiyin on xüsusiyyət üzərində düşün. Əgər həmin insanda bu on xüsusiyyətdən yalnız yeddisi varsa, özündən soruş: “Bu insanda qalan üç xüsusiyyətin olmamasına göz yuma bilərəmmi? Onların yoxluğuna gündən-günə tab gətirə biləcəyəmmi?” Əgər şübhə edirsənsə, onda ayaq saxla və bir daha düşün». Əlbəttə ki, realist olmalısan. Əgər ailə qurmaq istəyirsənsə, bil ki, kamil həyat yoldaşı tapmaq mümkün deyil. Elə sənin gələcək həyat yoldaşın da eyni vəziyyətdədir! (Luka 6:41).

13 Nikah qurbanlar tələb edir. Pavel bunu vurğulayaq deyirdi: «Mən... istəyirəm ki, siz dərdsiz olasınız. Evli olmayan kişi Rəbbi razı salmaq üçün, Rəbbin işlərinin qayğısını çəkir; evli isə arvadını razı salmaq üçün, dün­yəvi işlərin qayğısını çəkir. Ərli qadın ilə qız arasında da fərq vardır: ərsiz qadın Rəbbi razı salmaq üçün, Rəbbin işlərinin qayğısını çəkir ki, həm cismən, həm də ruhən müqəddəs olsun; ərli qadın isə ərini razı salmaq üçün dünyəvi işlərin qayğısını çəkir» (1 Korinflilərə 7:32-34).

Bə’zi nikahların dağılmasının səbəbi

14, 15. Nikah tellərinin zəifləməsinə nə səbəb ola bilər?

14 Bu yaxında bir bacımız böyük sarsıntı keçirmişdir. 12 il birgə yaşadıqdan sonra əri ondan boşanıb başqa qadının yanına gedir. Əri bu addımı atmazdan əvvəl bacımız onunla nəyinsə baş verdiyini hiss edirdimi? O izah edir: «Ərim artıq dua etmirdi, yığıncağa və xidmətə getməmək üçün tutarsız bəhanələr tapırdı, artıq mənimlə vaxt keçirmirdi. Bunu isə həddindən artıq məşğul olduğu və ya yorulduğu ilə izah edirdi. O, mənimlə danışmaq belə istəmirdi. Onun get-gedə ruhani şeylərdən uzaqlaşdığını hiss edirdim. Bu dəhşət idi. O, artıq mənim nə vaxtsa ərə getdiyim insan deyildi».

15 Başqa hallarda buna bənzər vəziyyət müşahidə olunur: insan Müqəddəs Kitabı şəxsən öyrənməyə, duaya və yığıncaq görüşlərinə e’tinasız yanaşır. Başqa sözlərlə desək, ailələrini tərk edənlərin əksəriyyəti yol vermişlər ki, Yehova ilə münasibətləri soyusun. Nəticədə onların ruhani cəhətdən görmə qabiliyyətləri zəifləyir. Yehova artıq onlar üçün canlı Allah olmur. Salehliyin hökm sürəcəyi və’d edilmiş yeni dünya artıq onlar üçün reallığını itirir. Bə’zən insan nikahdan kənar kiminləsə münasibət qurmazdan əvvəl artıq ruhani cəhətdən zəifləmiş olur (İbranilərə 10:38, 39; 11:6; 2 Peter 3:13, 14).

16. Nəyin sayəsində nikah daha da möhkəm olur?

16 Bunun əksinə olaraq, möhkəm ruhani bağlar ailənin xoşbəxtliyinə səbəb olur. Xoşbəxt bir ailənin nümunəsi bunu təsdiq edir. Onlar birlikdə dua edir və Allahın Kəlamını öyrənirlər. Ər deyir: «Müqəddəs Kitabı birgə oxuyuruq. Birgə xidmətə gedirik. Birlikdə nə isə etmək bizim xoşumuza gəlir». Nəticə aydındır: Yehova ilə yaxşı münasibətləri olan insanların nikahı da möhkəm olur.

Realist olun və ünsiyyət yaradın

17. a) Nikahı müvvəffəqiyyətli edən hansı iki amil mövcuddur? b) Pavel məsihçi məhəbbətini necə təsvir edirdi?

17 Məsihçi məhəbbəti ilə ünsiyyət də nikahı müvəffəqiyyətli etməyə kömək edir. Aşiq olanlara bir-birlərinin nöqsanlarını görməmək xüsusiyyəti xasdır. Onlar məhəbbət haqqında roman və ya filmlərə əsaslanan qeyri-real ümidlərlə ailə qura bilərlər. Amma əvvəl-axır onlar həqiqətlə üzləşməli olacaqlar. Onda əhəmiyyətsiz səhvlər və bir qədər qıcıqlandırıcı hərəkətlərin üzündən böyük mübahisələr yaranır. Belə olduqda, məsihçilər ruhun səmərəsinin tərkib hissəsindən biri olan məhəbbəti təzahür etdirməlidirlər (Qalatiyalılara 5:22, 23). Məhəbbət böyük qüvvədir, əlbəttə ki, əgər sadəcə romantik hiss deyilsə. Pavel məsihçi məhəbbətini təsvir edərək deyirdi: «Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət... öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz... hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər» (1 Korinflilərə 13:4-7). Göründüyü kimi, əsl məhəbbət insan nöqsanlarına güzəştə getməyi bacarır. Bəli, o qeyri-kamil insandan kamilliyi gözləmir (Süleymanın məsəlləri 10:12).

18. Ünsiyyət münasibətləri necə möhkəmləndirə bilər?

18 Nikahda ünsiyyət də çox mühüm rol oynayır. Neçə illər evli olduqlarına baxmayaraq, ərlə arvadın bir-birləri ilə söhbət etmələri və bir-birilərini əsl mə’nada dinləmələri çox vacıbdır. Bir ailə başçısı belə deyir: «Biz bir-birimizə hisslərimizi açıq şəkildə, amma dostcasına ifadə edirik». Ailə təcrübəsinə yiyələnərək artıq ər və ya arvad yalnız qulaqları ilə deyil, həmçinin ürəkləri ilə də eşitməyi öyrənirlər. Başqa sözlərlə desək, illər ötdükcə ərlə arvad deyilməmiş fikirləri və ya ifadə olunmamış hissləri anlamağa müvəffəq olurlar. Bə’zi qadınlar ərlərinin onları heç dinləmədiklərini söyləyirlər. Bə’zi kişilər də arvadlarının ən münasib olmayan vaxtda danışmaq istədiklərindən şikayətlənirlər. Gördüyümüz kimi, yaxşı ünsiyyət yaratmaq üçün şəfqət və anlayış gərəkdir. Belə ünsiyyət həm ərə, həm də arvada fayda gətirər (Yaqub 1:19).

19. a) Nə üçün üzr istəmək həmişə asan olmur? b) Bizi üzr istəməyə nə təşviq etməlidir?

19 Ünsiyyəti qoruyub saxlamaqda üzr diləməyin də rolu az deyil. Bu heç də asan olmur. Çünki edilən səhvləri e’tiraf etmək üçün həlimlik lazımdır. Bu isə ailə üçün vacib əhəmiyyət kəsb edir! Əgər ər və ya arvad ürəkdən üzr istəyirlərsə, bununla onlar baş verə biləcək mübahisəni aradan qaldıra bilərlər. Onlar bir-birini bağışladıqdan sonra problemin həllini tapmaq daha asan ola bilər. Pavel məsihçiləri təşviq edirdi: «Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [«Yehova», YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin» (Koloslulara 3:13, 14).

20. Məsihçilər öz həyat yoldaşlarına təklikdə və başqalarının yanında necə münasibət göstərməlidirlər?

20 Nikahda ərlə arvadın bir-birlərinə dəstək olmaları da çox vacibdir. Onlar bir-birilərinə e’tibar etməli və dayaq olmalıdırlar. Həyat yoldaşını təhqir etmək, yaxud hər hansı bir yolla onun ləyaqətini alçaltmaq olmaz. Biz məsihçilər, həyat yoldaşımızı göstərdiyi sə’yə görə ürəkdən tə’rifləməli və onu kobudcasına təhqir etməkdən uzaq olmalıyıq (Süleymanın məsəlləri 31:28b). Əlbəttə, biz həyat yoldaşımızı başqalarının gözündə alçalda biləcək axmaq və yersiz zarafatlar etməməliyik (Koloslulara 4:6). Həyat yoldaşınızı sevdiyinizə müntəzəm olaraq əmin edirsinizsə, bu bir-birinizə qarşılıqlı dəstək olmaqda sizə kömək edəcək. Sadə bir toxunuş və ya mehribanlıqla deyilmiş bir söz «Mən səni sevirəm. Şadam ki, biz birlikdəyik» mə’nasını ifadə edə bilər. Nəzərdən keçirdiyimiz bu amillər yaşadığımız günlərdə ailələrin daha müvəffəqiyyətli olmasına kömək edir. Növbəti məqalədə Müqəddəs Kitabdakı daha bir neçə məsləhətin nikahı müvəffəqiyyətli etməkdə necə kömək etdiyini nəzərdən keçirəcəyika.

[Haşiyə]

a Bu haqda daha ətraflı mə’lumat almaq istəyirsinizsə, Yehovanın Şahidlərinin nəşr etdiyi «Ailə xoşbəxtliyinin sirri» kitabına müraciət edə bilərsiniz.

İzah edə bilərsinizmi?

• Nikahı təhlükə altına qoyan bə’zi amillər hansılardır?

• Nə üçün nikaha daxil olmağa tələsmək müdrik olmazdı?

• Ruhani fəaliyyət nikaha necə tə’sir edir?

• Hansı amillər nikahı möhkəmləndirməyə kömək edir?

[20-ci səhifədəki şəkil]

Nikah sadəcə romantik münasibətlər demək deyildir.

[22-ci səhifədəki şəkillər]

Yehova ilə sıx münasibət nikahın müvəffəqiyyətli olmasına kömək edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş