Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/2 s. 29—32
  • Layiqli, sadə və Allaha məqbul məsihçi dəfn mərasimləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Layiqli, sadə və Allaha məqbul məsihçi dəfn mərasimləri
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • «Murdar bir şeyə toxunmayın»
  • Mövqeyini aydın bildir
  • Mövqeyini yazılı şəkildə bildir
  • Qoy dəfn mərasimləri sadə olsun
  • Şənliyin yeridirmi?
  • Qoy başqaları fərqi görsün
  • Yehovanın Şahidləri dəfn mərasimlərinə necə yanaşır?
    Tez-tez verilən suallar
  • Allaha məqbul olmayan ən’ənələrdən özünüzü qoruyun
    Gözətçi qülləsi 2005
Gözətçi qülləsi 2009
w09 15/2 s. 29—32

Layiqli, sadə və Allaha məqbul məsihçi dəfn mərasimləri

HƏR YANDAN ağlaşma səsi gəlir. Xüsusi qara paltar geyinmiş mərsiyə deyənlər qışqıraraq şiddətlə özlərini yerə çırpırlar. Rəqqaslar qulaqbatırıcı musiqi sədaları altında o tərəf-bu tərəfə yırğalanırlar. Başqaları yeyib-içir, ucadan gülür və şənlənir. Bəziləri isə su yerinə axan palma şərabından və pivədən içərək sərxoş halda yerə döşəniblər. Bu nə məclisdir belə? Bu, dünyanın bəzi yerlərində mərhumla vidalaşmaq üçün yüzlərlə insanın yığışdığı adi dəfn mərasimidir.

Bir çox Yehovanın Şahidləri həddən artıq mövhumatçı və ölülərdən qorxan qohum-qonşuların əhatəsində yaşayırlar. Milyonlarla insan inanır ki, adam öləndə əcdadlarının ruhuna qovuşur və yaşayanlara kömək etmək və ya zərər vurmaq gücünə malik olur. Bir çox dəfn adət-ənənələri bu inancla sıx bağlıdır. Əlbəttə, ölən üçün ağlamaq normal haldır. Elə vaxtlar olub ki, hətta İsa və şagirdləri ölən əzizləri üçün ağlayıblar (Yəh. 11:33-35, 38; Həv. iş. 8:2; 9:39). Lakin onlar heç vaxt, o dövrün insanları kimi, öz hisslərini ifadə edərkən ifrata varmırdılar (Luka 23:27, 28; 1 Salon. 4:13). Nəyə görə? Çünki onlar ölənlərin vəziyyəti haqqında həqiqəti bilirdilər.

Müqəddəs Kitabda aydın deyilir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir... Ölülərin sevgisi, nifrəti, paxıllığı artıq məhv olub... Gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:5, 6, 10). Allahdan ilham almış bu Müqəddəs Kitab ayələri aydın göstərir ki, ölən insan şüursuz vəziyyətdə olur. O nə düşünə, nə hiss edə, nə danışa, nə də anlaya bilir. Bu vacib Müqəddəs Kitab həqiqətini anlamağımız məsihçi dəfn mərasimlərinin keçirilməsinə necə təsir etməlidir?

«Murdar bir şeyə toxunmayın»

Milliyyətindən və mədəniyyətindən asılı olmayaraq, Yehovanın Şahidləri ölülərin şüurlu vəziyyətdə olması və yaşayanlara təsir etməsi etiqadı ilə bağlı hər bir adət-ənənədən qəti surətdə qaçırlar. Gecə tabutun yanında oturmaq, dəfn mərasimlərindən sonra şənliklər qurmaq, il vermək, ölü üçün qurbanlar gətirmək və dul qadınlar üçün dini ayinlər təsis etmək Allahın gözündə murdar hesab olunur və Onun xoşuna gəlmir, çünki bu işlər Müqəddəs Yazılara zidd gedən şeytani təlim olan ruhun ölməzliyi ilə bağlıdır. Həqiqi məsihçilər ‘həm Rəbbin, həm də cinlərin süfrəsinə ortaq ola bilməzlər’, buna görə də onlar bu adət-ənənələrdə iştirak etmirlər (1 Kor. 10:21). Onlar: «Ayrılın; murdar bir şeyə toxunmayın» əmrinə tabe olurlar (2 Kor. 6:17). Lakin belə bir mövqe tutmaq heç də həmişə asan olmur.

Afrikada və dünyanın başqa yerlərində insanların əksəriyyəti inanır ki, müəyyən ənənələrə riayət edilməzsə, əcdadların ruhu qəzəblənər. Belə adət-ənənələrə riayət etməmək bütün cəmiyyəti lənətə və bədbəxtliyə düçar edəcək ciddi təhqir hesab olunur. Müqəddəs Kitaba zidd gedən dəfn ayinlərində iştirak etməkdən imtina etdikləri üçün bir çox Yehovanın Şahidləri tənqid və təhqir atəşinə məruz qalır və yaşadıqları kənddən və ya ailələrindən qovulmaqla hədələnirlər. Bəziləri cəmiyyətə və mərhuma hörmətsizlikdə ittiham olunurlar. Məsihçi olmayanlar bəzən məsihçi dəfn mərasimlərində təşkilatçılığı zorla öz əllərinə alırlar. Belə hallarda Allaha məqbul olmayan ənənələrin keçirilməsində təkid edənlərlə toqquşmalardan necə qaça bilərik? Ən əsası, Yehova ilə münasibətlərimizə zərər vura biləcək natəmiz ayin və adətlərdən özümüzü necə qoruya bilərik?

Mövqeyini aydın bildir

Dünyanın bəzi yerlərində qəbilə ağsaqqallarının və qohumların dəfn mərasimi ilə bağlı qərarlar qəbul etməsi adi haldır. Belə hallarda məsihçilər aydın bildirməlidirlər ki, dəfn mərasimi Yehovanın Şahidləri tərəfindən Müqəddəs Kitab prinsiplərinə əsasən təşkil olunacaq və keçiriləcək (2 Kor. 6:14-16). Məsihçi dəfn mərasimində həmimanlılarımızın vicdanını narahat edəcək və ölülərin vəziyyəti ilə bağlı nəyə inandığımızı və nə öyrətdiyimizi bilən insanları büdrədəcək şeylər baş verməməlidir.

Məsihçi yığıncağından dəfn mərasimini keçirmək xahiş olunanda ağsaqqallar Müqəddəs Yazılara əsaslanan faydalı məsləhətlər verə bilərlər ki, hər şey Allaha məqbul tərzdə keçsin. Əgər Yehovanın Şahidi olmayan insanlar natəmiz ənənələrin keçirilməsini istəyərlərsə, möhkəm durmaq və məsihçi mövqeyimizi cəsarətlə, eyni zamanda nəzakətlə və hörmətcil tərzdə izah etmək olduqca vacibdir (1 Pet. 3:15). İmanımıza şərik olmayan qohumlar bundan sonra da natəmiz ayinlərə əməl etməyimizi təkid edərlərsə, onda necə? Bu zaman ailənin həqiqətdə olan üzvləri mərasimdə iştirak etməmək qərarına gələ bilərlər (1 Kor. 10:20). Belə olanda yerli Padşahlıq Zalında və ya başqa münasib yerdə dəfn məruzəsi söylənilə bilər ki, öz əzizlərini itirdiklərinə görə həqiqətən də kədərli olanlar ‘Müqəddəs Yazılardan təsəlli’ alsınlar (Rom. 15:4). Cənazə orada olmasa belə, bu mərasim layiqli və tamamilə məqbul olacaq (Qanun. t. 34:5, 6, 8). İmanda olmayan qohumların kobud tərzdə müdaxiləsi gərginliyi və kədəri artıra bilər, lakin bizim düzgün olan şeyi etməyə qəti qərarlı olmağımız ‘ən üstün qüdrəti’ verməyə qadir olan Allahın nəzərindən qaçmadığını bilmək bizə təsəlli gətirə bilər (2 Kor. 4:7).

Mövqeyini yazılı şəkildə bildir

İnsan öz dəfn mərasiminin keçirilməsinə dair yazılı göstərişlər versə, Şahid olmayan qohumlarla mülahizə yürütmək asan olacaq, çünki, çox ehtimal ki, onlar mərhumun arzularına hörmətlə yanaşacaqlar. Dəfn mərasiminin necə aparılacağını, nə zaman və harada keçəcəyini, onun təşkil olunmasında kimin rəhbərlik edəcəyini yazılı şəkildə göstərmək vacibdir (Yar. 50:5). İmzalanmış və şahidlər tərəfindən təsdiq olunmuş sənəd daha böyük qüvvəyə malikdir. Müqəddəs Kitaba əsaslanan uzaqgörənliyə və müdrikliyə malik olan insanlar bilirlər ki, bu addımı atmaq üçün ahıl yaşlarına çatmağı və ölümcül xəstəliyə tutulmağı gözləmək lazım deyil (Sül. məs. 22:3; Vaiz 9:12).

Bəziləri belə yazılı sənədi tərtib etmək haqda fikirləşəndə özlərini narahat hiss edirlər. Lakin bunu etmək məsihçi yetkinliyinin və başqalarına məhəbbətin təzahürüdür (Filip. 2:4). İnsanın ölümündən sonra qohumlar onun ailə üzvlərindən özünün nə inanmadığı, nə də ki qəbul etmədiyi natəmiz adət-ənənələrə riayət etməyə vadar edə bilərlər. Buna görə də, belə məsələnin həllini onun ölümündən sonra kədər içində olacaq doğmalarının öhdəsinə buraxmaqdansa, özü həll etsə, daha yaxşı olar.

Qoy dəfn mərasimləri sadə olsun

Afrikanın müxtəlif hissələrində bir çoxları inanır ki, əcdadların ruhları qəzəblənməsin deyə dəfn mərasimi böyük və təmtəraqlı olmalıdır. Bəziləri dəfn mərasimlərindən cəmiyyətdəki mövqelərini və var-dövlətlərini nümayiş etdirmək üçün istifadə edirlər (1 Yəh. 2:16). Mərhumu «layiqli tərzdə» dəfn etmək üçün çoxlu vaxt, qüvvə və pul sərf olunur. Mümkün qədər çox insan cəlb etmək məqsədilə müxtəlif yerlərdə mərhumun böyük şəkillərini vururlar, bununla da dəfn mərasimini reklam etdirirlər. Üzərində mərhumun şəkli olan maykalar buraxılır və paylanır ki, onun üçün yas tutanlar geyinsin. İnsanları valeh etmək üçün mürəkkəb konstruksiyalı və bahalı tabutlardan istifadə olunur. Bir Afrika ölkəsində bəziləri var-dövlətlərini, yüksək mövqelərini nümayiş etdirmək üçün o həddə çatırlar ki, maşına, təyyarəyə, qayığa və sairə şeylərə oxşayan tabutlar düzəltdirirlər. Hamı görsün deyə mərhumu tabutdan götürüb, xüsusi bəzədilmiş çarpayıya uzadırlar. Ölən qadına bəyaz gəlinlik paltarı geyindirə və daş-qaşlarla, mirvarilərlə bəzəyə və kosmetika çəkə bilərlər. Allahın xalqının istənilən üzvünə belə ayinlərdə iştirak etmək yaraşarmı?

Yetkin məsihçilər, Allahın prinsiplərini bilməyən və ya onlara məhəl qoymayan insanlardan fərqli olaraq, ifrata varmamağın müdriklik olduğunu bilirlər. Biz başa düşürük ki, təmtəraqlı və Müqəddəs Kitaba zidd gedən adət-ənənələr və ayinlər Atadan deyil, tezliklə keçib gedəcək bu dünyadandır (1 Yəh. 2:15-17). Başqalarını üstələməyə təhrik edən məsihçilərə yaraşmayan rəqabət ruhundan özümüzü gözləməliyik (Filip. 2:3). Təcrübə göstərir ki, ölülər qarşısında qorxu ictimai həyatın və mədəniyyətin canına hopduğu yerlərdə dəfn mərasimlərində əksər hallarda çox böyük və nəzarət etmək çətin olan məclislər qurulur, buna görə də belə məclislər nəzarət altından tez çıxır. Ölüyə ehtiram və ya sitayiş məsihçi olmayanları natəmiz hərəkətlərə təhrik edə bilər. Belə dəfn mərasimlərində şivən qopararaq ucadan ağı demək, meyiti qucaqlamaq, sanki sağ imiş kimi onunla danışmaq, üstünə pul və başqa əşyalar qoymaq kimi şeylər baş verə bilər. Əgər məsihçi dəfn mərasimlərində də bu kimi hallara yol verilərsə, Yehovanın və Onun xalqının adına böyük ləkə gətirər (1 Pet. 1:14-16).

Ölülərin vəziyyəti haqqında həqiqəti bilmək bizə cəsarət verəcək ki, dəfn mərasimlərində dünyanın ruhundan əsər-əlamət olmasın (Efes. 4:17-19). İsa dünyada yaşamış ən böyük və ən görkəmli insan olsa da, təmtəraqsız və sadə dəfn edildi (Yəh. 19:40-42). Dəfn mərasiminin bu cür keçməsi ‘Məsihin ağlına malik’ olanlar üçün rüsvayçılıq deyil (1 Kor. 2:16). Məsihçi dəfn mərasimlərinin Allahı sevənlər üçün ləyaqətli keçməsi və bu mərasimlərdə Müqəddəs Yazılara əsasən natəmiz hesab olunan şeylərin olmaması üçün ən yaxşısı onu sadə və təmtəraqsız keçirməkdir.

Şənliyin yeridirmi?

Bəzi yerlərdə ölünü basdırdıqdan sonra adət-ənənəyə görə qohum-qonşular və başqa insanlar böyük məclis qurub yüksək musiqi sədaları altında çalıb-oynayırlar. Belə məclislər çox vaxt sərxoşluq və eyş-işrətlə müşayiət olunur. Bəziləri iddia edirlər ki, belə şənliklər ölümün gətirdiyi kədəri aradan qaldırmağa kömək edir. Digərləri isə bunun sadəcə onların mədəniyyətinin bir hissəsi olduğunu deyir. Amma çoxları fikirləşir ki, belə kef məclisləri insana hörmət göstərmək üçün və onun ruhunun bədəndən çıxıb əcdadlarına qovuşması üçün keçirilən ayinin vacib hissəsidir.

Həqiqi məsihçilər Müqəddəs Kitabın növbəti sözlərinin müdrikliyini görürlər: «Qüssə gülməkdən yaxşıdır, çünki üzün qəmgin olması insan üçün daha yaxşıdır» (Vaiz 7:3). Üstəlik, onlar insan ömrünün qısa olduğunu və dirilmə ümidi üzərində sakitcə düşünməyin faydalı olduğunu bilirlər. Həqiqətən də, Yehova ilə sıx münasibəti olan insan üçün «ölüm günü... doğum günündən yaxşıdır» (Vaiz 7:1). Buna görə də dəfn mərasimlərindən sonra keçirilən şənliklərin spiritizmlə bağlı olduğunu və əxlaqsızlıqla müşayiət edildiyini bildiyimiz üçün məsihçilərin onları təşkil etməsi və hətta orada iştirak etməsi münasib deyil. Yas yerlərində bu cür kef dalınca qaçanlarla bir məclisdə olmaq Yehovaya hörmətsizlik olar və həmimanlılarımızın vicdanına pis təsir edər.

Qoy başqaları fərqi görsün

Biz necə də şadıq ki, ruhani zülmətdə olanların arasında geniş yayılmış ölülər qarşısında vahiməli qorxudan azad olmuşuq! (Yəh. 8:32). Biz «işıq övladları kimi» öz kədərimizi sadə, hörmətcil tərzdə ifadə edirik, çünki ölülərin hansı vəziyyətdə olduqlarını bilir və möhkəm dirilmə ümidinə malikik (Efes. 5:8; Yəh. 5:28, 29). Belə ümidin sayəsində ‘ümidsiz olanlar’ kimi həddən artıq kədərə qərq olmayacağıq (1 Salon. 4:13). Bu bizə insan qorxusuna üstün gələrək həqiqi ibadətdə möhkəm qalmağa cəsarət verəcək (1 Pet. 3:13, 14).

Bizim Müqəddəs Kitab prinsiplərinə sadiqliyimiz insanlara «Allaha qulluq edənlə etməyən arasındakı fərqi» görməyə imkan yaradacaq (Mal. 3:18). Bir gün ölüm yox olacaq (Vəhy 21:4). Bu möhtəşəm vədin həyata keçməsini gözlədiyimiz müddətdə qoy Yehova bizi ləkəsiz, nöqsansız və pis dünyadan və Allahı rüsvay edən adət-ənənələrdən uzaq durduğumuzu görsün (2 Pet. 3:14).

[30-cu səhifədəki şəkil]

Necə dəfn olunmamızla bağlı yazılı surətdə göstərişlər vermək müdriklik olardı

[31-ci səhifədəki şəkil]

Məsihçi dəfn mərasimləri sadə və layiqli tərzdə keçməlidir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş