Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 31
  • Bədbəxtliklər Allahın cəzasıdırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bədbəxtliklər Allahın cəzasıdırmı?
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Bugünkü fəlakətlərə cəsarətlə sinə gər
    Gözətçi qülləsi 2012
  • Mən nə qədər dözümlüyəm?
    Gənclərin sualları
  • Müqəddəs Kitab mənə təsəlli tapmağa kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Müqəddəs ruhun verdiyi güclə istənilən sınağın öhdəsindən gəlirik
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/10 s. 31

Oxucularımız soruşur

Bədbəxtliklər Allahın cəzasıdırmı?

Başlarına bədbəxt hadisə gələndə insanlarda sual yaranır ki, görəsən Allah niyə onları cəzalandırır. Qəfil xəstəlik, bədbəxt hadisə, ailə üzvlərindən kiminsə vaxtsız ölümü insanda elə fikir yarada bilər ki, başına gələnlər Allahın cəzasıdır.

Bu fikirlərin əksinə olaraq, Allah insanların xoşbəxtliyini, həmçinin pislik və əzabdan uzaq olmalarını istəyir. Bu, ondan görünür ki, Allah Adəmlə Həvvanı yaradanda onları ‘Eden bağında’ yerləşdirdirmişdi. Allahın niyyətinə əsasən, onlar cənnət bağında təlaşsız və əzabsız ömür sürməli idilər (Yaradılış 2:15).

Əfsuslar olsun ki, ilk insanlar bilərəkdən Allahın sözündən çıxdılar və gözəl gələcəkdən məhrum oldular. Bu üsyanın acı nəticələrini, biz də daxil olmaqla, onların bütün nəsli daddı. Nəyə görə onların günahına görə biz əzab çəkməliyik? Təsəvvür edin ki, bir ailənin başçısı kirayə haqqını ödəməkdən boyun qaçırır. Nəticədə bütün ailə evdən çıxarılır, çətinliklər və məhrumiyyətlərlə üzləşir. Buna bənzər tərzdə bəşəriyyət bizim ulu valideynlərimizin itaətsizliyinin acı bəhrələrini biçir (Romalılara 5:12). Həmin hadisədən çox illər sonra saleh Əyyub fəryad edərək demişdi ki, onun ağrıları və dərdi ‘tərəziyə qoyulsaydı, dənizlərin qumundan ağır gələrdi’ (Əyyub 6:2, 3).

Hərdən isə uzaqgörən olmadığımıza görə əzab çəkirik. Təsəvvür edin ki, bir tikinti şirkəti tez-tez yanğın baş verən ərazidə ev tikib satır. Bundan xəbərsiz, siz evlərdən birini alıb ora köçürsünüz. Belə etməklə siz özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmış olmursunuzmu? Fəlakət baş verərsə, bunun Allahın cəzası olduğunu düşünmək doğru olardımı? Bəs buna görə kim məsuliyyət daşıyır? Müqəddəs Kitabda deyilir: «Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar» (Süleymanın məsəlləri 14:15).

Bədbəxtliklərdən müdafiə olunmasaq da, tezliklə Allahın onların kökünü kəsəcəyini bilmək insana təsəlli verir. Vaxtı çatanda biz nəinki bədbəxtliklərlə üzləşməyəcək, hətta onlar haqda heç eşitməyəcəyik də. Bütün göz yaşları, ağrılar, xəstəliklər və ölüm ‘keçib gedəcək’ (Vəhy 21:4). Həmçinin müharibə və təbii fəlakətlərin insanların tikdiyi evləri və saldığı bağları bir daha məhv etməyəcəyi vədi də insanın ürəyini sevindirir. O zaman hər kəs ‘əllərinin işindən zövq alacaq’ (Yeşaya 65:21-25).

Bəs Allahın pisliyi tamamilə məhv edəcəyini gözlədiyimiz bu müddət ərzində özümüzü bədbəxtliklərdən müəyyən dərəcədə necə qoruya bilərik? Bunun üçün Müqəddəs Kitabın növbəti məsləhətinə əməl etmək çox vacibdir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə» (Süleymanın məsəlləri 3:5). Rəhbərlik və təsəlli üçün Allaha müraciət edin. Müqəddəs Kitabda olan müdrikliyə diqqət yetirin. O, sizə müdrik qərarlar verməyə kömək edəcək və qaçılması mümkün olan bir çox bədbəxtliklərdən sizi qoruyacaq (Süleymanın məsəlləri 22:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş