Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/11 s. 28—32
  • «Allahın dərin düşüncələrini» araşdırın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Allahın dərin düşüncələrini» araşdırın
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Yehova həlimlərə başa düşməyə kömək edir
  • ‘Allahın dərin düşüncələri’ özünə nəyi daxil edir?
  • Dərin düşüncələrə dair nümunələr
  • Şəxsi öyrənmədən sevinc duya bilərsən
  • Uşağınıza Müqəddəs Kitabı araşdırmaqdan sevinc duymasına kömək edin
  • Ruh Allahın dərin düşüncələrini araşdırır
    Gözətçi qülləsi 2010
  • Həm sadiq, həm də ağıllı “qul”
    Gözətçi qülləsi 2004
  • Səmərəli və xoş öyrənmə
    Gözətçi qülləsi 2000
  • Kəlamdakı hər incəliyi görün
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/11 s. 28—32

«Allahın dərin düşüncələrini» araşdırın

«Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır» (1 KORİNFLİLƏRƏ 2:10).

1. Müqəddəs Kitabı öyrənməyə başlayan insanı hansı həqiqətlər sevindirir?

BİR ÇOX bacı-qardaşlar ilk dəfə həqiqət haqqında öyrənəndə duyduqları sevinc hissini hələ də xatırlayırlar. Biz Yehovanın adının vacibliyini, Onun nə üçün pisliyə yol verdiyini, bə’zilərinin nəyə görə göyə getdiyini və saleh insanlar üçün hansı ümidin olduğunu öyrəndik. Ola bilsin, özümüz nə vaxtsa Müqəddəs Kitabı araşdırmışıq, lakin oradakı həqiqətlər bəşəriyyətin əksəriyyətindən gizli qaldığı kimi, bizdən də gizli qalmışdır. Biz suyun altındakı gözəl mərcan riflərini görməyə çalışan adama oxşayırdıq. Amma onun xüsusi aləti yoxdursa, o çox az şey görəcək. Sualtı gözlüyün, yaxud altı şüşədən olan qayığın köməyilə o, ilk dəfə böyük maraqla al-əlvan mərcanları, balıqları, dəniz anemonlarını və dənizdəki digər e’cazkar canlıları seyr edir. Eynilə, kimsə bizə Müqəddəs Yazıları başa düşməyə təzə-təzə kömək edəndə biz ‘Allahın dərin düşüncələrinin’ ilk qığılcımlarını görmüşdük (1 Korinflilərə 2:8-10).

2. Allahın Kəlamını öyrənməkdən əldə etdiyimiz sevinc nə üçün daimi ola bilər?

2 Biz Müqəddəs Kitab həqiqətlərini yalnız səthi bilməklə kifayətlənməliyikmi? ‘Allahın dərin düşüncələri’ ifadəsi Onun müqəddəs ruhu ilə məsihçilərə açdığı, lakin digərlərindən gizli qalan hikmətini başa düşməyi özünə daxil edir (1 Korinflilərə 2:7). Yehovanın həddi-hüdudu olmayan hikmətini tədqiq etmək bizə necə də böyük sevinc gətirir! Biz heç vaxt Allahın hikməti haqqında hər şeyi bilməyəcəyik. Əgər «Allahın dərin düşüncələrini» daim araşdırırıqsa, Müqəddəs Kitabın əsas tə’limlərini ilk dəfə öyrəndiyimiz zaman duyduğumuz sevinc həmişə ürəyimizdə olacaq.

3. Biz nəyə görə imanımızın təməlini təşkil edən şeyləri yaxşı dərk etməliyik?

3 Nə üçün «Allahın dərin düşüncələrini» başa düşməliyik? İmanımızın təməlini yalnız nəyə inandığımız yox, buna inandığımızın səbəbini başa düşməyimiz də təşkil edir, bu isə öz növbəsində, imanımızı və əminliyimizi möhkəmləndirir. Müqəddəs Yazılar bizi ‘Allahın yaxşı, məqbul və kamil iradəsini dərk etmək’ üçün ağlımızı işlətməyə təşviq edir (Romalılara 12:1, 2). Yehovanın nə üçün bizə müəyyən həyat tərzi sürməyi buyurduğunu anlamağımız Ona tabe olmaq qərarımızı möhkəmləndirir. Beləliklə, «Allahın dərin düşüncələrini» başa düşməyimiz bizə şirnikdirici qanunsuz işlərdən çəkinmək üçün güc verə və ‘yaxşı işlərdə sə’yli’ olmağa təşviq edə bilər (Titusa 2:14).

4. Müqəddəs Kitabı öyrənməyə nə daxildir?

4 Dərin düşüncələri başa düşmək üçün araşdırmalar aparmalıyıq. Araşdırmaq materialı sadəcə oxumaq demək deyil. Bu, mə’lumatı diqqətlə təhlil etməyi və mə’lumatın artıq bildiklərimizlə necə bağlı olduğunu görməyi və gətirilən səbəbləri başa düşməyi özünə daxil edir (2 Timoteyə 1:13). Müqəddəs Kitabı araşdırarkən əldə etdiyimiz bilikləri müdrik qərarlar verməkdə və başqalarına kömək etməkdə necə istifadə edə biləcəyimizin üzərində düşünməliyik. ‘Hər Müqəddəs Yazı Allahdan ilham aldığı və faydalı’ olduğu üçün biz yalnız Müqəddəs Kitabın hansısa hissəsini yox, ‘Allahın ağzından çıxan hər bir sözü’ öyrənməliyik (2 Timoteyə 3:16, 17; Matta 4:4). Müqəddəs Kitabı öyrənmək çalışqanlıq və sə’y tələb edə bilər. Ancaq bu, məmnunedici də ola bilər, «Allahın dərin düşüncələrini» başa düşmək isə o qədər də çətin deyil.

Yehova həlimlərə başa düşməyə kömək edir

5. «Allahın dərin düşüncələrini» kimlər başa düşə bilər?

5 Tutalım ki, sən məktəbdə bir o qədər də yaxşı oxumamısan və nəyisə araşdırmaq vərdişin yoxdur. Amma fikirləşmə ki, «Allahın dərin düşüncələrini» anlaya bilməzsən. İsa yer üzündə xidmət etdiyi zaman Yehova Öz niyyətini müdrik və ağıllılara yox, Onun xidmətçiləri tərəfindən öyrədilmək üçün kifayət qədər həlim olan savadsız, adi adamlara açmışdı. Məktəblərdə təhsil alanlarla müqayisədə onlar körpə uşaqlara bənzəyirdilər (Matta 11:25; Həvarilərin işləri 4:13). ‘Allahın Onu sevənlər üçün hazırladığı şeylər’ haqqında həvari Pavel həmimanlılarına yazmışdı: «Bizə isə Allah bunları Öz Ruhu ilə açdı; ona görə ki, Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır» (1 Korinflilərə 2:9, 10).

6. 1 Korinflilərə 2:10 ayəsinin mə’nası nədir?

6 Allahın ruhu hər şeyi, hətta Onun dərin düşüncələrini necə araşdırır? Yehova hər məsihçiyə ayrı-ayrılıqda vəhylər vermir. O Öz təşkilatını birləşmiş xalqına Müqəddəs Kitabı başa düşməyə kömək edən ruhu ilə istiqamətləndirir (Həvarilərin işləri 20:28; Efeslilərə 4:3-6). Yer üzündə olan bütün yığıncaqlar Müqəddəs Kitabı eyni proqram üzrə öyrənirlər və bir neçə il ərzində onun bütün tə’limlərini keçirlər. Müqəddəs ruh yığıncaq vasitəsilə fəaliyyət göstərir və insanlara «Allahın dərin düşüncələrini» başa düşmək üçün lazım olan münasibəti inkişaf etdirməyə kömək edir (Həvarilərin işləri 5:32).

‘Allahın dərin düşüncələri’ özünə nəyi daxil edir?

7. Nəyə görə bir çoxları «Allahın dərin düşüncələrini» başa düşmürlər?

7 Biz ‘dərin düşüncələrin’ çox mürəkkəb olduğunu fikirləşməli deyilik. Bəs nə üçün onlar əksər insanlardan gizlidir? Ona görə yox ki, Allahın hikmətini mənimsəmək çətindir. İş ondadır ki, Şeytan insanları aldadır, bu səbəbdən də onlar Yehovanın Öz təşkilatı vasitəsilə təqdim etdiyi köməyi rədd edirlər (2 Korinflilərə 4:3, 4).

8. Pavel efeslilərə yazdığı məktubunun üçüncü fəslində hansı dərin anlayışlardan danışırdı?

8 Pavelin efeslilərə yazdığı məktubunun üçüncü fəsli göstərir ki, ‘Allahın dərin düşüncələri’ Yehovanın xalqının kifayət qədər yaxşı başa düşdüyü bir çox həqiqətləri özünə daxil edir. Onların bə’ziləri bunlardır: və’d olunmuş Zürriyyət, bə’zi insanların göyə getməsi və Allahın Padşahlığı. Pavel yazmışdı: «Bu sirr başqa nəsillərdə insan oğullarına, indi Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açıldığı kimi açılmamışdı. Sirr budur ki, yəhudi olmayanlar da Müjdə vasitəsilə eyni mirasın ortaqları, eyni bədənin üzvləri və Məsih İsada gerçəkləşən və’din şərikləridir». Pavel demişdi ki, «Allahda əzəldən bəri gizlənmiş olan sirrin necə tərtib edildiyini bütün insanlara aydınlaşdırmaq lütfü» ona həvalə edilmişdir (Efeslilərə 3:5-9).

9. «Allahın dərin düşüncələrini» başa düşməyimiz nəyə görə şərəfdir?

9 Pavel Allahın iradəsini izah etməyə davam edərək deyir ki, ‘Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmavi aləmdəki hökmranlara və hakimlərə də bildirilməlidir’ (Efeslilərə 3:10). Mələklər Yehovanın məsihçi yığıncağı ilə rəftarında özünü büruzə verən hikməti görəndə və anlayanda çox şeyi öyrənirlər. Bizim üçün necə də şərəfdir ki, hətta mələkləri maraqlandıran şeyləri başa düşürük! (1 Peter 1:10-12). Sonra Pavel deyir ki, biz müqəddəslərlə birlikdə məsihçi imanının ‘genişliyini, uzunluğunu, ucalığını və dərinliyini başa düşməyə’ çalışmalıyıq (Efeslilərə 3:11, 18). İndi isə gəlin anlayışımızı genişləndirəcək dərin düşüncələrə dair bə’zi nümunələrə nəzər salaq.

Dərin düşüncələrə dair nümunələr

10, 11. Müqəddəs Yazılara əsasən, İsa nə zaman Allahın səmavi ‘qadınının’ ‘zürriyyətinin’ əsas hissəsi oldu?

10 Biz bilirik ki, İsa Yaradılış 3:15 (KM) ayəsində haqqında deyilən Allahın səmavi ‘qadınının’ ‘Zürriyyətinin’ əsas hissəsidir. Anlayışımızı genişləndirmək üçün özümüzdən soruşa bilərik: İsa nə zaman və’d edilmiş Zürriyyət oldu: insan olmazdan əvvəl, insan kimi doğulanda, vəftiz olunanda, yoxsa diriləndə?

11 Allah və’d etmişdi ki, peyğəmbərlikdə ‘qadınla’ təmsil olunan təşkilatının səmavi hissəsi ilanın başından vuracaq bir zürriyyət dünyaya gətirəcək. Minlərlə il keçir, amma Allahın «qadını» Şeytanı və onun əməllərini puç edə biləcək heç bir zürriyyət dünyaya gətirmir. Daha sonra Yeşaya öz peyğəmbərliyində həmin qadını «sonsuz» və «ruhu əzilmiş» adlandırır (Yeşaya 54:1, 5, 6). Nəhayət, İsa Bet-Lexemdə doğulur. O, vəftiz olunarkən müqəddəs ruhdan doğulub Allahın ruhani oğlu olur və yalnız bundan sonra Yehova deyir: «Bu Mənim... Oğlumdur» (Matta 3:17; Yəhya 3:3). Axır ki, qadının ‘zürriyyətinin’ əsas hissəsi bəlli olur. Bir qədər sonra İsanın davamçıları da müqəddəs ruhla məsh olunurlar və müqəddəs ruhdan doğulurlar. Uzun müddət özünü ‘qısır qadın’ kimi hiss edən Yehovanın ‘qadını’ artıq ‘şənlənə’ bilərdi (Yeşaya 54:1; Qalatiyalılara 3:29).

12, 13. Hansı ayələr göstərir ki, yerdə olan bütün məsh olunmuş məsihçilər «sadiq və ağıllı qul» sinfini təşkil edirlər?

12 Bizə açıqlanan dərin düşüncələrə dair ikinci nümunə Allahın insanlar arasından 144 000 nəfərin seçilməsi niyyəti ilə bağlıdır (Vəhy 14:1, 4). Biz başa düşür və inanırıq ki, istənilən vaxt kəsiyi ərzində yaşayan məsh olunmuş məsihçilər «sadiq və ağıllı qul» sinfini təşkil edirlər və onlar, İsanın dediyinə görə, nökərlərinə vaxtlı-vaxtına «yemək» verməyə tə’yin olunublar (Matta 24:45). Hansı Müqəddəs Kitab ayələri bu tə’limi düzgün başa düşdüyümüzü təsdiq edir? Ola bilərmi ki, İsa ümumiyyətlə qardaşlarını ruhani qida ilə möhkəmləndirən hər bir məsihçini nəzərdə tuturdu?

13 Allah İsrail xalqına demişdi: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım [«qulum», KM]» (Yeşaya 43:10). Lakin eramızın 33-cü ilində, nisanın 11-də İsa İsrailin başçılarına bildirdi ki, Allah onların xalqını Öz qulu olmaq üstünlüyündən məhrum etdi. O dedi: «Allahın Səltənəti sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir». İsa bunu da demişdi: «Budur, eviniz boş qalır» (Matta 21:43; 23:38). İsrail xalqı Yehovaya bir qul kimi nə sadiq, nə də ağıllı çıxdı (Yeşaya 29:13, 14). Elə həmin gün, bir az keçəndən sonra, İsa soruşdu: «Sadiq və ağıllı qul kimdir?» Onun sualının məğzi bu idi: «Allahın sadiq qulu olmaq üçün hansı ağıllı xalq İsraili əvəz edəcək?» Həvari Peter məsh olunmuş məsihçi yığıncağına məktubunda bu suala cavab verdi: «Siz isə... müqəddəs millət, Allaha məxsus xalqsınız» (1 Peter 1:4; 2:9). Həmin ruhani xalq, yə’ni «Allahın İsraili» Yehovanın yeni qulu seçildi (Qalatiyalılara 6:16). Necə ki qədim İsrail xalqının üzvləri bir ‘qulu’ təşkil edirdi, eləcə də istənilən vaxt kəsiyi ərzində yer üzündə yaşamış bütün məsh olunmuş məsihçilər «sadiq və ağıllı qul» sinfini təşkil edirlər. Allahın qulu vasitəsilə «yemək» almaq necə də şərəfdir!

Şəxsi öyrənmədən sevinc duya bilərsən

14. Nəyə görə Müqəddəs Kitabı tədqiq etmək onu sadəcə oxumaqdan daha çox sevinc gətirir?

14 Müqəddəs Yazılardan yeni bir şey öyrənəndə məgər onun imanımızı möhkəmləndirməsi bizi xoşbəxt etmirmi? Elə buna görə də, Müqəddəs Kitabı tədqiq etmək onu sadəcə oxumaqdan daha sevindirici ola bilər. Bu səbəbdən, nəşrlərimizi oxuyanda özündən soruş: bu izahat araşdırdığım mövzuya dair bildiklərimlə necə bağlıdır? Daha hansı ayələr və dəlillər bu məqalədə edilən yekunu təsdiqləyə bilərdi? Əlavə axtarışlar aparmaq lazım gələrsə, suallarını bir yerə qeyd et və onları növbəti şəxsi öyrənmə zamanı araşdır.

15. Hansı mövzuları araşdırmaq olar və onların uzunmüddətli fayda gətirməsi üçün nə etmək lazımdır?

15 Bəli, yeni bir şeyi öyrənmək sevinc gətirdiyi üçün Müqəddəs Kitab həqiqətləri haqda biliyini dərinləşdir. Məsələn, Allahın bəşəriyyətin xeyri üçün bağladığı müxtəlif əhdləri yaxşı-yaxşı araşdır. İsanın Məsih olduğunu göstərən peyğəmbərlikləri, yaxud Müqəddəs Yazılara daxil olan hansısa kitabı ayəbəayə öyrənməklə imanını möhkəmləndirə bilərsən. Əgər sənin doğma dilində Yehovanın Şahidlərinin müasir tarixi haqqında bəhs edən «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri»a (rus.) kitabı varsa, onu oxumaq da imanını möhkəmləndirəcək. «Gözətçi Qülləsi»nin keçmiş saylarındakı «Oxucuların sualları» rubrikasında çap olunan məqalələr, sözsüz ki, müəyyən ayələri daha yaxşı başa düşməyə kömək edəcək. Müəyyən nəticələrə gətirib çıxaran Müqəddəs Kitab izahatlarına xüsusi diqqət yetir. Bu sənə dərketmə qabiliyyətini inkişaf etdirməyə kömək edəcək (İbranilərə 5:14). Öyrənmə zamanı ya Müqəddəs Kitabında, ya da qeyd kitabçasında qeydlər apar ki, bu mə’lumat sənə və kömək edə biləcəyin adamlara uzunmüddətli fayda gətirsin.

Uşağınıza Müqəddəs Kitabı araşdırmaqdan sevinc duymasına kömək edin

16. Uşağınız Müqəddəs Kitabı araşdırmaqdan sevinc duysun deyə, ona necə kömək edə bilərsiniz?

16 Uşaqlarının ruhani iştahasını artırmaq üçün valideynlər çox şey edə bilərlər. Fikirləşməyin ki, onlar dərin düşüncələri anlaya bilməzlər. Əgər siz uşaqlarınıza ailəvi öyrənməyə hazırlaşmaları üçün bir mövzu tə’yin etmisinizsə, nə öyrəndiklərini soruşa bilərsiniz. Ailəvi öyrənmələrdə həm də praktiki məşğələlər keçirmək olar. Bunun sayəsində uşaqlarınız imanlarını müdafiə və öyrəndiklərinin həqiqət olduğunu sübut etməyi öyrənəcəklər. Bundan əlavə, siz «“Gözəl torpağa” baxın»b (rus.) adlı broşüranın köməyilə Müqəddəs Kitab coğrafiyasını öyrənə və həftə ərzində Müqəddəs Kitabdan oxuduğumuz fəsillərə aydınlıq gətirə bilərsiniz.

17. Nəyə görə şəxsi öyrənmə keçirməkdə tarazlı olmalıyıq?

17 Şəxsi öyrənmə maraqlı keçə və imanını möhkəmləndirə bilər, ancaq yığıncaq görüşlərinə hazırlaşmaq üçün vaxt ayırmağa da diqqət yetir. Görüşlər Yehovanın bizə «sadiq və ağıllı qul» vasitəsilə tə’lim verməsinin digər üsuludur. Bununla belə, əlavə axtarışlar görüşlərdə, məsələn, kitaböyrənmədə, yaxud Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabın həftəlik oxunmasında daha mə’nalı şərhlər verməyə kömək edə bilər.

18. Nəyə görə «Allahın dərin düşüncələrini» başa düşmək üçün göstərdiyimiz bütün sə’ylər öz bəhrəsini verəcək?

18 Allahın Kəlamını dərindən tədqiq etmək səni Yehovaya daha da yaxınlaşdıra bilər. Müqəddəs Kitab belə öyrənmənin dəyərini göstərərək deyir: «Pul necə insanın sipəridirsə, hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: hikmət ona sahib olana həyat verər» (Vaiz 7:12). Buna görə də, ruhani şeylərə dair anlayışını dərinləşdirmək üçün göstərdiyin sə’ylər öz bəhrəsini verəcək. Daim araşdırma aparanlara Müqəddəs Kitab və’d edir ki, onlar ‘Allahı tanıyacaqlar’ (Süleymanın məsəlləri 2:4, 5).

[Haşiyələr]

a Yehovanın Şahidləri tərəfindən dərc olunub.

b Yehovanın Şahidləri tərəfindən dərc olunub.

İzah edə bilərsinizmi?

• ‘Allahın dərin düşüncələri’ nədir?

• Biz nə üçün daima dərin düşüncələri araşdırmalıyıq?

• Nə üçün ‘Allahın dərin düşüncələrini’ anlamağın gətirdiyi sevinc bütün məsihçilərə açıqdır?

• ‘Allahın dərin düşüncələrindən’ daha çox faydalanmaq üçün nə edə bilərsən?

[31-ci səhifədəki şəkil]

Valideynlər uşaqlarının araşdırma apararaq ailəvi öyrənməyə hazırlaşmaları üçün mövzu tə’yin edə bilərlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş