Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/9 s. 13—17
  • Əzabların bizə faydası var

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əzabların bizə faydası var
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Əzabların başlanğıcı
  • Yalnız Yehovanın idarə etmək hüququ var
  • Əzabların faydası
  • Yerüzü ümidi olanların xoşbəxtliyi
  • Yehova mükafatlandıracaq
  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli
    Gözətçi qülləsi 2003
  • Bütün iztirablara tezliklə son qoyulacaq!
    Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Allah əzablara nə üçün yol verir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/9 s. 13—17

Əzabların bizə faydası var

«Biz təhəmmül edənləri bəxtiyar hesab edirik» (YAQUB 5:11).

1, 2. Nə göstərir ki, Yehova insanların əzab-əziyyət çəkməsini istəmirdi?

HEÇ kim əzab çəkmək istəmir. Yaradanımız Yehova Allah da insanların əzab çəkməsini istəmir. Bu bizə Allahın ilhamlanmış Kəlamını və kişi ilə qadının yaranmasından sonra nə baş verdiyini araşdırarkən aydın olur. Əvvəlcə Allah kişini yaratdı. «Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı bir varlıq oldu» (Yaradılış 2:7). Adəm fiziki və əqli cəhətdən kamil idi, o nə xəstələnəcək, nə də öləcəkdi.

2 Adəm hansı şəraitdə yaşayırdı? «Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi» (Yaradılış 2:8, 9). Bəli, Adəmin gözəl evi vardı. Edendə heç bir əzab-əziyyət yox idi.

3. İlk insan cütünü hansı gələcək gözləyirdi?

3 Yaradılış 2:18 ayəsində belə bir mə’lumat var: «Rəbb Allah yenə dedi: “İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam”». Yehova Adəm üçün kamil qadın yaradaraq, xoşbəxt ailə həyatının əsasını qoydu (Yaradılış 2:21-23). Müqəddəs Kitabda daha sonra deyilir: «Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun”» (Yaradılış 1:28). İlk insan cütünün bütün yer üzü cənnət olana qədər Eden bağının hüdudlarını genişləndirmək imkanı vardı, onlardan törəyən nəsil isə əzab-əziyyətsiz, xoşbəxt həyat sürəcəkdi. Necə də gözəl başlanğıc idi! (Yaradılış 1:31).

Əzabların başlanğıcı

4. Tarixə nəzər salanda bəşəriyyətə dair nə aydın olur?

4 Ancaq tarixin səhifələrindən bəşər ailəsinin vəziyyətinə nəzər salanda aydın olur ki, nə isə dəhşətli bir şey baş vermişdir. Pisliklər baş alıb gedir, bəşəriyyət ağır əzablarla üzləşir. Əsrlər boyunca Adəmlə Həvvanın bütün övladları xəstələnir, qocalır və sonda ölürlər. Bu gün yer üzü heç də xoşbəxt insanların yaşadığı cənnətə bənzəmir. Bu vəziyyət Romalılara 8:22 ayəsində dəqiqliklə təsvir olunub: «Bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir».

5. Əzab-əziyyətin bəşəriyyətə daxil olmasında ilk valideynlərimizin hansı rolu olub?

5 Yehova uzun müddət sürən çoxsaylı əzablara görə məs’uliyyət daşımır (2 Şamuel 22:31). Günahın yarısı insanların üstünə düşür. ‘İnsanlar pozulmuş, əməlləri iyrənc olmuşdur’ (Məzmur 14:1). Başlanğıcda valideynlərimizə ən yaxşı şeylər verilmişdi. Bundan sonra da hər şeyin belə davam etməsi üçün təkcə Allaha itaət etmək gərək idi, lakin Adəmlə Həvva sərbəst yaşamağı seçdi. İlk valideynlərimiz Yehovadan üz döndərdikləri üçün, kamilliyi itirdilər. Onların səhhəti get-gedə pisləşdi, axırda da öldülər. Qeyri-kamilliyi biz də miras aldıq (Yaradılış 3:17-19; Romalılara 5:12).

6. Əzab-əziyyətlərin mövcud olmasında Şeytanın hansı rolu olmuşdur?

6 Əzab-əziyyətin bəşər ailəsinə daxil olmasında sonralar Şeytan İblis adlandırılan ruhani varlığın da əli olmuşdur. Ona iradə azadlığı verilmişdi. Lakin o bu ən’amdan sui-istifadə edərək ibadəti əldə etməyə can atdı. Ancaq ibadət olunmağa Yehovanın yaratdıqları deyil, yalnız Onun Özü layiqdir. Adəmlə Həvvanı sərbəstlik axtarmağa təhrik edən Şeytan oldu, guya bununla onlar ‘xeyirlə şəri bilərək Allah kimi olacaqdılar’ (Yaradılış 3:5).

Yalnız Yehovanın idarə etmək hüququ var

7. Yehovaya qarşı üsyanın nəticələri nəyi göstərir?

7 Üsyanın pis nəticələri göstərir ki, yalnız Kainatın Hökmdarı Yehovanın idarə etmək hüququ var və təkcə Onun hökmranlığı ədalətlidir. Ötən minilliklər göstərir ki, «bu dünyanın rəisi» Şeytan tamamilə yararsız olan pis, ədalətsiz və qəddar hakimiyyət qurmuşdur (Yəhya 12:31). Artıq uzun müddətdir ki, Şeytanın rəhbərliyi altında mövcud olan aciz insan hakimiyyəti ədalətlə idarə etməyə qabil olmadığını nümayiş etdirir (Yeremya 10:23). Beləliklə, Yehovadan asılı olmayan istənilən hakimiyyət forması müvəffəqiyyətsizliyə məhkumdur. Tarix bunu açıq-aydın sübuta yetirib.

8. Yehovanın insan hakimiyyətlərinə dair niyyəti nədir və O bunu necə həyata keçirəcək?

8 Minilliklər ərzində insanların sərbəst surətdə öz idarəetmə formalarını sınaqdan keçirmələrinə icazə verdikdən sonra, indi Yehovanın onların hamısını yer üzündən silib Öz hakimiyyətini qurmağa tam haqqı var. Peyğəmbərlikdə bu haqda deyilir: «O padşahların [insan hakimiyyətlərinin] dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq [Məsihin idarə etdiyi səmavi hökumətini] quracaq... O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44). Cinlərin və insanların hakimiyyətinə son qoyulacaq, yalnız Allahın səmavi Padşahlığı mövcud olacaq və yer üzünü idarə edəcək. Məsih Padşah olacaq və yer üzündən seçilmiş 144 000 sadiq insan onunla birlikdə idarə edəcək (Vəhy 14:1).

Əzabların faydası

9, 10. Əzabların İsaya hansı faydası oldu?

9 Səmavi Padşahlıqda idarə edəcək insanların hansı keyfiyyətlərə malik olduqlarını nəzərdən keçirmək maraqlı olacaq. Birincisi, İsa Məsih Padşah vəzifəsinə nə dərəcədə münasib olduğunu göstərmişdi. O, saysız-hesabsız illər ərzində Yehovanın yanında yaşamış və Atasının ‘me’marı’ olaraq Onun iradəsini yerinə yetirmişdir (Süleymanın məsəlləri 8:22-31). Yehova İsanı yerə göndərmək istəyəndə, o, həvəslə razılaşdı. Yer üzündə Yehovanın hökmranlığı və Padşahlığı haqda təbliğ etməklə məşğul idi. İsa Yehovanın hakimiyyətinə tamamilə itaətkar olmaqla hamımız üçün gözəl nümunə qoyub (Matta 4:17; 6:9).

10 İsa tə’qiblərə mə’ruz qaldı və sonda e’dam olundu. Ancaq xidməti zamanı o, insanların acınacaqlı vəziyyətini görürdü. Bütün bunları görməyin və özünün əzab çəkməsinin ona faydası oldumu? Bəli. İbranilərə 5:8 ayəsində deyilir ki, İsa Allahın ‘Oğlu olduğu halda, çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi’. Yer üzündə qazandığı təcrübə sayəsində İsa daha mərhəmətli oldu və başqalarını daha yaxşı başa düşməyə başladı. O, insanların nə vəziyyətdə yaşadığını öz üzərində hiss etdi, əzab çəkənlərin halına acımağı öyrəndi və onların xilasında öz rolunu daha yaxşı başa düşdü. Görün həvari Pavel bunu ibranilərə məktubunda necə vurğulayır: «O, hər cəhətcə qardaşlarına bənzəməli idi ki, xalqın günahlarının bağışlanmasını tə’min edən qurban gətirmək üçün Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olsun. Çünki Özü imtahan olunub ələm çəkdiyi üçün, imtahan olunanlara yardım edə bilər». «Biz elə bir baş kahinə malik deyilik ki, zəifliklərimizdə bizə acıya bilməsin; əksinə, bizim kimi imtahan edilmiş, günahdan xaric, hər şeydə bizə bənzəyən bir Baş Kahinə malikik. Beləliklə, lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında yardıma malik olmaq üçün mərhəmət alıb, lütf tapaq» (İbranilərə 2:17, 18; 4:14-16; Matta 9:36; 11:28-30).

11. Gələcək padşah və kahinlərin yer üzündə qazandıqları təcrübə onlara hansı faydanı gətirəcək?

11 Bütün bunları səmavi Padşahlıqda İsa Məsihin hakimiyyət şərikləri olmaq üçün yer üzündən ‘satın alınmış’ 144 000 nəfər haqqında da demək olar (Vəhy 14:4). Onların hamısı yer üzündə doğulmuş, əzablı dünyada yaşamış və əzab-əziyyət çəkmişlər. Çoxları tə’qiblərə mə’ruz qalmış, hətta bə’ziləri Yehovanın qarşısında nöqsansızlığı qoruduqları və İsanın ardınca getmək istədikləri üçün öldürülmüşlər. Ancaq onlar ‘nə Rəbbə şəhadət etməkdən, nə də Müjdə uğrunda əziyyətə tab gətirməkdən utanmayıblar’ (2 Timoteyə 1:8). Yer üzündə qazandıqları təcrübə onları göydən bəşəriyyəti mühakimə etməyə hazırladı. Onlar daha mərhəmətli, xeyirxah olmağı öyrəndilər və insanlara kömək etmək istəyirlər (Vəhy 5:10; 14:2-5; 20:6).

Yerüzü ümidi olanların xoşbəxtliyi

12, 13. Yer üzündə yaşamaq ümidi olanlara əzabların hansı faydası var?

12 Xəstəliyin, kədərin və ölümün olmayacağı cənnətdə əbədi yaşamaq ümidi olanlara əzabların bir xeyri varmı? Əlbəttə, əzabların gətirdiyi ağrı-acı heç kimə xoş deyil. Ancaq belə əzablara tab gətirəndə biz özümüzdə yaxşı keyfiyyətlər inkişaf etdirir və bunun sayəsində xoşbəxtlik əldə edirik.

13 Gəlin Allahın ilhamlanmış Kəlamının bu haqda dediklərinə nəzər salaq: «Əgər salehlik uğrunda əziyyət çəksəniz belə, siz bəxtiyarsınız». «Məsihin adından ötrü təhqir edilirsinizsə, bəxtiyarsınız» (1 Peter 3:14; 4:14). «Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür» (Matta 5:11, 12). «İmtahana dözən adam xoşbəxtdir. Çünki sınaqdan uğurla çıxarkən... həyat tacını alacaqdır» (Yaqub 1:12).

14. Əzablar Yehovanın xidmətçilərinə hansı mə’nada xoşbəxtlik gətirir?

14 Əlbəttə, bu o demək deyil ki, bizi xoşbəxt edən əzab-əziyyətlərdir. Xoşbəxtlik və məmnunluq gətirən Yehovanın iradəsini yerinə yetirdiyimizi və İsanın nümunəsini izlədiyimizi bilməyimizdir. Məsələn, birinci əsrdə həvarilərdən bə’ziləri İsa Məsih haqqında təbliğ etdikləri üçün həbs olundular, sonra Yəhudi ali məhkəməsinə gətirildilər və mühakimə edildilər. Onları döyüb buraxdılar. Həvarilər buna necə münasibət göstərdilər? Müqəddəs Kitab deyir ki, onlar «Sinedrionun hüzurundan sevinərək çıxdılar. Çünki Rəbb İsanın adı üçün təhqir edilməyə layiq görülmüşdülər» (Həvarilərin işləri 5:17-41). Onlar döyüldükləri və ağrı-acı çəkdikləri üçün deyil, bütün bunların Yehova qarşısında nöqsansızlıqlarını qoruduqları və İsanın izləri ilə getdikləri üçün baş verdiyini anladıqlarından xoşbəxt idilər (Həvarilərin işləri 16:25; 2 Korinflilərə 12:10; 1 Peter 4:13).

15. İndi sınaqlara dözməyimiz gələcəkdə bizə necə fayda gətirəcək?

15 Müqavimət və tə’qiblərə düzgün yanaşmağımız bizdə təhəmmül tərbiyə edəcək və bizi gələcək əzablara hazırlayacaq. Müqəddəs Kitabdan oxuyuruq: «Ey qardaşlarım, müxtəlif imtahanlara düşəndə, bunu böyük bir sevinclə qəbul edin. Bilin ki, imanınızın sınanması təhəmmül hasil edir» (Yaqub 1:2, 3). Buna bənzər tərzdə Romalılara 5:3-5 ayələrində deyilir: «Sıxıntıdan dözümlülük, dözümlülükdən təcrübə və təcrübədən ümid hasil olduğunu bilərək, sıxıntılarla da öyünürük. Və ümid utandırmaz». Beləliklə, məsihçi olduğumuza görə indi nə qədər çox sınaqlara tab gətiririksə, gələcək sınaqlara tab gətirmək üçün bir o qədər yaxşı hazırlanmış olacağıq.

Yehova mükafatlandıracaq

16. Yehova gələcək padşah və kahinləri çəkdikləri əzabların əvəzində necə mükafatlandıracaq?

16 Məsihçi olduğumuza görə müqavimət və tə’qiblər üzündən hətta mal-mülkümüzü itirsək də, Yehovanın bizi tam mükafatlandıracağını bilərək, sevincimizi itirməyəcəyik. Məsələn, göylər ümidi olanlardan bə’zilərinə həvari Pavel yazmışdır: «Siz... özünüz üçün daha yaxşı və daimi malınız [Allahın Padşahlığında idarə etmək] olduğunu bilərək, mülkünüzün talan edilməsini sevinclə qəbul etdiniz» (İbranilərə 10:34). Yeni dünyada Yehovanın və Məsihin rəhbərliyi altında yerin sakinləri üzərinə möhtəşəm xeyir-dualar yağdırılan zaman onların sevincini təsəvvür edin. Həvari Pavelin sadiq məsihçilərə dediyi sözlərdə necə də böyük həqiqət var: «Belə düşünürəm ki, indiki müvəqqəti iztirablar bizə izhar ediləcək izzətlə heç müqayisəyə dəyməz» (Romalılara 8:18).

17. Yehova yer üzündə yaşamaq ümidinə malik olan sadiq xidmətçiləri üçün nə edəcək?

17 Eynilə, yer üzündə yaşamaq ümidinə malik olanlar Yehovaya xidmət etmək naminə nəyisə itirməli və ya qurban verməli olsalar da, gələcəkdə mükafatlarını artıqlamasıyla alacaqlar. Yehova onlara yerüzü cənnətdə kamillik, sonsuz həyat verəcək. Allah yeni dünyada «onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:4). Necə də gözəl və’ddir! Bu dünyada Yehova naminə qurban verdiyimiz heç bir şey Onun əzablara tab gətirən sadiq xidmətçilərə verəcəyi həyata çata bilməz.

18. Yehova Öz Kəlamında hansı təsəlliverici və’di verir?

18 Tab gətirməli olduğumuz əzablar Allahın yeni dünyasındakı əbədi həyatı almağımıza heç bir vəchlə mane ola bilməz. Yeni dünyadakı gözəl həyat şəraiti indi üzləşdiyimiz bütün əzabların yerini dolduracaq. Yeşaya 65:17, 18 ayələrində deyilir: «Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək. Yaratdığıma əbədilik sevinin, şadlanın». Buna görə də İsanın ögey qardaşı Yaqubun: «Biz təhəmmül edənləri bəxtiyar hesab edirik» deməsi məntiqə uyğundur (Yaqub 5:11). Bəli, əzablara sədaqətlə dözsək, indi və gələcəkdə fayda əldə edəcəyik.

Necə cavab verərdiniz?

• Əzablar bəşər ailəsinə necə daxil oldu?

• Əzablar yerin gələcək padşahlarına və sakinlərinə hansı faydaları gətirəcək?

• Əzablara baxmayaraq, biz indi nə üçün xoşbəxt ola bilərik?

[13-cü səhifədəki şəkil]

İlk valideynlərimizi qarşıda gözəl gələcək gözləyirdi.

[15-ci səhifədəki şəkil]

İnsanların əzablarını görməsi İsaya kömək etdi ki, gələcəkdə yaxşı Padşah və Baş kahin olsun.

[17-ci səhifədəki şəkil]

Həvarilər imanları uğrunda təhqir edilməyə layiq görüldükləri üçün sevinirdilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş