Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/9 s. 3—6
  • Din mənim seçimimdir, yoxsa valideynlərimin?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Din mənim seçimimdir, yoxsa valideynlərimin?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Uşaqların vəzifəsi
  • Valideynlərin rolu
  • Yığıncağın vəzifəsi
  • Sənin şəxsi seçimin
  • Ailənizi ruhən möhkəmləndirin
    Gözətçi qülləsi 2001
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Gənclər, Yehovaya xidməti seçin
    Gözətçi qülləsi 2006
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/9 s. 3—6

Din mənim seçimimdir, yoxsa valideynlərimin?

POLŞADA təbliğ zamanı Yehovanın Şahidlərinə çox vaxt deyirlər: «Mənim öz dinim var, ölənə kimi də onda qalacağam». Bu o deməkdir ki, onların zənnincə, din nəsildən-nəslə ötürülməlidir. Sizin ərazidə də dinə qarşı belə münasibət müşahidə olunurmu? Adətən, belə düşüncə tərzinin nəticəsi nə olur? Din sadəcə formal xarakter daşımağa başlayır və ailə ənənəsinə çevrilir. Eyni hal dəyərli ruhani həqiqətləri valideynlərindən, yaxud nənə-babalarından miras alan Yehovanın Şahidləri ilə də baş verə bilərmi?

Sadiq anası və nənəsi tərəfindən həqiqi Allaha məhəbbət və iman aşılanan Timotey üçün din bu cür formal xarakter daşımırdı. Timotey Müqəddəs Yazıları ‘uşaqlıqdan etibarən bilirdi’. Müəyyən vaxtdan sonra o, anası və nənəsi ilə birgə məsihçiliyin həqiqət olduğuna iman gətirdi. O, Müqəddəs Yazılardan İsa Məsihlə bağlı eşitdiklərinə şəxsən ‘əmin oldu’ (2 Tim. 1:5; 3:14, 15). Bu gün məsihçi valideynlər övladlarının Yehovanın xidmətçiləri olması üçün əllərindən gələni etsələr də, bu istəyi uşaqların özləri inkişaf etdirməlidirlər (Mark 8:34).

Yehovaya məhəbbətdən irəli gələrək xidmət etmək və sınaqlara baxmayaraq, Ona sadiq qalmaq istəyən hər bir kəs əsaslı dəlillər sayəsində öyrəndiklərinin həqiqət olduğuna əmin olmalıdır. Onda onun imanı sarsılmaz olacaq və dərin kök salacaq (Efes. 3:17, 18; Kolos. 2:6, 7).

Uşaqların vəzifəsi

Yehovanın Şahidləri ailəsində boya-başa çatmış Alberta deyir: «Yehovanın Şahidlərinin dininin həqiqət olduğunu həmişə bilirdim, ancaq bir ara onların həyat tərzini qəbul etmək mənim üçün çətin idi». Əgər sən gəncsənsə, yəqin, sən də onun fikrinə şəriksən. Allahın iradəsini yerinə yetirmək sənə zövq versin deyə nəyə görə səy göstərib Onun bizdən hansı həyat tərzi sürməyimizi istədiyini araşdırmayasan? (Məz. 40:8). Albert deyir: «Mən sadəcə dua etməyə başladım. Başlanğıcda bu heç də asan deyildi. Özümü məcbur etməli olurdum. Lakin tezliklə başa düşdüm ki, düzgün olanı etməyə çalışsam, Allahın gözündə dəyərli ola bilərəm. Bu, mənə lazımi dəyişikliklər etməyə kömək etdi». Yehova ilə şəxsi münasibətlərini möhkəmləndirməklə özündə Onun tələblərini həyata keçirmək arzusunu yetişdirə bilərsən (Məz. 25:14; Yaq. 4:8).

Nə vaxtsa oynadığın stolüstü oyun, yaxud hansısa idman növü barədə düşün. Əgər oyunun qaydaları ilə tanış deyilsənsə və ya yaxşı oynamağı bacarmırsansa, oyun sənin üçün maraqsız olacaq. Amma qaydaları və oynamağı öyrənsən, sözsüz ki, oynayacağın vaxtı səbirsizliklə gözləyəcək, hətta bunun üçün fürsət axtaracaqsan. Eyni şeyi ruhani fəaliyyətimiz barədə də demək olar. Buna görə də məsihçi görüşlərinə hazırlaşmaq üçün özün təşəbbüs göstər. Bunu başdansovdu etmə. Gənc olsan da, sənin nümunən başqaları üçün təşviqedici ola bilər! (İbr. 10:24, 25).

Yuxarıda deyilənləri etiqadımızı başqaları ilə bölüşməyə də şamil edə bilərik. Sən bunu məcburi yox, məhəbbətdən irəli gələrək etməlisən. Özündən soruş: «Mən başqalarına Yehova haqqında nəyə görə danışmaq istəyirəm? Onu sevmək üçün hansı səbəblərim var?» Sən Yehovanın məhəbbətli Ata olduğunu öyrənməlisən. O, Yeremya vasitəsilə demişdi: «Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız» (Yer. 29:13, 14). Bunun üçün səndən nə tələb oluna bilər? Yaqub adlı bir gənc belə deyir: «Mən düşüncə tərzimi dəyişməli oldum. Uşaqlıqdan yığıncaq görüşlərinə və xidmətə gedirdim, lakin bunlar mənim üçün adi bir şey idi. Yalnız Yehovanı yaxşı tanıdıqdan və Onunla sıx münasibət qurduqdan sonra, demək olar ki, həqiqət ürəyimə yol tapdı».

Ruhlandırıcı, gözəl ünsiyyətin də xidmətimizdən böyük sevinc əldə etməyimizdəki rolu danılmazdır. «Hikmətli ilə oturub-duran hikmət qazanar»,— deyə bir məsəldə qeyd edilir (Sül. məs. 13:20). Ruhani məqsədlərə can atan və Yehovaya xidmətdən sevinc duyan insanlarla dostluq et. Yola adlı bacımız deyir: «Fikir vermişəm ki, Yehovaya canla-başla xidmət edən gənclərlə ünsiyyətdə olmaq çox ruhlandırıcıdır. Bunun sayəsində xidmətdə müntəzəm olaraq iştirak etməyə başladım və sevincim birə-beş artdı».

Valideynlərin rolu

«Mənə Yehova haqqında öyrətdiklərinə görə valideynlərimə ömrüm boyu minnətdar olacağam»,— deyə Yola sözünə davam edir. Həvari Pavel yazmışdı: «Ey atalar,.. uşaqlarınızı... Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efes. 6:4). Allahdan ilham almış bu məsləhətdən aydın görünür ki, valideynlərin vəzifəsi uşaqlarına özlərinin yox, Yehovanın yollarını öyrətməkdir. Valideynlər onların qarşısına özləri istədikləri məqsədləri qoymaqdansa, necə də yaxşı olardı ki, Yehovanın niyyətinə uyğun yaşamağın həyatlarında əsas məqsəd olmasına kömək etsinlər!

Siz Yehovanın kəlamlarını uşaqlarınıza aşılaya və ‘evdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışa’ bilərsiniz (Qanun. t. 6:6, 7). Üç oğul böyütmüş Eva və Rişard xatırlayır: «Biz tez-tez tammüddətli xidmətin müxtəlif növlərindən söhbət açardıq». Bu, hansı bəhrələri gətirdi? «Uşaqlar artıq erkən yaşlarında Teokratik Xidmət Məktəbinə yazılmaq istədilər, təbliğçi oldular və nəticədə, özləri vəftiz olmaq qərarına gəldilər. Sonralar onlardan kimisi bet-elli, kimisi isə pioner oldu».

Valideynlərin yaxşı nümunə verməsi çox vacibdir. Rişard deyir: «Biz ikili həyat tərzi sürməməyə, yəni evdə bir cür, yığıncaqda isə başqa cür davranmamağa qəti qərarlı idik». Buna görə də özünüzdən soruşun: «Uşaqlar məndən nə götürür? Yehovanı həqiqətən də sevdiyimi görürlərmi? Bu məhəbbət dualarımda və şəxsi öyrənməmdə əks olunurmu? Bunu təbliğ xidmətinə, əyləncələrə və maddi şeylərə münasibətimdə, o cümlədən yığıncaq üzvləri barədə söhbətimdə görürlərmi?» (Luka 6:40). Uşaqlar valideynlərinin davranışını müşahidə edir və sözləri ilə əməlləri arasında cüzi təzad belə onların nəzərindən qaçmır.

Uşaqların tərbiyəsində intizam tədbirləri böyük rol oynayır. Amma Allahın Kəlamı bizə ‘uşağı gedəcəyi yola görə yetişdirməyi’ məsləhət görür (Sül. məs. 22:6, KM). Eva və Rişard deyir: «Biz hər iki oğlumuzla ayrı-ayrılıqda Müqəddəs Kitab öyrənməsi keçirmək üçün vaxt ayırırdıq». Əlbəttə, uşaqlarının ayrı-ayrılıqda belə öyrənməyə ehtiyacları olub-olmadığına valideynlər qərar verirlər. Amma hər uşağın fərdi yanaşmaya ehtiyacı var. Bunun üçün dərrakə və müdriklik tələb olunur. Məsələn, uşaqlarınıza sadəcə hansısa musiqinin pis olduğunu deməkdənsə, onlara müdrik qərarlar qəbul etməyi və bunun hansı Müqəddəs Kitab prinsipləri ilə bağlı olduğunu öyrətmək daha yaxşı olmazdımı?

Ola bilsin, uşaqlarınız onlardan nə tələb etdiyinizi yaxşı bilirlər və sizə elə gələ bilər ki, onlar sizin istəklərinizə əməl edirlər. Bununla belə, hələ də onların ürəyinə yol tapmaq lazımdır. Unutmayın, «ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar» (Sül. məs. 20:5). Gözüaçıq olun, uşağınızın ürəyində olan problemin hər bir əlamətini sezməyə çalışın və dərhal tədbir görün. İttiham etmədən narahat olduğunuzu göstərin və münasib suallar verin. Amma həddən artıq çox sorğu-suala tutmayın. Səmimi narahatçılığınız onların ürəyinə yol tapacaq və siz onlara kömək edə biləcəksiniz.

Yığıncağın vəzifəsi

Allahın bir xidmətçisi kimi, sən yığıncaqdakı gənclərə ruhani miraslarını qiymətləndirməyə kömək edə bilərsənmi? Uşaqların tərbiyəsində valideynlər əsas rol oynasa da, yığıncağın digər üzvləri, əsasən də ağsaqqallar onların əməyini dəstəkləyə bilərlər. Dini cəhətdən bölünmüş ailələrin buna xüsusilə ehtiyacı var.

Gənclərin Yehovanı sevməsi və özlərini lazımlı və dəyərli hiss etmələri üçün ağsaqqallar nə edə bilərlər? Polşada yığıncaqların birində ağsaqqal kimi xidmət edən Mariuş qardaş deyir: «Ağsaqqallar gənclərlə ünsiyyət etməli, ünsiyyət etməli, yenə də ünsiyyət etməlidirlər! Bunu yalnız problemlər yarananda yox, həmçinin xidmətdə, görüşdən sonra, yaxud çay süfrəsi arxasında da etmək olar». Nəyə görə gənclərlə söhbət zamanı yığıncaqda işlərinin necə getdiyi ilə maraqlanmayasan? Belə açıq ünsiyyət gənclərə yığıncağa daha çox bağlanmağa və özlərini onun bir hissəsi olduqlarını hiss etməyə kömək edir.

Əgər sən ağsaqqalsansa, yığıncağındakı gənclərlə yaxından tanış olursanmı? Yuxarıda adı çəkilən Albert indi ağsaqqal olsa da, yeniyetməlik yaşlarında müxtəlif çətinliklərlə üzləşirdi. O deyir: «Bir yeniyetmə kimi, ağsaqqal başçəkməsinə çox ehtiyacım vardı». Allaha xidmətdə uğur qazanmaları üçün ağsaqqallar gənclərə görə dua etməklə də onlarla şəxsən maraqlandıqlarını göstərə bilərlər (2 Tim. 1:3).

Gənclərin yığıncaq işlərində yaxından iştirak etməsi zəruridir. Əks təqdirdə, onlar dünyəvi məqsədlərə can atacaqlar. Siz böyüklər, onlarla xidmətə çıxa və dostlaşa bilərsinizmi? Səmimi və mehriban ab-hava yaradaraq asudə vaxtını gənclərlə keçir. Yola xatırlayır: «Bir pioner bacı mənə xüsusi diqqət yetirirdi. İlk dəfə idi ki, mən xidmətə könülsüz getmirdim».

Sənin şəxsi seçimin

Ey gənclər, özünüzə sual verin: «Qarşıma hansı məqsədləri qoymuşam? Əgər hələ vəftiz olunmamışamsa, buna can atırammı?» Vəftiz olmaq qərarı ailəmizin xatirinə yox, Yehovaya dərin məhəbbət hissindən irəli gələrək qəbul edilməlidir.

Qoy Yehova sənin həqiqi dostun, həqiqət isə xəzinən olsun. Yehova Yeşaya peyğəmbər vasitəsilə əminlik verir: «Dəhşətə gəlmə, çünki Allahın Mənəm». Bəli, nə qədər ki Yehovanın dostusan, O, səni əsla tərk etməyəcək. O, hökmən səni qüvvətləndirəcək və ‘sadiq sağ əli ilə sənə dayaq olacaq’ (Yeşaya 41:10).

[Haşiyə]

a Bəzi adlar dəyişdirilib.

[4-cü səhifədəki şəkil]

Uşağının ürəyində olanları sezməyə çalış

[6-cı səhifədəki şəkil]

Vəftiz olunmaq qərarı Yehovaya dərin məhəbbətdən irəli gəlir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş