Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/4 s. 3
  • «Hələ əcəlim çatmamışdı»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Hələ əcəlim çatmamışdı»
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Hər şeyin öz vaxtı var
    Gözətçi qülləsi 2009
  • Taleyiniz sizin ixtiyarınızdadırmı?
    Gözətçi qülləsi 2005
  • Giriş
    Oyanın! 2020
Gözətçi qülləsi 2009
w09 1/4 s. 3

«Hələ əcəlim çatmamışdı»

İri zibil maşını sürücünün nəzarətindən çıxdı. Yoldan qırağa çıxıb səki ilə gedən bir ər-arvadı və 23 yaşlı gənc oğlanı vurdu. «Nyu-York Siti» qəzetinin verdiyi məlumata görə, ər-arvad yerindəcə keçindi, gənc oğlan isə aldığı zərbədən huşunu itirdi. Özünə gəlib baş verənləri biləndə, onun ağlına ilk gələn fikir bu olmuşdu: «Bunların həqiqət olduğuna inana bilmirəm. Aman Allah, canımı mənə bağışla». Sonra o demişdi: «Hələ əcəlim çatmamışdı».

YƏQİN siz buna bənzər hadisələr eşitmisiniz. Bəla kimdənsə yan keçəndə, insanlar deyirlər ki, hələ onun əcəli çatmamışdı, amma kimsə gözlənilməz hadisə nəticəsində öləndə: «Bununku da bura kimi imiş» və ya «Allah bilən məsləhətdir», qənaətinə gəlirlər. Bunu istər talenin, qismətin, alın yazısının, istərsə də Allahın ayağına yazsınlar, məntiq etibarilə hamısı eyni şeyi fikirləşir. Çoxları inanır ki, həyatlarında baş verən hadisələr və onların nəticələri əvvəlcədən yazılıb və bunu heç cür dəyişmək mümkün deyil. İnsanlar bu cür qənaətə təkcə kimsə öləndə, yaxud hansısa hadisə baş verəndə gəlmirlər; bu fikir ta qədimdən mövcuddur.

Məsələn, qədim babillilər ulduzların və onların hərəkətlərinin insanların işlərinə təsir etdiyinə inanırdılar. Buna görə də rəhbərlik üçün göylərdən işarə və əlamət axtarırdılar. Yunanlar və romalılar, kiminin bəxtini pis, kimininkini yaxşı yazmaq səlahiyyəti ilə hətta baş allahlar sayılan Zevs və Yupiterin iradəsini belə, hərdən sanki kölgədə qoyan tale ilahələrinə sitayiş edirdilər.

Şərq ölkələrində, hindular və buddistlər inanırlar ki, insanın hazırda başına gələnlər onun keçmiş həyatda etdiklərinin nəticəsidir və onun indiki həyatdakı hərəkətləri gələcək həyatında nələrlə üzləşəcəyini müəyyən edir. Xristian aləminin bir çox kilsələri də daxil olmaqla, başqa dinlər də özlərinin alın yazısı təlimi ilə yuxarıda sadalanan inancları qəbul etmiş olurlar.

Buna görə də təəccüblü deyil ki, elmi cəhətdən inkişaf etdiyi və hər şeyə obyektiv baxıldığı güman edilən əsrimizdə bir çox insanlar hələ də həyatdakı vəziyyətlərini, gündəlik işlərinin nəticəsini və ümumiyyətlə həyatlarını talenin idarə etdiyinə və ona müdaxilə etmək üçün çox az şey edə biləcəklərinə inanırlar. Siz də mi belə fikirləşirsiniz? Doğrudanmı həyatdakı hadisələr, müvəffəqiyyətlər və uğursuzluqlar, hətta dünyaya gəlişimiz və ölümümüz qabaqcadan müəyyənləşdirilib? Həyatınızı talemi idarə edir? Gəlin görək Müqəddəs Kitab bu suallara necə cavab verir.

[İcazə ilə]

Ken Murray/New York Daily News

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş