Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/2 s. 22—23
  • Gileadın 125-ci buraxılışı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gileadın 125-ci buraxılışı
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Missionerlər Yeremya kimi olmağa təşviq olunurlar
  • Gileadın 123-cü buraxılışı
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2009
w09 15/2 s. 22—23

Gileadın 125-ci buraxılışı

Missionerlər Yeremya kimi olmağa təşviq olunurlar

RƏHBƏRLİK ŞURASININ üzvü Cefri Cekson «Gilead Məktəbinin bu sinfinin tarixi bir hadisə» olduğunu bəyan etdi. O bu sözləri 2008-ci il 13 sentyabr tarixində keçirilən Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 125-ci buraxılışında iştirak edən 6 156 nəfərə ünvanlamışdı. Gilead Məktəbi, bu sinfin 56 məzunu da daxil olmaqla, «dünyanın ən uzaq yerlərinə qədər» 8 000-dən çox missioner göndərmişdir! (Həv. iş. 1:8).

Proqramın sədri Cekson qardaş soruşdu: «Etibarlı olmağınız xidmətinizi daha da keyfiyyətli edəcəkmi?» Sonra o, etibar qazanmağın dörd üsulunu sadaladı: düzgün əhval-ruhiyyəyə malik olmaq, yaxşı nümunə vermək, yalnız Allahın Kəlamına əsasən öyrətmək və diqqətlərini Yehovanın adını bəyan etməyə cəmləmək.

Təlim komitəsində xidmət edən Devid Şafer «Hər şeyi anlayacaqsanmı?» adlı mövzunu müzakirə etdi. Qardaş Gileadın məzunlarını əmin etdi ki, əgər onlar Yehovanı axtarmağa davam edib ‘sadiq və ağıllı qulu’ həlimliklə qəbul etsələr, missioner xidmətlərində ehtiyacları olan «hər şeyi anlaya» biləcəklər, yəni yaxşı missioner olmaq üçün hər şeyləri olacaq (Sül. məs. 28:5; Mat. 24:45).

Sonra Rəhbərlik Şurasının üzvü Con Barr «Qoy səni Allahın məhəbbətindən heç nə ayırmasın» mövzusu ilə çıxış etdi. Barr qardaş ata nəvazişi ilə məzunları və onların valideynlərini ruhlandırdı və yeni missionerlərin təyinatlarında üzləşə biləcəkləri çətinliklərə dair bütün qorxu və həyəcanlarını aradan qaldırdı. O izah etdi ki, «Allahın məhəbbəti həyatda ola biləcəyimiz ən təhlükəsiz, ən rahat yerdir». Missionerlərin özlərindən başqa, onları heç nə Allahın məhəbbətindən ayıra bilməz.

Teokratik Məktəblər Şöbəsində xidmət edən Sem Roberson dinləyiciləri ‘ən gözəl libası geyinməyə’ təşviq etdi. İsanın etdiklərini araşdırmaqla və öyrəndiklərini özlərinə tətbiq etməklə, məzunlar ‘İsa Məsihi geyinə’ bilərlər (Rom. 13:14, İ–93). Daha sonra Teokratik Məktəblər Şöbəsinin nəzarətçisi Uilyam Semyuelson insanı şərəfli edən şeyin nə olduğunu vurğuladı. İnsanı şərəfli edən insanların yox, Allahın fikridir.

Məktəbin müəllimlərindən biri Maykl Bernett məzunlardan təlim zamanı xidmətdə baş verən maraqlı hadisələr haqda müsahibə götürdü. Patersonda (Nyu-York) keçirilən Gilead Məktəbində təlim aldıqları müddətdə tələbələrin əksəriyyəti əsaslı surətdə və tez-tez işlənilmiş ərazilərdə xidmət etmələrinə baxmayaraq, yenə də həqiqətə maraq göstərən insanlara rast gəlmişlər. Konqreslər Şöbəsində xidmət edən Cerald Qrizzl Filial Komitələrinin üzvləri üçün Məktəbdə təlim almış üç qardaşdan müsahibə götürdü. Onların sözləri Gileadın məzunlarına xarici təyinatlarında üzləşəcəkləri çətinliklərə hazır olmağa kömək etdi.

«Yeremya kimi olun» adlı məruzə ilə Rəhbərlik Şurasının üzvü, 42-ci sinfin məzunu Devid Spleyn çıxış etdi. Yeremya təyinat alanda qorxu içində olsa da, Yehova onu möhkəmləndirdi (Yer. 1:7, 8). Aldıqları təyinatda Allah yeni missionerləri də möhkəmləndirəcək. Spleyn qardaş dedi: «Əgər kiminləsə aranda problemin varsa, oturub həmin adamda həqiqətən də qiymətləndirdiyin on xüsusiyyəti yaz. Əgər sən onda on xüsusiyyət sadalaya bilmirsənsə, deməli, həmin adamı kifayət qədər yaxşı tanımırsan».

Yeremya fədakar idi. Hər şeyi atıb qaçmaq istəyəndə o dua edirdi və Yehova heç zaman onu darda qoymurdu (Yer. 20:11). Spleyn qardaş dedi: «Taqətdən düşdüyünü hiss edəndə bu haqda Yehovaya danış. Yehovanın sənə necə kömək edəcəyinə özün təəccüblənəcəksən».

Buraxılışın sonunda proqramın sədri dinləyicilərə xatırlatdı ki, məzunlar bu məktəbdə etibar qazanmağın müxtəlif üsullarını öyrəndilər. Missionerlərin etibarlı olması sayəsində, çatdırdıqları xəbər daha da təsirli olacaq (Yeşaya 43:8-12).

[22-ci səhifədəki çərçivə]

SİNFİN STATİSTİK MƏLUMATLARI

Təmsil edilən ölkələrin sayı: 6

Təyinat verilən ölkələrin sayı: 21

Tələbələrin sayı: 56

Orta yaş həddi: 32,9

Həqiqətdə olmalarının orta il həddi: 17,4

Tammüddətli xidmətlərinin orta il həddi: 13

[23-cü səhifədəki şəkil]

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 125-ci sinfinin buraxılışı

Aşağıdakı siyahıda cərgələr qabaqdan arxaya doğru nömrələnib, adlar isə hər cərgədə soldan sağa sadalanıb.

1) Hocson A.; Uoll A.; Birens K.; Hortelano M.; Nyuman L.; De Kaso A. 2) Cenkins C.; Carzemski T.; Mendes N.; Korona V.; Kanalita L. 3) Frayer H.; Savic M.; Tidvell K.; Erikson N.; Dik E.; Makbet R. 4) Peres L.; Pyuz L.; Skidmor A.; Yanq B.; Makbrayd N.; Rondon P.; Qudman E. 5) Birens M.; Ferquson C.; Pirson N.; Çapman L.; Vordel C.; Kanalita M. 6) Peres P.; De Kaso D.; Yanq T.; Rondon D.; Qudman Q.; Cenkins M.; Dik Q. 7) Korona M.; Uoll R.; Pyuz S.; Mendes F.; Carzemski S.; Savic T. 8) Nyuman K.; Ferquson D.; Skidmor D.; Erikson T.; Makbrayd C.; Pirson M.; Çapman M. 9) Hocson K.; Vordel A.; Makbet A.; Tidvell T.; Frayer C.; Hortelano C.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş