Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 7—11
  • Yehovanın evi üçün qeyrət göstər!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın evi üçün qeyrət göstər!
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Allahın evi keçmişdə və indi
  • Ürəkdən xidmət etməyin gətirdiyi xeyir-dualar
  • Gəlin görüş yerlərimizin qayğısına qalaq
  • Allahın göstərişlərinə əməl et
  • Rəhbərliyə dərhal hay ver
  • Yehovaya sidqi-ürəkdən ibadət edin!
    Gözətçi qülləsi 2017
  • Keçmişdən ibrət götürək
    Gözətçi qülləsi 2017
  • «Yaxşı işlərə səyli» ol!
    Gözətçi qülləsi 2009
  • “Yehova haradadır?” deyə soruşursanmı?
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/6 s. 7—11

Yehovanın evi üçün qeyrət göstər!

«Sənin evin üçün göstərdiyim qeyrət məni yaxıb-yandıracaq» (YƏH. 2:17).

1, 2. Eramızın 30-cu ilində İsa məbəddə nə etdi və nə üçün?

BELƏ bir mənzərəni təsəvvürünə gətir. Eramızın 30-cu ilinin Pasxa bayramıdır. Altı aydır ki, İsa yerüzü xidmətinə başlayıb. İndi o, Yerusəlimə yollanır. Məbədin qeyri-yəhudilər üçün ayrılan həyətində İsa ‘öküz, qoyun və göyərçin satanlar ilə sərrafların oturduqlarını görür’. O, ipdən düzəltdiyi qamçını havada oynadaraq bütün heyvanları və tacirləri oradan qovur. İsa həm də sərrafların pullarını dağıdır və masalarını çevirir. O, göyərçin satanlardan mallarını götürüb oranı tərk etmələrini tələb edir (Yəh. 2:13-16).

2 İsanın bu hərəkəti məbədə etinasız yanaşmadığını göstərir. «Atamın evini alver evinə döndərməyin»,— deyə o əmr edir. Bu hadisənin şahidi olan şagirdlər məzmurçu Davudun əsrlər öncə yazdığı sözləri xatırlayırlar: «Evinin qeyrəti məni yandırıb-yaxdı» (Yəh. 2:16, 17; Məz. 69:9).

3. a) Qeyrət sözünün mənası nədir? b) Özümüzdən nə soruşa bilərik?

3 İsanı bu cür hərəkətə vadar edən Allahın evi üçün qeyrət, yəni səy göstərməsi idi. Qeyrət «fövqəladə səy, cəhd, çalışma» deməkdir. Yaşadığımız XXI əsrdə yeddi milyondan çox məsihçi Allahın evi üçün səy göstərir. Lakin hər birimiz ayrı-ayrılıqda özündən soruşa bilər: «Şəxsən mən Yehovanın evi üçün daha çox səy göstərmək üçün nə edə bilərəm?» Bu suala cavab verməzdən öncə gəlin görək, bu gün Allahın evini nə təmsil edir. Sonra isə Allahın evinin qeyrətini çəkən dörd sadiq kişinin nümunəsinə baxacağıq. Onların nümunəsi «bizə təlim olaraq» yazılıb və bizi daha çox qeyrət göstərməyə təşviq edə bilər (Rom. 15:4).

Allahın evi keçmişdə və indi

4. Süleymanın tikdiyi məbəd hansı məqsədə xidmət edirdi?

4 Qədim İsraildə Allahın evi Yerusəlim­dəki məbəd idi. Əlbəttə, bu o demək deyil ki, Yehova hərfi mənada orada yaşayırdı. O bəyan etmişdi: «Göylər Mənim taxtımdır, yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, dincəldiyim yer harada olacaq?» (Yeşaya 66:1). Bununla belə, Süleymanın hökmranlığı zamanı tikilən məbəd həqiqi ibadətin mərkəzi idi və burada Yehovaya dualar edilirdi (1 Pad. 8:27-30).

5. Süleymanın məbədində edilən ibadət hansı quruluşu təmsil edirdi?

5 Bu gün Yehovanın evi Yerusəlimdə, yaxud hər hansı başqa bir yerdə ucaldılan daş tikili deyil. Bu, Məsihin fidiyə qurbanlığı əsasında Allaha yaxınlaşmağımızı mümkün edən bir quruluşdur. Allahın yer üzündəki bütün sadiq xidmətçiləri bu ruhani məbəddə Ona birgə xidmət edirlər (Yeşaya 60:4, 8, 13; Həv. iş. 17:24; İbr. 8:5; 9:24).

6. Yəhudanın hansı padşahları həqiqi ibadət üçün böyük qeyrət göstərmişdi?

6 B. e. ə. 997-ci ildə İsrail padşahlığı iki hissəyə bölündükdən sonra cənub padşahlığı olan Yəhudada hökmranlıq edən 19 padşahdan yalnız 4-ü — Asa, Yehoşafat, Xizqiya və Yoşiya həqiqi ibadət üçün böyük qeyrət göstərirdi. Onların nümunəsindən biz hansı vacib ibrət dərslərini ala bilərik?

Ürəkdən xidmət etməyin gətirdiyi xeyir-dualar

7, 8. a) Yehova necə xidmətə xeyir-dua verir? b) Asa padşahın nümunəsindən göründüyü kimi, özümüzü nədən gözləməliyik?

7 Asa padşahın hökmranlığı dövründə Yehova xalqını düzgün yola yönəltmək üçün peyğəmbərlər göndərirdi. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Asa Oded oğlu Azarya peyğəmbərə qulaq asdı. (2 Salnamələr 15:1-8 ayələrini oxu.) Asanın apardığı islahat işləri Yəhuda xalqını, eləcə də İsrail padşahlığından Yerusəlimdə keçirilən böyük toplantıya qoşulmaq üçün gələn çoxsaylı insanları birləşdirdi. Onlar bir ağızdan Yehovaya sədaqətlə xidmət etməyə qətiyyətli olduqlarını bəyan etdilər. Biz oxuyuruq: «Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər. Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi» (2 Saln. 15:9-15). Əgər Yehovaya ürəkdən xidmət etsək, əmin ola bilərik ki, O, bizi də xeyir-dualandıracaq (Mark 12:30).

8 Təəssüf ki, Asa görücü Xananidən məsləhət alanda incidi (2 Saln. 16:7-10). Bəs biz Yehovanın məsihçi ağsaqqallar vasitəsilə verdiyi məsləhət və rəhbərliyə necə yanaşırıq? Onların Müqəddəs Yazılar əsasında verdikləri məsləhətlərə dərhal riayət edərək inciklik tələsindən qaçırıqmı?

9. Yehoşafat və Yəhuda xalqı hansı təhlükə ilə üzləşdi və onlar nə etdilər?

9 Yehoşafat b. e. ə. X əsrdə Yəhudada padşahlıq etmişdir. O, bütün Yəhuda xalqı ilə birgə ammonlular, moavlılar və Seir dağlıq bölgəsinin sakinlərinin birləşmiş ordusunun hücumuna məruz qalmaq təhlükəsi ilə üzləşmişdilər. Padşahın gözü qorxsa da, o nə etdi? O və bütün yəhudalılar arvad-uşaqları ilə birlikdə dua etmək üçün Yehovanın evinə toplaşdılar. (2 Salnamələr 20:3-6 ayələrini oxu.) Məbədin həsr olunması zamanı Süleymanın dediyi sözlərə müvafiq olaraq Yehoşafat Yehovaya yalvarmağa başladı: «Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir» (2 Saln. 20:12, 13). Yehoşafatın duasından sonra burada, «camaatın arasında», Yehovanın ruhu levili Yaxazieli xalqa əminlik hasil edən təsəlli sözləri deməyə təşviq etdi. (2 Salnamələr 20:14-17 ayələrini oxu.)

10. a) Yehoşafat və Yəhuda xalqı rəhbərliyi necə almışdı? b) Bu gün biz Yehovanın verdiyi rəhbərliyə görə minnətdar olduğumuzu necə göstərə bilərik?

10 Bəli, o vaxt Yehoşafat və Yəhuda xalqı Yehovadan rəhbərliyi Yaxaziel vasitəsilə aldılar. Biz isə bu gün rəhbərlik və təsəllini sadiq və ağıllı qul sinfi vasitəsilə alırıq. Şübhə yoxdur ki, biz qayğımıza qalan və «sadiq və ağıllı qul»un göstərişlərini həyata keçirən təyin olunmuş ağsaqqallarla daim əməkdaşlıq etmək və onlara hörmətlə yanaşmaq istəyirik (Mat. 24:45; 1 Salon. 5:12, 13).

11, 12. Yehoşafatın və Yəhuda xalqının başına gələnlərdən nə öyrənə bilərik?

11 Yehoşafat və onun xalqı bir yerə toplaşaraq Yehovanın rəhbərliyini axtardığı kimi, gəlin biz də müştərək yığıncaq görüşlərimizə müntəzəm gəlməyə laqeyd yanaşmayaq. Dara düşəndə və nə edəcəyimizi bilməyəndə gəlin Yehoşafat və Yəhuda xalqının gözəl nümunəsini təqlid edək və tam əminliklə duada Yehovaya üz tutaq (Sül. məs. 3:5, 6; Filip. 4:6, 7). Hətta bacı-qardaşlarımızdan ayrı düşsək belə, Yehovaya etdiyimiz yalvarışlar kömək edəcək ki, özümüzü ümumdünya qardaşlığının bir hissəsi kimi hiss edək (1 Pet. 5:9).

12 Yehoşafat öz xalqı ilə birlikdə Allahın Yaxaziel vasitəsilə verdiyi rəhbərliyə riayət etdi. Bunun nəticəsi nə oldu? Onlar döyüşdə qalib gəldilər, «sevinclə» «çənglər, liralar və kərənaylar çalaraq... Rəbbin məbədinə gəldilər» (2 Saln. 20:27, 28). Eynilə biz də Yehovanın Öz kanalı vasitəsilə verdiyi rəhbərliyə hörmət edir və həmd etməkdə Onun xalqına qoşuluruq.

Gəlin görüş yerlərimizin qayğısına qalaq

13. Hökmranlığının əvvəlində Xizqiya hansı işləri görməyə başladı?

13 Hökmranlığının birinci ayında Xizqiya məbədin qapılarını açmaqla və onu təmir etməklə Yehovaya ibadətə səylə yanaşdığını göstərdi. Onun göstərişilə kahinlər və levililər Allahın evini təmizlədilər. İş 16 günə başa çatdırıldı. (2 Salnamələr 29:16-18 ayələrini oxu.) Bu, bizə görüş yerlərimizi yaxşı vəziyyətdə saxlamağa kömək edən texniki xidmət və təmir işləri barədə xatırladır. Çünki görüş yerlərimizin vəziyyəti bizim Yehovaya ibadətə nə dərəcədə səylə yanaşdığımızı göstərir. Məgər siz bacı-qardaşlarımızın bu kimi işlərdə səylə iştirak etməsinin başqa insanlara təəssürat bağışladığı haqda eşitməmisinizmi? Bəli, onların səyləri Yehovaya çoxlu izzət gətirir.

14, 15. Hansı iş bu gün Yehovaya çoxlu izzət gətirir? Nümunə çəkin.

14 İngiltərənin şimalında yerləşən şəhərlərin birində bir kişi əmlakına bitişik olan Padşahlıq Zalında təmir işlərinin aparılmasına razı olmurdu. Lakin yerli qardaşlar onunla xeyirxah və mülayim olmağa çalışırdılar. Zalın və qonşunun mülkiyyəti arasındakı divarın ciddi təmirə ehtiyacı olduğunu görən qardaşlar onu pulsuz təmir etməyi təklif etdilər. Onlar canla-başla çalışırdılar və divarın əksər hissəsini, demək olar ki, yenidən hördülər. Qardaşların bu cür davranışını görən qonşu münasibətini tamamilə dəyişdi. İndi o, Padşahlıq Zalına göz-qulaq olur.

15 Yehovanın xalqı ümumdünya tikinti işində iştirak edir. Çalışqan yerli könüllülər tammüddətli beynəlxalq proqram xidmətçilərindən təkcə Padşahlıq Zallarının tikintisində deyil, həm də Konqres Zallarının və Bet-El binalarının inşasında öz köməklərini əsirgəmirlər. Mühəndis olan Sem istilik, ventilyasiya və kondisioner sistemi üzrə mütəxəssisdir. O, arvadı Rut ilə birgə tikinti layihələrində kömək etmək üçün bir neçə Avropa və Afrika ölkələrində olmuşdur. Harada olmalarından asılı olmayaraq, onlar həmişə yerli yığıncaqlarla birgə təbliğ işində iştirak etmişlər. Beynəlxalq tikinti layihələrində iştirak etməyə onu təşviq edənin nə olduğu barədə Sem deyir: «Məni bu xidmətə təşviq edən müxtəlif Bet-Ellərdə xidmət edən qardaşların nümunəsi oldu. Onların səyini və sevincini görmək kifayət idi ki, məndə də bu xidmət növünə istək yaransın».

Allahın göstərişlərinə əməl et

16, 17. Allahın xalqı hansı xüsusi işdə səylə iştirak edib və onun nəticələri haqda nə demək olar?

16 Xizqiya məbədi təmir etməklə yanaşı, vaxtilə Yehovanın təsis etdiyi illik Pasxa bayramını da bərpa etdi. (2 Salnamələr 30:1, 4, 5 ayələrini oxu.) Xizqiya və Yerusəlimin sakinləri bütün xalqı — hətta şimal padşahlığının sakinlərini də — bu bayramda iştirak etməyə dəvət etdilər. Çaparlar dəvət məktubu ilə bütün ölkəni dolaşıb gəzdilər (2 Saln. 30:6-9).

17 Son bir neçə il ərzində biz də buna bənzər bir işdə iştirak etmişik. Biz gözəl tərtib olunmuş dəvətnamələr paylayaraq ərazimizdə yaşayan insanları, İsanın əmrinə uyğun olaraq, bizimlə birgə Məsihin axşam yeməyində iştirak etməyə dəvət etmişik (Luka 22:19, 20). Xidməti görüşlərdə göstərişlər alaraq biz bu işdə səylə iştirak edirdik. Yehova bizim səyimizi necə də xeyir-dualandırdı! Keçən il bu dəvətnamələri paylayanların sayı təxminən yeddi milyon, Xatirə Gecəsinə gələnlərin sayı isə 17 790 631 nəfər olmuşdur!

18. Həqiqi ibadət üçün qeyrət göstərmək sənin üçün nəyə görə vacibdir?

18 Xizqiya haqqında deyilmişdi: «[O,] İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı. O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi» (2 Pad. 18:5, 6). Gəlin biz də onun kimi davranaq. Allahın evi üçün göstərdiyimiz qeyrət əbədi həyatı gözləyərək ‘Rəbdən yapışmağımıza’ kömək edəcək (Qanun. t. 30:16).

Rəhbərliyə dərhal hay ver

19. Xatirə Gecəsi ərəfəsində hansı xüsusi səylər göstərilir?

19 Yoşiya padşah olanda o da Pasxa bayramının qeyd edilməsi üçün böyük hazırlıq işləri görmüşdü (2 Pad. 23:21-23; 2 Saln. 35:1-19). Biz də vilayət konqreslərinə, rayon və xüsusi birgünlük konqreslərə, həmçinin Xatirə Gecəsinə xüsusilə hazırlıq görürük. Bəzi ölkələrdə qardaşlar Məsihin ölümünü qeyd etmək üçün hətta həyatlarını belə təhlükəyə atırlar. Səyli ağsaqqallar çalışırlar ki, yığıncaqda heç kim nəzərdən qaçmasın. Yaşlı və xəstə olanların bu mərasimdə iştirak edə bilmələri üçün onlara kömək göstərilir.

20. a) Yoşiya padşahın hökmranlığı zamanı nə baş verdi və o, buna necə reaksiya göstərdi? b) Biz nəyin üzərində ciddi düşünməliyik?

20 Yoşiya padşahın gördüyü bərpa işləri zamanı baş kahin Xilqiya «Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı». Xilqiya bu kitabı saray mirzəsi Şafana verdi, o da öz növbəsində kitabı Yoşiyaya oxudu. (2 Salnamələr 34:14-18 ayələrini oxu.) Bu hansı nəticələri gətirdi? Padşah kədərdən dərhal paltarını cırdı və öz adamlarına gedib Yehova ilə məsləhətləşməyi tapşırdı. Qadın peyğəmbər Xuldanın vasitəsilə Allah Yəhudada keçirilən bəzi dini ayinləri mühakimə etdiyini bildirdi. Lakin Yoşiyanın bütpərəst ayinləri aradan qaldırmaq üçün göstərdiyi səy Yehovanın nəzərindən yayınmadı və bütün xalqı fəlakət gözlədiyi halda, o, Yehovanın lütfünü qoruyub saxladı (2 Saln. 34:19-28). Biz bundan nə öyrənə bilərik? Əlbəttə, biz də Yoşiya kimi davranmaq istəyirik. Biz Yehovanın rəhbərliyinə dərhal hay vermək və ibadətimizə dönüklüyün və sədaqətsizliyin təsir etməsinə yol verdiyimiz təqdirdə nələr baş verəcəyi üzərində ciddi düşünmək istəyirik. Əmin ola bilərik ki, Yoşiyanın hadisəsində olduğu kimi, Yehova bizim də həqiqi ibadət üçün göstərdiyimiz qeyrəti bəyənəcək.

21, 22. a) Nəyə görə biz Yehovanın evi üçün qeyrət göstərməliyik? b) Növbəti məqalədə söhbət nədən gedəcək?

21 Yəhudanın dörd padşahı — Asa, Yehoşafat, Xizqiya və Yoşiya Allahın evi və ibadət üçün qeyrət göstərməkdə bizim üçün gözəl nümunə qoyublar. Qeyrət hissi bizi də Yehovaya etibar etməyə və ibadətdə əlimizdən gələni etməyə təşviq etməlidir. Allahın rəhbərliyinə riayət etmək, yığıncaq və ağsaqqallar tərəfindən göstərilən məhəbbət dolu qayğıya və verilən məsləhətlərə hay vermək müdriklikdir və xoşbəxtlik gətirir.

22 Növbəti məqalə diqqətimizi təbliğ xidmətinə səylə yanaşmalı olduğumuza yönəldəcək və gəncləri qayğıkeş Atamıza səylə xidmət etməyə təşviq edəcək. Biz həmçinin Şeytanın ən pozucu təsirlərindən birindən necə qaça biləcəyimizi də nəzərdən keçirəcəyik. Əgər biz Yehovanın buna dair verilən bütün xatırlatmalarına diqqət yetirsək, onda haqqında: «Evinin qeyrəti məni yandırıb-yaxdı» deyilən Yehovanın Oğlunun — İsanın nümunəsini izləmiş olacağıq (Məz. 69:9; 119:111, 129; 1 Pet. 2:21).

Yadınızdadırmı?

• Yehova hansı xidmətə xeyir-dua verir və nə üçün?

• Yehovaya etibar etdiyimizi necə göstərə bilərik?

• Qeyrət hissi bizi Allahın göstərişlərinə əməl etməyə necə təşviq edə bilər?

[9-cu səhifədəki şəkil]

Asa, Yehoşafat, Xizqiya və Yoşiya Yehovanın evi üçün necə qeyrət göstərmişlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş