Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 9
  • Həqiqi xoşbəxtlik puldanmı asılıdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi xoşbəxtlik puldanmı asılıdır?
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • İnsanları xəbərdar etmək üçün daha çox səy göstərin
    Gözətçi qülləsi 2013
  • Ürəklərə yazılmış məhəbbət qanunu
    Gözətçi qülləsi 2005
  • «Dadın, görün necə gözəldir Yehova»
    Gözətçi qülləsi 2021
Gözətçi qülləsi 2009
w09 1/10 s. 9

Həqiqi xoşbəxtlik puldanmı asılıdır?

SONYA İspaniyada anadan olub. Uşaq olanda o, anası ilə Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə gedirdi. Lakin böyüyəndə Londona (İngiltərə) köçdü və maliyyə bazarında işləməyə başladı.

Sonya işini sevirdi. O, çoxlu pul qazanır və əlindən böyük məbləğdə pul keçirdi. İşi ona maraqlı gəlirdi, üstəlik, işində çox uğurlu idi. Sonya günün 18 saatını işləyir, bəzən isə gecələr cəmi iki-üç saat yatırdı. Onun həyatı işi ətrafında cövlan edirdi. Sonra hər şey alt-üst oldu. Ehtimal ki, gərgin həyat tərzinin nəticəsi olaraq o iflic oldu. Onun cəmi 30 yaşı var idi.

Sonyanın bədənin bir tərəfi iflic olmuşdu, həkimlər isə onun danışıq qabiliyyətinin bərpa olunacağına ümid etmirdilər. Ona baxmaq üçün anası dərhal İngiltərəyə gəldi. Sonya yenidən yeriməyə başlayanda anası ona dedi: «Mən yığıncaq görüşünə gedirəm, sən də mənimlə gedirsən, çünki səni evdə tək qoya bilmərəm». Sonya getməyə razılaşdı. Bəs sonra?

Sonya deyir: «Eşitdiyim hər şey həqiqətə bənzəyirdi. Bu mənim çox xoşuma gəldi. Birinci dəfə Padşahlıq Zalına gələndə məni salamlayanlardan biri ilə Müqəddəs Kitabı öyrənmək təklifini böyük məmnuniyyətlə qəbul etdim. Köhnə tanışlarım artıq mənə baş çəkmirdilər. Yeniləri isə mənə məhəbbətlə yanaşır və qayğı göstərirdilər».

Tədricən Sonyanın danışıq qabiliyyəti bərpa olundu və o, ruhani cəhətdən sürətlə inkişaf etməyə başladı. Üstündən bir il keçməmiş o, vəftiz oldu. Sonyanın yeni dostlarından çoxu tammüddətli xidmət edirdi və o görürdü ki, bu, onlara böyük məmnunluq gətirir. Sonya deyir: «Mən də onlar kimi xidmət etmək istəyirdim. İstəyirdim ki, həyatımda ən yaxşı şeyi Yehovaya verim!» İndi Sonya da vaxtının çox hissəsini xidmətə həsr edir.

Sonyanın təcrübəsi ona nəyi öyrətdi? «Çoxlu pul qazansam da, işdəki gərginlik və qeyri-sabitlik məni narahat edib əhvalımı pozurdu. Sonradan başa düşdüm ki, həyatda ən vacib şey Səmavi Atamız Yehova ilə yaxşı münasibətdir. İndi mən sözün əsil mənasında xoşbəxtəm».

Həvari Pavel yazmışdı: «Hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bəziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər» (1 Timoteyə 6:10). Bu sözlərin doğru olduğunu Sonya özü təsdiq edə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş