Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 17—19
  • Oruc tutmaq insanı Allaha yaxınlaşdırırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oruc tutmaq insanı Allaha yaxınlaşdırırmı?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın yazıldığı dövrdə oruc
  • Oruc tutmaq məsihçilər üçün mütləqdirmi?
  • Özünüzü tələlərdən gözləyin
  • Tarazlı münasibət
  • Müqəddəs Kitabda oruc tutmaq barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Orucla bağlı sual
    İsa Məsihin həyatı və xidməti
  • Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Gözətçi qülləsi 2009
w09 1/7 s. 17—19

Oruc tutmaq insanı Allaha yaxınlaşdırırmı?

«Oruc tutmaq insana Allahla münasibətləri haqda dərindən düşünməyə kömək edir və maddi şeylərin həyatda heç də ən vacib şey olmadığını yadına salır». (KATOLİK DİNİNƏ MƏNSUB QADIN).

«Oruc insana Allahla vəhdətdə olmağa kömək edir». (YƏHUDİ RAVVİNİ).

«Mənim dinimdə oruc tutmaq olduqca vacibdir. Bu, Allaha sədaqət və minnətdarlığı göstərməyin ən gözəl üsuludur. Mən Allahı sevdiyim üçün oruc tuturam». (BAHAİ MƏZHƏBİNƏ MƏNSUB QADIN).

BUDDİZM, Hinduizm, İslam, Caynizm və İudaizm də daxil olmaqla, dünyanın bir çox dinlərində oruc ayini icra edilir. Çoxları inanır ki, müəyyən vaxt ərzində özünü yeməkdən məhrum etməklə insan Allaha yaxınlaşır.

Bəs siz necə düşünürsünüz? Oruc tutmaq mütləqdirmi? Allahın Kəlamı olan Müqəddəs Kitabda bu məsələyə dair nə deyilir?

Müqəddəs Kitabın yazıldığı dövrdə oruc

Müqəddəs Kitabın yazıldığı dövrdə bəzi insanların müxtəlif səbəblərə görə tutduğu oruc Allaha məqbul idi. Onlar günahlarına görə dərin kədər və peşmançılıq hissini ifadə etmək (1 Şamuel 7:4-6), Allahın iltifatını və rəhbərliyini əldə etmək (Hakimlər 20:26-28; Luka 2:36, 37), yaxud düşünərkən diqqəti cəmləmək məqsədilə (Matta 4:1, 2) oruc tuturdular.

Digər tərəfdən, Müqəddəs Kitabda Allahın bəyənmədiyi oruclardan da söz açılır. Şaul padşah ruh çağıranın yanına getməmişdən əvvəl oruc tutmuşdu (Levililər 20:6; 1 Şamuel 28:20). İzevel kimi pis insanlar, habelə həvari Paveli öldürməyi planlaşdıran təəssübkeşlər oruc elan etmişdilər (1 Padşahlar 21:7-12; Həvarilərin işləri 23:12-14). Fəriseylər müntəzəm oruc tutmaları ilə yaxşı tanınırdılar (Mark 2:18). Lakin İsa onları mühakimə edirdi, həm də onların tutduğu oruc Allahda heç bir təəssürat oyatmırdı (Matta 6:16; Luka 18:12). Eynilə, pis hərəkətlərinə və yanlış niyyətlərinə görə Allah bəzi israillilərin tutduğu orucu qəbul etmədi (Yeremya 14:12).

Bu nümunələr göstərir ki, oruc öz-özlüyündə Allahın lütfünü qazandırmır. Lakin Allah bir çox səmimi xidmətçilərinin tutduğu orucu qəbul etmişdi. Belə olduqda, məsihçilər oruc tutmalıdır, ya yox?

Oruc tutmaq məsihçilər üçün mütləqdirmi?

Musanın Qanunu yəhudilərdən ildə bir dəfə, Kəffarə günündə ‘özlərini hər şeydən məhrum etməyi’, yəni oruc tutmağı tələb edirdi (Levililər 16:29-31; Məzmur 35:13). Bu, Yehovanın Öz xalqına tutmağı əmr etdiyi yeganə oruc idia. Musanın Qanunu altında yaşayan yəhudilərdən bu əmrə tabe olmaq gözlənilirdi. Ancaq məsihçilərdən bu Qanuna riayət etmək tələb olunmur (Romalılara 10:4; Koloslulara 2:14).

İsa Qanunla tələb olunan orucu tutsa da, oruc tutan adam kimi tanınmırdı. O, şagirdlərinə oruc tutarkən özlərini necə aparmalı olduqlarını söyləsə də, heç vaxt onlara oruc tutmağı əmr etməmişdi (Matta 6:16-18; 9:14). Bəs onda nə üçün İsa onun ölümündən sonra şagirdlərinin oruc tutacaqlarını demişdi? (Matta 9:15). Bu, əmr deyildi. İsanın sözləri sadəcə olaraq göstərirdi ki, şagirdləri dərin kədər hissi keçirəcəklər, buna görə də ağızlarına çörək belə almaq istəməyəcəklər.

Oruc tutan erkən məsihçilər haqda Müqəddəs Kitabda yazılan iki hadisə göstərir ki, insanın düzgün niyyətdən irəli gələrək özünü yeməkdən məhrum etməsi Allaha məqbuldurb (Həvarilərin işləri 13:2, 3; 14:23). Bununla belə, məsihçilərdən oruc tutmaq tələb olunmur. Ancaq oruc tutmaq istəyən insan müəyyən təhlükələrdən də halı olmalıdır.

Özünüzü tələlərdən gözləyin

Orucla bağlı qaçmalı olduğumuz tələlərdən biri lovğalıq hissidir. Müqəddəs Kitab bizi «saxta təvazökarlıq»dan (YD) çəkindirir (Koloslulara 2:20-23). Müntəzəm oruc tutduğu üçün özünü başqalarından üstün sanan fərisey haqda İsanın məsəlindən bu qənaətə gələ bilərik ki, Allah belə əhval-ruhiyyəyə ikrahla yanaşır (Luka 18:9-14).

Başqalarının sözü ilə oruc tutmaq, yaxud bunu aləmə car çəkmək yanlış hərəkət olardı. Matta 6:16-18 ayələrinə əsasən, İsa insanın tutduğu orucun onunla Allah arasında gizli qalmalı olduğunu və bunu başqalarına elan etməməyi məsləhət görürdü.

Heç vaxt kimsə düşünməməlidir ki, oruc tutmaqla müəyyən dərəcədə günahları yumaq olar. Orucun Allaha məqbul olması üçün Onun qanunlarına əməl edilməlidir (Yeşaya 58:3-7). Günahlar oruc tutmağın yox, səmimi qəlbdən tövbə etməyin sayəsində bağışlanır (Yoel 2:12, 13). Müqəddəs Kitab vurğulayır ki, biz Yehovanın Məsihin qurbanlığı ilə ifadə olunan lütfü sayəsində əfv olunuruq. Nə isə etməklə, eləcə də oruc tutmaqla bağışlanmağa layiq olmaq qeyri-mümkündür (Romalılara 3:24, 27, 28; Qalatiyalılara 2:16; Efeslilərə 2:8, 9).

Yeşaya 58:3 ayəsi geniş yayılan daha bir yanlış fikri təsvir edir. İsraillilər düşünürdülər ki, oruc tutmaqla Allaha lütf göstərirlər və O da əvəzində nə isə etməyə borcludur. Onlar soruşurdular: «Oruc tutduğumuzu nə üçün görmürsən, özümüzü həlim edirik, sən isə fikir vermirsən?» Bu gün də bir çoxları tutduqları orucun müqabilində Allahdan yaxşılıq gözləyirlər. Gəlin özümüzü bu cür hörmətsizlikdən və Müqəddəs Kitaba zidd gedən əhval-ruhiyyədən qoruyaq!

Bəziləri oruc tutmaqla, özlərini döyməklə və bu kimi şeylər etməklə bədənlərinə cəfa verərək Allahın rəğbətini qazanacaqlarına inanırlar. Allahın Kəlamı ‘bədənə əziyyət verməyin heç bir dəyəri’ olmadığını göstərərək, belə təsəvvürü mühakimə edir (Koloslulara 2:20-23).

Tarazlı münasibət

Oruc tutmaq nə mütləq deyil, nə də bunda səhv bir şey yoxdur. Əgər yuxarıda xatırlanan təhlükələrdən qaçınılsa, orucun müəyyən hallarda faydası da dəyə bilər. Buna baxmayaraq, Allaha məqbul ibadətdə oruc tutmaq mühüm əhəmiyyət kəsb etmir. Yehova «xoşbəxt Allahdır» və xidmətçilərinin də xoşbəxt olmasını istəyir (1 Timoteyə 1:11, YD). Onun Kəlamında deyilir: «İnsan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:12, 13).

İbadətimiz bizə sevinc gətirməlidir, ancaq Müqəddəs Kitabda oruc tutmaq heç vaxt xoşbəxliklə əlaqələndirilmir. Üstəlik, yeməkdən imtina etmək sağlamlığımıza pis təsir edəcəksə və ya Yaradanın həqiqi məsihçilərə həvalə etdiyi sevinc gətirən işi — Padşahlıq haqda xoş xəbəri təbliğ etmək işini yerinə yetirməyə taqətimiz qalmayacaqsa, bu cür orucun xeyrindən çox zərəri dəyəcək.

Oruc tutub-tutmamağımızdan asılı olmayaraq, başqalarını mühakimə etməməliyik. Həqiqi məsihçilər arasında bu məsələ ilə bağlı fikir ayrılığı olmamalıdır, «çünki Allahın Səltənəti yemək və içmək məsələsi deyil, ancaq salehlik, sülh və Müqəddəs Ruhda sevincdir» (Romalılara 14:17).

[Haşiyələr]

a Esterin Purim bayramından əvvəl tutduğu orucu Allah əmr etməsə də, görünür, onun orucunu məqbul saymışdı.

b Müqəddəs Kitabın bəzi tərcümələrinə ən qədim yunan əlyazmalarında olmayan, orucla bağlı əlavə fikirlər daxil edilmişdir (Matta 17:21; Mark 9:29; Həvarilərin işləri 10:30; 1 Korinflilərə 7:5).

[18-ci səhifədəki şəkil]

Fəriseylər oruc tutmaqla saxta təvazökarlıq təzahür etdirirdilər

[19-cu səhifədəki yazı]

«Allahın Səltənəti yemək və içmək məsələsi deyil, ancaq salehlik, sülh və... sevincdir»

[19-cu səhifədəki çərçivə]

Böyük oruc haqda nə demək olar?

Deyilənə görə, 40 gün ərzində tutulan Böyük oruc İsanın 40 günlük orucunu yad etmək məqsədilə tutulur. Ancaq İsa heç vaxt şagirdlərinə həmin orucu yad etmələrini tapşırmamışdı və şagirdlərinin də bunu etdiyinə heç bir sübut yoxdur. Pasxadan qabaq tutulan 40 günlük oruc haqqında ilk etibarlı məlumata Afanasiyin b. e. 330-cu ilinə aid olan məktublarında rast gəlindiyi hesab olunur.

İsa ölümündən qabaq yox, vəftiz olunduqdan dərhal sonra oruc tutduğundan, bəzi dinlərdə orucun pasxadan əvvəlki həftələrdə tutulması qəribə görünə bilər. Ancaq ilin əvvəlində 40 gün oruc tutmaq qədim babillilər, misirlilər və yunanlar arasında geniş yayılmışdı. Görünür, Xristian dünyasında icra edilən bu ayin öz başlanğıcını onlardan götürmüşdür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş