Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/2 s. 26—27
  • İsraillilərin səhvlərindən ibrət alaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsraillilərin səhvlərindən ibrət alaq
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Yaxın ünsiyyətdən bütpərəstliyə
  • Əkinçilikdən Baala ibadətə doğru
  • Bizim üçün çəkindirici nümunə
  • «Nə bəxtiyardır Onun öyüdlərinə əməl edənlər»
  • Diqqətli olun ki, heç kəs sizi əsir almasın!
    Gözətçi qülləsi 2019
  • Allahı Yehova olan xalq
    Gözətçi qülləsi 2014
  • Unutqan dinləyicilər olmayın
    Gözətçi qülləsi 2001
  • “Təsniyə” kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/2 s. 26—27

İsraillilərin səhvlərindən ibrət alaq

İSRAİLLİLƏR Vəd edilmiş diyara daxil olanda Yehovanın onlardan nə gözlədiyini bilirdilər. Allah Musa vasitəsilə əmr etmişdi: «Ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların səcdəgahlarının yerlərinin hamısını dağıdın» (Say. 33:52).

İsrail xalqı həmin diyarın sakinləri ilə nə əhd bağlamalı, nə də onlarla ailə qurmalı idi (Qanun. t. 7:2, 3). Allahın seçilmiş xalqına hətta xəbərdarlıq edilmişdi: «Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın» (Çıx. 34:12). Buna baxmayaraq, israillilər Allaha qulaq asmadılar və tələyə düşdülər. Onların fəlakətinə nə səbəb oldu və bundan özümüzə hansı vacib dərsi götürə bilərik? (1 Kor. 10:11).

Yaxın ünsiyyətdən bütpərəstliyə

İsraillilərin Vəd edilmiş diyarı ələ keçirmələri oranın sakinləri üzərində ilk qələbə idi. Amma İsrail oğulları Allahın əmrlərinə tam əməl etmədilər. Onlar düşmənləri qovmadılar (Hak. 1:1–2:10). Əksinə, bu diyardakı ‘yeddi millətin’ arasında yaşayan israillilərin onlarla müntəzəm ünsiyyətdə olmaları həmin millətlərlə dostluq münasibətinin yaranmasına səbəb oldu (Qanun. t. 7:1). Bu, israillilərə necə təsir etdi? Müqəddəs Kitabda deyilir: «İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi. Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar öz Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər» (Hak. 3:5-7). Bir qədər vaxtdan sonra israillilər bu diyarın sakinləri ilə ailə qurmağa və bütlərinə sitayiş etməyə başladılar. Qarışıq nikahların sayının artması bütpərəst xalqların bu diyardan qovulmaq ehtimalını azaldırdı. Həqiqi ibadət murdarlanmışdı və israillilərin özləri yalançı allahlara ibadət etməyə başladılar.

Vəd edilmiş diyarın sakinlərinin İsrail xalqına dost olmaları düşmən olduqları vaxtdan daha çox təhlükəli idi, çünki belə dostluq israillilərin Yehova ilə münasibətlərinə və düşüncə tərzinə pis təsir edirdi. Gəlin görək həqiqi ibadətin murdarlanmasına daha nə səbəb ola bilərdi?

Əkinçilikdən Baala ibadətə doğru

İsrail oğulları Vəd edilmiş diyara daxil olandan sonra köçəri həyat tərzinə son qoydular və çoxları əkinçiliklə məşğul olmağa başladı. Ehtimal ki, onların istifadə etdiyi əkinçilik üsulları kənanlıların əkinçilik üsulları ilə eyni idi. Görünür, israillilər kənanlıların sadəcə əkinçilik üsullarını mənimsəməklə kifayətlənmədilər. İsraillilərin yerli sakinlərlə yaxın ünsiyyəti onların əkinçiliklə bağlı dini etiqadlarının mənimsəmələrinə gətirib çıxardı.

Kənanlılar torpağı məhsuldar edən müxtəlif Baalların olduğuna inanaraq onlara ibadət edirdilər. Əkin-biçinlə məşğul olan israillilər də bir müddətdən sonra buna inanıb, Kənan allahlarına ibadət etməyə başladılar. Bir çox israillilər özlərini Yehovanın xidmətçiləri kimi qələmə versələr də, əslində tamamilə dönüklüyə qərq olunmuşdular.

Bizim üçün çəkindirici nümunə

İsraillilər Vəd edilmiş diyarın sakinləri ilə ünsiyyət etməyə başlayanda, çətin ki, onların niyyəti Baala ibadət etmək və iyrənc dini ayinlərə qoşulmaq idi. Amma onlarla ünsiyyət məhz bunlara səbəb oldu. Bəs bizə dostcasına yanaşan, lakin imanımıza, mənəvi dəyərlərimizə və prinsiplərimizə şərik olmayan insanlarla yaxın ünsiyyət etdikdə bu kimi pozucu təsirə məruz qalacağımızı gözləməli deyilikmi? Sözsüz, bəzən iş yerində, məktəbdə və ola bilsin, hətta evdə imanımıza şərik olmayan adamlarla təmasda olmaq lazım gəlir. Ancaq israillilərin nümunəsi bizi xəbərdar edir ki, belə insanlarla ünsiyyət axtarmaq, öz başımızı bəlaya salmaq kimidir. Allahın Kəlamında belə bir dəyişməz həqiqət yazılıb: «Pis dostluq yaxşı əxlaqı pozar» (1 Kor. 15:33).

Bu gün bizim qarşılaşdığımız bir çox çətinliklər israillilərinkinə oxşayır. Müasir cəmiyyətdə bir çox «bütlər» var. Məsələn, pul, şou-biznes və idman ulduzları, siyasi sistemlər, bəzi dini rəhbərlər və hətta ailə üzvləri. Bunlardan hansınınsa həyatımızda vacib yer tuta bilməsi ehtimalı var. Yehovanı sevməyən insanlarla dostluq etsək, nəticədə ruhani tənəzzülə uğraya bilərik.

Baala ibadətin ayrılmaz hissəsi olan əxlaqsızlıq bir çox israilliləri özünə cəlb edib tələyə salmışdı. Bizim günlərdə də Allahın bəzi xidmətçiləri belə tələlərə düşmüşlər. Məsələn, təklikdə olanda kompüterin siçanının düyməsinə bir dəfə basmaq kifayətdir ki, hər şeyi bilmək istəyən və ya ehtiyatsız insanın təmiz vicdanı ləkələnsin. Məsihçinin İnternetdə pornoqrafiyaya aludə olması necə də kədərli olardı!

«Nə bəxtiyardır Onun öyüdlərinə əməl edənlər»

Dost seçmək məsələsində Yehovaya itaət edib-etməməyə özümüz qərar veririk (Qanun. t. 30:19, 20). Buna görə də özümüzdən soruşmalıyıq: «Asudə vaxtımı kimlərlə keçirirəm? Onlar Allahın qanunlarına və əxlaq normalarına necə yanaşırlar? Bu insanlar Yehovaya ibadət edirlərmi? Onlarla ünsiyyətdə olmaq məni məsihçi kimi püxtələşməyə təşviq edirmi?»

Məzmurçu oxuyurdu: «Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar. Nə bəxtiyardır Onun öyüdlərinə əməl edənlər, bütün qəlbi ilə Onu axtaranlar» (Məz. 119:1, 2). Bəli, Yehovadan «qorxan, Onun yolları ilə gedən insan» həqiqətən də bəxtiyardır (Məz. 128:1). Kimlərlə ünsiyyət etdiyimizi seçəndə, gəlin israillilərin çəkindirici nümunəsindən ibrət alaq və Yehovaya tam itaət edək (Sül. məs. 13:20).

[26-cı səhifədəki şəkil]

Yehovanı sevməyən insanlarla yaxın ünsiyyət bizi bütpərəstliyə çəkə bilər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş