Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/1 s. 3—4
  • Müvəffəqiyyət sizin üçün nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müvəffəqiyyət sizin üçün nə deməkdir?
  • Gözətçi qülləsi 2007
  • Oxşar material
  • Həyatda əsil müvəffəqiyyətə nail ol
    Gözətçi qülləsi 2012
  • Müvəffəqiyyəti necə qazana bilərsiniz?
    Gözətçi qülləsi 2007
  • Əsil uğura aparan yol
    Oyanın! 2014
  • Əsil uğur nədir?
    Oyanın! 2014
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/1 s. 3—4

Müvəffəqiyyət sizin üçün nə deməkdir?

MÜDRİK işgüzar qərarları ilə tanınan Cesi Livermor bə’zilərinin fikrincə Uoll-Stritin ən müvəffəqiyyətli səhm ticarətçisi olmuşdur. Bunun sayəsində o, böyük var-dövlətə sahib idi, ən gözəl kostyumlar tikdirib geyinir, 29 otaqlı malikanədə yaşayırdı. Onu qara Rolls-Roysda şəxsi sürücüsü gəzdirirdi.

Devida də uğur qazanmağı qarşısına məqsəd qoymuşdu. O, kompüter texnologiyası üzrə firmanın direktor müavini və baş müdiri idi. Devidin qarşısında kompaniyanın şö’bə müdiri vəzifəsinə keçmək imkanı var idi. Var-dövlət və ad-san onu özünə çəkirdi. Lakin o, kompaniyadan getmək qərarına gəldi. Devid deyir: «Mən bilirəm ki, artıq heç vaxt belə gəlirli, yüksək vəzifəli işim olmayacaq». Sizin fikrinizcə, Devid səhv qərar vermişdi?

Bir çoxları müvəffəqiyyətin var-dövlət, şan-şöhrət və ad-sandan asılı olduğuna əmindirlər. Lakin maddi firavanlıq içində yaşayanlar da ürəklərində boşluq hiss edir və həyat onlara mə’nasız gəlir. Cənab Livermoru da bu hisslər boğurdu. Cah-calal içində yaşamasına baxmayaraq, faciə və qəm-qüssə ilə dolu həyatında ümidsizliyə qapılmışdı. O, depressiyadan əziyyət çəkirdi, nikahları uğursuzluqla nəticələnmişdi, oğulları ilə münasibəti isə soyuq idi. Axırda var-dövlətinin çoxunu itirən cənab Livermor bir gün bahalı mehmanxananın barında oturub öz halına ağlayırdı. O, içki sifariş etdi, dəri üzlüklü bloknotunu çıxarıb, arvadına vida məktubu yazdı. İçəndən sonra ala-qaranlıq otağa girib, faciəvi şəkildə həyatına son qoydu.

Onun intihar etməsinin səbəbi dəqiq mə’lum olmasa da, bu hadisə Müqəddəs Kitabda yazılan sözlərin həqiqiliyini sübut edir: «Varlanmaq istəyənlər... özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:9, 10).

Demək olarmı ki, müvəffəqiyyəti var-dövlətdə, şan-şöhrətdə və ad-sanda görənlər səhv düşünürlər? Siz özünüzü müvəffəqiyyətli hesab edirsinizmi? Niyə belə düşünürsünüz? Müvəffəqiyyəti nədə görürsünüz? Müvəffəqiyyətə olan baxışınız nəyin tə’siri altında formalaşır? Növbəti məqalədə milyonlarla insana həyatda uğur qazanmağa kömək edən, zamanın sınağından çıxmış məsləhətləri araşdıracağıq. Gəlin görək siz həyatda necə uğur qazana bilərsiniz.

[Haşiyə]

a Ad dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş