Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/4 s. 24—28
  • Böyük Musanı qəbul edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Böyük Musanı qəbul edin
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Məsihi təmsil edən Allahın sadiq xidmətçiləri
  • Musa — İsanın sələfi
  • İsa ilə Musa arasındakı oxşarlıqlar
  • Məsihi peyğəmbər kimi qəbul edin
  • Məsihi bir Vasitəçi kimi qiymətləndirin
  • Bir Xilaskar kimi Məsihə ehtiram göstərin
  • Yehovanın yollarını öyrənirik
    Gözətçi qülləsi 2005
  • Musanın imanı qədər imanın varmı?
    Gözətçi qülləsi 2014
  • Musa peyğəmbər — məhəbbət dolu bir insan
    Gözətçi qülləsi 2013
  • Gözünüz kimə dikilib?
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/4 s. 24—28

Böyük Musanı qəbul edin

«Allahımız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq; hər işdə, sizə nə söylərsə Onu dinləyərsiniz» (HƏV. İŞ. 3:22).

1. İsa Məsih tarixin gedişatına necə təsir göstərmişdir?

İKİ min il əvvəl bir oğlan uşağı dünyaya gələndə çobanlar göydə çoxsaylı mələklərin Allahı tərənnüm etdiyini eşitmişdilər (Luka 2:8-14). Otuz il sonra, həmin uşaq yetkin yaşa çatanda cəmi üç il yarım davam edən, amma tarixin gedişatını dəyişən bir xidmətə başladı. XIX əsrin tanınmış tarixçisi Filip Şaff həmin gənc haqqında demişdi: «Həyatı boyunca heç bir sətir yazmasa da, keçmişin və indiki dövrün bütün dahilərini birgə götürdükdə, o, daha çox qələmləri hərəkətə gətirmiş və daha çox moizələrin, nitqlərin, diskussiyaların, elm və incəsənət əsərlərinin və həmd nəğmələrinin yaranmasına təsir etmişdir». Əlbəttə, həmin görkəmli gənc İsa Məsih olmuşdur.

2. Həvari Yəhya İsa və onun xidməti barədə nə yazmışdır?

2 İsanın xidmətini qələmə alan həvari Yəhya «Müjdə»sinin sonunda demişdi: «İsanın etdiyi başqa çox şeylər hələ vardır və əgər birər-birər yazılmış olsalar, sanıram ki, yazılan kitablar dünyaya belə sığmazdı» (Yəh. 21:25). Yəhya başa düşürdü ki, İsanın hadisələrlə zəngin üç il yarım xidməti ərzində bütün söylədiklərinin və etdiklərinin yalnız cüzi bir hissəsini qeydə almaq mümkündür. Amma buna baxmayaraq, onun «Müjdə»sində öz əksini tapan tarixi hadisələr bizim üçün böyük əhəmiyyət kəsb edir.

3. İsanın Allahın niyyətindəki rolunu dərindən başa düşməyimizə nə kömək edə bilər?

3 Dörd vacib «Müjdə»dən əlavə, Müqəddəs Kitabın başqa hissələrində də İsanın həyatı haqqında imanı möhkəmləndirən təfsilatlar yazılıb. Məsələn, İsadan öncə yaşamış bəzi sadiq kişilərin həyatı Allahın niyyətində onun oynadığı rolu dərindən başa düşməyimizə kömək edir. Gəlin onlardan bir neçəsini nəzərdən keçirək.

Məsihi təmsil edən Allahın sadiq xidmətçiləri

4, 5. İsanı kimlər təmsil edirdi və necə?

4 Yəhya və digər «Müjdə»ləri yazan üç nəfər İsanın Allahın məsh edilmişi və gələcək Padşah mövqeyini təmsil edən insanlar kimi Musaya, Davuda və Süleymana işarə edir. Allahın bu qədim xidmətçiləri hansı mənada İsanı təmsil edirdilər və biz bu məlumatlardan nə öyrənə bilərik?

5 Qısaca desək, Müqəddəs Kitab Musanın peyğəmbər, vasitəçi və xilaskar olduğunu deyir. Eynilə, İsa da peyğəmbər, vasitəçi və xilaskardır. Davud çoban və İsrailin düşmənləri üzərində qələbə çalan padşah idi. İsa da çoban və fateh padşahdır (Yez. 37:24, 25). Sadiq qaldığı müddətdə Süleyman müdrik hökmdar idi və onun hökmranlığı dövründə İsraildə sülh hökm sürürdü (1 Pad. 4:25, 29). İsa da ən yüksək müdrikliyə malikdir və «Əmin-amanlıq Hökmdarı» adlanır (Yeşaya 9:6). Aydın görünür ki, Məsih İsa və qədimdə yaşamış bu adamların rolu oxşardır, ancaq İsa Allahın niyyətində daha böyük rol oynayır. Əvvəlcə, gəlin İsanı Musa ilə müqayisə edək və görək, bu cür müqayisə İsanın Allahın niyyətindəki rolunu daha çox başa düşməyə və qiymətləndirməyə necə kömək edir.

Musa — İsanın sələfi

6. Həvari Peter İsaya qulaq asmağın vacibliyini necə başa saldı?

6 Həvari Peter eramızın 33-cü ilinin Pentikost günündən qısa müddət sonra Musanın İsa Məsihin üzərində yerinə yetən peyğəmbərliyini sitat gətirdi. Peter məbəddə ibadət etməyə gələn izdihamın qarşısında çıxış edirdi. Peterlə Yəhya anadangəlmə bir çolağı sağaldanda xalq «dərin heyrət içində» nə baş verdiyini görmək üçün qaçıb ora toplaşdı. Peter izah etdi ki, bu möcüzə İsa Məsih vasitəsilə fəaliyyət göstərən Yehovanın müqəddəs ruhunun nəticəsidir. Sonra İbranicə Müqəddəs Yazılardan sitat gətirərək dedi: «Musa atalarımıza demişdi: “Allahımız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq; hər işdə, sizə nə söylərsə Onu dinləyərsiniz”». (Həv. iş. 3:11, 22, 23; Qanunun təkrarı 18:15, 18, 19 ayələrini oxu.)

7. Nəyə görə Peterin dinləyiciləri Musadan böyük olan peyğəmbər haqqında dediklərini başa düşdülər?

7 Görünür, Musanın bu sözləri Peterin dinləyicilərinə yaxşı tanış idi. Yəhudi olduqları üçün onlar Musaya dərin ehtiram bəsləyirdilər (Qanun. t. 34:10). Onlar Musadan da böyük bir peyğəmbərin gəlişini böyük intizarla, səbirsizliklə gözləyirdilər. Bu peyğəmbər Musa kimi adi məsh edilmiş deyil, əsrlər öncə Allah tərəfindən haqqında peyğəmbərlik edilmiş bir Məsih olacaqdı. O, ‘Allahın [Yehovanın] seçdiyi Məsih’ olacaqdı (Luka 23:35).

İsa ilə Musa arasındakı oxşarlıqlar

8. Musa ilə İsanın həyatındakı oxşarlıqlardan bəziləri hansılardır?

8 İsa yer üzündə yaşayarkən onun həyatı ilə Musanın həyatı arasında müəyyən oxşarlıqlar vardı. Məsələn, körpə olanda həm Musa, həm də İsa zalım hökmdarın əlindən xilas edilmişdi (Çıx. 1:22–2:10; Mat. 2:7-14). Üstəlik, hər ikisi də ‘Misirdən çağırılmışlar’. Huşə peyğəmbər demişdir: «İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım» (Huşə 11:1). Huşənin sözləri İsrail xalqının Allah tərəfindən məsh edilən Musanın başçılığı altında Misirdən çıxdığı vaxta işarə edirdi (Çıx. 4:22, 23; 12:29-37). Lakin Huşənin sözləri yalnız keçmişdə baş vermiş hadisəyə deyil, həm də gələcəyə aid idi. Onun sözləri Hirod padşahın ölümündən sonra Yusiflə Məryəmin İsa ilə birlikdə Misirdən qayıtdıqları zaman yerinə yetən peyğəmbərlik idi (Mat. 2:15, 19-23).

9. a) Musa və İsa hansı möcüzələri göstərmişdilər? b) Musa ilə İsa arasındakı digər oxşarlıqları sadalayın. (26-cı səhifədəki «Musa ilə İsa arasındakı digər oxşarlıqlar» adlı çərçivəyə baxın.)

9 Həm Musa, həm də İsa möcüzələr nümayiş etdirirdi, bu isə Yehovanın onları dəstəklədiyini göstərirdi. Müqəddəs Kitaba əsasən, ilk dəfə möcüzələr göstərən Musa olmuşdur (Çıx. 4:1-9). Misal üçün, o, su ilə bağlı möcüzələr göstərərək Nil çayının və hovuzlarının sularını qana döndərmiş, Qırmızı dənizin sularını yarmış və səhrada xalq üçün qayadan su çıxarmışdı (Çıx. 7:19-21; 14:21; 17:5-7). İsa da su ilə bağlı möcüzələr göstərmişdi. Onun ilk möcüzəsi toyda suyu şəraba döndərmək olmuşdu (Yəh. 2:1-11). Bir qədər sonra o, Qalileya dənizində qopan fırtınanı sakitləşdirmişdi. Hətta suların üzərində gəzmişdi! (Mat. 8:23-27; 14:23-25). Musa ilə ondan böyük olan İsa arasındakı digər oxşarlıqlar 26-cı səhifədə göstərilir.

Məsihi peyğəmbər kimi qəbul edin

10. Həqiqi peyğəmbərin vəzifəsi nədən ibarətdir və nəyə görə demək olar ki, Musa məhz belə peyğəmbər idi?

10 İnsanların çoxunun fikrincə, peyğəmbər gələcəyi deyən insandır. Ancaq bu onun vəzifəsinin yalnız bir hissəsidir. Həqiqi peyğəmbər Yehovanın təmsilçisi, ‘Allahın möhtəşəm işlərini’ bəyan edən bir şəxsdir (Həv. iş. 2:11, 16, 17). Bununla yanaşı, peyğəmbərin vəzifəsinə gələcək hadisələrdən xəbər vermək, Yehovanın müəyyən niyyətlərini açıqlamaq və Onun hökmlərini bəyan etmək kimi işlər də daxil idi. Musa məhz belə peyğəmbər olmuşdu. O, Misirin üzərinə gəlməkdə olan On bəlanın hər biri haqqında qabaqcadan xəbər vermişdi. O, Sina dağında kəsilən Qanun əhdinin vasitəçisi idi. Və nəhayət, xalqa Allahın iradəsini öyrədirdi. Bununla belə, Musadan da böyük bir peyğəmbərin gəlişi gözlənilirdi.

11. İsanın bir peyğəmbər kimi Musadan da böyük olduğu nədən görünür?

11 Sonralar, b. e. ə. I əsrdə Zəkəriyyə oğlu Yəhyaya dair Allahın niyyətini açıqlayanda peyğəmbər kimi davrandı (Luka 1:76). Bu oğul uzun müddət ərzində gözlənilən Musadan da böyük olan peyğəmbərin — İsa Məsihin gəlişini bəyan edən Vəftizçi Yəhya oldu (Yəh. 1:23-36). Peyğəmbər kimi, İsa çox şey haqda peyğəmbərlik etmişdi. Misal üçün, o necə, harada və kimlər tərəfindən qətlə yetiriləcəyini qabaqcadan bildirmişdi (Mat. 20:17-19). İsa öz dinləyicilərini təəccübləndirərək Yerusəlimin və onun məbədinin dağılacağını da söyləmişdi (Mark 13:1, 2). Onun peyğəmbərlikləri bizim günlərdə də yerinə yetməkdədir (Mat. 24:3-41).

12. a) İsa ümumdünya təbliğ işinin təməlini necə qoydu? b) Nəyə görə biz bu gün İsanın nümunəsini izləyirik?

12 Peyğəmbər olmaqla yanaşı, İsa həm də təbliğçi və müəllim idi. O, Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edirdi və onun kimi cəsarətlə danışan hələ olmamışdı (Luka 4:16-21, 43). Bir müəllim kimi, onun tayı-bərabəri yox idi. Onu dinləyənlərdən bəziləri deyirdilər: «İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır» (Yəh. 7:46). İsa xoş xəbəri başqaları ilə bölüşməkdə böyük səy göstərmiş və Padşahlıq işində göstərdiyi səyi davamçılarına da sirayət etmişdi. Bununla o, indiyədək davam edən ümumdünya təbliğ və təlim kampaniyasına başlanğıc verdi (Mat. 28:18-20; Həv. iş. 5:42). Keçən il Məsihin 7 000 000-dan çox davamçısı Padşahlıq haqqında xoş xəbərin təbliğinə və maraqlanan insanlara Müqəddəs Kitab həqiqətlərinin öyrədilməsinə təxminən 1 500 000 000 saat sərf etmişdir. Əlindən gəldiyi qədər sən də bu işdə iştirak edirsənmi?

13. ‘Oyaq durmaqda’ bizə nə kömək edəcək?

13 Şübhə yoxdur ki, Yehova Musadan da böyük bir peyğəmbər çıxaracağına dair sözlərini yerinə yetirib. Bunu bilmək sənə necə təsir edir? Bu, Allahın yaxın gələcəyimizlə bağlı peyğəmbərliklərinin həyata keçəcəyinə əminliyini möhkəmləndirirmi? Bəli, Böyük Musanın nümunəsi üzərində düşünmək bizi Allahın tezliklə görəcəyi işləri nəzərə alaraq, ‘oyaq durub ayıq olmağa’ təşviq edir (1 Salon. 5:2, 6).

Məsihi bir Vasitəçi kimi qiymətləndirin

14. Musa israillilərlə Allah arasında necə vasitəçilik etmişdi?

14 Musa kimi, İsa da vasitəçi idi. Vasitəçi tərəflər arasında sanki bir körpüdür. Musa Yehova ilə israillilər arasında kəsilən Qanun əhdinin vasitəçisi idi. Yaqubun oğulları Allahın qanunlarına itaət etsəydilər, Allaha məxsus xalq, Onun yığıncağı olaraq qalacaqdılar (Çıx. 19:3-8). Həmin əhd b. e. ə. 1513-cü ildən bizim eranın I əsrinədək qüvvədə idi.

15. İsa hansı mənada daha üstün vasitəçidir?

15 Eramızın 33-cü ilində Yehova yeni İsraillə, «Allahın İsraili» ilə daha yaxşı əhd bağladı və bu yeni xalq məsh olunmuş məsihçilərdən ibarət ümumdünya yığıncağı oldu (Qalat. 6:16). Musanın vasitəsilə kəsilən əhdə Allah tərəfindən daş lövhələr üzərində yazılmış qanunlar daxil olduğundan İsa vasitəsilə kəsilən əhd daha üstündür. Çünki onun qanunlarını Allah insanların ürəklərinə həkk edir. (1 Timoteyə 2:5; İbranilərə 8:10 ayələrini oxu.) Buna görə də «Allahın İsraili» indi Ona məxsus və Padşahlığın meyvələrini yetişdirən bir xalqdır (Mat. 21:43). Həmin ruhani xalqın üzvləri yeni əhdin iştirakçılarıdır. Ancaq bu əhddən faydalanan yalnız onlar deyil. Hətta hal-hazırda ölüm yuxusunda olanlardan bir çoxu da daxil olmaqla, sayı-hesabı bilinməyən izdiham həmin üstün əhdin sayəsində əbədi xeyir-dualar alacaq.

Bir Xilaskar kimi Məsihə ehtiram göstərin

16. a) Yehova İsraili xilas etmək üçün Musadan necə istifadə etmişdi? b) Çıxış 14:13 ayəsinə əsasən, İsrailin əsil Xilaskarı kim idi?

16 Misirdən çıxdıqları gecə bəzi israilli uşaqlar ciddi təhlükə qarşısında idilər. Tezliklə Allahın mələyi Misirdən keçib ilk doğulan uşaqları öldürməli idi. Yehova Musaya bildirdi ki, əgər israillilər Pasxa quzusunun qanından evlərinin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsələr, onların ilkinləri xilas olacaq (Çıx. 12:1-13, 21-23). Belə də oldu. Bir qədər sonra isə bütün xalq ciddi təhlükə qarşısında idi. İsraillilər arxalarınca düşən misirlilərlə Qırmızı dəniz arasında tələyə düşmüşdülər. Yehova Musa vasitəsilə möcüzəli şəkildə suları yararaq yenə də xalqını xilas etdi (Çıx. 14:13, 21).

17, 18. Hansı mənada İsa Musadan da böyük xilaskardır?

17 Bu xilas tədbirləri nə qədər böyük olsa da, Yehovanın İsa vasitəsilə təqdim etdiyi xilas onlardan daha möhtəşəmdir. İtaətkar insanlar İsa vasitəsilə günahın köləliyindən azad olunurlar (Rom. 5:12, 18). Və bu qurtuluş ‘əbədidir’ (İbr. 9:11, 12). İsanın adı «Yehova xilasdır» mənasını daşıyır. O, bir Xilaskar kimi, bizi nəinki keçmiş günahlardan azad edir, həm də daha yaxşı gələcək üçün yol açır. İsa öz davamçılarını günahın köləliyindən qurtarmaqla onları Allahın qəzəbindən qoruyur və Yehova ilə yaxşı münasibətlər qurmalarına kömək edir (Mat. 1:21).

18 İsa bizi günahdan azad etməklə yanaşı, vaxtı çatanda onun amansız nəticələri olan xəstəliklərdən, hətta ölümdən azad edəcək. Bunu əyani şəkildə təsəvvür etmək üçün İsa 12 yaşlı qızı ölən Yairin evinə gələndə nə baş verdiyinə diqqət yetirək. İsa Yairi əmin etdi: «Qorxma, ancaq iman et və qızın xilas olacaqdır» (Luka 8:41, 42, 49, 50). İsanın sözləri yerinə yetdi və qız dirildi! Onun valideynlərinin sevincini təsəvvür edə bilərsənmi? Onda sənə ‘qəbirlərdə olanların hamısının Onun [İsanın] səsini eşidəcəkləri və qəbirlərindən çıxacaqları’ vaxt nə qədər böyük sevinc olacağını təsəvvür etmək çətin deyil (Yəh. 5:28). Həqiqətən də, İsa bizim Xilaskarımızdır! (Həvarilərin işləri 5:31 ayəsini oxu; Tit. 1:4; Vəhy 7:10).

19, 20. a) İsanın Böyük Musa kimi oynadığı rol üzərində düşünmək sənə necə təsir edir? b) Növbəti məqalədə nə müzakirə olunacaq?

19 İsanın xilasımız üçün gördüyü işlərdən insanların yararlanmasına kömək edə biləcəyimizi bilmək bizi təbliğ və təlim işində iştirak etməyə təşviq edir (Yeşaya 61:1-3). Üstəlik, İsanın hansı mənada Musadan böyük olduğunun üzərində düşünməyimiz bizi daha çox əmin edir ki, o, pislərin üzərində Allahın hökmlərini icra etməyə gələndə öz davamçılarını xilas edəcək (Mat. 25:31-34, 41, 46; Vəhy 7:9, 14).

20 Bəli, İsa Böyük Musadır. O, Musanın heç vaxt edə bilməyəcəyi möhtəşəm işlər görmüşdür. İsanın bir peyğəmbər kimi dediyi sözlər və bir vasitəçi kimi etdiyi işlər bütün bəşər ailəsinə təsir edir. Bir Xilaskar kimi, İsa bəşəriyyət üçün müvəqqəti yox, əbədi xilas gətirir. Bəli, qədimdə yaşamış sadiq insanlardan İsa haqqında çox şey öyrənə bilərik. Növbəti məqalədə İsanın hansı mənada Böyük Davud və Süleyman olduğu müzakirə olunacaq.

İzah edə bilərsinizmi?

Hansı mənada İsa Musadan bir

• peyğəmbər,

• vasitəçi,

• xilaskar

kimi böyükdür?

[26-cı səhifədəki çərçivə/şəkil]

Musa ilə İsa arasındakı digər oxşarlıqlar

◻ Hər ikisi Yehovaya və Onun xalqına xidmət etmək üçün yüksək mövqelərindən imtina etdilər (2 Kor. 8:9; Filip. 2:5-8; İbr. 11:24-26).

◻ Hər iki ikisi də məsh edilmiş, yəni «Məsih» timsalında xidmət etmişlər (Mark 14:61, 62; Yəh. 4:25, 26; İbr. 11:26, YD).

◻ Hər ikisi Yehovanın adını təmsil edirdi (Çıx. 3:13-16; Yəh. 5:43; 17:4, 6, 26).

◻ Hər ikisi həlim idi (Say. 12:3; Mat. 11:28-30).

◻ Hər ikisi izdihamı yedizdirmişdi (Çıx. 16:12; Yəh. 6:48-51).

◻ Hər ikisi də hakim və qanunverən kimi xidmət edirdi (Çıx. 18:13; Mal. 4:4; Yəh. 5:22, 23; 15:10).

◻ Hər ikisinə Allahın evi üzərində başçılıq həvalə olunub (Say. 12:7; İbr. 3:2-6).

◻ Hər ikisi Yehovanın sadiq şahidi kimi təsvir olunurlar (İbr. 11:24-29; 12:1; Vəhy 1:5).

◻ Musanın və İsanın ölümündən sonra Allah onların bədənini götürdü (Qanun. t. 34:5, 6; Luka 24:1-3; Həv. iş. 2:31; 1 Kor. 15:50; Yəhuda 9).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş