Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/12 s. 7—11
  • Nöqsansızlığını qoruyacaqsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nöqsansızlığını qoruyacaqsanmı?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Biz nöqsansız insan necə ola bilərik?
  • Nöqsansızlığımızı necə qoruya bilərik?
  • Əgər kimsə nöqsansızlığını itiribsə, nə edə bilər?
  • «SİZİN HƏRƏKƏTİNİZ... TƏRİFƏLAYİQDİR»
  • Nəyə görə nöqsansızlıq təzahür etdirməliyik?
    Gözətçi qülləsi 2008
  • Kamilliyinizi qoruyun!
    Gözətçi qülləsi 2019
  • Nöqsansızlıq yolu ilə yeri
    Gözətçi qülləsi 2005
  • Biz nöqsansızlıq yolu ilə yeriyəcəyik!
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2008
w08 15/12 s. 7—11

Nöqsansızlığını qoruyacaqsanmı?

«Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (ƏYY. 27:5).

1, 2. Biz hansı «tikinti işində» iştirak etməliyik və hansı sualları nəzərdən keçirəcəyik?

TƏSƏVVÜR et ki, sən tikiləcək evinin planını gözdən keçirirsən. Layihənin praktiki olması səni valeh edir. Bu evdə ailənlə birgə yaşayacağınızın necə də gözəl olacağını düşünəndə ürəyin sevinclə dolur. Məgər razı deyilsən ki, bu evi tikməsən, içinə köçməsən və onu yaxşı vəziyyətdə saxlamasan, planının və bu haqda fikirləşməyinin faydası olmayacaq?

2 Bunun kimi də, biz fikirləşə bilərik ki, nöqsansızlıq bizə və sevdiyimiz insanlara böyük fayda gətirəcək çox vacib xüsusiyyətdir. Amma bu haqda nə qədər müsbət fikirdə olsaq da, məsihçi nöqsansızlığına malik olmasaq və onu qoruyub saxlamasaq, bu xüsusiyyətin bizə faydası olmayacaq. Müasir dünyada tikinti layihələrinin həyata keçirilməsi çox vaxt baha başa gəlir (Luka 14:28, 29). Eləcə də, nöqsansızlığa malik olmaq üçün vaxt və səy tələb olunur, amma bu ona dəyər. Buna görə də gəl üç sualı müzakirə edək: biz nöqsansız insan necə ola bilərik? Məsihçi nöqsansızlığımızı necə qoruya bilərik? Əgər kimsə nöqsansızlığını itiribsə, nə edə bilər?

Biz nöqsansız insan necə ola bilərik?

3, 4. a) Yehova bizə nöqsansızlığa yiyələnməyə necə kömək edir? b) İsanın nümunəsini izləməklə nöqsansızlığa necə yiyələnə bilərik?

3 Əvvəlki məqalədə qeyd olunduğu kimi, nöqsansız insan olub-olmamaq seçimini Yehova öhdəmizə buraxır və bununla O bizə hörmətlə yanaşdığını göstərir. Xoşbəxtlikdən, bu məsələdə O bizi köməksiz qoymur. O bizə bu dəyərli xüsusiyyətə necə yiyələnməyi öyrədir və təlimlərini tətbiq etməyimizə kömək edən müqəddəs ruhundan bol-bol verir (Luka 11:13). Bundan əlavə, nöqsansızlıq yolu ilə yeriməyə çalışanları ruhani müdafiə ilə təmin edir (Sül. məs. 2:7).

4 Yehova bizə nöqsansız insan olmağı necə öyrədir? İlk növbədə, Oğlu İsanı yer üzünə göndərməklə. İsa burada yaşayanda mükəmməl itaətkarlıq təzahür etdirdi. O, «ölümədək itaətkarlıq etdi» (Filip. 2:8). İsa etdiyi hər şeydə, hətta ən çətin anlarda belə səmavi Atasına itaətkar olurdu. O, Yehovaya dedi: «Mənim iradəm deyil, qoy Səninki olsun» (Luka 22:42). Hər birimiz özümüzdən soruşmalıyıq: «Məndə də bu cür itaətkarlıq ruhu varmı?» Düzgün motivlərlə itaətkarlığa can atmaqla nöqsansız insan olacağıq. Gəl həyatımızın hansı sahələrində itaətkarlığın xüsusilə vacib olduğunu nəzərdən keçirək.

5, 6. a) Təklikdə qalanda belə nöqsansız davranmağın vacibliyini Davud necə vurğulamışdı? b) Məsihçilər təklikdə olanda onların nöqsansızlığı necə sınanır?

5 Hətta təklikdə olanda da Yehovaya itaət etməliyik. Məzmurçu Davud belə anlarda nöqsansız olmağın vacibliyini vurğulayır. (Məzmur 101:2 ayəsini oxua.) Bir padşah kimi, Davud həmişə xalqın gözü qarşısında idi. Şübhə yoxdur ki, ona çox vaxt yüzlərlə, hətta minlərlə insan baxırdı. (Məzmur 26:12 ayəsi ilə müqayisə et.) Belə hallarda nöqsansızlıq təzahür etdirmək vacib idi, çünki padşah xalqına yaxşı nümunə olmalı idi (Qanun. t. 17:18, 19). Bununla belə, Davud öyrəndi ki, «evində» tək olanda da nöqsansız davranmalıdır. Bəs bizim barəmizdə nə demək olar?

6 Məzmur 101:3 ayəsində Davudun sözlərini oxuyuruq: «İyrənc şeylərdən gözümü çəkəcəyəm». Bu gün, xüsusilə də biz tək olanda iyrənc şeylərə baxmaq imkanı çoxdur. İnternetə daxil olmaq imkanı çoxlarına bu sahədə problemlər yaradıb. Nalayiq, hətta pornoqrafik materiallara baxmaq tələsinə düşmək asandır. Bəs biz belə ediriksə, Davudu yuxarıdakı sözləri yazmağa ilhamlandıran Allaha itaət edirikmi? Pornoqrafiya acı nəticələr verir, çünki düzgün olmayan və tamahkar arzuları alovlandırır, vicdanı korlayır, ər-arvad arasında münasibətləri pozur və hər kəsin ləyaqətini alçaldır (Sül. məs. 4:23; 2 Kor. 7:1; 1 Salon. 4:3-5).

7. Təklikdə olanda nöqsansızlıq təzahür etdirməyimizə hansı prinsiplər kömək edər?

7 Əlbəttə, Yehovanın heç bir xidmətçisi heç də tək deyil. Səmavi Atamız bizə məhəbbətlə nəzarət edir. (Məzmur 11:4 ayəsini oxu.) Sənin şirnikdirici təsirə müqavimət göstərdiyini görəndə Yehova necə də sevinir! Belə davranmaqla sən İsanın Matta 5:28 ayəsində yazılan xəbərdarlığına diqqət yetirirsən. Səni düzgün olmayan hərəkətlərə təşviq edən təsvirlərə baxmamağa var gücünlə qəti qərarlı ol. Dəyərli nöqsansızlığını biabırçı pornoqrafiyaya baxmağa və ya onu oxumağa dəyişmə!

8, 9. a) Daniel və onun dostları nöqsansızlıqla bağlı hansı çətinliklə üzləşmişdilər? b) Bu gün gənc məsihçilər Yehovanı və həmimanlılarını necə sevindirirlər?

8 İmanımıza şərik olmayanlar arasında olanda da Yehovaya itaətkarlıq göstərməklə nöqsansızlıq təzahür etdirə bilərik. Danieli və onun üç dostunu xatırla. Yeniyetmə ikən onlar Babilə əsir aparılmışdılar. Yehova haqqında çox az və ya heç nə bilməyən imansızlar arasında olan bu dörd ibrani Allahın qanununda qadağan olunmuş yeməkləri yemək məcburiyyəti ilə üzləşmişdi. Bu gənclər Allahın qanununa riayət etməmək üçün asanlıqla çoxlu bəhanələr tapa bilərdilər. Axı valideynləri, İsrail ağsaqqalları və kahinlər onların nə etdiklərini görə bilmirdilər. Bəs onları kim görürdü? Yehova! Təzyiqə və riskə baxmayaraq, onlar möhkəm mövqe tutdular və Allaha itaət etdilər (Dan. 1:3-9).

9 Bunun kimi də, Yehovaya dünyanın hər yerində xidmət edən gənc Şahidlər eyni mövqeyi tuturlar — onlar Allahın məsihçilər üçün qoyduğu normalara riayət edir və həmyaşıdlarının zərərli təzyiqinə uymurlar. Siz gənclər narkotiklər qəbul etməkdən, zorakı əməllərdən, söyüş söyməkdən, əxlaqsızlıqdan və düzgün olmayan başqa hərəkətlərdən imtina edəndə Yehovaya itaətkarlıq göstərmiş olursunuz. Belə etməklə siz nöqsansızlıq göstərir, həm özünüzə fayda gətirir, həm də Yehovanı və həmimanlılarınızı sevindirirsiniz (Məz. 110:3).

10. a) Cinsi əxlaqsızlığa dair hansı yanlış nöqteyi-nəzər bəzi gənclərin nöqsansızlıqda güzəştə getmələrinə səbəb olmuşdur? b) Nöqsansızlıq bizi cinsi əxlaqsızlıq təhlükəsindən necə qoruyacaq?

10 Biz əks cinsdən olan insanlarla davranışımızda da itaətkarlıq göstərməliyik. Əxlaqsızlığın Allahın Kəlamında qadağan olunduğunu bilirik. Lakin itaətkar insandan itaətsiz insana çevrilmək asandır. Məsələn, bəzi gənclər oral və ya anal sekslə, yaxud bir-birlərinin cinsiyyət orqanlarını sığallamaqla məşğul olurlar və belə hərəkətlərin «əslində cinsi əlaqə» olmadığını düşündükləri üçün bunun bir o qədər də pis olmadığı qənaətinə gəlirlər. Belə gənclər Müqəddəs Kitaba əsasən cinsi əxlaqsızlıq sözünün mənasına düzgün olmayan bütün bu hərəkətlərin daxil olduğunu və buna görə insanın yığıncaqdan kənar oluna bildiyini ya unudurlar, ya da buna məhəl qoymurlarb. Dəhşətlisi isə odur ki, onlar nöqsansızlığın vacibliyinə əhəmiyyət vermirlər. Biz nöqsansızlığı təzahür etdirməyə çalışdığımız üçün pis əməllərimizə bəraət qazandırmağa cəhd etmirik. Biz mümkün qədər günaha yaxınlaşmağa və eyni zamanda cəzasız qalmağa çalışmırıq. Biz yalnız düzgün olmayan hərəkətlərimizə görə alacağımız cəza barədə düşünmürük. Əksinə, Yehovanı sevindirən işlər edəcəyik, Onu kədərləndirən şeylərdən isə qaçınacağıq. Günaha nə dərəcədə yaxınlaşa biləcəyimizi düşünmək əvəzinə, ondan uzaq duracağıq və ‘cinsi əxlaqsızlıqdan çəkinəcəyik’ (1 Kor. 6:18). Belə etməklə həqiqətən də nöqsansız insan olduğumuzu göstəririk.

Nöqsansızlığımızı necə qoruya bilərik?

11. Nəyə görə itaətkarlıq təzahür olunan hər bir əməl əhəmiyyətlidir? Nümunə gətir.

11 Biz itaətkarlıq göstərməklə nöqsansızlığa yiyələnirik, itaətkar qalmaqla isə nöqsansızlığımızı qoruyuruq. Bir dəfə itaətkarlıq göstərmək əhəmiyyətsiz, xırda iş kimi görünə bilər. Lakin itaətkarlıq təzahür olunan belə əməllər zaman keçdikcə üst-üstə yığılır. Nümunə üçün: bir kərpic əhəmiyyətsiz görünə bilər, amma onları səliqə ilə üst-üstə yığsaq, gözəl ev tikərik. Beləliklə, itaətkarlıq təzahür olunan əməllərimizi artırmaqla nöqsansızlığımızı qoruyuruq (Luka 16:10).

12. Davud pis rəftarla və ədalətsizliklə üzləşəndə nöqsansızlığı qorumaqda bizə necə nümunə qoydu?

12 Çətinliklərə, pis rəftara və ya üzləşdiyimiz ədalətsizliyə tab gətirəndə nöqsansızlığımız xüsusilə nəzərə çarpır. Müqəddəs Kitabdan Davudun nümunəsinə nəzər salaq. O, cavanlığında Yehovanın hakimiyyətinin təmsilçisi hesab olunan padşah tərəfindən təqiblərə tab gətirirdi. Padşah Şaul Yehovanın lütfünü itirmişdi və Allahın iltifat göstərdiyi Davuda paxıllıq edirdi. Buna baxmayaraq, Şaul bir müddət hakimiyyət başında qaldı və Davudu təqib etmək üçün İsrail ordusundan istifadə edirdi. Yehova bu ədalətsizliyin bir neçə il davam etməsinə yol verdi. Bəs Davud buna görə Allahdan incidimi? Artıq tab gətirməyin mənasız olduğu qənaətinə gəldimi? Qətiyyən! O, hətta əlinə fürsət düşəndə belə Şaulu arxadan vurmaqdan imtina etməklə onun mövqeyinə dərin hörmətini qoruyub saxladı (1 Şam. 24:2-7).

13. Əgər qəlbimizə toxunublarsa və ya bizi incidiblərsə, nöqsansızlığımızı necə qoruya bilərik?

13 Davudun nümunəsi bizə necə də böyük təsir bağışlayır! Biz qeyri-kamil insanlardan ibarət olan ümumdünya yığıncağının bir hissəsiyik. Onlardan hər biri istənilən an bizə qarşı haqsızlıq edə, hətta həqiqətdən uzaqlaşa bilər. Xoşbəxtlikdən, biz elə bir dövrdə yaşayırıq ki, Yehovanın xalqının hamısını pozmaq qeyri-mümkündür (Yeşaya 54:17). Amma yenə də, əgər kimsə bizi məyus edir və ya hisslərimizə toxunursa, buna necə reaksiya verməliyik? Əgər ürəyimizdə həmimanlımıza qarşı kin-küdurət saxlayırıqsa, Allah önündə nöqsansızlığımız təhlükə altındadır. Başqalarının hərəkətləri Allahdan inciməyimizə, yaxud sədaqətsiz olmağımıza əsla bəraət qazandırmır (Məz. 119:165). Hətta sınaqlarla üzləşəndə belə təhəmmül etməyimiz nöqsansızlığımızı qorumağa kömək edəcək.

14. Nöqsansızlığı təzahür etdirən insanlar təşkilati və təlim dəyişikliklərinə necə münasibət göstərirlər?

14 Təşkilatda olan dəyişikliklərdə səhv axtarmamaqla və tənqidi olmamaqla da nöqsansızlığımızı qoruya bilərik. Bu isə Yehovaya sadiq olmaq deməkdir. O Öz xalqını indi daha çox xeyir-dualandırır. Təmiz ibadət hələ heç zaman bəşər tarixində bu qədər uca tutulmamışdır (Yeşaya 2:2-4). Müqəddəs Kitab ayələrinin izahatlarına və ya nəyi necə etməyə dair dəyişikliklər olanda onları qəbul etmək istəyirik. Ruhani işığın get-gedə artdığının sübutlarını görmək bizə sevinc bəxş edir (Sül. məs. 4:18). Əgər biz dəyişikliyi başa düşməkdə çətinlik çəkiriksə, onda Yehovadan kömək diləməliyik. Nöqsansızlığımızı qorumaqla itaətkarlıq təzahür etdiririk.

Əgər kimsə nöqsansızlığını itiribsə, nə edə bilər?

15. Nöqsansızlığını yalnız kim əlindən ala bilər?

15 Bu sual bizi ciddi düşünməyə vadar edir, elə deyilmi? Əvvəlki məqalədən öyrəndiyimiz kimi, nöqsansızlıq olduqca vacib xüsusiyyətdir. Onsuz bizim nə Yehova ilə münasibətimiz, nə də gələcəyə gerçək ümidimiz olardı! Yadda saxla: sənin nöqsansızlığını kainatda yalnız bir şəxs əlindən ala bilər. O şəxs də sənin özünsən. Əyyub bu həqiqəti yaxşı başa düşürdü. O demişdir: «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (Əyy. 27:5). Əgər sən də belə qəti qərarlısansa və Yehova ilə yaxın münasibətlərdə qalırsansa, nöqsansızlığını heç vaxt itirməyəcəksən (Yaq. 4:8).

16, 17. a) Əgər kimsə ciddi günah işlədibsə, nə etməli deyil? b) O, nə etməlidir?

16 Lakin bəziləri öz nöqsansızlıqlarını qoruya bilməmişlər. Həvarilərin günlərində olduğu kimi, müasir məsihçilərin bəziləri dəfələrlə ciddi günaha yol vermişlər. Əgər bu səninlə də baş veribsə, vəziyyətdən çıxış yolu varmı? Bəli, var. Bəs nə etmək olar? Əvvəlcə gəl görək nəyi etməməliyik. İnsan işlətdiyi günahı valideynlərindən, həmimanlılarından və ya ağsaqqallardan gizlətməyə meyllidir. Lakin Müqəddəs Kitab bizə xatırladır: «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Sül. məs. 28:13). Günahını ört-basdır etməyə çalışanlar ciddi səhvə yol verirlər, çünki Allahdan bir şey gizlətmək mümkün deyil. (İbranilərə 4:13 ayəsini oxu.) Bəziləri hətta ikili həyat sürürlər: onlar özlərini elə göstərirlər ki, sanki Yehovaya xidmət edirlər, amma eyni zamanda günah da işlədirlər. Belə insanlar artıq nöqsansızlıqlarını itiriblər. Ciddi günahlarını ört-basdır edən adamların ibadəti Yehovaya məqbul deyil. Əksinə, belə ikiüzlülük Onu qəzəbləndirir (Sül. məs. 21:27; Yeşaya 1:11-16).

17 Əgər məsihçi ciddi günaha yol veribsə, onun necə davranacağına dair Müqəddəs Kitabın aydın rəhbərliyi var. O, ağsaqqallardan kömək istəməlidir. Ciddi ruhani xəstəliyə tutulanlara kömək etmək üçün Yehova ağsaqqallar təyin edib. (Yaqub 5:14 ayəsini oxu.) Yol vermə ki, yığıncağın sənə qarşı tətbiq edəcəyi intizam və ya islah tədbirləri qarşısında qorxu ruhani sağlamlığını bərpa etməyə mane olsun. Məgər müdrik insan ölümcül xəstəlikdən sağalmaq üçün müvəqqəti ağrıya səbəb olacaq iynədən və ya cərrahiyyə əməliyyatından imtina edəcəkmi? (İbr. 12:11).

18, 19. a) Nöqsansızlığı bərpa etməyin mümkün olduğunu Davudun nümunəsi necə göstərir? b) Nöqsansızlığını qorumağa nə dərəcədə qətiyyətlisən?

18 Tamamilə sağalmaq üçün hansısa ümid varmı? İtirilmiş nöqsansızlığı bərpa etmək mümkündürmü? Davudun nümunəsinə qayıdaq. O, ciddi günaha yol verdi: başqasının arvadına tamah saldı, zina etdi və günahsız ərin öldürülməsini təşkil etdi. O zaman Davudun nöqsansız olduğunu düşünmək çox çətin idi, elə deyilmi? Onun vəziyyəti çıxılmaz idimi? Davud buna görə cəzalandırılmalı idi və cəzalandırıldı da. Sidq-ürəkdən tövbə etdiyi üçün Yehova ona mərhəmət göstərdi. Bu, Davud üçün dərs oldu və heç nəyə baxmayaraq, itaətkarlıq göstərməklə öz nöqsansızlığını bərpa etdi. Davudun həyatı Süleymanın məsəlləri 24:16 ayəsində yazılanların nümunəsi idi: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar». Bunun nəticəsi nə oldu? Davudun ölümündən sonra onun haqqında Yehovanın Süleymana dediyinə diqqət yetirək. (1 Padşahlar 9:4 ayəsini oxu.) Allah Davudu Ona «ürək bütövlüyü» ilə xidmət edən, yəni nöqsansız insan kimi yadında saxladı. Yehova tövbə edən insanı hətta ciddi günah ləkəsindən də təmizləyə bilər (Yeşaya 1:18).

19 Bəli, sən Yehovaya məhəbbətdən irəli gələrək itaətkarlıq göstərməklə nöqsansız insan olacaqsan. Sadiq qal və ciddi günah etsən, səmimi-qəlbdən tövbə et. Nöqsansızlığımız necə də qiymətlidir! Gəlin hər birimiz: «Mən isə kamalla [«nöqsansızlıqla», YD] gəzirəm» sözlərini deyən Davud kimi qəti qərarlı olaq (Məz. 26:11).

[Haşiyələr]

a Məzmur 101:2: «Kamillik [«nöqsansızlıq», YD] yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam».

b «Gözətçi Qülləsi»nin 2004-cü il 1 may sayının 11-ci səhifəsinin 15-ci abzasına bax.

Necə cavab verərdiniz?

• Sən nöqsansız insan necə ola bilərsən?

• Sən nöqsansızlığını necə qoruya bilərsən?

• Nöqsansızlığı necə bərpa etmək olar?

[8-ci səhifədəki çərçivə]

«SİZİN HƏRƏKƏTİNİZ... TƏRİFƏLAYİQDİR»

Bu sözləri hamiləliyinin beşinci ayında olan qadın tanımadığı bir adamın xeyirxahlığı və nöqsansızlığı barədə demişdi. O, kafedə oturmuşdu və oranı tərk etdikdən bir neçə saat sonra pul kisəsini itirdiyini aşkar etdi. Onun içində 2 000 dollar var idi və bu qadın adətən özü ilə bu qədər pul gəzdirmirdi. «Mən mütəəssir olmuşdum», — deyə o, bir qədər sonra yerli qəzetə verdiyi müsahibəsində bildirdi. Lakin həmin pul kisəsini tapan bir gənc qadın dərhal onun sahibini axtarmağa başladı. Axtarışları heç bir nəticə verməyəndə kisəni polis məntəqəsinə apardı və polis onun sahibini tapdı. «Sizin hərəkətiniz həqiqətən də tərifəlayiqdir», — deyə həmin hamilə qadın minnətdarlığını bildirdi. Nəyə görə bu gənc qadın pulu qaytarmaq üçün çoxlu səy göstərdi? Həmin qəzetdə qeyd edilirdi ki, o, «Yehovanın Şahidi kimi tərbiyə olunduğu üçün nöqsansızlıq təzahür etdirdi».

[9-cu səhifədəki şəkil]

Gənclər sınaqlarla üzləşərkən nöqsansızlıqlarını qoruya bilərlər

[10-cu səhifədəki şəkil]

Davud nöqsansızlığını itirsə də, onu bərpa etdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş