Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/10 s. 13—17
  • «Mənim dostlarımsınız»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Mənim dostlarımsınız»
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Yaxşı dost olmağa dair İsanın qoyduğu nümunə
  • Şagirdlər İsanın dostluğuna necə hay verirdilər?
  • İsa ilə bu gün necə dost ola bilərik?
  • Yaxşı dostları haradan tapa bilərik?
  • «Mən sizə dost deyirəm»
    Gözətçi qülləsi 2020
  • Məhəbbət olmayan dünyada dostluğu qoruyun
    Gözətçi qülləsi 2009
  • Allahı sevənlərlə dost ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Məsihdən örnək alın və sülhünüzü qoruyun
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/10 s. 13—17

«Mənim dostlarımsınız»

«Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, Mənim dostlarımsınız» (YƏH. 15:14).

1, 2. a) İsanın dostları hansı müxtəlif mənşələrə mənsub idilər? b) İsa ilə dost olmaq nəyə görə olduqca vacibdir?

İSA ilə birgə yuxarı otaqda oturan insanlar müxtəlif mənşəli insanlar idi. Peter və Andrey qardaşları balıqçı idilər. Matta yəhudilərin nifrətlə yanaşdıqları bir peşə sahibi — keçmiş vergiyığan idi. Görünür, onlardan bəziləri, Yaqubla Yəhya İsanı uşaqlıqdan tanıyırdılar. Digərləri isə, məsələn, Natanel onunla cəmi bir neçə il idi ki, tanış idi (Yəh. 1:43-50). Lakin Yerusəlimdə mühüm Pasxa gecəsinə toplaşanların hamısı əmin idilər ki, İsa vəd edilmiş Məsih, yaşayan Allahın Oğludur (Yəh. 6:68, 69). Yəqin, İsanın: «Sizə dost dedim, çünki Atamdan eşitdiyim bütün şeyləri sizə bildirdim»,— sözlərini eşitmək onlara çox xoş idi (Yəh. 15:15).

2 İsanın sadiq həvarilərinə dediyi bu sözlər bu gün bütün məsh olunmuş məsihçilərə, geniş mənada isə onların həmkarları olan ‘başqa qoyunlara’ aiddir (Yəh. 10:16). Mənşəyimizdən asılı olmayaraq, hər birimiz İsanın dostu olmaq şərəfinə malik ola bilərik. Bizim üçün onunla dost olmaq hər şeydən vacibdir, çünki onunla dostluq Yehova ilə də dost olmaq deməkdir. Əslində, Məsihə yaxınlaşmadan Yehova ilə dost olmaq mümkün deyil. (Yəhya 14:6, 21 ayələrini oxu.) Bəs İsa ilə dost olmaq və bu dostluğu itirməmək üçün biz nə etməliyik? Bu vacib mövzuya keçməzdən öncə, gəlin İsanın bir dost kimi qoyduğu gözəl nümunəyə diqqət yetirək və görək, onun şagirdlərinin bu dostluğa hay vermələrindən nə öyrənə bilərik.

Yaxşı dost olmağa dair İsanın qoyduğu nümunə

3. İsa necə insan kimi tanınırdı?

3 Müdrik padşah Süleyman yazmışdır: «Zəngini... çox adam sevər» (Sül. məs. 14:20). Bu müşahidə qeyri-kamil insanların dostluğunun çox vaxt nəyə əsaslandığını üzə çıxarır: onlar başqalarının yox, özlərinin mənfəətini güdürlər. Lakin İsa dost seçiminə bu cür yanaşmırdı. İnsanın maddi və sosial vəziyyəti onun üçün heç bir əhəmiyyət kəsb etmirdi. Düzdür, bir dəfə zəngin gənc rəis İsanın ürəyinə yatmışdı və o, onu öz ardınca getməyə dəvət etmişdi. Lakin İsa həmin gəncə nəyi varsa satmağı və yoxsullara paylamağı məsləhət görmüşdü (Mark 10:17-22; Luka 18:18, 23). İsa varlı və adlı-sanlı insanlarla oturub-duran adam kimi yox, aşağı təbəqədən olanların və nifrət edilənlərin dostu kimi tanınırdı (Mat. 11:19).

4. Nəyə görə demək olar ki, İsanın dostlarının çatışmayan cəhətləri var idi?

4 Əlbəttə, İsanın dostlarının çatışmayan cəhətləri də var idi. Bir dəfə Peter bir məsələyə ruhani nöqteyi-nəzərdən yanaşmamışdı (Mat. 16:21-23). Yaqub və Yəhya İsadan onlara Padşahlıqda nüfuzlu mövqe verməsini istəməklə şöhrətpərəstlik ruhu göstərmişdilər. Onların bu hərəkəti digər həvariləri qəzəbləndirmiş və kimin daha yüksək mövqeyə layiq olması məsələsi aralarında daimi mübahisələrə çevrilmişdi. Lakin İsa səbirlə dostlarının düşüncə tərzini düzəltməyə çalışır və dərhal özündən çıxmırdı (Mat. 20:20-28).

5, 6. a) Nəyə görə İsa həvarilərinin əksəriyyəti ilə dostluq etməyə davam edirdi? b) İsa Yəhuda ilə dostluğunu nəyə görə kəsdi?

5 İsanın qeyri-kamil insanlarla dostluğunu kəsməməsinin səbəbi həddən artıq yumşaq olması və ya onların səhvlərini görməməsi deyil, əksinə, diqqətini onların niyyətlərinin yaxşı olmasına və müsbət keyfiyyətlərinə yönəltməsi idi. Məsələn, İsanın ən ağır sınaqları zamanı Peter, Yaqub və Yəhya ona dayaq olmaq əvəzinə, yuxuya getmişdilər. İsa məyus olsa da, onlara anlayışla yanaşdı və niyyətlərinin pis olmadığını görərək dedi: «Ruh qeyrətli, bədən isə zəifdir» (Mat. 26:41).

6 Bunun əksinə olaraq, İsa Yəhuda İskaryotla dostluğunu kəsdi. Yəhuda özünü İsanın dostu kimi qələmə versə də, İsa bir vaxtlar yaxın dostu olan Yəhudanın ürəyində pis niyyətlər yarandığını görürdü. Dünya ilə dostluğu Yəhudanı Allahın düşməninə çevirdi (Yaq. 4:4). Buna görə də İsa qalan 11 sadiq həvarisini dost adlandıranda artıq Yəhuda onların arasında deyildi (Yəh. 13:21-35).

7, 8. İsa dostlarına olan məhəbbətini necə təzahür etdirdi?

7 İsa diqqətini heç vaxt sadiq dostlarının səhvlərinə cəmləmir və həmişə onların rifahının qayğısına qalırdı. Məsələn, o, duada Atasından xahiş edirdi ki, sınaqlar zamanı onları qorusun. (Yəhya 17:11 ayəsini oxu.) İsa onların fiziki məhdudiyyətlərini nəzərə alırdı (Mark 6:30-32). O, yalnız öz fikirlərini irəli sürmürdü, həmçinin dostlarını dinləyir və onların fikirlərini və hisslərini başa düşməyə çalışırdı (Mat. 16:13-16; 17:24-26).

8 İsa öz dostları üçün yaşadı, dostları üçün də öldü. Düzdür, o bilirdi ki, həyatını qurban verməyi Atasının ədalət normaları tələb edir (Mat. 26:27, 28; İbr. 9:22, 28). Ancaq onu həyatını qurban verməyə təşviq edən məhəbbət olmuşdu. İsa demişdi: «Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur» (Yəh. 15:13).

Şagirdlər İsanın dostluğuna necə hay verirdilər?

9, 10. İnsanlar İsanın səxavətliliyinə necə hay verirdilər?

9 İsa vaxtını, məhəbbətini və malik olduğu şeyləri başqaları ilə səxavətlə bölüşürdü. Bu, insanları ona cəlb edir və onları qarşılıqlı cavab verməyə təşviq edirdi (Luka 8:1-3). İsanın şəxsi təcrübəsi onu növbəti sözləri deməyə təşviq etmişdi: «Verin, sizə də veriləcəkdir: ölçülüb-biçilmiş, silkələnib-basılmış, dolub-daşmış, bol bir ölçü ilə sizin ətəyinizə töküləcəkdir; çünki hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcəkdir» (Luka 6:38).

10 Əlbəttə, bəziləri öz mənfəətlərini güddükləri üçün İsa ilə dostluq etməyə çalışırdı. Bu yalançı dostlar onun dediyi bəzi şeyləri başa düşməyəndə onu tərk etdilər. İsaya etibar etmək əvəzinə, yanlış qənaətə gəlib ona arxa çevirdilər. Həvarilər isə ona sadiq qaldılar. Onların Məsihlə dostluğu tez-tez sınağa çəkilsə də, onlar həm yaxşı, həm də pis anlarında ona dayaq olmaq üçün əllərindən gələni edirdilər. (Yəhya 6:26, 56, 60, 66-68 ayələrini oxu.) Yer üzündəki həyatının son gecəsi İsa dostlarını nə qədər çox qiymətləndirdiyini göstərərək dedi: «Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz» (Luka 22:28).

11, 12. İsa şagirdlərini nəyə əmin etdi və onlar buna necə hay verdilər?

11 İsa şagirdlərini sadiqliklərinə görə təriflədikdən bir qədər sonra həmin adamlar onu tərk etdilər. Tezliklə onlar yol verdilər ki, insan qorxusu Məsihə olan məhəbbətlərini üstələsin. İsa yenə də onları bağışladı. Allah onu diriltdikdən sonra o, şagirdlərinə görünərək onları bir daha öz dostluğuna əmin etdi. Üstəlik, onlara müqəddəs bir tapşırıq verdi: ‘bütün xalqlardan şagird’ hazırlamağı və ‘dünyanın ən uzaq yerlərinə qədər ona şahid olmağı’ həvalə etdi (Mat. 28:19; Həv. iş. 1:8). Şagirdlər buna necə hay verdilər?

12 Onlar Padşahlıq haqqında xoş xəbəri canla-başla bəyan etməyə başladılar. Yehovanın müqəddəs ruhunun köməyi sayəsində onlar təlimlərini Yerusəlimin hər yerinə yaydılar (Həv. iş. 5:27-29). Hətta ölüm təhlükəsi belə onları İsanın şagird hazırlamaq əmrinə tabe olmaqdan çəkindirə bilmədi. İsadan bu tapşırığı alandan cəmi bir neçə onillik keçdikdən sonra həvari Pavel yazmışdı ki, xoş xəbər «göy altında olan hər məxluqa təbliğ edilmişdir» (Kolos. 1:23). Bəli, bu şagirdlər sübut etdilər ki, onlar İsa ilə dostluqlarını qiymətləndirirlər!

13. Şagirdlər İsanın təlimlərinin onlara təsir etməsinə necə yol verirdilər?

13 Həmçinin İsanın yeni şagirdləri də yol verirdilər ki, onun təlimləri həyatlarına təsir etsin. Çoxları üçün bu, davranış və xasiyyətlərində böyük dəyişikliklər etmək demək idi. Yeni şagirdlərdən bəziləri vaxtilə homoseksualist, zinakar, əyyaş və oğru olmuşdular (1 Kor. 6:9-11). Digərlərinə isə başqa millətlərdən olan insanlara qarşı münasibətlərini dəyişmək lazım gəlmişdi (Həv. iş. 10:25-28). Bununla belə, onlar İsaya tabe oldular. Onlar köhnə mənliklərini kənara atıb yeni mənliyi geyindilər (Efes. 4:20-24). Onlar «Məsihin ağlına» yiyələndilər, yəni onun düşüncə və davranış tərzini başa düşüb onu təqlid etməyə başladılar (1 Kor. 2:16).

İsa ilə bu gün necə dost ola bilərik?

14. İsa ‘dövrün sonuna’ dair nə vəd etmişdi?

14 Birinci əsrdə yaşayan məsihçilər İsanı ya şəxsən tanıyırdılar, ya da onu dirildikdən sonra görmüşdülər. Aydındır ki, bizim heç vaxt belə bir imkanımız olmayıb. Bəs onda biz Məsihlə necə dost ola bilərik? Üsullardan biri İsanın hələ yer üzündə yaşayan ruhla məsh olunmuş qardaşlarından ibarət sadiq və ağıllı qul sinfinin göstərişlərinə tabe olmaqdır. İsa vəd etmişdi ki, ‘dövrün sonunda’ o, bu qula ‘bütün malikanəsinin idarəsini tapşıracaq’ (Mat. 24:3, 45-47). Bu gün Məsihlə dost olmaq istəyən insanların əksəriyyəti qul sinfinə daxil deyil. Bəs sadiq qul sinfindən aldıqları göstərişlərə hay vermələri onların Məsihlə dostluğuna necə təsir göstərir?

15. İnsanın qoyun və ya keçi sinfinə aid olduğunu nə həll edəcək?

15 Matta 25:31-40 ayələrini oxu. İsa sadiq qul sinfini təşkil edəcək kəsləri qardaş adlandırdı. Qoyunların keçilərdən ayrılması məsəlində İsa aydın göstərir ki, o, qardaşlarına olan münasibəti şəxsən özünə göstərilən münasibət kimi qiymətləndirir. Bununla İsa demək istəyirdi ki, bu seçimdə həlledici amil hər bir insanın onun hətta ‘ən kiçik qardaşlarından biri’ ilə necə davranması olacaq. Buna görə də, yerüzü ümidinə malik olan və Məsihlə dost olmaq istəyən hər bir insan, ilk növbədə, onun sadiq qul sinfini dəstəkləməlidir.

16, 17. Məsihin qardaşları ilə dost olduğumuz nədən bəlli olacaq?

16 Əgər sən Allahın Padşahlığının rəhbərliyi altında yer üzündə yaşamaq ümidinə maliksənsə, Məsihin qardaşları ilə dost olduğunu necə göstərə bilərsən? Gəl bunun üç üsulunu nəzərdən keçirək. Üsullardan biri səmimi-qəlbdən təbliğ işində iştirak etməkdir. Məsih qardaşlarına xoş xəbəri bütün dünyada təbliğ etməyi tapşırıb (Mat. 24:14). Amma həmkarları olan başqa qoyunların köməyi olmasaydı, Məsihin yer üzündə qalan qardaşlarına bu işi yerinə yetirmək çətin olardı. Həqiqətən də, başqa qoyunlar sinfinin üzvləri hər dəfə təbliğ işində iştirak edəndə Məsihin qardaşlarına müqəddəs tapşırıqlarını icra etməkdə kömək edirlər. Məsih kimi, sadiq və ağıllı qul sinfi də dostlarının onlara bu sahədə göstərdikləri köməyi çox qiymətləndirir.

17 Başqa qoyunlar təbliğ işini könüllü ianələrlə dəstəkləməklə də Məsihin qardaşlarına kömək edirlər. İsa davamçılarını özlərinə ‘yalan mamonla dostlar qazanmağa’ təşviq edirdi (Luka 16:9). Bu o demək deyil ki, biz İsanın və ya Yehovanın dostluğunu satın ala bilərik. Əksinə, Padşahlığın maraqlarının irəliləməsi üçün maddi imkanlarımızdan istifadə etməklə öz dostluğumuzu və məhəbbətimizi sadəcə sözlə yox, «əməllə və həqiqətlə» göstəririk (1 Yəh. 3:16-18). Biz Məsihin qardaşlarını maddi cəhətdən dəstəklədiyimizi təbliğ işində iştirak etməklə, ibadət yerlərimizin tikintisi və yaxşı vəziyyətdə saxlanılması, həmçinin ümumdünya təbliğ işinin irəliləməsi üçün ianələr etməklə göstəririk. Həm Yehova, həm də İsa, ianələrimizin az və ya çox olmasından asılı olmayaraq, gülər üzlə verməyimizi yüksək qiymətləndirir (2 Kor. 9:7).

18. Yığıncağın ağsaqqallarının Müqəddəs Kitaba əsaslanan məsləhətlərinə nə üçün tabe olmalıyıq?

18 Məsihin dostları olduğumuzu göstərməyin digər üsulu yığıncağın ağsaqqalları tərəfindən verilən göstərişlərə əməl etməyimizdir. Bu kişilər Məsihin rəhbərliyi altında müqəddəs ruhla təyin olunurlar (Efes. 5:23). Həvari Pavel yazır: «Öz rəislərinizə itaət edin, onlara tabe olun» (İbr. 13:17). Bəzən bizə ağsaqqalların Müqəddəs Kitaba əsaslanan məsləhətlərinə riayət etmək çətin olur. Ola bilsin, biz onların səhvlərini bilirik və bu, bizim onların məsləhətlərini düzgün nöqteyi-nəzərlə qəbul etməyimizə mane ola bilər. Amma yığıncağın başı olan Məsih bu qeyri-kamil insanlardan məmnuniyyətlə istifadə edir. Buna görə də, onların hakimiyyətinə necə yanaşmağımız birbaşa Məsihlə dostluğumuza təsir edir. Diqqətimizi ağsaqqalların qüsurlarına cəmləməsək və onların rəhbərliyinə sevinclə riayət etsək, biz Məsihə olan məhəbbətimizi göstərmiş olarıq.

Yaxşı dostları haradan tapa bilərik?

19, 20. Yığıncaqda biz nə tapa bilərik və növbəti məqalədə hansı sual müzakirə olunacaq?

19 İsa təkcə məhəbbətli çobanlar vasitəsilə deyil, həmçinin yığıncaqdakı ruhani analar, bacılar və qardaşlar vasitəsilə də qayğımıza qalmağa davam edir. (Mark 10:29, 30 ayələrini oxu.) Təzə-təzə Yehovanın təşkilatı ilə ünsiyyət etməyə başlayanda qohumların buna necə münasibət göstərirdi? Ümidvarıq ki, onlar sənin Allaha və Məsihə yaxınlaşmaq istəyini dəstəkləyirdilər. Ancaq İsa xəbərdarlıq etmişdi ki, «insanın düşmənləri [bəzən] öz evinin sakinləri olacaqdır» (Mat. 10:36). Yığıncaqda doğma qardaşdan da yaxın dostlar tapacağımızı bilmək necə də təsəllivericidir! (Sül. məs. 18:24).

20 Pavelin Roma yığıncağına yazdığı məktubun sonunda göndərdiyi salamlardan görünür ki, onun çoxlu dostları var idi (Rom. 16:8-16). Həvari Yəhya üçüncü məktubunun sonunda yazmışdı: «Dostları adbaad salamla» (3 Yəh. 14). Görünür, onun da çoxlu yaxın dostları var idi. Məsihçi bacı-qardaşlarımızla yaxın dostluq qurmaqda və bu dostluğu qorumaqda İsanı və erkən şagirdləri necə təqlid edə bilərik? Növbəti məqalədə bu suala cavab verilir.

Necə cavab verərdiniz?

• Yaxşı dost olmaqda İsa hansı nümunəni qoyub?

• Şagirdləri İsanın dostluğuna necə hay verirdilər?

• Məsihin dostu olduğumuzu necə göstərə bilərik?

[14-cü səhifədəki şəkil]

İsa dostlarının fikirlərinə və hisslərinə laqeyd deyildi

[16-cı səhifədəki şəkil]

Məsihin dostu olmaq istədiyimizi necə göstərə bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş